Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə13/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   9   10   11   12   13   14   15   16   ...   154

49

    Y

ol gedirik

Za man to xun ma sın kön lüm də te lə,



Mə nim bu dün yay la sev dam var hə lə.

Fə lək bə lək lə yir ağ rı, acı mı,

Bə zə yir il ham la kö nül ta cı mı,

Du yur ye rim, gö yüm eh ti ya cı mı,

Çap sın duy ğu la rım be lə dən-be lə,

Mə nim bu dün yay la sev dam var hə lə.

Ürək alış ma sa göz də yaş ol maz,

Ağı lı ol ma yan baş dan baş ol maz,

İn san do ğu la nın qəl bi daş ol maz,

Şa di man, ölü mü gə tir mə di lə,

Mə nim bu dün yay la sev dam var hə lə.

Mə nim bu dün yay la sev dam var hə lə.



 

03.03.2001.

 

QABARLI ƏLLƏR 

Böyük şəhərləri, böyük kəndləri,

Dünyaya gətirdin, qabarlı əllər.

Sussuz torpaqlarda tikdin bəndləri,

Bar-bəhər yetirdin, qabarlı əllər.

Ağılla nemətlər süfrəyə doldu,

Zəhmətin hamıdan birinci oldu,

Fərəhdən gözlərin qürurla doldu,

Daşdan gül bitirdin, qabarlı əllər.

Zinətli evlərdən uzaq yaşadın,

Çiynində ən ağır bir yük daşıdın,

Bər-bəzəkli gəzdi sənin yaşıdın,

Seltək tər itirdin, qabarlı əllər.

Sanki bol nemətdir evə-eşiyə,

Hazırdır dunyaya ulu keşiyə,

Körpəli-çağalı məsum beşiyə,

Gülabdır, ətirdir qabarlı əllər.

Yorulmaq bilmədin işdən, əməkdən,

Torpağın yükünü hər an çəkməkdən,

Dil doymaz şəninə dastan deməkdən,

Hər anın sətirdi, qabarlı əllər.

Düzgün yaşayanlar sevər Allahı, 

Gücünlə görürəm aydın sabahı,

Məni zəhmətinə bağlayan axı,

İstəkdi, xətirdi, qabarlı əllər. 

24.01.1987



50

Şirin x

anım Kərimbə

yli Şadiman



 QOYUN AZAD UÇSUN 



 GÖYLƏRDƏ QUŞLAR

Gəzir səmalarda çiskin-dumanlar,

Dolaşır dünyanı şübhə, gümanlar,

Dilsiz canlılar da bizi yamanlar,

Tökər üstümüzə min-min qarqışlar,

Qoyun azad uçsun göylərdə quşlar.

Səma da, torpaq da el də bizimdir,

Gah acı, gah şirin dil də bizimdir,

Ömrümüzdən gedən il də bizimdir,

Göydən yağdırmayın nüvə yağışlar,

Qoyun azad uçsun göylərdə quşlar.

Ey qafil, yuxudan erkən dur bir gün,

Gör necə parlaqdır səmada al gün,

Salmın bu dünyanın bəxtinə düyün,

Bir də fikirləşin, düşünün, başlar,

Qoyun azad uçsun göylərdə quşlar.

Yerin də, göyün də öz cəfası var,

Hər qarış torpağın öz səfası var,

Dilsiz canlıların öz vəfası var,

İnsanın ağlını qədər alqışlar, 

Qoyun azad uçsun göylərdə quşlar.

Dağlara, düzlərə gəl diqqət edək,

Buyurub, dünyanın seyrinə gedək, 

Mənəm deyənlərin ağzını güdək,

Cahanda yenə də qan-qırğın başlar,

Qoyun azad uçsun göylərdə quşlar.

Gəl seyrinə dalaq pak ormanların,

Dəli şimşəklərin, sis dumanların,

Sabahın düşünək bu ümmanların,

Dünyanın gözünü dərd, ələm yaşlar,

Qoyun azad uçsun göylərdə quşlar.

Baxıram fəzada ağ bulud uçur,

Gah dərəyə qaçır, gah düzə qaçır,

Bu altun kainat ürəyi açır,

Gəzsin ölkələri qoy qaranquşlar,

Qoyun azad uçsun göylərdə quşlar.




51

    Y

ol gedirik

Gözəllik duyuram dağda, aranda,



Göyün seyrinə çıx gün qızaranda,

Dünya ki, dururdu biz yarananda,

Canlı həyat imiş bir zaman daşlar,

Qoyun azad uçsun göylərdə quşlar.

Biz ki, bu dünyaya günahsız gəldik,

İdrakla, ağılla hər gün yüksəldik,

Zirvəni fəth edib, ormanı dəldik,

Atomlar, nüvələr bizə nə aşlar? 

Qoyun azad uçsun göylərdə quşlar.

Hər gün ömrümüzə baldı, şəkərdi,

Hər an, hər dəqiqə zaman təkərdi,

Dünyanın dərdini de kim çəkərdi?

Kim bizə yeni bir dünya bağışlar?

Qoyun azad uçsun göylərdə quşlar.

Doldurmun dünyanı acı silahla,

Oynamın gündüzlə, gecə-sabahla,

Kim mərama çatıb naləylə, ahla,

Salmayın raketdən yerə naxışlar,

Qoyun azad uçsun göylərdə quşlar.

Şadiman, dünyaya gəl diqqət elə,

İdraka təbiət yalvarmıb belə, 

Qitələr, okyanlar gəlibdir dilə,

Həyat, həyat deyir bütün baxışlar,

Qoyun azad uçsun göylərdə quşlar.

Qoyun azad uçsun göylərdə quşlar.

 

17-29.06.1986

 

YUXUM ÇİN OLAYDI KAŞ 

Röyada gördüm ki, bu gecə yarı...

Süd gündüz içində dünyanın varı,

Nemətlər hamıya bölünüb yarı,

Yad sözü yox, hamı – bacı və qardaş... 

Bu gecəki yuxum çin olaydı kaş!

Nə silah, nə sərhəd, nə nüvələr var,

Dünyaya od qoyan nə «güvələr» var,

Babalar, nənələr, gül nəvələr var, 

Təmiz, pak sevənlər sevənə sirdaş,

Bu gecəki yuxum çin olaydı kaş!



52

Şirin x

anım Kərimbə

yli Şadiman

Röyada gördüm ki, gülür kainat,



Özgə təmtəraqda silahsız həyat,

Kasıbsız, varlısız, günahsız həyat,

Dünyanın evinə dolubdu daş-qaş,

Bu gecəki yuxum çin olaydı kaş!

Çəkilib kürədən əzab, zillətlər,

Bir yerdə süfrəsin açıb millətlər,

Xoşdur hər məramlar, bütün niyyətlər,

Yox olub dünyanın gözündən qan-yaş,

Bu gecəki yuxum çin olaydı kaş!

Ağ, qara, sarıdan, hər irqdən olan,

Hamının köksündə yalnız bir inam,

Röyada olsa da mən necə danam...?

Gözəl arzularla dolub ürək, baş, 

Bu gecəki yuxum çin olaydı kaş!

Uçur səmalarda sülh göyərçini,

Parlayır dünyanın orağı-çini,

Çəkir məğrur-məğrur dünya içini,

Asılıb pisliyin sinəsindən daş,

Bu gecəki yuxum çin olaydı kaş!

Sərhədlər yerinə çinar əkilib,

Dünyanın üzünə ağ tül çəkilib,

Həyatdan yamanlıq, pislik əkilib,

Gülür çöhrələrdə bəxtəvər göz-qaş,

Bu gecəki yuxum çin olaydı kaş!

Yoxdur kürəmizə meydan oxuyan,

Yoxdur künc-bucaqda pislik toxuyan,

Hər ləhcədə, dildə nəğmə oxuyan,

Yeri zirvələrin zirvəsində baş,

Bu gecəki yuxum çin olaydı kaş!

Töküb səmalara günəş tellərin,

Keşiyin çəkirdi xoşbəxt ellərin,

Yeri hədələyən yaman dillərin, 

Ağzına basılmış qapqara bir daş

Bu gecəki yuxum çin olaydı kaş!

Yanıb kürəmizdə bütün silahlar,

Yox olub dünyadan, ağrılar, ahlar,

Lap ətir qoxuyur açan sabahlar,

Zillətdən, əzabdan ağrımayır baş, 

Bu gecəki yuxum çin olaydı kaş!



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə