Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə49/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   45   46   47   48   49   50   51   52   ...   154

191

    Y

ol gedirik

İpini yığan yox harınların heç,



Dəbdəbə içində zirvə tutarlar.

Toxundan partlayan qarınların heç,

Çarəsi bulunmaz röya qatarlar.

Bir tikə çörəyə həsrət olanlar,

Səfil həyatıyla baş-başa qalıb.

Dünyanı fırlanır, gəzir yalanlar,

Dünya bu işlərə tamaşa qalıb.

Boğazı quruyub haqqın şivəndən,

Quruyan boğaza su tapılmayır.

İlahi mat qalıb boylanır gendən,

Ömrünə hönkürən yerində sayır.

Vicdanlar lal olub, dil topuq çalır.

Ürəyi partlayan məzara köçür.

Zalımlar hallanır, məddah əl çalır,

Utanan üzlərdə tər puçur-puçur.

Hamı gəldi-gedər deyir dünyanı,

Dünya öz yerində, ağrı çəkən biz.

İtirib bir çoxu çoxdan həyanı.

Dərdini şumlayıb bostan əkən biz.

Zindanlar dustağa yox deyir daha,

Yoxsula rahat yer həbisxanadır.

Şər nərdivan qoyub çıxır Allaha,

Həyasın itirən yekəxanadır.

Kimi öz ömrünü aclıqla sürür,

Kimi də sərvətlə bilmir neyləsin?

Tərəzi əyilir, Yaradan görür,

Azğınlar haqq yola gəlmir, neyləsin?

Ürəyin çəkdiyin dil deyə bilmir,

Dilin də ağrısı candan keçirmiş.

Çəkdiyi zülümü bəs niyə bilmir?

Bilirsə, qanını özü içirmiş.

Şadiman dərdlərə olub mübtəla,

Məzlumun acısın gəzdirə bilmir.

Göydəmi? Yerdəmi? Bilməm, Haqq-tala,

Bu acı dərdləri çözməyə gəlmir! 

 

07.07.2015



192

Şirin x

anım Kərimbə

yli Şadiman



GƏL İÇƏRİ DOĞUM GÜNÜM

Ötüb keçən günlərimi üyütmüşəm,

Ağrıları yaşımdan çox böyütmüşəm,

Ötənlərə canın özün şam etmişəm,

Sükutunu geyinmişəm, yoxdu ünüm,

Qapım açıq, gəl içəri doğum günüm.

Bir az kövrək, bir az şıltaq uşağam mən,

Könül telim himə bənddi, aşığam mən,

Ötüb keçən illərimə işığam mən,

Gəlişinə dolu təki yağım, günüm,

Qapım açıq, gəl içəri doğum günüm.

Ayaqlarım yorğun düşüb zamanına,

Bir ömürdü sığınıram imkanına,

Məni atdın dünya adlı məkanına,

Acıların zirvə dələn dağım, günüm,

Qapım açıq, gəl içəri doğum günüm.

Zaman qovur qaça-qaçda ömür ilə,

Kainatdan qorub gələn əmir ilə,

Calayıram Tanrı verən ili-ilə,

Yavaş-yavaş solur bağçam, bağım gülüm,

Qapım açıq, gəl içəri doğum günüm.

Sevməyənlər sevənimdən çox olubdu,

Bəzən ruhum qopub məndən yox olubdu,

Ətrafımın dərdi cana ox olubdu,

Gecələrdə qalxıb ərşə ağım, günüm,

Qapım açıq, gəl içəri doğum günüm.

Çəkdiyimi qulağına oxuyacam,

Dərdlərimdən sənə xalı toxuyacam,

Sən pıçılda, hənirtini mən duyacam,

Gah fərəhdi, gah kədərdi çağım, günüm,

Qapım açıq, gəl içəri doğum günüm.

Şadimanın hönkürtüsü dolu təki,

Varmı çətin, söylə, ömür yolu təki?

Gir içəri, sən gələsən hər il təki…

Payızüzlüm, tök çiçəyi, yığım günüm,

Qapım açıq, gəl içəri doğum günüm.

Qapım açıq, gəl içəri doğum günüm.



 

02.09.2017


193

    Y

ol gedirik



 



DƏRD YÜKÜM 

Elə ağırdır ki, mənim dərd yüküm,

Sərvəti talanan Vətənəm özüm.

Bu qədər dəhşəti mən necə çəkim?

Əzablar içində itənəm özüm.

Zülmətin bağrında işıq gəzirəm,

Ulduz parıltısı yetmir gözümə.

Ruhuma qoşulub göydə süzürəm,

Necə heyran olmum canda dözümə?!

Çıxıram gecənin qaranlığından,

Düşürəm sabahın parıltısına.

Bezirəm xəyalın viranlığından,

Dönürəm ümidin pıçıltısına.

Ağrım qol götürüb oynayır mənə,

Qoşulub onunla rəqs eləyirəm.

Qapımı açıram şadlığım dönə,

Onun gəlməyini çox diləyirəm. 

Şübhəylə baxırlar əqrəblər düzü,

Sanki sağlığıma əmin deyillər,

Hönkürdür ürəyim gecə-gündüzü,

Kədərlər Allahsız mömin deyillər.

Bir şirin yuxutək ötəri ömür,

Nə vaxt düşürəcək canı taxtından?

Bütün həsrətlərin betəri ömür,

Sən də gileylisən məntək baxtından.

Nə edim, ümid də diləyə bağlı,

Ağladıb güldürür adamı hər an.

Şadiman, aparma uzağa ağlı,

Tanrı töfhəsidir bədənindən can.

 

31. 07 2016



194

Şirin x

anım Kərimbə

yli Şadiman



 



AY BU KÖ NÜL YOX SU LU 

Çat sa ən uca ada,

Da hi ol sa dün ya da,

Var mı bə şə rə fay da?

Ye tiş mə yir sə da da,

Var lı ğı ti kan ko lu,

Ay bu kö nül yox su lu.

Ürək də heç nə yi yox,

İn san lı ğa sə yi yox,

Heç bir şey də rə yi yox,

San ki can sız he yi yox,

Olar ta ma hın qu lu,

Ay bu kö nül yox su lu.

Fik ri, zik ri sər vət dir,

Qa zan dı ğı lə nət dir,

Al la ha xə ya nə dir!

Zənn elər də ya nət dir,

Dü şü nər bu haqq yo lu,

Ay bu kö nül yox su lu.

Hiy lə si baş dan aşar,

Ha ram la pı çıl da şar,

İs tə yi aşıb, da şar,

Da ğı min da ğa qo şar,

Cib lə ri ha ram do lu!...

Ay bu kö nül yox su lu.

Baş la ra ağıl qo yar,

Özü nü müd rik sa yar,

Öz ca ma lı na uyar,

Yığ dı ğın dan heç do yar?

Sa nar özü nü ulu,

Ay bu kö nül yox su lu.

Xoş olar ah dan, vay dan,

Pul qo pa rar rö ya dan,

San ki gə lib di Ay dan,

Köç edib bu dün ya dan

Get məz ki, üzü su lu, 

Ay bu kö nül yox su lu. 

 

11.12.1999.



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə