Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə23/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   ...   19   20   21   22   23   24   25   26   ...   45

2014v4 

36 


 

3) yedәyә alan nәqliyyat vasitәsinin sürücüsü hәrәkәtә başladıqda, gündüz vaxtı yaxın işıq faralarını 

yandırmalıdır; 

4) yedәyә alınan nәqliyyat vasitәsinin sürücüsü yedәyә alan nәqliyyat vasitәsi sürücüsünün siqnallarına uyğun 

siqnallar vermәlidir; 

5) nәqliyyat vasitәsi öz kütlәsindәn artıq olan nәqliyyat vasitәsini yedәyә almamalıdır (yedәyә almaq üçün 

xüsusi olaraq nәzәrdә tutulan nәqliyyat vasitәlәrinin yedәyә alması halları istisna tәşkil edir); 

6) yedәyә alma zamanı hәrәkәt sürәti 50 km/saatdan artıq olmamalıdır; 

7) yedәyә alma zamanı yedәyә alınan avtobusda, trolleybusda vә yük avtomobilinin bort platformasında 

sәrnişin daşınması qadağandır; 

8) tormozu vә sükanı nasaz olan nәqliyyat vasitәlәrinin yedәyә alınması onların tam vә ya qismәn yüklәnmәsi 

yolu ilә hәyata keçirilmәlidir; 

9) birlәşdirici hissә sәrt yedәyә almada nәqliyyat vasitәlәri arasında әn çoxu 4 metr, elastik yedәyә almada isә 

4 metrdәn 6 metrә qәdәr mәsafә qalmasını tәmin etmәlidir. Elastik yedәyә alma zamanı birlәşdirici hissәsinin hәr 

metri uyğun olaraq siqnal lövhәciklәri vә ya bayraqcıqları ilә işarәlәnir. 

VI. Aşağıdakı hallarda yedәyә alma qadağan edilir: 

1) buzlu yol şәraitindә; 

2) yedәyә almadan sonra ümumi nәqliyyat qatarının uzunluğu 24 metrdәn artıq olduqda; 

3) ikitәkәrli motosikletlәrlә vә ya onları; 

4) birdәn artıq nәqliyyat vasitәsini. 



 

Maddә 56. Adamların daşınması 

I. Banında adamlar daşınan yük avtomobillәrini yalnız “S” kateqoriyalı (kabinәdәki sәrnişinlәr dә daxil olmaqla 8 

nәfәrәdәk adam daşındıqda), habelә “C” vә “D” kateqoriyalı sürücülük vәsiqәsinә malik olan şәxslәrin idarә etmәsinә 

icazә verilir. 

II. Yük avtomobilinin bort platformasında gedәrkәn hәrәkәt vaxtı ayaq üstә durmaq, bort vә ya yükün üstündә 

oturmaq, nәqliyyat vasitәsinin qapısını açmaq qadağandır. 



Qeyd: Hәrbi sürücülәrin yük avtomobillәrindә adamların daşınmasına buraxılması müәyyәn edilmiş qaydada hәyata 

keçirilir. 

III. Bort platforması olan yük avtomobili aşağıdakı qaydada tәchiz edildikdә onun banında adamların daşınmasına yol 

verilir: 

1) yük avtomobilinin banında oturacaqlar döşәmәdәn 0,3-0,5 metr hündürlükdә, bortun üst hissәsindәn әn azı 

0,3 metr aşağıda bәrkidilmәlidir;  

2) arxa vә yan bortlar boyu yerlәşәn oturacaqların söykәnәcәk hissәsi möhkәm olmalıdır. 

IV. Yük avtomobilinin banında daşınan adamların sayı oturmaq üçün düzәldilәn yerlәrin sayından artıq olmamalıdır. 

V. Yük avtomobilinin sürücüsü hәrәkәtә başlamazdan әvvәl minmәk, düşmәk vә banda yerlәşmәk qaydası haqqında 

sәrnişinlәrә tәlimat vermәlidir. Yalnız sәrnişinlәrin tәhlükәsiz daşınması üçün şәraitin tәmin edildiyinә әmin olduqdan 

sonra hәrәkәtә başlamaq olar. 

VI. Adam daşımaq üçün avadanlıq qoyulmamış yük avtomobilinin bort platforması olan banında yalnız yükü müşayiәt 

edәn vә ya onu almalı olan şәxslәr, avtomobil bortun sәviyyәsindәn aşağıda yerlәşәn oturacaq yeri ilә tәmin edilmiş 

olduqda, gedә bilәrlәr. 

VII. Avtobusda qrupla uşaq daşındıqda onların yanında bir nәfәr yaşlı müşayiәtçi olmalıdır. Bu nәqliyyat vasitәlәrinin 

önündә vә arxasında “Uşaqlar” tanınma nişanı olmalıdır. 

VIII. Sürücü sәrnişinlәri yalnız nәqliyyat vasitәsi tam dayandıqdan sonra mindirmәli vә ya düşürmәli, hәrәkәtә isә 

yalnız qapıları bağladıqdan sonra başlamalı vә onları tam dayanana qәdәr açmamalıdır. 

IX. Adamların daşınması: 

1) avtomobilin (bort platforması olan yük avtomobilinin banında vә ya ban-furqonunda daşınmasından başqa), 

traktorun, digәr özügedәn maşınların kabinәsindәn kәnarda, yük qoşqusunda, qoşqu-yaylaqda, yük motosikleti 

banında vә motosikletin konstruksiyasında oturmaq üçün nәzәrdә tutulmayan yerlәrdә; 

2) 12 yaşından kiçik uşaqları hesaba almadan, nәqliyyat vasitәsinin texniki xarakteristikasında nәzәrdә 

tutulduğundan artıq sayda (nәqliyyat vasitәsinin faktik kütlәsi istehsalçı müәssisәnin müәyyәn etdiyi icazә verilәn 

maksimum kütlәnin kәmiyyәtindәn artıq olmamalıdır) habelә, motosikletin arxa oturacağında, minik avtomobilinin 

qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadәk uşaqları  hәmin nәqliyyat vasitәlәrindә 

daşımaq; 

3) yük avtomobillәrinin bort platformasında, ban furqonlarında uşaqların qrup halında daşınması qadağan 

edilir. 

X. Sәrnişinlәrә: 

1) hәrәkәt vaxtı ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinә minmәk, düşmәk, onun qapılarını açıq saxlamaq 

vә ya güclә açmaq; 

2) hәrәkәt vaxtı tramvayların, trolleybusların, avtobusların vә ya digәr nәqliyyat vasitәlәrinin pillәlәrindә 

dayanmaq vә ya yük avtomobilinin banında ayaq üstә durmaq




2014v4 

37 


 

3) nәqliyyat vasitәsi dayandıqda vә ya durduqda, heç bir tәhlükәnin olmadığını yәqin etmәdәn onun qapılarını 

açmaq; 

4) sürücünü nәqliyyat vasitәsini idarә etmәkdәn yayındırmaq; 



5) nәqliyyat vasitәsindәn çıxdıqdan sonra, sәbәb olmadan yolun hәrәkәt hissәsindә lәngimәk; 

6) nәqliyyat vasitәsindәn bayıra hәr hansı әşya atmaq qadağandır. 

XI. Ümumi istifadәdә olan nәqliyyat vasitәlәrinin, habelә adamlar daşınan yük avtomobillәrinin sәrnişinlәrlә 

yanacaqdoldurma mәntәqәsinә daxil olması qadağandır. 

 

Maddә 57. Yüklәrin daşınması 

I. Daşınan yükün kütlәsi vә yüklәrin oxlar üzrә paylanması istehsalçı müәssisәnin hәmin nәqliyyat vasitәsinin növü 

üçün müәyyәn etdiyi kәmiyyәtlәrdәn artıq olmamalıdır. 

II. Yükün düşmәmәsi, hәrәkәtә mane olmaması üçün sürücü hәrәkәtә başlamazdan әvvәl vә hәrәkәt vaxtı yükün 

yerlәşdirilmәsinә, bağlanmasına vә vәziyyәtinә nәzarәt etmәlidir. 

III. Yükün daşınmasına: 

1) adamları tәhlükәyә mәruz qoymaması, şәxsi vә ya digәr әmlaka zәrәr vurmaması; 

2) sürücünün әtrafı görmәsini mәhdudlaşdırmaması, nәqliyyat vasitәsinin davamlılığını pozmaması  vә idarә 

olunmasını çәtinlәşdirmәmәsi; 

3) yükün yerlә sürünmәmәsi vә yola düşmәmәsi

4) yükün xarici işıq siqnallarının vә  işıqqaytarıcıların, qeydiyyat vә tanınma nişanlarının üstünü tutmaması, 

habelә әl ilә verilәn siqnalların qәbul edilmәsinә mane olmaması; 

5) sәs salmaması, toz qaldırmaması, yolu vә әtraf mühiti çirklәndirmәmәsi şәrti ilә yol verilir. 

IV. Yükün vәziyyәti vә yerlәşdirilmәsi göstәrilәn tәlәblәrә cavab vermәdikdә, sürücü sadalanan daşıma qaydalarının 

pozulmasını aradan qaldırmaq üçün tәdbirlәr görmәli vә ya hәrәkәti dayandırmalıdır. 

V. Yük qabaq vә ya arxa tәrәfdәn nәqliyyat vasitәsinin qabaritindәn — qabarit işığının xarici kәnarından 1 metrdәn 

çox vә ya yan tәrәfdәn 0,4 metrdәn çox qırağa çıxdıqda “İri qabaritli yük” tanınma nişanı ilә işarәlәnmәlidir, sutkanın 

qaranlıq vaxtı vә mәhdud görünmә şәraitindә isә, bundan başqa, qabaq tәrәfdәn ağ işıq fәnәri vә ya işıqqaytarıcı ilә 

arxa tәrәfdәn qırmızı işıq fәnәri vә ya işıqqaytarıcı ilә işarә olunmalıdır. 

VI. Ağır çәkili vә  tәhlükәli yüklәrin, zәrәrsizlәşdirilmәmiş taranın daşınması, yüklә birlikdә  vә ya yüksüz qabarit 

parametrlәrinin eni 2,5 metrdәn, hündürlüyü yolun hәrәkәt hissәsinin sәthindәn 4 metrdәn, uzunluğu bir qoşqulu 

avtoqatar üçün 20 metrdәn, iki qoşqulu avtoqatar üçün 24 metrdәn artıq olan, yaxud yükü nәqliyyat vasitәsinin 

qabaritinin arxa nöqtәsindәn 2 metrdәn çox kәnara çıxan nәqliyyat vasitәlәrinin, iki vә daha çox qoşqulu 

avtoqatarların hәrәkәti xüsusi qaydalara uyğun olaraq hәyata keçirilir. 

VII. Taxıl, ot, yem vә tökülәn digәr yüklәr daşınarkәn, onların üstünә örtük çәkilmәlidir. 

VIII. Nәqliyyat vasitәsindәn yolun hәrәkәt hissәsinә düşәn yük maneә yaratdıqda vә onu dәrhal aradan götürmәk 

mümkün olmadıqda, sürücü qәza dayanma nişanı vә ya yanıb-sönәn qırmızı işıqlı portativ fәnәr qoymalıdır. 

IX. Mikroavtobusların, avtobusların vә minik maşınlarının sürücülәrinә: 

a) nәqliyyat vasitәsinin damında xüsusi olaraq bu mәqsәd üçün yük yeri quraşdırılmadıqda, onun damında yük 

daşımaq; 

b) yük yerinin qarşısını açıq qoymaqla, iri hәcmli vә ya çox uzun әşyalar daşımaq qadağandır. 

X. Tezalışan, partlayış qorxusu olan, radioaktiv, güclü zәhәrlәyici maddәlәr vә ya digәr tәhlükәli yüklәr yalnız 

fәrqlәndirmә-tanınma nişanları olan xüsusi tәchiz edilmiş  nәqliyyat vasitәlәri ilә  vә xüsusi qaydalarda müәyyәn 

edilmiş şәrtlәrlә daşınır. 



 

Maddә 58. Nizamlayıcının siqnalları 

I. Yollarda, yolayrıcılarında vә digәr yerlәrdә yol hәrәkәti qaydalarına nәzarәti hәyata keçirmәk, yol hәrәkәtinin 

gәrginliyinә yol vermәmәk vә ya onu aradan qaldırmaq üçün nizamlayıcı siqnallarından istifadә olunur (2 saylı 

Әlavә). 


II. Nizamlayıcının siqnallarının aşağıdakı mәnaları vardır: 

1) Bütün nәqliyyat vasitәsi sürücülәrinә vә piyadalara aid olan siqnallar: 

a) “Diqqәt. Hәrәkәt dayandırılsın” siqnalı  hәrәkәti qadağan edir, lakin siqnal verilәrkәn yolayrıcında olan 

sürücülәrә vә piyadalara hәrәkәtlәrini davam etmәyә icazә verir; 

b) “Müәyyәn istiqamәt üzrә hәrәkәt” siqnalı nizamlayıcının sinә vә arxa tәrәfindәn gәlәn nәqliyyat vasitәlәrinin 

vә piyadaların hәrәkәtini qadağan edir, sol vә sağ  tәrәfindәn gәlәn tramvayların düzünә, relssiz nәqliyyat 

vasitәlәrinin düzünә  vә sağa hәrәkәt etmәsinә, sinә  vә arxa tәrәfindәn isә piyadalara yolun hәrәkәt hissәsini 

keçmәyә icazә verir; 

v) “Sola dönmә” siqnalı nizamlayıcının sol tәrәfindәn gәlәn tramvayların sola dönmәsinә, relssiz nәqliyyat 

vasitәlәrinә bütün istiqamәtlәrdә hәrәkәt etmәyә, sinә tәrәfindәn gәlәn nәqliyyat vasitәlәrinә sağa dönmәyә, arxa 

tәrәfindәn piyadalara hәrәkәt hissәsini keçmәyә icazә verir, sağ  vә arxa tәrәfindәn gәlәn nәqliyyat vasitәlәrinin 

hәrәkәtini isә qadağan edir

2) Konkret nәqliyyat vasitәsi sürücüsünә vә piyadaya aid olan siqnallar: 



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə