Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə27/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   23   24   25   26   27   28   29   30   ...   154

104

Şirin x

anım Kərimbə

yli Şadiman



 



EŞQİN BİTMƏZ AZƏRBAYCAN

 

Nədən heç vaxt eşqin bitməz? Coşar çağlar özün kimi 

Öylə bir od tapmıram ki, alovlansın közün kimi,

Gözəlliklər ayna tutar camalına üzün kimi,

Qəlbə yatmaz heç bir istək, heç bir dilək sözün kimi,

Məhəbbətin zirvəsində daim bitən, Azərbaycan,

Cana qida, eşqə sevda, ruha Vətən Azərbaycan!

Yadlar sənin qollarını zəncirlədi dönə-dönə,

Parçaladı torpaqları, sərhəd çəkdi, yandı sinə,

Dağ vuruldu düşmənlərin fitvasıyla od köksünə, 

Sərvətini apardı yad, «dostlar» getdi hey əksinə, 

Övladları savaşlarda ölüb-itən Azərbaycan,

Cana qida, eşqə sevda, ruha Vətən Azərbaycan!

Mən də sənin bir zərrənəm qəbul eylə, ey çırağım,

Adın ilə bağlıdır bil hardan gəlsə xoş sorağım,

Əsir düşmüş yurdlarındı ürəyimdə can fərağım,

Ordumuzun qüdrətiylə gedəcəkdir könül dağım, 

Ürəyimin tellərində dil-dil ötən Azərbaycan.

Cana qida, eşqə sevda, ruha Vətən Azərbaycan!

Gündən-günə yüksəlişin yağıları çaşdıracaq,

İgidlərin haqq yolunda qoşun çəkib səf duracaq,

Sənə olan zülümlərin hesabını ər soracaq,

Quzey-Güney bu məmləkət bir sinədə yanan ocaq!

Bu sevginlə varmı sənə dünyada tən Azərbaycan?

Cana qida, eşqə sevda, ruha Vətən Azərbaycan!

Dərbəndinə Təbrizinə Borçalına can qurbandı,

Əsir düşmüş Qarabağın könlümüzün şərəf andı!

Bədənindən aralanmış Naxçıvanın qopan candı,

Məni, səni çalxaladan sevgi dolu həyəcandı,

Ərkim çatan, könlüm yatan, ünüm yetən Azərbaycan,

Cana qida, eşqə sevda, ruha Vətən Azərbaycan!

Qalx ayağa, qap sılahı, yürü yağı üstünə, yurd,

Əsir ellər həqarəti toxunmurmu şəstinə, yurd?

Durub azğın düşmənlərin zaman-zaman qəsdinə, yurd. 

Yandırdılar el-obanı çox baxdılar tüstünə, yurd,

Od götürüb müsibətdən alışır tən Azərbaycan,

Cana qida, eşqə sevda, ruha Vətən Azərbaycan!

Taleyimtək yollarına düzülübdü çoxlu tikan, 

Yuvalarda ocaq sönmüş savaşa nə ədəb-ərkan?

Əsirlərlə yağıların əllərinə keçib imkan,




105

    Y

ol gedirik

Döyüşlərdə dağılıbdı, yıxılıbdı ulu məkan,



Ocağına kül ələnib bəxti yatan Azərbaycan,

Cana qida, eşqə sevda, ruha Vətən Azərbaycan!

Sevinirəm, Güneyinin müstəqillik sevdası var,

Başımızın üstə əsən bayrağının sədası var,

Himnimizin könlümüzdə havalanan nidası var,

Sənə olan sitəmlərin düşməninə qadası var,

Qürbətlərdən heç bir zaman olmur Vətən, Azərbaycan,

Cana qida, eşqə sevda, ruha Vətən Azərbaycan!

Şadimanın ürəyini parçalayır müsibətin,

Səni sevən övladına həyat eşqi məhəbbətin,

Yavaş-yavaş faş olacaq bu dünyaya həqiqətin,

Düşməninə qan uddurmaq əvvəl-axır ibadətin!

Torpağına düşən toxum olacaq dən Azərbaycan,

Cana qida, eşqə sevda, ruha Vətən Azərbaycan!



 

15.05.2014

 

GÖZƏL VƏTƏN 

Gözəl Vətən, dur gur səsin yayılsın,

Süd gündüzlər yuxusundan ayılsın,

Zülmət gecə qoy zəhmindən bayılsın,

Hünər göstər, ürəyimiz şad olsun,

Bu hünərin şan-şöhrətli ad olsun.

Gözəl Vətən, əməyinlə ucal sən,

O şiş tağlı zirvələrdən bac al sən,

İgidlərin oylağına tac ol sən,

Son qoy qəmə, diləklərlə gül daha,

Alnı açıq get bugündən sabaha.

Nə tufandan, nə borandan qorxun yox,

Hünərin bol, zəhmətin bol, gücün çox,

Könlümüzdə istəyin var, gözün tox,

Qorxma, adla yenə çətin yolları,

Yenilməzdir cəsarətin qolları.

Gözəl Vətən, od yurduna dayaq ol,

Gecələrdən, zülmətlərdən iraq ol,

Azadlığın gözlərinə çıraq ol,

Qaranlıqlar gündüz olsun əlinlə,

Ürəyimiz qoy öyünsün səninlə.

 

22.01.1987



106

Şirin x

anım Kərimbə

yli Şadiman



ÇANAQQALA 

Ruhumuzun qürur yeri, Çanaqqala,

Ürəklə bir vurur yeri, Çanaqqala…

Üstümüzə gələn azğın yolun sapdı,

Qorxu bilməz igidlərin silah qapdı,

Süngülərlə düşmənlərin bağrın çapdı,

Varlığımız dincliyini səndə tapdı,

Sən titrətdin ərzi-göyü, Çanaqqala,

Nərə çəkdin, kəsdin heyi,Çanaqqala.

Yerlər-göylər bir-birinə dəydi o gün,

Əsgərlərin qurd ürəyi yedi o gün,

Paltarını süngülərdən geydi, o gün,

Yağıların bayraqların əydi o gün,

Türkə sönməz çıraq oldun Çanaqqala,

Tarixinə varaq oldun, Çanaqqala.

Türkü əymək istəyənlər vaya düşdü,

Yer titrədi başlarına qaya düşdü,

Bütün dünya için çəkdi, haya düşdü,

Qan sıçradı, ulduzlara, Aya düşdü,

Ət bədənlər çəpər oldu, Çanaqqala,

Şəhidlərlə için doldu, Çanaqqala. 

O qanların izi qalıb ürəklərdə,

Fəryadları cövlan edir fələklərdə,

Əsgərinin səsi gəzir küləklərdə,

Mərtəbəsi əlçatmayan mələklərdə,

Məzarına baş əyirik, Çanaqqala,

Qəhrəmana can deyirik, Çanaqqala.

Türkiyənin bağırından baxan diyar,

Osmanlını ağırınla yaxan diyar,

Düşmənlərin axırına çıxan diyar,

Ucalığa bayrağını taxan diyar,




107

    Y

ol gedirik

Bugünümüz sənə borclu, Çanaqqala,



Müsəlmana şərəf taclı, Çanaqqala.

Başı uca millətinin Vətənisən,

Namusunun, qeyrətinin Vətənisən,

Anaların heyrətinin Vətənisən,

O kişilik sərvətinin Vətənisən,

Ay-ulduzlu sancağın var, Çanaqqala,

Al qırmızı ruhuna yar, Çanaqqala.

Sən şərəfli tarixinlə öyünməkdə,

Türk deyənin sinəsində döyünməkdə,

Xainlərin yalanlarla deyinməkdə,

Yenə türkün əleyhinə şər dinməkdə.

İgidlərin bu gün də var, Çanaqqala,

Vətən adlı torpağa yar, Çanaqqala! 

Atatürkün şərəf dolu hərb meydanı,

O möhtəşəm İnsan uddu qan-qadanı,

Göylərində qanad açır ruhu canı,

Torpağının güllərində şəhid qanı,

Hayqırtısı dağda-daşda, Çanaqqala,

Ürəklərdə yeri başda, Çanaqqala.

Bütün dünya heyran olub şöhrətinə,

Yığışırlar hər il sənin izzətinə,

Allah özü aşiq olub zəhmətinə,

Bu Şadiman canın verər millətinə,

Heç sönməyən çırağımız, Çanaqqala,

Bir milləttək sorağımımız, Çanaqqala.

 

23.04.2015



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə