Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə26/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   22   23   24   25   26   27   28   29   ...   154

100

Şirin x

anım Kərimbə

yli Şadiman



 NEFT DAŞLARINDA GECƏ 

Gecədir. Qaranlıqlar çəkilib göy üzünə.

Ay buruqlar adası, nə füsunkar olmusan?

Qatar-qatar işıqlar oxşar nurlu gözünə,

Şirin arzular təki ürəyimə dolmusan.

Söylə, hansı diyarda su üstə şəhər yatır,

Hər buruq bir çıraqban ulduzlar meşəsidir.

Bu dəniz ölkəsində ulduzlara əl çatır,

Neft Daşları qəlbimin ən dilbər guşəsidir.

Suların qucağında gəmilər salamlaşır,

Yatırır sinəsində gecə gəlib-gedəni.

Bu payız axşamında xoşbəxtlik başdan aşır,

Yuyunur qaranlığın dənizdə pak bədəni.

Sərin mehlər gecəylə pıçıldaşır aşiqtək,

Sanki sevgi nəğməsi həzin-həzin səslənir.

Bu gecə gözəl Xəzər bir divanə məşuqtək,

Sevgilərin evində odlu-odlu bəslənir.

Gecə ay işığında dəmir körpü uzanır, 

Alır işdən gələni ehtiyatla qoynuna.

Ulduzlar da bu axşam bir tamaşa qazanır,

Heyranlıqla baxırlar maşınların oynuna.

Burda göydə, dənizdə topa-topa ulduzdur,

İşıq seli sularda ox təki düşüb qalıb.

Bu gecə gözəl Xəzər, sanki növrəstə qızdır,

Gur qara tellərini zümrüd sulara salıb.

Növbə qurtaran zaman binalar da gurlaşar,

Həyatsevər adamlar gəlirlər dəstə-dəstə.

Ürəklərin atəşi hünər ilə qovlaşar,

Şirin nağıla dönər sərin mehlər ahəstə.

Gündüzün zəhmətini unutdurar gecələr,

Təmiz dəniz havası gözləri yatızdırar.

Tufanların sehiri adamlarla gecələr.

Yuxulara şirinlik, şəkərlik qatızdırar.

Gecə yuxularına gələr su pəriləri,

Necə də baş vurarlar qorxmadan dərinliyə.

Almaz təki bərq vurar gümüşü dəriləri,

O ilahi mələklər öyrəşər sərinliyə.




101

    Y

ol gedirik

Oğlan, qız sədaları sularda sınıb qalar,



Dolaşar Neft Daşların pak gecə gülüşləri.

Hər qəlbə, hər ürəyə şadlıq mehrini salar,

Yığar öz ətrafına hey tanış-bilişləri.

İşıq seli altında qaranlıqlar incələr,

Növbədən qayıdanlar yavaş-yavaş yatışar.

Yorğun düşmüş əl-ayaq rahatlıqla dincələr,

Burda halal zəhmətə şirin yuxu qatışar.

Sübhədək qalıb oyaq, dəniz də layla çalar,

Mehriban ana kimi oxşayar yatanları.

Coşub-daşan dalğalar qolları üstə alar,

Şərəfli əməyiylə arzuya çatanları.

Yorğunluqdan dincələn ürəklər pərvazlanar,

Sabah görülən işi bugün ölçüb-biçərlər.

Buruqlar ölkəsində həyat necə nazlanar,

Çətin görünən yoldan asanlıqla keçərlər.

Gecə qayğılarına bürünərlər ürəklər,

Xəyallar yığın-yığın alar ağzına bizi.

Sığallar sinəmizi o məlekə diləklər,

Sabaha qarşımızda açar neçə yol-izi.

Ərzin dərdi-səriylə gözlərimiz yuxlayar,

Kiminin eşq yanğısı sinədən ərşə qalxar.

Təzə-tər könülləri bir pak sevgi oxlayar,

Bir divanə məhəbbət qəlbi yandırıb-yaxar.

Buruqlar adasında ay xoş, sevdalı gecə,

Dəniz nəsimi ilə nəvaziş göstər bizə.

Həyat da çiçəklənir, sellər gurlaşır necə.

Mübarək qədəminlə çıxmışıq hər gündüzə.

Yolumuzu gözləyir halal zəhmət, şanlı iş,

Taleyimiz, ömrümüz necə bağlıdır ona.

Bu Odlar ölkəsində baş ucaldan yüksəliş,

Həyatın yollarında olub ağ saçlı ana.

Nələr keçir qəlbimdən elə bu an, bu gecə,

Ürək min bir qürurla vurur sinə içində.

Ey Şadiman, bu dövran, bu şad, firavan büsat, 

İlhamdan bir qalaça qurur sinə içində.

 

21.12.1985 



102

Şirin x

anım Kərimbə

yli Şadiman



 



 TÜRKÜN BAYRAĞI 

Yanacaqdır yerdə, göydə nurlu, parlaq çırağı,

Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.

O sevdalı ürəklərdə alışacaq şam kimi,

Zülmətlərə udduracaq yağını axşam kimi,

O Turanın sinəsində coşub-daşan kam kimi,

Altaylarda, Türküstanda gəzəcəkdir sorağı,

Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.

Canımızdan, qanımızdan, ruhumuzdan boylanır,

Onun rəngin görən düşmən fəryad çəkir-oylanır,

Çıxır əngin asimana, başımıza haylanır,

Birləşəcək Turan ellər, görəcəkdir xoş çağı,

Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.

Qurd ürəkli kişilərin məkanıdır uluslar,

Qan yaddaşa qayıtmağın təkanıdır uluslar,

Şərəf, namus, qeyrət, ismət ərkanıdır uluslar,

Kəsiləcək Türk yurdlardan yağıların ayağı,

Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.

Gələcəkdir bir araya, Ərəm, deyən oğullar,

Qurd ruhundan qopub çıxan, nərəm, deyən oğullar,

Silah qapıb xainləri, gərəm, deyən oğullar,

Sibiryadan, Tatarlardan uçacaq yel sayağı,

Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.

Çanaqqala savaşının qanı gəzir üzündə,

Şəhid ruhu alov saçır torpağının özündə,

Məhşərətək haray çəkir ocağının közündə,

Yağı özü yaddır ona, yağı sözü bayağı,

Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.

Türk torpaqlar Ay-Ulduzlar istiqlalın doğacaq,

Onun ruhun sındıranı künc-bucağa sığacaq,

Bayraqların, Türkəm, deyən bir sıraya yığacaq,

Artacaqdır sülhsevənin bu topluma marağı, 

Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.

Göy atların kişnərtisi qulaqlardan getməyir,

Tarixlərin havacatı hələ başdan ötməyir.

Əllərimiz ayrılalı bir-birinə yetməyir,

Qıpqırmızı sancağıdır könlümüzün dayağı,

Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.




103

    Y

ol gedirik

Türkiyənin səmasından gəl-gəl deyir bizlərə,



Sığal çəkir al rəngiylə şəfəqli gündüzlərə,

İşığından nur ələnir könüllərə, üzlərə,

Süslənibdi məhəbbətlə tarix dolu varağı,

Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.

Yanacaqdır yerdə, göydə nurlu, parlaq çırağı,

Enməyəcək səmalardan heç vaxt Türkün bayrağı.



 

09.11.2012

 BU YUR DUN ELİ HA NI?... 

Da ğı lıb yurd, yu va sı,

Ne cə ca nın dan ası,

Qa na su sub ha va sı,

Odun, oca ğın ta nı,

Bu yur dun eli ha nı?

Sə adə ti bo ğu lub,

Qə mi dərddən do ğu lub,

Eli ha ra da ğı lıb?

San ki çı xa caq ca nı,

Bu yur dun eli ha nı?

Oca ğı nı su ba sıb,

Dər di özü nü asıb,

Ni yə bu Al lah su sub?

Fə ğan dır, ah dır anı,

Bu yur dun eli ha nı?

Çeş mə lə ri ağ la şır,

Bu lud lar la bağ la şır,

Bu dərd ni yə dağ la şır?

Ke çən gü nü gəl sa nı,

Bu yur dun eli ha nı?

Gəl mə yə sa bah la rı,

Bo ğub iç də ah la rı,

Mə zar la rın ruh la rı,

Gə zir na lan hər ya nı,

Bu yur dun eli ha nı?

Gə lə və tən ər lə ri,

Bo ğa dər di-sər lə ri,

Elin şi ri-nər lə ri

Ud du ra ya da qa nı,

Bu yur dun eli ha nı? 

 6.08.2001.

 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə