Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə12/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   ...   8   9   10   11   12   13   14   15   ...   45

2014v4 

17 


 

5) xarici dövlәtlәrdә alınaraq Azәrbaycan Respublikasının әrazisinә hüquqi vә fiziki şәxslәr tәrәfindәn gәtirilmiş 

nәqliyyat vasitәsi üçün gömrük orqanlarının verdiyi icazә sәnәdi, nәqliyyat vasitәsinin әvvәl qeydә alındığı dövlәtin 

daimi qeydiyyatından çıxarıldığına dair sәnәdi, onun qeydiyyat vә ya tranzit nişanlarını. 

VI-I. Bu Qanunun 27-ci maddәsinin II hissәsinin 1-ci bәndindә  nәzәrdә tutulmuş  nәqliyyat vasitәsini dövlәt 

qeydiyyatından (hәmçinin tәkrar dövlәt qeydiyyatından) keçirәrkәn fiziki şәxslәr qeydiyyatda olduğu vә yaşadığı 

ünvanı, mobil telefon nömrәsini vә olduğu halda elektron ünvanını  vә sürücülük vәsiqәsinin nömrәsini, hüquqi 

şәxslәr isә  nәqliyyat vasitәsinin idarә edilmәsini hәvalә etdiyi şәxsin müvafiq mәlumatlarını dövlәt qeydiyyatını 

hәyata keçirәn orqana vermәli vә  hәmin mәlumatlar dәyişdikdә onları üç gün әrzindә yenilәmәlidirlәr. Hәmin 

mәlumatlar verilmәdiyi halda nәqliyyat vasitәsi dövlәt qeydiyyatına alına bilmәz. Müvafiq icra hakimiyyәti orqanı 

mәlumatların telefon, poçt vә internet vasitәsilә elektron qaydada verilmәsi vә yenilәnmәsi üçün müvafiq imkanların 

olmasını tәmin etmәlidir.  

VII.  Әvvәl qeydә alındığı dövlәtin daimi uçotundan çıxarılmadan Azәrbaycan Respublikasına gәtirilmiş  nәqliyyat 

vasitәsi gömrük orqanlarının verdiyi icazә sәnәdi әsasında sahibinin adına müvәqqәti qeydiyyata alınaraq, qeydiyyat 

şәhadәtnamәsi vә nişanları ilә  tәmin olunur, nәqliyyat vasitәsinin  әvvәlki uçot yerinә Azәrbaycan Respublikasının 

müvafiq icra hakimiyyәti orqanı  tәrәfindәn edilәn müraciәtә müvafiq tәsdiqlәyici cavab alındıqdan sonra daimi 

şәhadәtnamә verilir. Nәqliyyat vasitәsinin әvvәlki uçot yerindәn silinmәsi Azәrbaycan Respublikasında yerlәşәn xarici 

sәfirlik vә konsul nümayәndәliklәri tәrәfindәn hәyata keçirildikdә, bu maddәnin ikinci vә üçüncü hissәlәrindә nәzәrdә 

tutulmuş orqanlara müvafiq konsul şәhadәtnamәsi tәqdim edilir. 

VIII. Dövlәt qeydiyyatının aparılması  vә daimi uçota alınması üçün nәqliyyat vasitәsinin tәqdim edilmәsi texniki 

nasazlıq sәbәbindәn mümkün olmadıqda, nәqliyyat vasitәsinin sahibi әrizәdә  hәmin sәbәbi qeyd etmәli vә bu 

maddәnin ikinci vә üçüncü hissәlәrindә  nәzәrdә tutulmuş orqan tәrәfindәn ona göstәrilәcәk xidmәt üçün rüsum 

ödәmәlidir. Rüsumun ödәnilmәsi barәdә  sәnәd tәqdim edildikdәn sonra beş gün әrzindә  hәmin orqan nasaz 

nәqliyyat vasitәsinin olduğu yer üzrә onun mühәrrik, ban vә şassi nömrәlәri, habelә rәngini tutuşdurmaq mәqsәdi ilә 

müayinә keçirmәlidir. 

IX. Bu maddәnin II vә III hissәlәrindә nәzәrdә tutulmuş orqanlar tәrәfindәn nәqliyyat vasitәsi dövlәt qeydiyyatı üzrә 

daimi uçotdan aşağıdakı hallarda çıxarılır: 

1) nәqliyyat vasitәsi sahibinin yaşayış yeri dәyişdikdә vә onun yeni yaşayış yeri nәqliyyat vasitәsini qeydiyyata 

almış müvafiq orqanın fәaliyyәt göstәrdiyi  әrazinin hüdudlarından kәnarda olduqda, habelә qeydiyyat yerinin 

dәyişmәsi ilә bağlı olan digәr hallarda; 

2) nәqliyyat vasitәsinә mülkiyyәt hüququ xitam edildikdә vә ya nәqliyyat vasitәsi başqasına verildikdә; 

3) nәqliyyat vasitәlәri çıxdaş edildikdә. 

X. Xarici dövlәtlәrdә qeydiyyatdan çıxarılmadan Azәrbaycan Respublikasına 30 günәdәk müddәtә müvәqqәti gәtirilәn 

nәqliyyat vasitәlәri Azәrbaycan Respublikasının sәrhәd mәntәqәsinin yaxınlığında yerlәşәn, bu maddәnin ikinci 

hissәsinin 1-ci bәndindә  nәzәrdә tutulmuş müvafiq icra hakimiyyәti orqanında tәxirәsalınmadan müvәqqәti uçota 

alınır. Bu barәdә hәmin nәqliyyat vasitәlәrinin sahiblәrinә 30 gün müddәtinә müvafiq sәnәd verilir. 

XI. Xarici dövlәtlәrdә daimi qeydiyyatdan çıxarılmadan Azәrbaycan Respublikasına 30 gündәn artıq müddәtә 

müvәqqәti gәtirilәn nәqliyyat vasitәlәri, onları geriyә qaytarmaq barәdә sahibinin verdiyi öhdәçilik vә gömrük 

orqanlarının verdiyi icazә sәnәdi әsasında, bu maddәnin ikinci vә üçüncü hissәlәrindә nәzәrdә tutulmuş Azәrbaycan 

Respublikasının müvafiq icra hakimiyyәti orqanında nәqliyyat vasitәsi sahibinin әcnәbilәr üçün vizasında göstәrilәn 

müddәtә, Azәrbaycan Respublikası  vәtәndaşı üçün isә bir il müddәtindәn artıq olmamaq şәrti ilә, onun öhdәçiliyi 

müddәtinә dövlәt qeydiyyatından keçirilir. Bu zaman hәmin nәqliyyat vasitәlәrinin xarici qeydiyyat sәnәdlәri vә 

nişanları müvәqqәti olaraq saxlanca qәbul olunur vә әvәzindә onlar müvәqqәti dövlәt qeydiyyat şәhadәtnamәsi vә 

qeydiyyat nişanları ilә tәmin edilirlәr. Respublika әrazisini tәrk etdikdә xarici qeydiyyat sәnәdlәri vә nişanları nәqliyyat 

vasitәsi sahibinә geri qaytarılır. 

XII. Xarici dövlәtlәrdә qeydiyyatdan çıxarılmadan Azәrbaycan Respublikasına gәtirilmiş  nәqliyyat vasitәlәrinin 

müvәqqәti dövlәt qeydiyyatının aparılması  vә müvәqqәti uçota alınması üçün, onların sahiblәri vә ya sәrәncam 

vermәk hüququ olan digәr şәxslәr Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanına aşağıdakı sәnәdlәri 

tәqdim etmәlidirlәr: 

1) nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsini; 

2) Azәrbaycan Respublikası  vәtәndaşının  şәxsiyyәt vәsiqәsini (müvafiq olaraq Azәrbaycan Respublikasının 

әrazisindә әcnәbinin şәxsiyyәtini tәsdiq edәn sәnәd vә ya Azәrbaycan Respublikasının hüdudlarında istifadә edilmәsi 

üçün vәtәndaşlığı olmayan şәxsin şәxsiyyәt vәsiqәsi); 

3) Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş rüsumların vә ya vergilәrin ödәnilmәsi 

barәdә sәnәdi; 

5) gömrük orqanlarının müvәqqәti icazә sәnәdlәrini. 

XIII. Azәrbaycan Respublikası әrazisindә dövlәt qeydiyyatına alınmış nәqliyyat vasitәsi icarә müqavilәsi, etibarnamә 

әsasında başqa şәxsә verildikdә, bu maddәnin ikinci hissәsindә nәzәrdә tutulmuş müvafiq orqanlarda tәkrar dövlәt 

qeydiyyatından keçirilmәlidir. 

XIII-I. Nәqliyyat vasitәsinin icarәyә verilmәsinә dair müqavilәni, yaxud nәqliyyat vasitәsindәn istifadә edilmәsi vә ya 

ona dair sәrәncam verilmәsi hüquqları ilә bağlı etibarnamәni tәsdiq edәrkәn notarius müqavilәnin vә ya 



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə