Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə41/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   37   38   39   40   41   42   43   44   ...   154

159

    Y

ol gedirik



 



NİYƏ GƏRƏKDİR? 

Bağa gəlir bülbül gülün xətrinə,

Hər budaqda gəzmək niyə gərəkdir? 

Yaxşılıq et yaxşıların xətrinə,

Könlü, qəlbi üzmək niyə gərəkdir?

Zaman aqil, ömür qısa, gün yarı,

Elə qalar eldən gələn el varı,

Dar ayaqda atıb qaçıb dost yarı...

Daş torpağı əzmək niyə gərəkdir?

Dünyaya bax, əllərində tərəzi,

Biri vardır, biri namərd şər gözü,

Əzizləyir o gecəni-gündüzü,

Varı küncə düzmək niyə gərəkdir?

Başın açıb, pislik edən bir şərə,

Yamanlamaq, qarğışlamaq min kərə,

Əyri-oğru nə verdi bu bəşərə?

Haqsızlığa dözmək niyə gərəkdir?

Yol üstündə yaman-yaxşı çıxanda,

Bir nahaq dil min bir bağır sıxanda,

Naxələflər sənə əyri baxanda,

Həyatından bezmək niyə gərəkdir?

Baş ağardı, diş töküldü, yaşa nə?

Qəlb yanırsa, gözdən gələn yaşa nə?

Sonu çatıb bu payızın, qışa nə?

Hər yerişi sezmək niyə gərəkdir?

Könül uysa bir sevginin oduna,

Biri getsə bir nakəsin badına,

Əməlləri yaraşırsa adına,

Onu pis-pis süzmək niyə gərəkdir?

Bulaq gözdən bulanaraq çıxırsa,

Şəffaflığı, duruluğu axırsa,

Gözün ona bir su kimi baxırsa,

 Daha onu süzmək niyə gərəkdir?

Şirin xanım, yaman gözü el görər,

Ağ cığırı min bəlalı tel görər,

Eniş-yoxuş, dərə-təpə sel görər,

Hər çamurda üzmək niyə gərəkdir? 

 

25.10.1987



160

Şirin x

anım Kərimbə

yli Şadiman



EHTİYAC 

Ehtiyac – çox qəfil oyunların var,

Kəslər mərtəbədən endirmisən sən.

Sənin o boşluğun çox canlar udar,

Çoxunu yoxluqla dindirmisən sən.

Kimini tox edib, kimin ac etdin,

Çox qapı açılmıb sənin üzündən.

Yoxluğu şöhrəttək başa tac etdin,

Az adam yayınar iti gözündən.

Ümidi alaraq qəfil ağzına,

İti dişlərinlə didib çeynərsən.

Bə‘zən də sakitcə çəkilib qına,

Ağrı timsalında qəlbə dönərsən.

Çox aqil başları alçaldaraq sən,

Yerinə, yurduna həsrət qoyarsan.

Salaraq saçlara alatoran dən,

Vaxtsız ürəkləri dərdlə oyarsan.

Ehtiyac əlindən nə gəlməz daha,

İnsan iradəsin əldən alarsan.

Satarsan tamaha qiymətdə baha,

Özünü tülkütək dona salarsan.

Güclü tufan təki qəfil başlarsan,

Açıq qapıları çırparsan üzə.

Ağlamayan gözü dərdlə yaşlarsan,

Sənin qəddarlığın tez çıxar üzə.

Dolu bulaqların gözü quruyar,

Çaylar öz səmtini dəyişər tamam.

Ürək hər tərəfdən köməyə uyar.

Yoxluğun üzündən qəlb bişər tamam.

Nə yaxşı, nə yaman aramaz gözün,

O qapı qalmaz ki, daş atmayasan.

Yoxluq anlayışın bilərək özün,

O adam olmaz ki, alçatmayasan.

Bə‘zən dolu evi boşa qoyarsan,

İçində sərsəri küləklər oynar.

Bir küt bıçaq təki qəlbi oyarsan,

Başında acılı xülyalar qaynar.




161

    Y

ol gedirik

Əlinlə ən aqil başlar alçalar,



Düzlüyü yolundan sən azdırarsan.

Düşmənlər sevinər, xain əl çalar,

Namərdin adını düz yazdırarsan.

Sütunlu evləri sütunsuz etdin,

Rəzil qanununun tutub ucundan,

Hər elə, obaya, qapıya getdin,

İnsan çox cəfalar çəkib ucundan.

Çox adlar alçalıb əllərin ilə,

Ehtiyac – çoxların sən susdurmusan.

Gözlərdən tökülüb yaş gilə-gilə,

Sən çox yurdsuzlara qan qusdurmusan.

Zaman bəlaların söyləyərsə ah,

Etdiyin pisliklər dünyanı tutmaz.

Şadiman gerçəyi söyləsə hərgah,

Sənin əməlinə bir əməl çatmaz.

 

29.07.1985. 

 YOLLARA DİKİLİB QALIB

 

Gözlərim yollara dikilib qalıb,

Könlümün evini dumanlar alıb,

Ömrümün illəri xəyala dalıb,

Nə bir gedənim var, nə bir gələnim,

Nigarançılığa qəlbim bələnib.

Tale keşməkeşli olurmuş, aman,

Məni imtahana çəkdi bu zaman,

Dünyanın işləri yamandır, yaman,

Bir gündə qəm-qüssə, sevinc də gəlir, 

Könlümdə min cürə heyrət yüksəlir. 

Mənim həyatıma ağrıyan ürək,

Səni susdurmasın fırtına, külək,

Coş, gurla sədanı eşidək, bilək, 

Həyat yollarında büdrəməyək, gəl

Fərəhlə qurulsun hər köklü təməl. 



 

06.02.1985


162

Şirin x

anım Kərimbə

yli Şadiman



ADDIMLAR 

Dan yeri sökülür, səhər açılır,

Başlayır dünyada gediş-gəlişlər.

Qapı üzümüzə çətin açılır…

Başlanır bir günlük görülən işlər.

Küçənin sükutun pozur addımlar...

Ayaq səsi alır ərzi ağzına.

Hər addımın sirri, hekayəti var,

Bağlıdır ürəyin öz dünyasına.

Biri çox nazlıdır, biri təmkinli,

Bir addım əsrtək sürət götürüb.

Biri çox ötkəmdir, birisə kinli,

Qeyrisi yerişin tamam itirib.

Bu ədalı addım görəsən hansı

Vəzifə sahibin idarə edir?

Bəlkə kimə isə kəsilib asi,

Kiminsə məhvinə fərmançın gedir?!

Aman qarşıdakı addım yiyəsi,

Necə nur tökülür sənin çöhrədən.

Torpağa qoyduğun hər ayaq səsi,

Alır ixtiyarı, əqli də əldən...

Ey aqil torpağın sükutun pozan

Addımlar, necə də öz ahəngin var.

Dünyanın işlərin min yerə yozan,

Səndə muğamım var, səndə cəngim var.

Beyin fikirləşir, ürək döyünür,

Addımlar həyata keçirir onu.

Addım var cəmiyyət onla öyünür,

Addım var anlamır nə olduğunu...

Addım var bir elə ölüm gətirir,

Tufanı dünyanı buza döndərir.

Addım var yollarda çiçək bitirir,

Hər keçən yolçu da bir baş endirir.

Qatı açılmamış kitab addımlar,

Sizdə Babəkim var, siz də Koroğlum.

Sizin qayənizlə həyat verər bar,

Sizlə ovsunlanar bu hissim, ağlım.




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə