Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə32/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   28   29   30   31   32   33   34   35   ...   154

122

Şirin x

anım Kərimbə

yli Şadiman



HEÇ OLMADI BİR XOŞ GÜNÜMÜZ 

Heç olmadı bir xoş günümüz, ay bahalanma,

Aldı başımız üstünü ah-vay, bahalanma. 

Çoxları tökür başına şabaş təki pulu,

Bir bilməyirlər nədir o say, bahalanma.

Qəpik-quruşa meylimizi etmişik pənah,

Gözdə yaşımız olmadadı çay, bahalanma.

Bizlər də axı bu Vətənin övladı olduq,

Harayımıza kimsə demir hay, bahalanma.

Yaşayış pulu, işıq pulu, qaz pulu artar, 

Başımızı bir dürtməyə yox tay, bahalanma. 

Dediklərimə inamını etmirsən rəva,

Onda dur özün dərdimizi say, bahalanma.

Heç andıra qalmış nöyütdən görmədik səfa, 

İçlərdəki ahlarımızı yay, bahalanma.

Üzdə gülüşə olmayacaqdır daha hacət,

Dolaşıq olub bizlərə gün-ay, bahalanma.

Vətən əhli dükan-bazarı eyləyir seyir,

Borclar da edib günümüzü zay, bahalanma

İndi daha səhər bizə lazım deyil əsla,

Deyək bütün yatmışlara lay-lay, bahalanma.

Bu Şadimanın dilinə dinc durmağı dedim,

Töhmətləri etdi mənə çox pay, bahalanma.



 

17.12.2013

 ŞƏHİDİN QANI 

Torpaqdan lalətək cücərib çıxır,

Cənnətə bəzəkdir şəhidin qanı.

Ruhu kainatın köksündən baxır,

Döyünən ürəkdir şəhidin qanı.

Bu yurdun sinəsi çox paralandı,

Bağrı min bir yerdən hey yaralandı,

Düşüb nahaq şərə çox qaralandı,

Göyündə küləkdir şəhidin qanı.



123

    Y

ol gedirik

Şahidlər torpağım deyib, bağırdı,



Tarixi zülümün evnə çağırdı, 

Göydən də, yerdən də güllə yağırdı,

Sınmış bir diləkdir şəhidin qanı.

Güllə yağışları həddən ziyada,

Gözlərdən yox oldu işıq, ziya da,

Ahlar parçalandı daşda, qayada,

Usanmış mələkdir şəhidin qanı.

Şadiman, boş yerə dünya döyüşdü,

Köksü paralandı, torpağa düşdü,

Haqq neçə yol enib, ayağa düşdü,

Min illər həlakdır şəhidin qanı! 

 

24.07.1990 

 YARADIR İNSAN 

Həyatı yaşadır, yaradır insan,

Böyük arzularla boy atır hər an.

Pillə-pillə qalxır ucalır asan,

Həyatdan zövq alır ötdükcə zaman.

 

İnsanı yaşadır illərdən bəri,



Alçaldır, ucaldır qəribə həyat.

Bu dünya evinin gözəllikləri,

Ürəyinin ömrünü uzadır heyhat.

Bir-birindən gözəl vüqarlı illər,

İnsanın ömrünə ömür calayır.

Şövqlə bir-birini ötən fəsillər,

Duyan könüllərə sevinc qalayır.

Ey odlar diyarı, Azərbaycanım,

De, hansı bir ürək zövq almaz səndən?!

Sənin gözəlliyin, ey mənim canım,

Qəlbləri ruh verir, eh günü-gündən.

 

12.01.1974 



124

Şirin x

anım Kərimbə

yli Şadiman



NECƏ YAŞAYIRIQ BİZ 

Gülləboran olunduq, yenə ocağımızda,

  

      Dərdi daşıyırıq biz.



Bəslədik iblisləri isti qucağımızda,

  

      Necə yaşayırıq biz?



Vətən ahlar içində, fəryada gələni yox,

Qırılıb-çatılırıq, ölümüz var yerdə çox,

Ürəyimiz partlayır, nə dözürük dərdə çox?

  

     Necə yaşayırıq biz?



Kölə babalar bizə, kölə Vətən saxlayıb,

Hər əsrdə min dəfə, ölüb-itən saxlayıb,

«Böyük qardaş» qəzəbli, yalançı eşq laxlayıb,

  

     Necə yaşayırıq biz?



Düşmənin tanımayan, başa yaman kül olur,

Ağlayan ürək üçün, haray salan dil olur,

Millət tökülür çölə, dünyada səfil olur,

  

     Necə yaşayırıq biz?



Azərbaycan, kimdədir sənin torpağın,daşın?!

Niyə dərddən qurtulmır, dincəlməyir heç başın?

Səni qorumaq üçün, nə etdi Vətəndaşın?!

  

     Necə yaşayırıq biz?



Hanı Borçalı, Dərbənd, İrəvan, Göyçə hanı?

Nədən qorumuşuq bəs, tən içində bu canı?

Bürüyüb vücudumu bir illət həyəcanı,

  

    Necə yaşayırıq biz?



İndi də Qarabağa göz dikib qansız yağı,

Dağılır kənd, qəsəbə, sönür yurdun çırağı,

Çatdırın məzarlarda yatanlara sorağı,

  

    Necə yaşayırıq biz? 



Təbriz, qaldır başını, bax o taydan, bu taya,

Bax Vətənin qəlbindən dikələn ahu-vaya,

Uçub töküləydi kaş başımıza daş-qaya!

  

    Necə yaşayırıq biz? 



Biz nəyin fəxrindəyik, ey dilibir yurddaşlar,

Axı necə sinədən dikəlib qalxır başlar?

Axıdırıq kişili, qadınlı acı yaşlar!!!

  

    Necə yaşayırıq biz?




125

    Y

ol gedirik

Köləlik eşqiylə çox, a yanıb yaxılanlar,



Ey rusun ayağına qul təki yıxılanlar,

Bəsdir, sizi qorxutdu ayı donlu xoxanlar,

  

    Necə yaşayırıq biz?



Hanı atlar üstündə qılınc çalan dədələr?

Qalxıb qəbirlərindən bağrımızı didələr,

Hanı başı papaqlı, hanı Vətəndidələr? 

  

    Necə yaşayırıq biz?



 

Şadimanı dilindən durun çəkin çarmıxa,

Ya mən doğulmayaydım, ya ruhum çıxsın yoxa,

İşğala dözmək olmur, axı göz baxa-baxa,

  

    Necə yaşayırıq biz?



  

    Necə yaşayırıq biz? 



 

17.03.1990

 

ƏSLİ-SOYU TAMAM DANAN 

Əsli-soyu tamam danan,

Hardan gəlib, hara getdi?

Doğmaya yox, yada yanan,

Harda idi, hara yetdi?

Bədən cana xain çıxmaz,

Yaramaza kimsə baxmaz,

Şər əlindən heç buraxmaz,

Bülbül susdu, qarğa ötdü.

Qırantlarla bəslənənlər,

Bu eşq ilə süslənənlər,

Düşmənlə bir səslənənlər,

Könlə gələn sözdə bitdi.

Atı minib, tərsə çapan,

Öz xalqına çirkab atan,

Bilinməyir anan, atan,

Bilinirsə nə xislətdi?

Şər yağıdı, bəlli üzü,

Fitnə-fəsad hər bir sözü,

Baş açmaq da olmur düzü,

Kök birsə nə xəyanətdi?

Şadimanı çək çarmıxa,

Fitvalara verməm yaxa,

Xalqın gözü baxa-baxa,

Düşmənə nə ibadətdi? 

14.02.2013



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə