Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə18/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   ...   14   15   16   17   18   19   20   21   ...   45

2014v4 

26 


 

2) Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı  әmәkdaşının tәlәbi ilә  nәqliyyat vasitәsini 

dayandırdıqda, hәmin  әmәkdaş yaxınlaşdıqdan sonra bu maddәnin birinci hissәsinin 1-ci bәndindә göstәrilәn 

sәnәdlәri yoxlanılması üçün ona tәqdim etmәlidir vә zәruri olduqda hәmin әmәkdaşın tәlәbi ilә nәqliyyat vasitәsindәn 

çıxmalıdır; 

3) yola düşmәzdәn qabaq nәqliyyat vasitәlәrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı  әlavәsinә 

uyğun olaraq, nәqliyyat vasitәsinin texniki cәhәtdәn sazlığını yoxlamalı vә onu yol boyu tәmin etmәlidir; 

4) yol hәrәkәti  şәraitini, nәqliyyat vasitәsinin vә yükün xüsusiyyәtlәrini nәzәrә almaqla, nәqliyyat vasitәsini 

müәyyәn edilmiş mәhdudiyyәtdәn artıq olmayan sürәtlә idarә etmәlidir; 

5) hәrәkәt zolağının dәyişmәsi, dönmә, ötmә, hәrәkәtә başlama vә dayanma ilә bağlı manevrlәr edәrkәn, 

xarici işıq siqnallarının kömәyi ilә, bunlar olmadıqda vә ya nasaz olduqda isә,  әl işarәlәri ilә digәr hәrәkәt 

iştirakçılarını xәbәrdar etmәlidir; 

6) konstruksiyasında nәzәrdә tutulmuş tәhlükәsizlik kәmәrlәri ilә tәchiz edilmiş avtomobildә hәrәkәt edәrkәn 

kәmәri bağlamalı  vә  sәrnişinlәrin dә  kәmәri bağlamasını  tәmin etmәli (12 yaşınadәk uşaqların, geriyә  hәrәkәt 

manevri edәn sürücülәrin, hamilә qadınların, sürücülüyü öyrәnәn  şәxs nәqliyyat vasitәsini idarә edәrkәn onu 

öyrәdәnin, yaşayış  mәntәqәlәrindә isә bunlardan başqa, operativ nәqliyyat vasitәsi sürücülәrinin vә  sәrnişinlәrinin 

kәmәri bağlamamasına yol verilir), motosikletdә isә motoşlemi düymәlәmәli vә  sәrnişinlәrin dә motoşlemi 

düymәlәmәsini tәmin etmәlidir; 

7) üstün keçid hüququ olan, qırmızı  vә ya göy sayrışan işıq vә xüsusi sәs siqnalı ilә  işarә verәn nәqliyyat 

vasitәsi yaxınlaşdıqda, sağa dönmә işıq göstәricisini yandırmalı, hәmin nәqliyyat vasitәlәri üçün zolağı boşaltmalı vә 

ya yol qırağına mümkün qәdәr yaxın hәrәkәt etmәli, zәrurәt olduqda isә nәqliyyat vasitәsini dayandırmalıdır, üstün 

keçid hüququ olan, qırmızı vә ya göy sayrışan işıq vә xüsusi sәs siqnalı ilә işarә verәn nәqliyyat vasitәsinin müşayiәt 

etdiyi mütәşәkkil nәqliyyat dәstәsinә qoşularaq hәrәkәt etmәmәlidir; 

8) hәrәkәt tәhlükәsizliyi üçün qorxu törәdәn alkoqol, narkotik vasitәlәr, psixotrop maddәlәr vә ya güclü tәsir 

göstәrәn digәr maddәlәrin istifadә edilmәsi nәticәsindә, diqqәti vә çevikliyi azaldan dәrman vasitәlәrinin tәsiri 

altında, xәstә  vә  әzgin, yorğun vәziyyәtdә  nәqliyyat vasitәsini idarә etmәmәli, habelә  nәqliyyat vasitәsini idarә 

etmәk ixtiyarını bu cür vәziyyәtdә olan vә ya eyni kateqoriyalı  nәqliyyat vasitәsini idarә etmәk hüququ olmayan 

şәxsә vermәmәlidir; 

9) yolda su vә ya palçıq olduqda, nәqliyyat vasitәsini idarә edәrkәn, onların piyadalara, binalara vә başqa 

nәqliyyat vasitәlәrinә sıçramamasına çalışmalıdır; 

10) hәrәkәtdә olan nәqliyyat vasitәsinin dövlәt qeydiyyat nişanının görünmәsi üçün onun tәmiz saxlanılmasını 

tәmin etmәlidir; 

11) yol hәrәkәtinin әn müdafiәsiz iştirakçılarının — uşaqların, әlillәrin, velosipedçilәrin vә qocaların tәhlükәsiz 

hәrәkәtini tәmin etmәk üçün mümkün olan bütün tәdbirlәri görmәli, küçәni keçәn kor piyadanın siqnalı ilә (siqnal — 

ağ әsanın qaldırılmasıdır) nәqliyyat vasitәsini dәrhal dayandırmağa borcludur; 

12) Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanının  әmәkdaşı  tәrәfindәn sağ  әlindәki üfüqi 

vәziyyәtdә olan jezllә  vә ya onların nәqliyyat vasitәlәrindәki qırmızı  vә ya göy sayrışan işıqla vә yaxud xüsusi sәs 

siqnalı ilә ona verilәn işarәyә nәqliyyat vasitәsini dayandırmalıdır; 

13) Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı  әmәkdaşlarının tәlәbi ilә alkoqol, narkotik 

vasitәlәr, psixotrop maddәlәrdәn vә ya güclü tәsir göstәrәn digәr maddәlәrin istifadә edilmәsi nәticәsindә sәrxoşluq 

vәziyyәtinin yoxlanılması üçün müayinәdәn keçmәlidir;  

14) nәqliyyat vasitәsini idarә etmәk qabiliyyәtinin tәsdiqi üçün müәyyәn olunmuş hallarda tibbi müayinәdәn 

keçmәlidir; 

15) tәcili tibi yardıma ehtiyacı olan şәxslәri daşımalıdır. 

II. Bu maddә ilә müәyyәn edilmiş sәnәdlәr özündә olmayan nәqliyyat vasitәsinin sahibi Azәrbaycan Respublikasının 

qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada mәsuliyyәt daşıyır. 

III. Mexaniki nәqliyyat vasitәlәri: 

1) tәcili tibbi yardım göstәrmәk üçün eyni sәmtә gedәn sәhiyyә işçilәrinә; 

2) yol-nәqliyyat hadisәlәri vә ya nasazlıq nәticәsindә zәdәlәnmiş nәqliyyat vasitәlәrinin daşınması üçün (yalnız 

yük daşıyan nәqliyyat vasitәlәrini), tәbii fәlakәt yerlәrinә getmәk üçün, elәcә  dә qüvvәdә olan qanunvericiliklә 

nәzәrdә tutulmuş digәr tәxirәsalınmaz hallarda, Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanlarının 

әmәkdaşlarına tәqdim edilmәlidir. 



Qeyd: 1) bu maddәnin üçüncü hissәsindә nәzәrdә tutulmuş mәqsәdlәr üçün nәqliyyat vasitәsinin tәqdim edilmәsi 

tәlәbi diplomatik korpusa vә digәr  şәxslәrә  mәxsus nәqliyyat vasitәlәrinә  şamil edilmir; 2) nәqliyyat vasitәsindәn 

istifadә etmiş  şәxslәr sürücünün tәlәbi ilә yol getmә müddәtini, gedilmiş  mәsafәni, özünün soyadını, vәzifәsini, 

xidmәti vәsiqәsinin nömrәsini, işlәdiyi tәşkilatın adını göstәrmәklә arayış vermәli vә ya yol vәrәqәsindә qeyd 

aparmalıdırlar, tibb işçilәri isә sürücüyә müәyyәn edilmiş nümunәdә arayış vermәlidirlәr; 3) nәqliyyat vasitәsinin 

Azәrbaycan Respublikası müvafiq icra hakimiyyәti orqanının  әmәkdaşına tәqdim edilmәsi ilә  әlaqәdar xәrclәr 

nәqliyyat vasitәsi sahibinin tәlәbi ilә müәyyәn edilmiş qaydada hәmin orqanlar tәrәfindәn ödәnilir. 

IV. Mexaniki nәqliyyat vasitәsinin sürücüsü yol-nәqliyyat hadisәsi zamanı: 




2014v4 

27 


 

1) nәqliyyat vasitәsini yerindәn tәrpәtmәmәli, qәza dayanma nişanını qurmalı, qәza işıq siqnalını yandırmalı, ya 

da yanıb-sönәn qırmızı işıq fәnәrini qoymalı, hadisәyә aidiyyәti olan әşyaların yerini dәyişmәmәlidir; 

2) zәrәr çәkәnlәrә ilk tibbi yardım göstәrilmәsi üçün mümkün olan tәdbirlәri görmәli, “Tәcili tibbi yardım” 

maşını çağırmalı, zәrәr çәkәnlәri hәyat üçün tәhlükәli xәsarәt aldığı hallarda isә, onu sәmt üzrә gedәn nәqliyyat 

vasitәsi ilә yaxınlıqdakı tibbi müәssisәyә göndәrmәli, bu mümkün olmadıqda isә, özünün nәqliyyat vasitәsi ilә 

aparmalı, orada şәxsiyyәtini tәsdiq edәn sәnәd vә ya vәsiqә, nәqliyyat vasitәsinin qeydiyyatı  sәnәdini tәqdim 

etmәklә özünün soyadını, nәqliyyat vasitәsinin qeydiyyat nömrә nişanını bildirmәli, sonra hadisә yerinә qayıtmalıdır; 

3) başqa nәqliyyat vasitәlәrinin hәrәkәti qeyri- mümkün olduqda, yolun hәrәkәt hissәsini boşaltmalıdır. Yolun 

hәrәkәt hissәsini boşaltmaq vә ya zәrәr çәkәnlәri öz nәqliyyatında müalicәxanaya aparmaq zәrurәti olduqda

şahidlәrin iştirakı ilә әvvәlcә nәqliyyat vasitәsinin vәziyyәtini, izlәri vә hadisәyә aidiyyәti olan әşyaları qeyd etmәli vә 

onların qorunması, nәqliyyat vasitәlәrinin hadisә yerinin yanından keçmәsini tәşkil etmәk üçün mümkün olan bütün 

tәdbirlәri görmәlidir; 

4) hadisә haqqında Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanına xәbәr vermәli, hadisәni 

görmüş adamların soyadlarını, ünvanlarını yazmalı  vә Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı 

әmәkdaşlarının gәlmәsini gözlәmәlidir; 

5)  әgәr yol-nәqliyyat hadisәsi nәticәsindә heç kim xәsarәt almamışdırsa, maddi zәrәr cüzidirsә, nәqliyyat 

vasitәlәrindә, onların hәrәkәt etmәsinә mane ola bilәcәk nasazlıq yoxdursa vә yol-nәqliyyat hadisәsini törәdәnlәr 

hadisәnin baş verdiyi şәraiti qiymәtlәndirmәkdә razılığa gәlәrlәrsә, hadisәnin sxemini tәrtib edib imzaladıqdan sonra, 

hadisәni müәyyәn olunmuş qaydada sәnәdlәşdirmәk üçün Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti 

orqanına gәlmәlidirlәr. 

V. Mexaniki nәqliyyat vasitәsinin sürücüsünә: 

1) nәqliyyat vasitәsini qapıları bağlanmamış  vәziyyәtdә yerindәn tәrpәtmәk vә ya onun hәrәkәti zamanı 

qapıları açmaq; 

2) nәqliyyat vasitәsini idarә etmәkdәn diqqәti yayındıra bilәcәk söhbәtdә  iştirak etmәk, nәqliyyat vasitәsinin 

hәrәkәti zamanı telefonu әldә saxlamaqla ondan istifadә etmәk; 

3) hәrәkәt zamanı sükanı әlindәn buraxmaq, mühәrriki söndürülmüş nәqliyyat vasitәsini әtalәtlә idarә etmәk; 

4) nәqliyyat vasitәsinin tәkәrlәrindә vә ya banında yol örtüyünü zibillәyәn palçıq vә s. varsa, yaxud onlardan 

yanacaq-sürtkü materiallarının, kimyәvi maddәlәrin, tikinti vә digәr materiallarının axması olarsa, onlarla örtüyü 

tәkmillәşdirilmiş yollarda hәrәkәt qadağandır. 

VI. Mexaniki nәqliyyat vasitәsinin sürücüsü Beynәlxalq yol hәrәkәtindә iştirak etdikdә: 

1) nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsini, sürücülük vәsiqәsini vә daşınan yüklәrә dair sәnәdlәri 

özündә saxlamalıdır; 

2) nәqliyyat vasitәsindә onu qeydә almış dövlәtin dövlәt qeydiyyat nişanı vә fәrqlәnmә nişanı olmalıdır; 

3) yük avtomobillәrinin vә avtobusların nәzarәt qurğusu (taxoqraf) olmadan vә ya işlәmәyәn, yaxud 

möhürlәnmәsi pozulmuş taxoqrafla, habelә sürücünün iş vә istirahәt rejimini әks etdirәn taxoqramları doldurmadan 

idarә etmәmәlidir. 

 

Maddә 38. Velosipedçinin vәzifәlәri 

Mühәrriksiz velosipedi idarә edәn  şәxs xüsusi velosiped zolaqları ilә, bunlar olmadıqda isә yolun, küçәnin hәrәkәt 

hissәsinin kәnarı vә ya yol çiyinlәri ilә hәrәkәt etmәli vә bunun üçün: 

1) texniki cәhәtdәn saz vә lazımınca tәchiz olunmuş velosipeddәn istifadә etmәlidir; 

2) velosipedi idarә etmәyә mane olan yük vә ya sәrnişin daşımamalıdır. 

 

Maddә 39. Mal-qara ötürәnlәrin vәzifәlәri 

Mal-qara ötürәnlәr: 

1) mal-qaranı asfalt vә sement-beton örtüklü yollarla ötürmәmәlidirlәr; 

2) sutkanın qaranlıq vaxtında vә  mәhdudiyyәtli görünmә  şәraitindә, dәmir yollarından, yolların, küçәlәrin, 

meydanların vә bu mәqsәd üçün xüsusi olaraq ayrılmayan yerlәrindәn, habelә yolun hәrәkәt hissәsindәn mal-qaranı 

ötürmәmәlidirlәr; 

3) mal-qara sürüsünü yoldan son dәrәcә diqqәtli nәzarәt etmәklә ötürmәlidirlәr. 

 

Maddә 40. Piyadanın vәzifәlәri 

I. Piyada: 

1) sәki ilә, piyada zolağı ilә, yol çiyinlәri ilә, bunlar olmadıqda isә velosipedçilәrin hәrәkәtini çәtinlәşdirmәmәk 

şәrti ilә velosiped yolu ilә  hәrәkәt etmәli vә ya ayırıcı zolağı olan yollarda hәrәkәt hissәsinin xarici kәnarı ilә 

getmәlidir (iri әşyalar daşıyan vә ya aparan piyadaların, habelә mühәrriksiz әlil arabalarında gedәn şәxslәrin sәki vә 

ya yol çiyini ilә  hәrәkәti başqa piyadalar üçün maneә yaratdıqda, onlar yolun hәrәkәt hissәsinin kәnarı ilә gedә 

bilәrlәr);  

2) dәmiryolunu, avtomobil yolunun hәrәkәt hissәsini, küçәlәri piyada keçidlәri ilә, o cümlәdәn yeraltı  vә 

yerüstü keçidlәrlә, bunlar olmadıqda isә yolayrıclarında sәki xәtti vә ya yol çiyni xәtlәri boyunca keçmәlidir; 




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə