2014v4
38
a) “Sürәti azaldın” siqnalı nizamlayıcı әl ilә yuxarı-aşağı hәrәkәtlәr edәrsә, hәrәkәtә icazә verilәn istiqamәtlәrdә
sürücüdәn öz nәqliyyat vasitәsinin sürәtini azaldılmasını tәlәb edir;
b) “Sürәti artırın” siqnalı nizamlayıcı әli ilә üfüqi vәziyyәtdә (saat әqrәbi istiqamәtindә) dairәvi hәrәkәtlәr
edәrsә, hәrәkәtә icazә verilәn istiqamәtlәrdә sürücüdәn öz nәqliyyat vasitәlәrinin sürәtini artırmaq, piyadalardan isә
yolu keçmәsini tezlәşdirmәyi tәlәb edir;
v) “Dayanın” siqnalı nizamlayacı tәrәfindәn hәr hansı nәqliyyat vasitәsinә tәrәf yönәldilmişdirsә, onun
sürücüsündәn öz nәqliyyat vasitәsini yolun hәrәkәt hissәsinin kәnarında dayandırmasını tәlәb edir.
III. Müstәsna hallarda (yol hәrәkәtinin tәhlükәsizliyini tәmin etmәk mәqsәdilә tәxirә salınmayan tәdbirlәrin görülmәsi
üçün zәrurәt yaranarsa), nizamlayıcı bu maddәnin ikinci hissәsindә göstәrilәn siqnalların mәnalarından fәrqli olaraq
yol hәrәkәti iştirakçılarına aydın olan digәr siqnalları verә bilәr.
IV. Bu maddәdә nәzәrdә tutulmuş siqnalları verәrkәn, nizamlayıcı fitdәn dә istifadә edә bilәr.
V. Nizamlayıcı elә yerdә dayanmalı vә elә tәchiz edilmәlidir ki, yol hәrәkәti iştirakçıları onun tәrәfindәn verilәn
siqnalları sutkanın işıqlı vә qaranlıq vaxtı seçә bilsinlәr. Bu mәqsәdlә sutkanın qaranlıq vaxtında nizamlayıcı işıq
düşәn yerdә dayanmalıdır vә ya istifadә edilәn jezl işıq saçan vә yaxud işıq verәn olmalıdır.
Maddә 59. Svetoforun siqnalları
I. Yollarda, yolayrıclarında vә digәr yerlәrdә yol hәrәkәtini nizama salmaq üçün svetoforlardan istifadә olunur.
Svetoforların vasitәsi ilә verilәn siqnallarda yaşıl, sarı, qırmızı vә ağ-sarımtıl rәnglәr tәtbiq edilir (3 saylı Әlavә).
II. Tәyinatından asılı olaraq svetofor siqnalları dairәvi formalı, ox (oxlar), piyadanın vә ya velosipedin silueti şәklindә
vә X formalı ola bilәr. Dairәvi siqnallı svetoforların yaşıl ox (oxlar) şәklindә bir vә ya iki әlavә bölmәsi ola bilәr: hәmin
bölmәlәr dairәvi yaşıl siqnalın sәviyyәsindә yerlәşdirilir.
III. Svetoforun dairәvi siqnallarının aşağıdakı mәnaları vardır:
1) yaşıl rәngli işığın yanması — bu siqnal hәrәkәtә icazә verir;
2) yaşıl rәngli işığın yanıb- sönmәsi — bu siqnal hәrәkәtә icazә verir vә bildirir ki, onun vaxtı qurtarır, tezliklә
qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönmәsinә qәdәr qalan müddәti sürücülәrә bildirmәk üçün rәqәmli tablo
tәtbiq edilә bilәr);
3) sarı rәngli işığın yanması — bu siqnal hәrәkәti qadağan vә tezliklә siqnalların dәyişәcәyi barәdә xәbәrdarlıq
edir;
4) sarı rәngli işığın yanıb-sönmәsi — hәrәkәtә icazә verir vә nizamlanmayan yolayrıcının
vә ya piyada keçidinin
olduğunu bildirir, tәhlükә barәdә xәbәrdarlıq edir;
5) qırmızı rәngli işığın yanması vә ya yanıb-sönmәsi — bu siqnal hәrәkәti qadağan edir;
6) qırmızı vә sarı rәngli işıqların eyni vaxtda yanması — bu siqnal hәrәkәti qadağan edir vә tezliklә yaşıl
siqnalın yanacağını bildirir.
IV. Svetoforun oxlar şәklindә qırmızı, sarı vә yaşıl rәngli işıqlarının mәnası müvafiq rәngli dairәvi işıqların mәnası ilә
eynidir, lakin onların qüvvәsi yalnız oxlarla göstәrilәn istiqamәtә (istiqamәtlәrә) şamil edilir. Hәm dә sola dönmәyә
icazә verәn ox, müvafiq yol nişanının geriyә dönmәyi qadağan etmәdiyi hallarda, geriyә dönmәyә dә icazә verir.
Әlavә bölmәdәki yaşıl oxun da mәnası belәdir. Әlavә bölmәnin işığının sönmәsi bu bölmәnin nizamladığı istiqamәtdә
hәrәkәtin qadağan edilmәsi demәkdir.
V. Svetoforun әsas yaşıl işığının üstünә qara konturlu ox (oxlar) çәkilmişsә, bu, sürücülәrә svetoforun әlavә
bölmәsinin olduğunu bildirir vә әlavә bölmәnin işığında göstәrilәndәn fәrqlәnәn digәr istiqamәtlәrdә hәrәkәtә icazә
verir.
VI. Svetoforun işığı piyada (velosiped) silueti şәklindәdirsә, onun qüvvәsi yalnız piyadalara (velosipedçilәrә) şamil
edilir. Bu zaman yaşıl işıq piyadaların (velosipedçilәrin) hәrәkәtinә icazә verir, qırmızı işıq isә onların hәrәkәtini
qadağan edir. Velosipedçilәrin hәrәkәtini nizamlamaq üçün hәmçinin dairәvi işıqları olan kiçik ölçülü svetoforlardan
da istifadә edilә bilәr; hәmin svetoforlara üzәrindә qara rәngli velosiped tәsviri olan 200x200 mm ölçüdә ağ rәngli
düzbucaqlı lövhә әlavә olunur.
VII. Kor piyadalara yolun hәrәkәt hissәsini keçmәyin mümkünlüyünü bildirmәk üçün svetoforun işıq siqnallarına sәs
siqnalı da әlavә edilә bilәr.
VIII. Yolun hәrәkәt hissәsinin zolaqları ilә, xüsusәn hәrәkәt istiqamәti әks tәrәfә dәyişә bilәn zolaqları ilә nәqliyyat
vasitәlәrinin hәrәkәtini nizamlamaq üçün belә yollarda qırmızı rәngli X formalı siqnalı vә aşağı yönәldilmiş oxşәkilli
yaşıl siqnalı olan qarşılıqlı svetoforlar tәtbiq edilir. Bu siqnallar onların altında yerlәşәn zolaqda hәrәkәti müvafiq
sürәtdә qadağan edir vә ya ona icazә verir. Qarşılıqlı svetoforun әsas siqnallarına diaqonal üzrә aşağı sağa vә ya sola
istiqamәtlәndirilmiş oxşәkilli sarı siqnal әlavә edilә bilәr; onun yanması siqnalın dәyişәcәyini vә oxun göstәrdiyi
zolağa keçmәyin zәruriliyini bildirir. Hәr iki tәrәfdәn
1.9 nişanlama xәtti olan zolağın üzәrindә asılmış
qarşılıqlı svetofor siqnalları yanmadıqda, bu zolağa girmәk qadağandır.
IX. Tramvaylar, habelә digәr ümumi istifadәdә olan nәqliyyat vasitәlәri üçün ayrılmış zolaqda hәrәkәt edәn hәmin
nәqliyyat vasitәlәrinin hәrәkәtini nizamlamaq üçün “T” hәrfi şәklindә yerlәşmiş ağ-sarımtıl dörd dairәvi siqnalı olan
birrәngli siqnal svetoforları tәtbiq edilә bilәr. Svetoforun aşağısında yanan siqnalla eyni anda yuxarıda yanan bir vә
2014v4
39
ya bir neçә siqnal — hәrәkәtә icazә verir. Aşağı siqnalla birlikdә: yuxarıdakı sol siqnal yananda — sola, ortadakı
yananda — düzünә, sağdakı yananda — sağa hәrәkәt etmәyә icazә verir. Әgәr yalnız yuxarıdakı üç siqnal yanırsa,
hәrәkәt qadağandır.
X. Dәmiryol keçidindә yerlәşәn dairәvi ağ-sarımtıl siqnal nәqliyyat vasitәlәrinin keçiddәn keçib getmәsinә icazә verir.
Yanıb-sönәn ağ-sarımtıl vә sönmüş qırmızı siqnal olduqda görmә sahәsi hәddindә keçidә yaxınlaşan qatarın
(lokomotivin, drezinanın) olmadığı halda hәrәkәtә icazә verir.
XI. Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanının yol hәrәkәti tәhlükәsizlik komissiyasının qәrarı
olmadan onların әrazisindә yerlәşәn yollarda svetoforlar qurmaq qadağandır.
XII. Yollarda svetoforların qurulması vә onların lazımi vәziyyәtdә işlәmәsinә nәzarәt Azәrbaycan Respublikasının
müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn hәyata keçirilir.
XIII. Müvafiq qәrar olmadan svetoforların qurulması üçün onları quraşdıran şәxslәr mәsuliyyәt daşıyırlar.
Maddә 60. Svetoforun vә nizamlayıcının siqnallarının yerinә yetirilmәsi
I. Svetoforun vә nizamlayıcının siqnallarının yerinә yetirilmәsi yol iştirakçıları üçün mәcburidir.
II. Svetoforun vә ya nizamlayıcının qadağanedici siqnalı verildikdә sürücülәr nәqliyyat vasitәlәrini stop-xәtt
(
1.12 yol xәtti) qarşısında (әgәr bu xәtt yoxdursa, piyadaların hәrәkәtinә maneә törәtmәdәn kәsişәn
yolun hәrәkәt hissәsi qarşısında), piyada keçidi qarşısında, digәr yolayrıclarında isә svetofor qarşısında
dayanmalıdırlar:
1) yolayrıcında — kәsişәn yolun hәrәkәt hissәsi qarşısında (bu Qanunun 76-cı maddәsinin dördüncü hissәsini
nәzәrә almaqla);
2) bu Qanunun 44-cü maddәsinin üçüncü hissәsinә uyğun olaraq dәmiryol keçidi qarşısında;
3) başqa yerlәrdә — hәrәkәtinә icazә verilәn nәqliyyat vasitәlәrinә vә piyadalara maneә yaratmadan svetofor
vә ya nizamlayıcı qarşısında.
III. Sürücü nәqliyyat vasitәsini nizamlayıcının göstәrdiyi yerdә dayandırmalıdır.
IV. Svetoforun sarı işığı yandıqda vә ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nәqliyyat vasitәsini kәskin
tormozlamadan bu maddәnin ikinci vә üçüncü hissәlәrindә müәyyәn edilәn yerlәrdә saxlaya bilmәyәcәk sürücülәrә
hәrәkәti davam etdirmәyә icazә verilir. Siqnal verilәrkәn yolun hәrәkәt hissәsindә olan piyadalar keçidi boşaltmalı, bu
mümkün olmadıqda isә, nәqliyyat vasitәlәrinin әks istiqamәtli hәrәkәtlәrini ayıran xәttin üzәrindә dayanmalıdırlar.
V. Nizamlayıcının siqnalları vә göstәrişlәri svetoforun siqnallarına, yol nişanlarının vә nişanlama xәtlәrinin tәlәblәrinә
zidd olduqda belә, sürücülәr vә piyadalar bu siqnallara vә göstәrişlәrә әmәl etmәlidirlәr.
VI. Dәmiryol keçidlәrindә svetoforun yanıb-sönәn qırmızı siqnalı ilә bәrabәr, keçiddәn keçmәyin qadağan olunması
barәdә hәrәkәt iştirakçılarına әlavә mәlumat vermәk üçün sәs siqnalı da tәtbiq oluna bilәr.
Maddә 61. Yol nişanları
I. Yollarda yol hәrәkәtinin qaydaları vә şәraiti barәdә müәyyәn mәlumat saxlayan vә yol hәrәkәtini nizamlayan әsas
vasitәlәrdәn biri yol nişanlarıdır (4 saylı Әlavә).
II. Yol nişanları 7 nişan qrupundan ibarәtdir: xәbәrdarlıq, üstünlük, qadağan, mәcburi hәrәkәt istiqamәti,
mәlumatverici-göstәrici, servis, әlavә mәlumat (lövhәciklәr).
III. Hәr bir yol nişanının öz nömrәsi olur ki, onun birinci rәqәmi qrupun nömrәsinә uyğun olur, sonrakı rәqәmlәr
qrupda ardıcıl nömrәni vә müxtәliflik mövcud olduqda onun ardıcıl nömrәsini әks etdirir.
IV. Müxtәlif qruplardan toplanan üstünlük nişanlarından başqa, hәr qrup yol nişanlarının özünә mәxsus rәngi vә
forması vardır.
V. Yol nişanlarının sutkanın hәr bir vaxtı fәrqlәndirilmәsi vә oxunması üçün, onlar daxili vә xarici işıqlandırılma vә ya
işıqqaytarıcı sәth ilә (nәqliyyat vasitәlәrinin işıq cihazlarının işığını әks etdirәn xırda şüşә kürәciklәrinin әsasında
xüsusi nazik pәrdә) tәchiz edilirlәr. Daxildәn işıqlandırılmış nişanlar yolun süni işıqlandırılmış yerlәrindә qurulur. Süni
işıqlandırılmamış yollarda işıqqaytarıcı sәthli nişanlar tәtbiq olunur. İşıqqaytarıcı sәthli nişanların 100 metrdәn az
olmayan mәsafәdәn görünmәsi tәmin edilәrsә, onların stasionar işıqlandırılmış yollarda da qurulmasına yol verilir.
VI. Yol nişanlarının yerlәşdirilmәsi müvәqqәti xarakter daşıyırsa (mәsәlәn, yollarda tәmir işlәri görülürsә, yolun üstü
sürüşkәndirsә vә s.) vә onların istifadә edilmәsinә ehtiyac qalmayıbsa, bu nişanlar tәcili çıxarılmalıdırlar.
VII. Yolun eyni kәsiyindә üçdәn artıq yol nişanının qurulmasına icazә verilmir (tәkrar olunan nişanlar vә әlavә
lövhәciklәr nәzәrә alınmamaqla). Xüsusi qeyd olunmuş hallardan başqa yolun sağ tәrәfindә bütün yol nişanları
qurulur. İki vә ya artıq zolaqlarla bir istiqamәtdә hәrәkәti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tәrәfindәn
çәtinliklә qavranılarsa, onlarda olan mәlumat nәzәrә alınmaqla nişanlar tәkrar qurulmalıdır. Tәkrar nişanlar ayırıcı
zolaqlarda, әgәr ayırıcı zolaq yoxdursa vә әks istiqamәtli hәrәkәt üçün iki hәrәkәt zolağından artıq hәrәkәt zolağı
nәzәrdә tutulmamışdırsa, belә yol nişanları yolun sol tәrәfindә qurulurlar. Yolun solunda yerlәşdirilәn yol nişanının
görünmәsinin tәmin olunması mümkün deyilsә vә ya әks istiqamәtli hәrәkәt üçün üç vә artıq hәrәkәt zolağı vardırsa,
onda yol nişanları yolun hәrәkәt hissәsinin üstündә qurulurlar.