Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə11/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   7   8   9   10   11   12   13   14   ...   154

41

    Y

ol gedirik

Bir elin gülzarı bol,



Bir elin məzarı bol,

Dünyanın azarı bol,

Ay çəkənə qəm dünya,

Çəkməyənə dəm dünya.

Minlər qoynunda yatar,

Minlər minini satar,

Şadimanı gəl qutar…

Ay çəkənə qəm dünya,

Çəkməyənə dəm dünya.

 

10.05.1994

DOĞULAN PEŞİMAN, ÖLƏN PEŞİMAN 

Acılar könlümdə qübara dönüb,

Bir anlıq sevincim nübara dönüb,

Bəxtim, səadətim dübarə dönüb,

Görmədim çoxunda əqidə, iman, 

Doğulan peşiman, ölən peşiman.

Dünyanın acısı-şirini zəhər,

Boğur həyatımı büsbütün qəhər,

Zaman da dördnala çapan bir kəhər…

Alır əlimizdən anları yaman,

Doğulan peşiman, ölən peşiman.

Göyün yeddi qatı sirli bir kaha,

Milyonlar öldürür naləyə, aha,

Gah toydu, gah yasdı, eyvah sabaha,

Yolur saçlarını əlində zaman,

Doğulan peşiman, ölən peşiman.

Ərəsat gününü bir düşünən yox,

Mini ac yaşayır, biri isə tox,

Dünyanın dəlisi bilənindən çox,

Heç kəs düşünməyir axirət divan…

Doğulan peşiman, ölən peşiman.

Hərə günahının yükünə ulaq,

Axır zamanıyçın yanacaq qulaq,

Gözdən axan qanlar min çeşmə, bulaq,

Didir bir-birini sağ ikən insan!

Doğulan peşiman, ölən peşiman.




42

Şirin x

anım Kərimbə

yli Şadiman

Vicdan yox, paranın bölgüsü gedir,



Ağılsız başların hörgüsü gedir,

Hər cür alçaqlığın süngüsü gedir,

Büdrəyən, yıxılan, əzilən ümman,

Doğulan peşiman, ölən peşiman.

Bir kimsə bilməyir dünya imtahan,

Pulu-parasıyla şirindi cahan,

Harama, halala çox azdı baxan,

Gözümüz önündə hər günahsız qan,

Doğulan peşiman, ölən peşiman.

Birinin altunu qucağa sığmır,

Biş-düşü min cürə, ocağa sığmır,

Birinin əyalı bucağa sığmır,

Yoxuşu, enişi, örüşü duman,

Doğulan peşiman, ölən peşiman.

Zaman hədələyir bizi ürəklə,

Leysanla, boranla, acı küləklə,

Allahlıq edirik, vallah, fələklə,

Döyür qapımıızı ölüm, ah, aman…

Doğulan peşiman, ölən peşiman.

Demə Şadimana Tanrı naşıdır,

Dəryalar, çeşmələr gözüm yaşııdır,

Ruhum sənin, cismim vətən daşıdır!

Əbədi deyildir bəxş etdiyin can,

Doğulan peşiman, ölən peşiman.



 

19.11.1992

 

SAZIM ÇAL 

Dərdlərimin təzəsi çox, azı yox,

Ölər ömrün sərt qışı var, yazı yox,

Heç alında yazım kimi yazı yox,

Yaralanmış könlü al,

Qopuzum çal, sazım çal.

Mən gələli dünya yaman dünyadır,

Yazıq başım gecə-gündüz qaldadır,

Var-dövləti gözümüzü aldadır,

Yaralanmış könlü al,

Qopuzum çal, sazım çal.




43

    Y

ol gedirik

Ellərimin qan ağlayan gözləri,



Alışdırır bağrın için közləri,

Yağılara göz dağıdır özləri,

Yaralanmış könlü al,

Qopuzum çal, sazım çal.

Dərd sinəmi min bir yerdən oxladı,

Bu kor olmuş bəxtim yenə yuxladı,

Gül bəslədim, ətrin yağı qoxladı,

Yaralanmış könlü al,

Qopuzum çal, sazım çal.

Nədəndir ki, buludlanmış nəhirlər?

Boğdu məni min bir yerdən qəhərlər,

Dünya zalım üstbəüstdən zəhərlər,

Yaralanmış könlü al,

Qopuzum çal, sazım çal.

Zəmanənin üzü dönüb yenə də,

Min yara var qəmə batmış sinədə,

Tarix ağlar uçuqlanmış binədə,

Yaralanmış könlü al,

Qopuzum çal, sazım çal.

Tale quşu bağrımızdan uçubdu,

Əlçatmayan zirvələri qucubdu,

Bəxt sarayı başımıza uçubdu,

Yaralanmış könlü al,

Qopuzum çal, sazım çal.

Acılara ağlayan kim, gülən kim?

Dünya varın min bir yerə bölən kim?

Altunlarla çarpışan kim, ölən kim?

Yaralanmış könlü al,

Qopuzum çal, sazım çal.

Saçın yolur halımızdan mələklər,

Şimşəklərdən şivən qurur fələklər,

Qüsurlunu, qüsursuzu ələklər…

Yaralanmış könlü al,

Qopuzum çal, sazım çal.

Ey Şadiman, dünya mənim deyənlər,

Varın, pulun, əyin-başın öyənlər,

Haqqı danıb, tərəzini əyənlər,

Bir gün Tanrı dərgahında hey inlər,

Yaralanmış könlü al,

Qopuzum çal, sazım çal. 



27.10.1991. 


44

Şirin x

anım Kərimbə

yli Şadiman



 



ET MƏ Dİ DÜN YA 

Heç kə sə gös tər məz öz və fa sı nı,

Çək di rər gə lə nə qəm cə fa sı nı,

Gö rən az olub du o sə fa sı nı,

Hər ha ya, ha ra ya yet mə di dün ya,

Kim sə yə eti bar et mə di dün ya.

Bo şaltdı göz lər dən do lan yaş la rı,

Kəl lə di, sü mük dü bom boz daş la rı,

Min il lər ça tı lıb dərddən qaş la rı,

Hər ömür ba ğın da bit mə di dün ya,

Kim sə yə eti bar et mə di dün ya.

En dir di sul ta nı, şa hı tax tın dan,

Ki mi dü şürt mə di o ağ bax tın dan?

Bir öm rə qat ma dı bir an vax tın dan,

Ölən lə mə za ra get mə di dün ya,

Kim sə yə eti bar et mə di dün ya.

Ca nı bo ğa zın dan çı xa rıb al dı,

O gül bə dən lə ri qə bi rə sal dı,

Ha mı nın gö zün də axı ra qal dı,

Ömür tək tə lə sik öt mə di dün ya,

Kim sə yə eti bar et mə di dün ya.

Yo lun da yor ğun du bə şər kar va nı,

Sa lar aya ğı na ötən sar va nı,

Gə lə nə, ge də nə bəl li ün va nı,

Yo ru lub yol lar da it mə di dün ya,

Kim sə yə eti bar et mə di dün ya.

Az-az ver di yi ni əlin dən qap dı,

Za man do la yın da tər si nə çap dı,

Hər do ğu lan tən də özü nü tap dı...

Tək öz qa na dı nı üt mə di dün ya,

Kim sə yə eti bar et mə di dün ya.

Sü mük da şa dön dü, daş da di va rə,

Za ma nın əlin də ömür ava rə,

Ge dən lər gəl mə di bir də dü ba rə,

Do ğul du, heç so na yet mə di dün ya,

Kim sə yə eti bar et mə di dün ya.

Sə pər da rı sı nı tor pa ğa, dü zə,

Ke çi rər xəl bir dən çı xa rar üzə,

Bən zər tə la tüm lü, çıl ğın də ni zə,

Əv və li, axı rı bit mə di dün ya,

Kim sə yə eti bar et mə di dün ya.



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə