Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə14/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   ...   10   11   12   13   14   15   16   17   ...   45

2014v4 

19 


 

onlara verilmiş  nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsi dәyişdirilir. Qeydiyyat şәhadәtnamәsinin dublikatını 

almaq üçün, onun sahibi vә ya sәrәncam vermәk hüququ olan digәr şәxs әvvәlki şәhadәtnamәnin itirilmәsi barәdә 

müvafiq icra hakimiyyәti orqanına müraciәt edir. 

V. Bu Qanunun 27-ci maddәsinin ikinci hissәsindә nәzәrdә tutulmuş orqan tәrәfindәn nәqliyyat vasitәsinin qeydiyyat 

şәhadәtnamәsindәki yazılarda dәqiqsizliyә yol verilmişdirsә, nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsi nәqliyyat 

vasitәsi sahibindәn dövlәt rüsumu alınmadan, müvafiq dövlәt orqanının hesabına dәyişdirilir. 

VI. Bu Qanunun 27-ci maddәsinin ikinci vә üçüncü hissәlәrindә  nәzәrdә tutulmuş Azәrbaycan Respublikasının 

müvafiq icra hakimiyyәti orqanları  nәqliyyat vasitәlәrinә verilmiş qeydiyyat şәhadәtnamәlәrindәki mәlumatların 

mәrkәzlәşdirilmiş uçotunun aparılmasını tәmin edirlәr. 

 

Maddә 29. Nәqliyyat vasitәsinin dövlәt qeydiyyat nişanı 

I. Nәqliyyat vasitәsinin dövlәt qeydiyyat nişanı Azәrbaycan Respublikasının  әrazisindә  vә ya onun hüdudlarından 

kәnarda yol hәrәkәtindә olan hәr bir nәqliyyat vasitәsini fәrqlәndirәn, onun qabaq vә arxa hissәlәrindә 

(motosikletlәrdә, traktorlarda vә qoşqularda isә yalnız arxa hissәsindә) müәyyәn edilmiş yerlәrdә bәrkidilmiş xüsusi 

lövhәdir. Azәrbaycan Respublikasında nәqliyyat vasitәsinin dövlәt qeydiyyat nişanı  әrәb rәqәmlәrindә  vә latın 

әlifbasının baş hәrflәrindәn istifadә edilmәklә tәrtib olunur. 

II. Nәqliyyat vasitәsi dövlәt qeydiyyatı üzrә uçota alındıqda bu Qanunun 27-ci maddәsinin ikinci hissәsindә nәzәrdә 

tutulmuş orqan tәrәfindәn nәqliyyat vasitәsinin sahibinә nәqliyyat vasitәsinin dövlәt qeydiyyat nişanı verilir. Nәqliyyat 

vasitәsinin dövlәt qeydiyyat nişanının verilmәsi üçün Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş 

mәblәğdә dövlәt rüsumu ödәnilir. 

II-I. Dövlәt qeydiyyat nişanında  әks olunmuş  rәqәmlәrin vә ya hәrflәrin kombinasiyası üzrә dövlәt qeydiyyat 

nişanlarının verilmәsinә görә dövlәt rüsumunun mәblәği, mövcud olan rәqәm vә ya hәrf kombinasiyaları barәdә 

mәlumatlar müvafıq icra hakimiyyәti orqanının internet sәhifәsindә yerlәşdirilir. Mövcud olan rәqәm vә ya hәrf 

kombinasiyaları barәdә mәlumatların öyrәnilmәsinә vә dövlәt rüsumunun ödәnilmәsinә imkan verәn istifadәsi sadә 

olan elektron avadanlıqlar hәmin orqanın imtahan-qeydiyyat mәntәqәlәrindә  vә digәr yerlәrdә quraşdırılır, habelә 

hәr kәsin yaxşı görә bilәcәyi yerlәrdә dövlәt qeydiyyat nişanlarının verilmәsinә görә dövlәt rüsumunun mәblәğini әks 

etdirәn lövhәlәr yerlәşdirilir. 

III. Azәrbaycan Respublikası  әrazisindә dövlәt qeydiyyatına alınmış  nәqliyyat vasitәsi özgәninkilәşdirildikdә dövlәt 

qeydiyyatı üzrә daimi uçota alınması zamanı  hәmin nәqliyyat vasitesinin dövlәt qeydiyyat nişanı saxlanılır. Belә 

nәqliyyat vasitәsinin dövlәt qeydiyyat nişanı yalnız nәqliyyat vasitәsini satan şәxsin istәyi ilә vә nәqliyyat vasitәsini 

alan şәxsin razılığı ilә nәqliyyat vasitәsini satan şәxsin digәr nәqliyyat vasitәsinә bu maddәnin II hissәsindә nәzәrdә 

tutulmuş qaydada verilir. Nәqliyyat vasitәsini satan vә alan şәxs nәqliyyat vasitәsinin dövlәt qeydiyyat nişanını 

saxlamaq istәmәdikdә  hәmin dövlәt qeydiyyat nişanı müvafiq icra hakimiyyәti orqanı  tәrәfindәn tәhvil alınır vә 

nәqliyyat vasitәsini alan şәxsin nәqliyyat vasitәsinә bu maddәnin II hissәsindә  nәzәrdә tutulmuş qaydada digәr 

dövlәt qeydiyyat nişanı verilir. 

IV. Nәqliyyat vasitәsinin dövlәt qeydiyyat nişanı yararsız hala düşdükdә nәqliyyat vasitәsinin sahibi vә ya sәrәncam 

vermәk hüququ olan digәr  şәxs nәqliyyat vasitәsinin hәmin dövlәt qeydiyyat nişanının yenisi ilә (rәqәmlәrin vә 

hәrflәrin kombinasiyası saxlanılmaqla)  әvәz edilmәsi barәdә müvafiq icra hakimiyyәti orqanına müraciәt etmәlidir. 

Hәmin dövlәt qeydiyyat nişanının yenisi ilә  әvәz edilmәsi bu maddәnin II hissәsindә  nәzәrdә tutulmuş qaydada 

hәyata keçirilir. 

V. Dövlәt qeydiyyat nişanı itdikdә  vә ya oğurlandıqda, dövlәt qeydiyyat nişanı itmiş  vә ya oğurlanmış  nәqliyyat 

vasitәsinin sahibi vә ya sәrәncam vermәk hüququ olan digәr şәxs nәqliyyat vasitәsinә yeni dövlәt qeydiyyat nişanının 

alınması üçün bu maddәnin II hissәsindә  nәzәrdә tutulmuş qaydada müvafiq icra hakimiyyәti orqanına müraciәt 

edir.  İtmiş  vә ya oğurlanmış dövlәt qeydiyyat nişanı tapıldıqda, hәmin dövlәt qeydiyyat nişanı ilk olaraq onun 

sonuncu sahibinә vә ya sәrәncam vermәk hüququ olan digәr şәxsә tәklif edilir. 

VI. Bu maddәnin III, IV vә V hissәlәrindә  nәzәrdә tutulmuş hallarda dövlәt qeydiyyat nişanının  әvvәlki (sonuncu) 

sahibinә vә ya sәrәncam vermәk hüququ olan digәr şәxsә verilmәsinә görә, hәmin şәxs "Dövlәt rüsumu haqqında" 

Azәrbaycan Respublikası Qanununun 18.65.6.2-ci maddәsindә nәzәrdә tutulmuş dövlәt rüsumunu ödәmәlidir. 

 

Maddә 30. Nәqliyyat vasitәlәrinin texniki vәziyyәti vә onların texniki baxışdan keçirilmәsi 

I. Azәrbaycan Respublikasının  әrazisindә yol hәrәkәtindә  iştirak edәn nәqliyyat vasitәlәrinin texniki vәziyyәti vә 

avadanlığı yol hәrәkәtinin tәhlükәsizliyi vә әtraf mühitin mühafizәsi baxımından bu Qanuna 1 saylı Әlavә ilә müәyyәn 

olunmuş  tәlәblәrә uyğun olmalıdır. Texniki cәhәtdәn nasaz olan nәqliyyat vasitәlәri yol hәrәkәtinә 

buraxılmamalıdırlar. 

II. Nәqliyyat vasitәlәrinin sahiblәri vә ya nәqliyyat vasitәlәrinin texniki vәziyyәtinә cavabdeh olan şәxslәr:  

1) nәqliyyat vasitәlәrinin istismarı zamanı onların texniki vәziyyәtinә dair müәyyәn edilmiş  tәlәblәrә riayәt 

etmәlidirlәr; 

2) nәqliyyat vasitәlәrinin texniki cәhәtdәn saz vәziyyәtdә saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki 

xidmәt göstәrmәlidirlәr; 




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə