Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə24/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   20   21   22   23   24   25   26   27   ...   154

92

Şirin x

anım Kərimbə

yli Şadiman

Abadlaşır kənd, şəhərin,



Yenə artır bar-bəhərin,

Ölüb gedər qəm-qəhərin,

Torpağındır gül-gülüstan,

Azərbaycan, Azərbaycan.

Lənkaranın yamyaşıldır,

Lerikinin üzü aldır,

Qızlarının dili baldır,

Yenə gülür üzə dövran,

Azərbaycan, Azərbaycan.

Gədəbəyin gözəl üzü,

Tovuz, Qazax ceyran düzü, 

Nə gözəldir Gəncən özü?-

Səadətlə deyir zaman,

Azərbaycan, Azərbaycan.

Arazın lal, Kürün şaqraq,

Gur suları yurda çıraq,

Tarixini varaq-varaq,

Fəlakətlə alıb-qucan,

Azərbaycan, Azərbaycan. 

Durub gəlsən, düş Salyana,

Tellərini bir sal yana,

Aşiqini qoyma yana,

Səninkidir, bu şöhrət-şan,

Azərbaycan, Azərbaycan.

Göygölünün dağ vüqarı,

Ram edibdi dostu, yarı,

Qoşqarının bumbuz qarı

Çeşmələrdən verir nişan,

Azərbaycan, Azərbaycan.

Gözəl Quba bir tamaşa,

Çat Xaçmaza, gir qumaşa,

İstiqlalla, eşqlə yaşa,

Dada yetsin nəş‘ə hər an,

Azərbaycan, Azərbaycan.

Qusar, Xudat qoşa şamdır,

Dəvəçi-Şabran ilhamdır,

Qərib düşmüş – Dərbənd kamdır,

Bu kamınla sevdalan, yan!

Azərbaycan, Azərbaycan.



93

    Y

ol gedirik

Siyəzənin gül-gülüstan,



Xızın yaşıl – göy bağ-bostan,

Tağayındır – könlə yatan,

Gözüm yatmaz görrəm haçan?

Azərbaycan, Azərbaycan.

Şadimanın ürəyisən,

Can içində diləyisən,

Yerin, Göyün mələyisən,

Eşqindəndir hiss, həyacan,

Azərbaycan, Azərbaycan.

Azərbaycan, Azərbaycan. 



 

26.01.2008

 AÇILMAYIR BAXT 

 

Bir ağ gün görmədi millətin heç vaxt,

Bitib tükənməyir zillətin heç vaxt.

Üzdə can deyənlər bağrına yağı,

Vətən, bağlı qalıb açılmayır baxt.

 

14. 02. 2016

 BİR TƏRƏFDƏ ŞƏHİDLƏR, 

 BİR TƏRƏFDƏ DANIŞIQ

Bir tərəfdə şəhidlər, bir tərəfdə danışıq,

Haçan yanar, ey Vətən, yurdumuzda gur işıq.

Şəhid balalarının goru çatlayır axı,

Dözmür ürəklərimiz qəmdən partlayır axı.

Qətrə-qətrə qanımız tökülür yurd-yuvaya,

Öyrəşibdi ağzımız yalvarışlı duaya.

Danışıqlar tükənmir, danışıqlar uzanır,

Biz təslimə öyrəşir, düşmən zəfər qazanır.

Bu dəyirman çox sular aparacaq deyəsən,

Yağı neçə il möhlət qoparacaq, deyəsən?

Uzanır danışıqlar, uzanır sövdələşmə,

Neçə masa önündə kağızla vədələşmə.

Qaçqın balalarından doğulanlar haralı?

Şəhid Qarabağımız min bir yerdən yaralı.

Əsir düşən balalar, şəhid olan balalar,

Yığışmışıq Bakıya ucaldırıq qalalar.

Düşmən içir Şuşanın qanını qaşıq-qaşıq,

Haçan yanar, ey Vətən yurdlarında gur işıq?!...

 

31.10.2010



94

Şirin x

anım Kərimbə

yli Şadiman



VƏTƏN TORPAĞI



 

Qışda quzeyimsən, yayda güneyim,

Sübh çağı şehlərlə nəş‘əli meyim,

Bağrı sarı bülbül – uzaq Güneyim,

Seyir, tamaşadır aranı, dağı,

Mənə candan əziz vətən torpağı.

Bir sarı siminəm, mizrab istərəm,

Çəkdiyin ağrıya hesab istərəm,

Tabsız səbirimə mən tab istərəm,

Bizi parçaladı düşmən ayağı,

Mənə candan əziz vətən torpağı.

Göyündən asılan günəşin olum,

Sönmüş ocağında atəşin olum,

Bu haqsız dövranla gərdişin olum,

Öz insanında gəz yurda dayağı,

Mənə candan əziz vətən torpağı.

Bilməm nə hikmətdir sevgin diləkdə,

Özün boylanırsan canda, ürəkdə,

Ağrın döşək salıb yatıb kürəkdə,

Sinəyə yaradır ayrılıq dağı,

Mənə candan əziz vətən torpağı.

Dur aç sərhədləri, keçim Təbrizə,

Tikələr, parçalar dağ çəkib bizə,

Asaq müjdələri gecə-gündüzə,

Sənin harayların yırtsın qulağı,

Mənə candan əziz vətən torpağı.

Gəzək məmləkəti istək içində,

Yıxaq sərhədləri, ötək içində,

Ya qalxaq, ya da ki, itək içində!

Yazaq misra-misra bu ağ varağı,

Mənə candan əziz vətən torpağı.

 

10.07.1987



95

    Y

ol gedirik



MƏNİM ŞAİR BABAM… 



 

 

Şah İsmayıl Xətaiyə

Birlik təşnəsiylə alışdı ürək,

Dedin ki, gur yansın ocağım, sobam.

Qoymadı kamına yetməyə fələk,

Mənim şair babam, mənim şah babam.

Könlündə min tonqal çatdı duyğular,

Vətənə, torpağa, yurda sayğılar,

Gecə də «birləşin» - dedi uyğular,

Mənim şair babam, mənim şah babam.

Alışdı içində sönməz ocaqlar,

Birlik eşqi ilə ürəyin dağlar,

Düşündün birləşməz, bu Vətən ağlar,

Mənim şair babam, mənim şah babam.

Dedin ki, «Təbrizdən Dərbəndə qədər,

Bir şahın əmiri, hökmü bəs edər!

Əgər ayrı düşsək yağılar didər»,

Mənim şair babam, mənim şah babam.

Çapdın eldən-elə o yel atını,

Yollarda keçirtdin şah büsatını,

Bu amalla verdin mərd həyatını!

Mənim şair babam, mənim şah babam.

Birləşmək yanğısı içində coşdu,

Sevgiyə, torpağa şərqilər qoşdu,

Bu duyğu dağlardan, düzlərdən aşdı,

Mənim şair babam, mənim şah babam.

Birlikdən alışan bu cəng, bu cida,

Yandıra bilmədi hər qəlbi oda,

Əsdi başın üstə yaman qan-qada… 

Mənim şair babam, mənim şah babam.

Çaldıran döyüşü – qanlı bir savaş,

Oğuzla oğuzun arasında daş,

Fələyin gözündə gilələnən yaş,

Mənim şair babam, mənim şah babam.

O gün türklüyümüz düşdü ayağa,

Məmləkət büründü qara bayrağa,



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə