Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə7/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   2   3   4   5   6   7   8   9   10   ...   45

2014v4 

 



 

Maddә 9. Avtomobil yollarının layihәlәşdirilmәsi, tikintisi, yenidәn qurulması  vә  tәmiri zamanı yol 

hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi 

I. Azәrbaycan Respublikası  әrazisindә avtomobil yollarının layihәlәşdirilmәsi, tikintisi, yenidәn qurulması  vә  tәmiri 

sahәsindә bütün işlәr yol hәrәkәti tәhlükәsizliyi üzrә beynәlxalq standartlar, qaydalar vә normativlәr, habelә 

nәqliyyat vasitәlәrinin avtomobil yollarında hәrәkәti üçün ayrılmış zolağın yetәrliliyinin tәmin edilmәsi zәrurәti nәzәrә 

alınmaqla hәyata keçirilmәlidir. Avtomobil yollarının layihәlәşdirilmәsi, tikintisi, yenidәn qurulması vә tәmiri qaydası 

Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn olunur. 

II. Avtomobil yollarının tәmiri, tikintisi, yenidәn qurulması, tәdqiqi vә  sınağı üzrә layihә  vә podrat işlәrinin icrası 

müsabiqәsi  әsasında seçilәn hüquqi vә fiziki şәxslәr tәrәfindәn yol tәsәrrüfatı orqanları ilә bağlanan podrat 

müqavilәlәri әsasında hәyata keçirilir.  

III. Avtomobil yollarının tikintisinә, yenidәn qurulmasına vә tәmirinә dair birtipli vә ya fәrdi layihәlәrdә yol hәrәkәti 

tәhlükәsizliyinin,  әtraf mühitin mühafizәsinin, habelә  әlillәrin vә sağlamlıq imkanları  mәhdud uşaqların spesifik 

ehtiyaclarının tәmin edilmәsi ilә bağlı olan bütün tәdbirlәr kompleksi nәzәrdә tutulmalıdır.  

IV. Avtomobil yollarının tikintisinә, yenidәn qurulmasına vә  tәmirinә dair layihәlәr yol hәrәkәtinin tәhlükәsizliyi 

qaydalarının, normativlәrinin vә standartlarının tәlәblәrinә uyğunluğu baxımından Azәrbaycan Respublikasının 

müvafiq icra hakimiyyәti orqanlarında ekspertizadan keçirilmәli vә onlarla razılaşdırılmalıdır. Ekspertiza keçirilmәsi 

zamanı aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılmalıdır. 

V.  Şәhәrlәrarası avtomobil yollarının sanitariya-mühafizә zonasında yolların tikilmәsinә, yol kompleksi tikililәrinin 

ucaldılmasına, sәsudan qurğuların vә çirklәndirici maddә tutucularının qurulmasına, mühәndis kommunikasiyalarının, 

bionәqliyyat yollarının çәkilmәsinә, yaşıllıq zolağı salınmasına, xidmәt obyektlәrinin açılmasına vә  hәrәkәt 

tәhlükәsizliyi tәlәblәri nәzәrә alınmaqla, müәyyәnlәşdirilmiş qaydada hazırlanan vә razılaşdırılan layihәlәrә uyğun 

olaraq icazә verilir. Payız-qış mövsümündә yolun sanitariya-mühafizә zonasında müvәqqәti qarsaxlayan qurğunun 

qurulmasına icazә verilir. 

VI. Avtomobil yollarının tikintisi, yenidәn qurulması vә tәmiri zamanı yol hәrәkәti tәhlükәsizliyi tәyinatlı mәsrәflәrin 

azaldılması qadağandır. 

VII. Müvafiq razılaşdırma olmadan, layihәçi layihәlәşdirmәyә dair müәyyәn edilmiş  tәlәblәrdәn vә ya tapşırıq 

şәrtlәrindәn kәnara çıxdıqda, bu uyğunsuzluğu öz hesabına aradan qaldırır. Layihәnin ayrı-ayrı hissәlәrinin hәyata 

keçirilmәsini qeyri-mümkün edәn  şәrait yarandıqda, işlәrin icraçısı yol hәrәkәtinin tәhlükәsizliyinә dair әlavә 

tәdbirlәrin hazırlanması mәqsәdilә layihәçiyә vә sifarişçiyә mәlumat vermәlidir. 

VIII. Tikilmiş, yenidәn qurulmuş  vә ya tәmir olunmuş avtomobil yollarının yol hәrәkәti tәhlükәsizliyinin tәmin 

edilmәsinә dair inşaat normalarının, qaydalarının, standartlarının vә digәr normativ sәnәdlәrin tәlәblәrinә uyğunluğu 

avtomobil yollarının qәbul edilmә aktı ilә  tәsdiq olunur. Avtomobil yollarının qәbul edilmә aktı yalnız nәzarәt 

qaydasında keçirilmiş müayinәnin, yoxlamanın vә sınağın nәticәlәri әsasında xüsusi komissiya tәrәfindәn verilir. Bu 

komissiyanın avtomobil yollarının vә müvafiq yol qurğularının mülkiyyәtçilәrinin tәqdimatı әsasında tәşkili qaydası vә 

tәrkibi, habelә avtomobil yollarının qәbul edilmәsi zamanı müayinәnin, yoxlamanın vә  sınağın keçirilmәsi qaydası 

Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir.  

IX. Avtomobil yollarında yol hәrәkәtini nizamlayan texniki vasitәlәr Azәrbaycan Respublikasının müvafiq icra 

hakimiyyәti orqanının icazәsi ilә quraşdırılır. 

X. Avtomobil yollarının layihәlәşdirilmәsini, tikintisini, yenidәn qurulmasını vә tәmirini hәyata keçirәn hüquqi vә fiziki 

şәxslәr yol hәrәkәti tәhlükәsizliyinә dair standartlara, qaydalara vә normativlәrә әmәl edilmәmәsinә görә Azәrbaycan 

Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada mәsuliyyәt daşıyırlar. 

 

Maddә 10. Avtomobil yollarının saxlanılması vә abadlaşdırılması zamanı yol hәrәkәti tәhlükәsizliyinin 

tәmin edilmәsi 

I. Avtomobil yollarının saxlanılması  vә abadlaşdırılması yol hәrәkәti iştirakçılarının tәlәbatlarının maksimum 

ödәnilmәsinә vә yol hәrәkәti tәhlükәsizliyinin tәmin olunmasına xidmәt etmәlidir. Bu mәqsәdilә: 

1) avtomobil yolları yol hәrәkәtinin iştirakçıları üçün sәrfәli vә rahat şәraitdә saxlanılmalı  vә daha da 

yaxşılaşdırılmalıdır. Yol hәrәkәtinin tәhlükәsizliyi üçün qorxu törәdәn şәrait yarandıqda, yol hәrәkәti qadağan edilmәli 

vә ya mәhdudlaşdırılmalıdır, tәhlükәsiz hәrәkәt şәraitinin bәrpası üçün tәxirәsalınmaz tәdbirlәr görülmәlidir; 

2) avtomobil yollarında nişanlama xәtlәri çәkilmәli, yol nişanları vә göstәricilәri (o cümlәdәn tәhlükәli vә çәtin 

keçilәn sahәlәri  әks etdirәn marşrut xәritәlәri vә sxemlәri), svetoforlar vә yol hәrәkәti tәşkilinin digәr texniki 

nizamlama vasitәlәri quraşdırılmalıdır; 

3) avtomobil yolunun yaxınlığında xәstәxananın olması, onun istiqamәti, yerlәşdiyi mәsafә, xәstәxananın 

telefon nömrәsi barәdә mәlumat verәn müvafiq yol nişanları quraşdırılmalı, yolların yaxınlığında tibb müәssisәlәrinin 

yerlәşmәsi “Tibbi yardım mәntәqәsi” yol nişanı ilә bildirilmәlidir; 

4) texniki qurğuların quraşdırılması, kommunikasiyaların çәkilmәsi, mühafizә  işlәrinin görülmәsi, servis 

obyektlәrinin tikilmәsi vә avadanlıqlarının qurulması tәmin edilmәlidir; 

5) avtomobil yollarında yol şәraiti vә  hәrәkәt rejimi haqqında yol hәrәkәti iştirakçılarına vaxtında mәlumat 

verilmәli, yol şәraitinin xeyli pislәşmәsi zamanı (qar yığınları, yolun buz bağlaması) isә, bu mәqsәdlә radio vә 




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə