Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə19/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   15   16   17   18   19   20   21   22   ...   154

72

Şirin x

anım Kərimbə

yli Şadiman

Bəs dir, Ca van şir dən, Ba bək dən de dik,



Bəs dir, Ko roğ lu dan, Bey rək dən de dik,

Bəs dir, pul dan, var dan, di lək dən de dik,

Bəs dir, bu ağ rı nı ürək dən de dik,

Biz sa vaş et mə li vu ruş ma lı yıq!

Ya ölüb tor pa ğa qa rış ma lı yıq!

Ni yə yad el lər də ca nı gir lə rik?

Ni yə bir-bi ri nə söz di yir lə rik?

Ni yə bu qan ilə ölüb çər lə rik?

Ni yə içi miz də elə kür lə rik?

Yu ma lı qan ilə na mu su mu zu,

Özü müz qur ma lı ya ya sı mı zı!

Bu Və tən val la hi ha mı mı zın dı, 

Ən ali di ləktək ka mı mı zın dı,

Ba ca sı uca lan da mı mı zın dı,

Şi ri ni, şər bə ti ca nı mı zın dı,

Qo par maq olar mı kökso yu on dan?

Çı xa ra bil mə rik biz onu can dan!

Ya rı mız acın dan pul di lə ni rik,

Ya rı mız qür bət də hey tel lə ni rik,

Ya rı mız zər ge yib ve yil lə ni rik,

Dü şüb ayaq la ra çox bel lə ni rik.

Nə vaxt mil lət olub çağ la ya ca ğıq,

İb li sin qa pı sın bağ la ya ca ğıq?

Şu şa da gü lü müz, çi çə yi miz qan,

Xa rı bül bül tə ki ürə yi miz qan,

Dam altda əyi lən di rə yi miz qan,

Nə vax ta sax la nır bu ge də ri can?!

Biz cı lız laş dıq ca və tən ki çi lir,

Tor paq pa ra la nır, tor paq bi çi lir.

Dün ya da qey rə tə edi lir hör mət,

Şə rəfl ə ta nı nır hər yer də mil lət,

Aci zə, qor xa ğa, ca hi lə il lət,

Kön lü müz ol duq ca əl lər də alət,

Di lən çi yar dı mı ye di ki şi lər,

Özü nə qaç qı nam de di ki şi lər.

Oğul lar bəs lə nir bəh-bə hə ilə,

Ox şa nır boy la rı pəh-pə hə ilə,

Dil lə ri ötü şür cəh-cə hə ilə,

Düş mən gü lür bi zə qəh-qə hə ilə,

Sön müş ocaq la rın kü lü sov ru lur,

Və tən ha ray çə kir, Və tən qov ru lur.



73

    Y

ol gedirik

Yer də qal ma ma lı bu tö kü lən qan,



Ya ra qay saq la nır ötüş dük cə an,

Mil lət bir-bi ri nə can de mə li, can!

İq ti dar, mü xa lif bir Azər bay can,

Əsir yurd-yu va ya et mə sək ça rə,

Son ra lap də ri nə iş lə yər ya rə.

 

Bu dağ ha mı mı zın si nə da ğı dır,



Ya ğı ha mı mı za elə ya ğı dır,

Gəl, və tən in sa nı, qey rət ça ğı dır!

Əl də Məm məd Əmin hür bay ra ğı dır,

Par la sa Gü nəş tək is tiq la lı mız,

Bəx ti yar ola caq is tiq ba lı mız.

Şa di man, və tə nin can da yu va sı,

Dər di nə dər man dır onun ha va sı,

Tü kən məz do daq dan haq qa du ası,

Bu tor paq dər ya da Tan rı qəv va sı,

Odur Yer üzün də xoş cə la lı mız,

Onun la çağ la yır çün vü sa lı mız!...

 

24.12.2001 

 NEFTÇİLƏR 

Əzəldən qüdrətli şöhrət-şanınız, 

Düşdü ağızlara, elə car oldu.

Neftçi qəhrəmanlar, bu ad-sanınız, 

Vətənin dilində bir şuar oldu. 

Bürünüb bir qara qızıla diyar, 

Qorxutmasın sizi qışın tufanı.

Adınız müqəddəs, ürək bəxtiyar, 

Əməklə ucaldın Azərbaycanı! 

Boranlı günlərdə, qarlı zamanda,

İşdən soyumayır sizin əliniz.

Yağışda, yağmurda, çiskin, dumanda, 

Uğursuz keçmədi bircə iliniz.

Siz qiymətli neftin töhfələrindən,

Dünyaya tonlarla yola saldınız.

Tarixin silinməz səhfələrindən, 

Pozulmayacaqdır, sizin adınız.

Göylərə yüksələn neftin şöhrəti,

Neftçinin halalca dirliyindədir.

Doğma Vətənmizin sonsuz qüdrəti,

Bizim mübarizə birliyindədir. 

20.12.1972 Siyəzən

 



74

Şirin x

anım Kərimbə

yli Şadiman



 EY KARVAN YOLUNDAN SORAQ, DƏVƏÇİ 



1982-ci ildə Dəvəçi bölgəsinin 

Aygünlü kəndi yaxınlığında traktorla

şumlama işi aparılakən Azərbaycanın 

mərkəzi şəhərlərindən biri Şabran 

aşkar edildi.

Ey karvan yolundan soraq, Dəvəçi,

Dərbəndlə Şirvanın könlünün içi,

Tarixdən boylanan qərinə nəçi?

Unutsun torpağın, daşın Şabranın,

Görməsin gözünün yaşın Şabranın.

Ey salnamələrdə qalan, şəhərim,

Qəsbkar əliylə talan, şəhərim

Yandırar sinəmi yaxar qəhərim,

Dağılmış qalası, yurdu Şabranın,

Yağılar boynunu vurdu Şabranın.

Xaraba yurdunda ilanlar mələr,

İnsan sümükləri haraya gələr,

Tanrıdan can alar, can verib ölə,

İnsanı torpaqda yatan Şabranın,

Adı, cəh-cəlalı batan Şabranın.

Savaşlar şahidi, ey Şabran çayı,

Əsrlər görmüsən ömürlər sayı,

Selmi, qəsbkarmı törətdi vayı?

İtdi bu dünyadan izi Şabranın,

Qaldı tarixlərdə özü Şabranın.

Keçən əsrlərin fəryadı orda,

Yolçu, ayaq saxla, baş əy bu yurda!

Bu batan şəhərin ruhları burda –

Dolaşar başının üstə Şabranın,

Sirrini daşlardan istə Şabranın.

Orta əsrlərin, ey baş sarvanı,

Çox keçdimi yurddan dəvə karvanı?

Dəvəçi, nişan ver şəhər Şirvanı,

Necə nişan verdi adı Şabranın?

Ruhlarla alışan odu Şabranın.

O küp qəbrlərdə tapılanları,

O daşa, divara yapılanları,



75

    Y

ol gedirik

Ocağı, yuvası çapılanları,



Dərin qatlarında ara Şabranın,

Kim çevirdi taxtın gora Şabranın?!..

Xəqanitək həbsə atılmışları,

Şabran zindanına qatılmışları…

Zülmkar şahlara satılmışları…

Ağlar ruhlarından soruş Şabranın,

Burada hər addım, qarış Şabranın.

Dəvəçi-oğuzun bir ipək yolu,

Beşbarmaq, Qalaltı imzası, qolu,

Şadiman, bu torpaq tarixlə dolu,

Viran dam-daşından oxu Şabranın,

Hələ torpaq altda çoxu Şabranın… 



 

10-11.11.1998

 

 ***

Dəvəçi-Siyəzən isti ocağım, 

Tağay, doğma yuvam, uşaqlıq çağım,

Şahdag, dağlar içrə ən uca dağım,

Coşqun, dəli-dolu Gilgilçay çayım,

Xəzər, şıltaq Xəzər, dünyaya hayım,

Anam Azərbaycan büllur sarayım!

Qanımla qaynayan diləyimdəsiz,

Siz mənim döyünən ürəyimdəsiz!



 

12.11.1998

 SİYƏZƏN 

Sinəsi neft qoxulu,

Gecələri yuxulu,

Nağılları qorxulu…

Başı qarlı, Siyəzən,

Dağ vüqarlı, Siyəzən.

Uca Qafqaz dirəyi,

Gömgöy Xəzər ürəyi,

Daşdan çıxar çörəyi,

Siyah telli, Siyəzən,

Şirin dilli, Siyəzən.

Dərbəndə çatar yolu,

Torpağı tarix dolu,

Xıdırzində haqq yolu…

Dağım, düzüm, Siyəzən, 

Görən gözüm, Siyəzən.




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə