Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə11/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   ...   7   8   9   10   11   12   13   14   ...   45

2014v4 

15 


 

IV. Yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi sahәsindә dövlәt uçotunun aparılması, mәlumat uçotlarının istifadәsi 

vә hesabat mәlumatlarının formalaşdırılması Azәrbaycan Respublikası müvafiq icra hakimiyyәti orqanı  tәrәfindәn 

müәyyәnlәşdirilir. 

 

Maddә 25. Yol hәrәkәti vә onun tәhlükәsizliyi göstәricilәrinin vahid uçot sistemi 

I. Azәrbaycan Respublikasında yol hәrәkәti vә onun tәhlükәsizliyi göstәricilәrinin (avtomobil yollarının, nәqliyyat 

vasitәlәrinin, sürücülәrin vә yol hәrәkәti sahәsindә inzibati xәtaların, yol-nәqliyyat hadisәlәrinin, yol-nәqliyyat 

zәdәlәnmәlәrinin vә sair) vahid dövlәt uçotu sistemi müәyyәn edilir. 

II. Yol hәrәkәtinin tәhlükәsizliyi göstәricilәrinin siyahısını, uçot vә hesabat qaydasını Azәrbaycan Respublikasının 

müvafiq icra hakimiyyәti orqanı müәyyәn edir. 

III. Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanları yol hәrәkәti vә onun tәhlükәsizliyi göstәricilәrinin 

vahid uçotu sistemindә nәzәrdә tutulmayan hesabatlar verilmәsini tәtbiq edә bilmәzlәr. 

 

Maddә 26. Layihә vә elmi işlәrin aparılması 

Mülkiyyәt vә tәşkilati-hüquqi formalarından asılı olmayaraq, yol hәrәkәti tәşkilinin perspektiv proqramlarını, kompleks 

sxemlәrini vә layihәlәrini hazırlayan, habelә bunları hәyata keçirәn fiziki vә hüquqi şәxslәr hәmin sәnәdlәrdә hәrәkәt 

tәhlükәsizliyinin tәmin edilmәsi,  әtraf mühitә çirklәndirici maddәlәr buraxılmasının vә tullanmasının, habelә  sәs-

küyün vә vibrasiyanın qarşısının alınması  vә azaldılması istiqamәtindә  tәdbirlәr nәzәrdә tutmalı  vә bunları 

Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı ilә razılaşdırmalıdırlar. 



3 FӘSİL 

Nәqliyyat vasitәlәrinin yol hәrәkәtindә iştirak etmәyә buraxılması 

 

Maddә 27. Nәqliyyat vasitәlәrinin dövlәt qeydiyyatı 

I. Azәrbaycan Respublikasının әrazisindә bütün mexaniki nәqliyyat vasitәlәri vә onların qoşquları bu Qanunla vә ona 

uyğun olaraq Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn qәbul edilәn “Mexaniki nәqliyyat 

vasitәlәrinin vә onların qoşqularının müәyyәn edilmiş qaydada dövlәt qeydiyyatından keçirilmәsi vә dövlәt qeydiyyatı 

üzrә uçota alınması haqqında”  Әsasnamә ilә müәyyәn edilmiş qaydada dövlәt qeydiyyatından keçirilәrәk uçota 

alınırlar. Dövlәt qeydiyyatı  nәqliyyat vasitәlәrinin konstruksiyasının, texniki vәziyyәtinin vә avadanlığının qәbul 

olunmuş  tәhlükәsizlik qaydalarına uyğun olması, nәqliyyat vasitәlәrinin istifadә olunması  vә ya çıxdaş edilmәsi 

zamanı uçot göstәricilәrindә dәyişiklik aparılması, nәqliyyat vasitәlәrinin hәrbi mükәllәfiyyәtinin müәyyәn olunması, 

nәqliyyat vasitәlәrinin sahiblәri tәrәfindәn rüsumların vә ya vergilәrin ödәnilmәsi, elәcә  dә  nәqliyyat vasitәlәrinin 

mәrkәzlәşdirilmiş  şәkildә  vә regionlar üzrә uçota alınması, sahibinin mülki mәsuliyyәtinin icbari sığortasının tәmin 

edilmәsi, hәmçinin cinayәtkarlığa vә digәr hüquqpozmalara qarşı mübarizә aparılması  mәqsәdi ilә  hәyata keçirilir. 

Nәqliyyat vasitәsinin qoşqu vә yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi vә fiziki şәxslәrin) adına, kollektiv 

mülkiyyәtdә olan nәqliyyat vasitәlәri isә yalnız bir şәxsin adına aparılır. Qeydiyyat üzrә daimi uçota alınan nәqliyyat 

vasitәlәrinin sahiblәrinә nәqliyyat vasitәsinin dövlәt qeydiyyat şәhadәtnamәsi vә dövlәt qeydiyyat nişanları verilir. 

II. Mexaniki nәqliyyat vasitәlәrinin dövlәt qeydiyyatını Azәrbaycan Respublikasının rayon, şәhәr vә bölgәlәrindә 

aşağıdakılar aparırlar: 

1) hüquqi vә fiziki şәxslәrә  mәxsus olan (Azәrbaycan Respublikası Silahlı Qüvvәlәrindәn vә digәr 

birlәşmәlәrdәn başqa) vә mühәrrikinin işçi hәcmi 50 kub/sm vә daha çox, konstruktiv maksimal sürәti saatda 50 

kilometrdәn artıq olan bütün tipli, markalı  vә modelli mexaniki nәqliyyat vasitәlәrinin, onların qoşqularının vә 

yarımqoşqularının — Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı; 

2) tramvayların vә trolleybusların — Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı; 

3) traktorların, hәmçinin meşә  vә  kәnd tәsәrrüfatında istifadә edilәn digәr mexaniki nәqliyyat vasitәlәrinin - 

Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı; 

4) hüquqi vә fiziki şәxslәrin ümumi istifadәdә olan küçә-yol  şәbәkәsindә istismar üçün nәzәrdә tutulmayan 

texnoloji nәqliyyat vasitәlәrinin, hәmçinin bu maddәnin ikinci hissәsinin 3-cü bәndindә göstәrilәn nәqliyyat vasitәlәri 

istisna olmaqla mühәrrikinin işçi hәcmi 50 kub/sm-dәn az vә konstruktiv maksimal sürәti saatda 50 kilometr vә daha 

az olan digәr mexaniki nәqliyyat vasitәlәrinin - Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı; 

5) hüquqi vә fiziki şәxslәrin yarış mәqsәdli idman nәqliyyat vasitәlәrinin — Azәrbaycan Respublikasının müvafiq 

icra hakimiyyәti orqanı; 

III. Azәrbaycan Respublikası Silahlı Qüvvәlәrinin vә digәr birlәşmәlәrin mexaniki nәqliyyat vasitәlәrinin vahid dövlәt 

qeydiyyatını Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı aparır. 

IV. Hüquqi vә fiziki şәxslәr hüquqi ünvanı vә ya yaşayış yeri üzrә bu maddәnin ikinci vә üçüncü hissәlәrindә nәzәrdә 

tutulmuş orqanlarda: 

1) әldә edildiyi vaxtdan on gün әrzindә; 

2) fiziki şәxsin yaşayış yeri vә hüquqi şәxsin olduğu yer dәyişildiyi vaxtdan on gün әrzindә; 

3) nәqliyyat vasitәlәrinin ipoteka müqavilәsi bağlandığı vaxtdan on gün әrzindә; 




2014v4 

16 


 

4) nәqliyyat vasitәsinin mühәrrik, ban vә  şassi nömrәlәri dәyişdirildiyi vә ya qeydiyyat mәlumatlarının 

dәyişdirilmәsini tәlәb edәn digәr halların yarandığı vaxtdan on gün әrzindә onlara mәxsus olan mexaniki nәqliyyat 

vasitәsini dövlәt qeydiyyatından keçirmәli vә daimi uçota aldırmalıdırlar. 



Qeyd: Vәrәsәlik üzrә alınan nәqliyyat vasitәlәrinin qeydiyyatı istisna olmaqla, nәqliyyat vasitәlәri 18 yaşına, asma 

mühәrrikli velosipedi, mopedi vә motosikletlәri isә 16 yaşına çatmış fiziki şәxslәrin adına qeydiyyata alınır. Nәqliyyat 

vasitәsi yetkinlik yaşına çatmamış  vәrәsәnin adına qeydiyyata alınarkәn, qeydiyyat sәnәdindә onun valideyninin, 

övladlığa götürәnin vә himayәçinin soyadı, adı, atasının adı göstәrilir vә belә  nәqliyyat vasitәsinin qәyyumluq vә 

himayәçilik orqanının icazәsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur. 

IV-I. Nәqliyyat vasitәsinin dövlәt qeydiyyatının aparılması  vә daimi uçota alınması, nәqliyyat vasitәsinin qeydiyyat 

şәhadәtnamәsinin vә dövlәt qeydiyyat nişanının verilmәsi zamanı aşağıdakılar tәmin olunmalıdır: 

1) nәqliyyat vasitәsinin dövlәt qeydiyyatının vә daimi uçota alınmasının, qeydiyyat şәhadәtnamәsinin vә dövlәt 

qeydiyyat nişanının alınması ilә bağlı internet vasitәsilә elektron formada müraciәt etmә imkanı ve hәmin  şәxsin 

növbәsi barәdә (tarix vә vaxt göstәrilmәkle) eyni qaydada mәlumatın verilmәsi; 

2) nәqliyyat vasitәsinin dövlәt qeydiyyatını  vә daimi uçota alınmasını, qeydiyyat şәhadәtnamesi vә dövlәt 

qeydiyyat nişanının verilmәsi ilә bağlı  hәmin fәaliyyәti hәyata keçirәn dövlәt orqanında "bir pәncәrә" prinsipinin 

tәşkili; 

3) nәqliyyat vasitәsinin dövlәt qeydiyyatı  vә daimi uçota alınması, qeydiyyat şәhadәtnamәsinin vә dövlәt 

qeydiyyat nişanınm verilmәsi, habelә  nәqliyyat vasitәsinin müayinәsi ilә bağlı  hәrәkәtlәrin fasilәsiz olaraq hәyata 

keçirilmәsi; 

4) nәqliyyat vasitәsinin müayinәsinin növbәlәrin yaranmasını istisna edәn şәraitdә xüsusi avadanlıqlarla tәchiz 

olunmuş yerlәrdә aparılması; 

5) dövlәt rüsumunun, verginin yalnız bank, poçt, plastik kart, elektron ödәmә sistemlәri vә ya İnternet vasitәsi 

ilә ödәnilmәsi; 

6) növbәlәrin yaranmasını istisna edәn, sәnәdlәrin qәbulu vә verilmәsinin, dövlәt qeydiyyat nişanlarının 

verilmәsinin elektron idarәetmә sistemi; 

7) dövlәt qeydiyyat nişanında  әks olunmuş  rәqәmlәrin vә ya hәrflәrin kombinasiyası üzrә dövlәt qeydiyyat 

nişanlarmın verilmәsinә görә dövlәt rüsumunun mәblәğinin, mövcud olan rәqәm vә ya hәrflәrin kombinasiyaları 

barәdә  mәlumatların açıqlanması, habelә dövlәt qeydiyyat nişanında  әks olunmuş  rәqәmlәrin vә ya hәrflәrin 

kombinasiyalarını xüsusi terminallar vasitәlәrlә, o cümlәdәn internet vasitәsi ilә  sәrbәst seçmәk vә sifariş etmәk

hәmçinin dövlәt rüsumunu ödәmәk imkanının yaradılması. 

V. Bu maddәnin ikinci vә üçüncü hissәlәrindә nәzәrdә tutulmuş orqanlar nәqliyyat vasitәsinin sahibi vә ya sәrәncam 

vermәk hüququ olan digәr şәxs tәrәfindәn müvafiq sәnәdlәr verildiyi vә nәqliyyat vasitәsinin mühәrrik, ban vә şassi 

nömrәlәri, habelә  rәngini tutuşdurmaq mәqsәdilә müayinәyә  tәqdim edildiyi vaxtdan 30 dәqiqә, sәnәdlәrin 

hәqiqiliyinin  şübhә doğurduğu müstәsna hallarda bir gün әrzindә  nәqliyyat vasitәsinin dövlәt qeydiyyatının 

aparılmasını vә onun daimi uçota alınmasını, nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsinin vә dövlәt qeydiyyatı 

nişanının verilmәsini hәyata keçirmәlidirlәr. Tәqdim olunmuş  sәnәdlәrdә çatışmazlıqlar aşkar edildikdә  әrizәçiyә 

mәlumat verilir vә bunlar aradan qaldırıldıqdan sonra dövlәt qeydiyyatı aparılır. 

V-I. Nәqliyyat vasitәsinin ipotekası haqqında müqavilәnin vә sonrakı ipoteka haqqında müqavilәnin dövlәt qeydiyyatı, 

habelә qanunla müәyyәn edilmiş hallarda ipotekanın  әlavә qeydiyyatı  “İpoteka haqqında” Azәrbaycan 

Respublikasının Qanunu ilә müәyyәn edilmiş qaydada bu Qanunun 27-ci maddәsinin ikinci hissәsindә  nәzәrdә 

tutulmuş orqanlar tәrәfindәn daşınar  әmlakın müvafiq rәsmi reyestrindә aparılır vә reyestrdәn çıxarış ipoteka 

saxlayana tәqdim edilir. Forması müvafiq icra hakimiyyәti orqanı  tәrәfindәn müәyyәn edilәn çıxarışda ipotekanın 

dövlәt qeydiyyatını aparan orqanın adı, qeydiyyatın yeri, vaxtı (tarixi vә saatı), qeydiyyat nömrәsi, ipoteka saxlayan 

vә ipoteka qoyan barәdә, habelә ipoteka predmetinin eynilәşdirilmәsi üçün zәruri mәlumatlar göstәrilir. İpotekanın 

dövlәt qeydiyyatı ipoteka saxlayanın  әrizәsi vә ya mәhkәmәnin qәrarı  әsasında qeydiyyat orqanı  tәrәfindәn lәğv 

edilir. Nәqliyyat vasitәsinin ipoteka ilә yüklü olması nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsindә qeyd edilir vә 

ipotekaya xitam verildikdә bu qeyd lәğv edilir. 

VI. Nәqliyyat vasitәsinin dövlәt qeydiyyatının aparılması  vә daimi uçota alınması, nәqliyyat vasitәsinin qeydiyyat 

şәhadәtnamәsinin vә dövlәt qeydiyyat nişanının verilmәsi üçün nәqliyyat vasitәsinin sahibi vә ya sәrәncam vermәk 

hüququ olan digәr şәxs bu maddәnin ikinci vә üçüncü hissәlәrindә nәzәrdә tutulmuş orqanlara bu Qanunla müәyyәn 

edilmiş müddәtdә aşağıdakı sәnәdlәri tәqdim etmәlidir: 

1) әrizә; 

2) Azәrbaycan Respublikası  vәtәndaşının  şәxsiyyәt vәsiqәsi (müvafiq olaraq Azәrbaycan Respublikasının 

әrazisindә әcnәbinin şәxsiyyәtini tәsdiq edәn sәnәd vә ya Azәrbaycan Respublikasının hüdudlarında istifadә edilmәsi 

üçün vәtәndaşlığı olmayan şәxsin şәxsiyyәt vәsiqәsi); 

3) Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada onun sahibliyini tәsdiq edәn 

müvafiq sәnәd vә ya mәhkәmәnin qәrarı; 

4) Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş rüsumların (nәqliyyat vasitәlәrinin tәkrar 

qeydiyyatı istisna olmaqla) vә ya vergilәrin ödәnilmәsi barәdә sәnәd; 




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə