Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə20/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   ...   16   17   18   19   20   21   22   23   ...   45

2014v4 

30 


 

III. Sürücü avtomagistralın hәrәkәt hissәsindә  mәcburi dayandıqda, nәqliyyat vasitәsini bu Qanunun tәlәblәrinә 

müvafiq nişanlamalı  vә onu bu mәqsәd üçün nәzәrdә tutulan zolağa (hәrәkәt hissәsinin qırağını göstәrәn xәtdәn 

sağdakı yol hissәsinә) çıxarmaq üçün tәdbirlәr görmәlidir. 

IV. Bu maddәnin tәlәblәri 

 5.3 nişanı ilә işarә olunmuş yollara da şamil edilir. 

 

Maddә 44. Dәmiryol keçidlәrindә hәrәkәt 

I. Nәqliyyat vasitәlәrinin sürücülәri dәmir yollarını qatara (lokomotivә, drezinaya) yol vermәklә, yalnız dәmiryol 

keçidlәrindә keçә bilәrlәr. 

II. Sürücü dәmiryol keçidinә yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xәtlәrini, şlaqbaumun vәziyyәtini vә 

keçid növbәtçisinin göstәrişlәrini әsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yәqin etmәlidir. 

III. Keçidә girmәk: 

1) svetoforun siqnalından asılı olmayaraq şlaqbaum bağlı olduqda vә ya bağlanmağa başladıqda; 

2) svetoforun qadağan siqnalı yandıqda (şlaqbaumun vәziyyәtindәn vә mövcudluğundan asılı olmayaraq); 

3) keçid növbәtçisi qadağan siqnalı verdikdә (növbәtçi  әlindәki jezli, qırmızı  fәnәri vә ya bayraqcığı başı 

üzәrindә tutaraq vә ya qollarını yana açaraq sinәsi, yaxud kürәyi sürücüyә tәrәf dayandıqda); 

4) keçiddәn o tayda tıxac yarandıqda vә bu, sürücünü keçiddә dayanmağa mәcbur etdikdә; 

5) keçidә qatar (lokomotiv, drezina) yaxınlaşdıqda (görünmә hәddindә); 

6) qarşıdan hәrәkәt zolağına girmәklә, keçid qarşısında dayanmış  nәqliyyat vasitәlәrinin yanından keçib 

getmәk qadağandır. 

Bundan әlavә: 

1) şlaqbaumu özbaşına açmaq; 

2) qeyri-nәqliyyat vәziyyәtindә olan kәnd tәsәrrüfatı, yol, inşaat vә s. maşınları  vә mexanizmlәri dәmiryol 

keçidindәn keçirmәk; 

3) dәmiryol stansiyası rәisinin icazәsi olmadan, sürәti saatda 8 kilometrdәn aşağı olan nәqliyyat vasitәlәrinin, 

habelә traktora qoşulan yük kirşәsinin hәrәkәti qadağandır. 

IV. Keçiddәn hәrәkәt qadağan olunan hallarda sürücü stop-xәttin, 

 2.5 nişanın vә ya svetoforun yanında, 

bunlar olmazsa, şlaqbauma azı 5 metr qalmış, şlaqbaum olmadıqda isә birinci relsә azı 10 metr qalmış dayanmalıdır. 

V. Sürücü keçiddә mәcburi dayandıqda, adamları dәrhal nәqliyyat vasitәsindәn düşürmәli vә keçidi boşaltmaq üçün 

tәdbirlәr görmәlidir. Eyni zamanda sürücü: 

1) yaxınlaşan qatarı saxlamaq üçün maşinistә dayanma siqnalı vermәyi imkan daxilindә iki adama başa salıb, 

onları  dәmiryol xәtti boyunca 1000 metr mәsafәdә  hәr iki tәrәfә (bir nәfәr olduqda isә yolun daha pis görünәn 

tәrәfinә) göndәrmәlidir; 

2) nәqliyyat vasitәsinin yanında qalmalı vә ümumi hәyәcan siqnalları vermәlidir; 

3) qatar görünәn kimi, ona tәrәf qaça-qaça dayanma siqnalı vermәlidir. 



Qeyd: Dayanma siqnalı qolun dairәvi hәrәkәt etdirilmәsindәn ibarәtdir (gündüz parlaq rәngli parça, yaxud yaxşı 

görünәn hәr hansı әşya ilә, gecә mәşәl vә ya fәnәrlә). Ümumi hәyәcan siqnalı bir neçә dәfә, bir uzun vә üç qısa sәs 

siqnalı vermәkdәn ibarәtdir. 

 

Maddә 45. Yaşayış zonalarında hәrәkәt 

I. Yaşayış zonası olan әrazidә piyadaların hәrәkәtinә hәm sәkilәrdә, hәm dә yolun hәrәkәt hissәsindә icazә verilir. 

Yaşayış zonasında piyadalara üstünlük verilir, lakin onlar nәqliyyat vasitәlәrinin hәrәkәti üçün әsassız maneә 

yaratmamalıdırlar. 

II. Yaşayış zonasında xüsusi olaraq ayrılmış, işarәlәrlә göstәrilmiş, nişanlanmış yerlәrdәn kәnarda saatda 20 

kilometrdәn artıq sürәtlә hәrәkәt etmәk, sürmә tәlimi keçmәk, mühәrriki söndürmәdәn durmaq, habelә icazә verilәn 

maksimum kütlәsi 3,5 tondan çox olan yük avtomobillәrinin durması qadağandır. 

III. Sürücülәr yaşayış zonasından çıxarkәn, hәrәkәtin digәr iştirakçılarına yol vermәlidirlәr. 

IV. Bu maddәnin tәlәblәri hәyәt әrazilәrinә dә şamil edilir. 



 

Maddә 46. Velosipedlәrin, mopedlәrin hәrәkәtlәrinә dair tәlәblәr 

I. Velosipedlәr vә mopedlәr yalnız yolun sağ  kәnar zolağında, yol nişanları  vә ya yol nişanlanmasının tәlәblәrinә 

riayәt etmәklә, mümkün qәdәr sağ  tәrәfdә bir cәrgә ilә  hәrәkәt etmәlidirlәr. Piyadalar üçün maneә yaratmamaq 

şәrti ilә velosipedlәrin yol çiyini ilә hәrәkәtinә icazә verilir. Velosiped dәstәlәri yolun hәrәkәt hissәsi ilә getdiklәri vaxt 

hәrәsi 10 velosipedçidәn çox olmayan qruplardan ibarәt olmalıdırlar. Nәqliyyat vasitәlәrinin ötmәsini asanlaşdırmaq 

üçün dәstәlәrin arasındakı mәsafә 80—100 metr olmalıdır. 

II. Velosiped vә moped sürücülәrinә: 

1) sükanı tutmadan vә ya tәhlükәsizlik dәbilqәlәrindәn istifadә qaydalarını pozmaqla hәrәkәt etmәk;  




2014v4 

31 


 

2) velosipedin vә mopedin uzunu vә ya eni üzrә qabaritlәrindәn 0,5 metrdәn artıq kәnara çıxan vә ya 

velosipedi, mopedi idarә etmәyә mane olan yük aparmaq; 

3) velosiped yolu olduğu halda, onun yanındakı yolla hәrәkәt etmәk; 

4) tramvay hәrәkәti olan yollarda vә hәmin istiqamәtdә hәrәkәt üçün birdәn artıq zolağı olan yollarda sola vә 

ya geriyә dönmәk; 

5) sәrnişin daşımaq; 

6) nasaz, müәyyәn olunmuş qaydada tәchiz edilmәyәn velosipeddәn istifadә etmәk; 

7) velosiped vә ya mopedlә birgә istismar üçün nәzәrdә tutulan qoşqunun yedәyә alınması istisna olmaqla, 

velosipedlәri vә mopedlәri, elәcә dә velosipedlәrlә vә mopedlәrlә yedәyә almaq qadağandır.



  

III. Yolayrıcından kәnarda yolun velosiped yolu ilә nizamlanmayan kәsişmәsindә velosiped vә moped sürücülәri bu 

yolla hәrәkәt edәn nәqliyyat vasitәlәrinә yol vermәlidirlәr. 

 

Maddә 47. At arabalarının sürülmәsinә vә mal-qaranın ötürülmәsinә dair tәlәblәr 

I. At arabalarının (kirşәlәrin), yük vә minik heyvanlarının yalnız yolun sağ  kәnar zolağından mümkün qәdәr sağ 

tәrәfdә bir cәrgәdә  hәrәkәtlәrinә icazә verilir. Piyadalar üçün maneә yaratmamaq şәrtilә onların yol çiyni ilә  dә 

hәrәkәt etmәlәri mümkündür. 

II. Yola bitişik әrazidәn vә ya ikinci dәrәcәli yoldan çıxan zaman görünmә mәhdud olan yerdә at arabasının (kirşәnin) 

sürücüsü heyvanı cilovundan tutaraq әsas yola çıxarmalıdır. 

III. Ötmәni asanlaşdırmaq üçün yük vә minik heyvanları sürülәrә, at arabaları (kirşәlәr) isә sayı 5-dәn çox olmayan 

dәstәlәrә bölünmәlidirlәr, bu dәstә vә sürülәr arasındakı mәsafә әn azı 80—100 metr olmalıdır. 

IV. Mal-qaranı yolda sutkanın işıqlı vaxtı vә nәzarәt etmәklә ötürmәk lazımdır. Mal-qara ötürәnlәr mal-qaranı yolun 

mümkün qәdәr sağ kәnarı ilә ötürmәlidirlәr.  

V. Mal-qara dәmiryol xәtlәrinin vә yolun hәrәkәt hissәsinin üstündәn keçirildikdә, sürü mal-qaranı ötürәnlәrin sayı 

nәzәrә alınmaqla elә sayda dәstәlәrә bölünmәlidir ki, mal-qaranın tәhlükәsiz keçirilmәsini tәmin etmәk mümkün 

olsun. 


VI. At arabası nәqliyyatının (kirşәsinin) sürücüsünә, yük vә minik heyvanlarını sürәnlәrә, mal-qaranı ötürәnlәrә: 

1) mal-qaranı yolda nәzarәtsiz qoymaq; 

2) mal-qaranı  dәmiryol xәtlәrinin vә yolların üstündәn xüsusi olaraq bu mәqsәd üçün ayrılmış yerlәrdәn 

kәnarda, habelә sutkanın qaranlıq vaxtında vә  mәhdud görünmә  şәraitindә keçirmәk (müxtәlif sәviyyәlәrdә mal-

qaranı ötürmә yerlәrindәn başqa); 

3) mal-qaranı asfalt vә sement-beton örtüklü yollarla ötürmәk qadağandır. 



Qeyd: At arabaları (kirşәlәr) işığı  әks etdirәn qurğu ilә, sutkanın qaranlıq vaxtı isә, hәm dә  fәnәrlәrlә  tәchiz 

olunmalıdırlar. 



 

Maddә 48. Nәqliyyat vasitәlәrinin üstün hәrәkәt rejimi ilә  hәrәkәti vә bununla әlaqәdar digәr 

sürücülәrin vәzifәlәri 

I. Üstündә “polis”, “tәcili tibbi yardım”, “yanğınsöndürәn” yazılar olan, habelә Azәrbaycan Respublikasının müvafiq 

icra hakimiyyәti orqanının müәyyәn etdiyi digәr nәqliyyat vasitәlәri xüsusi tapşırığı yerinә yetirәrkәn üstün hәrәkәt 

rejiminә malikdirlәr. Bu şәraitdә onların sürücülәri xüsusi işıq vә sәs siqnallarını qoşmalıdırlar. 

II. Yuxarıda nәzәrdә tutulmuş  nәqliyyat vasitәlәrindәn biri yaxınlaşdıqda, hәrәkәtdә  iştirak edәn digәr nәqliyyat 

vasitәlәrinin sürücülәri sağa dönmә  işıq göstәricisini yandırmalı, üstün hәrәkәt rejimi ilә gedәn nәqliyyat vasitәlәri 

üçün zolağı boşaltmalı  vә ya yol qırağına mümkün qәdәr yaxın hәrәkәt etmәli, zәrurәt olduqda isә  nәqliyyat 

vasitәsini dayandırmalıdırlar. Üstün keçid hüququ olan, qırmızı vә ya göy sayrışan işıq vә xüsusi sәs siqnalı ilә işarә 

verәn nәqliyyat vasitәsinin müşayiәt etdiyi mütәşәkkil nәqliyyat dәstәsinә daxil olmayan nәqliyyat vasitәsinin belә 

mütәşәkkil nәqliyyat dәstәsinә qoşularaq hәrәkәt etmәsi qadağandır.



  

III. Yolayrıcından kәnarda, tramvay yollarının yolun hәrәkәt hissәsi ilә  kәsişdiyi yerlәrdә tramvay, onun depodan 

çıxması hallarından başqa, relssiz nәqliyyat vasitәlәrinә nisbәtәn üstünlüyә malikdir. 

IV. 


 5.9, 

 5.10.1, 

 5.10.2, 

 5.10.3 nişanları ilә  işarә edilmiş, ümumi istifadәdә olan 

nәqliyyat vasitәlәri üçün nәzәrdә tutulmuş zolağı olan yollarda hәrәkәt edәn digәr nәqliyyat vasitәlәrinin hәmin 

zolaqda hәrәkәti vә dayanması qadağandır. Әgәr bu zaman hәmin zolaq qırıq-qırıq nişanlama xәtti ilә qalan hәrәkәt 

hissәsindәn ayrılmışdırsa, nәqliyyat vasitәlәri dönәrkәn bu zolağa keçә bәlәrlәr. Hәmçinin belә yerlәrdә yola girәrkәn 

vә hәrәkәt hissәsinin sağ kәnarında sәrnişinlәrin minmәsi vә düşmәsi üçün bu zolağa keçmәyә icazә verilir, lakin bu, 

ümumi istifadәdә olan nәqliyyat vasitәlәri üçün maneә yaratmamalıdır. 

V. Yaşayış mәntәqәlәrindә sürücülәr işarәlәnmiş dayanacaqdan hәrәkәtә başlayan trolleybuslara vә avtobuslara yol 

vermәlidirlәr. Trolleybus vә avtobus sürücülәri yalnız onlara yol verildiyinә  әmin olduqdan sonra hәrәkәtә başlaya 

bilәrlәr. Üstün hәrәkәt rejimli nәqliyyat vasitәsinin sürücüsü yol hәrәkәtinin qalan iştirakçılarını  tәhlükә altında 

qoymamaq  şәrtilә, bu Qanunun tәlәblәrindәn kәnara çıxa bilәr. Bütün hallarda, o, nizamlayıcının siqnallarına tabe 

olmalıdır. 




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə