Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə5/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   2   3   4   5   6   7   8   9   ...   45

2014v4 

 



sәbәblәrә görә  hәrәkәtsiz vәziyyәtә  gәtirilmişdirsә  vә onun dayanması adamların minmәsi vә ya düşmәsi, yaxud 

yüklәrin yığılması vә ya boşaldılması üçün zәruri olan vaxtla mәhdudlaşmırsa, nәqliyyat vasitәsi durmuş hesab edilir

32) parklanma — nәqliyyat vasitәsinin onun üçün xüsusi ayrılmış müvafiq qaydada işarәlәnmiş yerdә durmasıdır; 

33)  yol hәrәkәti iştirakçısı — hәrәkәt prosesindә piyada, nәqliyyat vasitәsinin sürücüsü, sәrnişin, velosipedçi, 

mal-qara ötürәn qismindә  iştirak edәn, habelә avtomobil yollarından, küçәlәrdәn, dәmiryol keçidlәrindәn vә ya 

nәqliyyat vasitәlәri ilә adamların vә yüklәrin daşınması üçün nәzәrdә tutulmuş digәr yerlәrdәn istifadә edәn şәxsdir; 

34)  sürücü — hәr hansı növ nәqliyyat vasitәsini idarә edәn  şәxsdir (sürücülüyü öyrәdәn avtomobil tәlimatçısı da 

sürücüyә bәrabәr tutulur); 

35) sәrnişin — nәqliyyat vasitәsindә hәrәkәtdә olan, lakin onun idarә edilmәsinә aidiyyәti olmayan şәxsdir; 

36) piyada — nәqliyyat vasitәlәrindәn kәnarda yol hәrәkәtindә iştirak edәn vә yolda hәr hansı iş görmәyәn şәxsdir 

(mühәrriksiz  әlil arabalarında gedәn, velosiped, moped vә ya motosiklet aparan, kirşә,  әl arabası, uşaq vә ya әlil 

arabası aparan şәxslәr dә piyadaya bәrabәr tutulur); 

37) velosipedçi — әlil arabaları istisna olmaqla, velosipedi idarә edәn şәxsdir; 

38) mal-qara ötürәn — mal-qaranı, yük vә ya minik heyvanlarını yoldan keçirәn şәxsdir; 

39) ötmә — hәrәkәt etdiyi zolağı dәyişmәklә hәrәkәtdә olan bir vә ya bir neçә nәqliyyat vasitәsini ötüb keçmәkdir; 

40)  üstünlük — nәzәrdә tutulan istiqamәtdә digәr hәrәkәt iştirakçılarına nisbәtәn ilk növbәdә  hәrәkәt etmәk 

hüququdur; 

41)  yol vermәk — sürücünün hәrәkәti davam etdirmәsi vә ya yenidәn hәrәkәtә başlaması, hәr hansı manevr 

etmәsi başqa nәqliyyat vasitәlәrinin sürücülәrini qәflәtәn hәrәkәt istiqamәtini vә ya sürәti dәyişdirmәyә mәcbur edә 

bilәcәyi halda, onun hәrәkәti davam etdirmәmәsi vә ya yenidәn hәrәkәtә başlamaması, manevr etmәmәsidir; 

42)  mәhdudiyyәtli görünmә — duman, yağış, qar vә başqa  şәraitdә, habelә toranlıqda yolun 300 metrdәn az 

mәsafәdә görünmәsidir; 

43)  yol-nәqliyyat hadisәsi — yollarda, küçәlәrdә, meydanlarda, dәmiryol keçidlәrindә  nәqliyyat vasitәlәrinin 

hәrәkәti prosesindә baş verәn vә adamların hәlakına vә ya müxtәlif dәrәcәli bәdәn xәsarәti almasına, heyvanların vә 

ya hәrәkәtsiz maneәnin vurulmasına, nәqliyyat vasitәlәrinin, yolların, qurğuların zәdәlәnmәsinә vә ya başqa maddi 

zәrәr dәymәsinә sәbәb olan hadisәdir; 

44)  ümumi istifadәdә olan nәqliyyat vasitәsi - sәrnişin daşınması üçün nәzәrdә tutulmuş, müәyyәn edilmiş 

marşrut üzrә tәyin edilmiş dayanacaqlarla hәrәkәt edәn nәqliyyat vasitәsidir (avtobus, trolleybus, tramvay);  

45) mütәşәkkil nәqliyyat dәstәsi - qarşıda qırmızı vә ya göy sayrışan işıq vә xüsusi sәs siqnalı ilә tәchiz edilmiş 

operativ nәqliyyat vasitәsinin müşayiәti ilә bir hәrәkәt zolağında bir-birinin ardınca faraları yandırılmış  vәziyyәtdә 

hәrәkәt edәn üç vә ya daha artıq mexaniki nәqliyyat vasitәsindәn ibarәt olan dәstәdir;  

46) avtoqatar - bir mexaniki nәqliyyat vasitәsinә qoşularaq birlikdә hәrәkәt edәn bir neçә nәqliyyat vasitәsindәn 

ibarәt tәrkibdir;  

47) icazә verilәn maksimum kütlә - istehsalçı müәssisә tәrәfindәn müәyyәn edilmiş, nәqliyyat vasitәsinin sürücü, 

sәrnişin vә yüklә birlikdә yol verilәn kütlәsinin yuxarı hәddidir. Avtoqatarın icazә verilәn maksimum kütlәsi tәrkibә 

daxil olan nәqliyyat vasitәlәrinin icazә verilәn maksimum kütlәlәrinin cәmindәn ibarәtdir;  

48) sutkanın qaranlıq vaxtı - sutkanın günәş batandan günәş çıxanadәk olan müddәtidir;  

49) yaşayış mәntәqәsi - giriş vә çıxışları müvafiq olaraq 

 5.22, 

 5.23, 


 5.24, 

 5.25 


nişanları ilә işarәlәnmiş, әhalinin yığcam mәskunlaşdığı әrazidir. Ağ fonu olan 

 5.22 vә 

 5.23 nişanları 

yaşayış  mәntәqәlәrindә  hәrәkәt qaydalarını  tәnzimlәyәn müvafiq tәlәblәrin tәtbiq olunduğunu, göy fonu olan 

 5.24 vә 

 5.25 nişanları yaşayış mәntәqәlәrindә hәrәkәt qaydalarını tәnzimlәyәn müvafiq tәlәblәrin 

bu yolda tәtbiq olunmadığını göstәrir;  

50) yaşayış zonası – yaşayış mәntәqәsinin giriş vә çıxışları müvafiq olaraq 

 5.51 vә 

 5.52 nişanları 

ilә işarәlәnmiş hissәsidir. 

 

Maddә 2. Qanunun tәyinatı 

Yol hәrәkәti haqqında Qanun yollarda nәqliyyat vasitәlәrinin vә piyadaların tәhlükәsiz vә rahat hәrәkәtini tәşkil 

etmәk mәqsәdi ilә kompleks tәdbirlәr hәyata keçirilmәsi, yol hәrәkәti ilә bağlı insanların hәyatının vә sağlamlığının 

qorunması,  әtraf mühitin, xüsusi, bәlәdiyyә  vә dövlәt  әmlakının mühafizәsi, yol-nәqliyyat hadisәlәrinin qarşısının 

alınması  vә onların ağırlıq dәrәcәsinin aşağı salınması üçün tәdbirlәr görülmәsinin hüquqi әsaslarını  vә bu sahәdә 

dövlәtin, habelә yol hәrәkәti iştirakçılarının hüquqlarını vә vәzifәlәrini müәyyәn edir. 

 

Maddә 3. Yol hәrәkәti haqqında qanunvericilik 

Yol hәrәkәti haqqında Azәrbaycan Respublikasının qanunvericiliyi Azәrbaycan Respublikasının Konstitusiyasından, bu 

Qanundan, Azәrbaycan Respublikasının digәr qanunvericilik aktlarından vә Azәrbaycan Respublikasının tәrәfdar 

çıxdığı beynәlxalq müqavilәlәrdәn ibarәtdir. 




2014v4 

 



 

Maddә 4. Yol hәrәkәti sahәsindә dövlәt vәzifәlәri 

Yol hәrәkәti sahәsindә dövlәtin aşağıdakı vәzifәlәri vardır: 

1) dövlәt siyasәtini, o cümlәdәn vahid elmi-texniki siyasәti, habelә yol hәrәkәti standartlarını müәyyәn etmәk vә 

onları hәyata keçirmәk; 

2) yol hәrәkәtinin tәşkili, onun tәhlükәsizliyinin tәmin edilmәsi, әtraf mühitin mühafizәsi, yol hәrәkәti qaydalarının, 

habelә onların pozulmasına görә mәsuliyyәtin müәyyәnlәşdirilmәsi ilә bağlı qanunlar vә digәr normativ-hüquqi aktlar 

qәbul etmәk, onların icrasını hәyata keçirmәk; 

3) yol hәrәkәtinin inkişafının vә  tәhlükәsizliyinin tәmin edilmәsinә dair ölkә  vә onun inzibati әrazi vahidlәri üzrә 

proqramları  vә planları  qәbul etmәk, onların icrası üzrә dövlәt orqanlarının fәaliyyәtinin  әlaqәlәndirilmәsini tәmin 

etmәk; 


4) yol hәrәkәtinin inkişafına vә tәhlükәsizliyinә dair proqramları vә planları, avtomobil yolları şәbәkәsinin saxlanılması 

vә inkişaf etdirilmәsi, yollarda tәhlükәsiz hәrәkәtin, habelә yol hәrәkәtinә dair ekoloji tәlәblәrin tәmin edilmәsi 

sahәsindә hәyata keçirilәn tәdbirlәri dövlәt büdcәsindәn maliyyәlәşdirmәk;  

5) yol hәrәkәtinin tәşkili üzrә ixtisaslaşdırılmış xidmәtlәri tәşkil etmәk, o cümlәdәn texniki vasitәlәrin vә 

avtomatlaşdırılmış sistemlәrin qurulmasını  vә istifadәsini, qәza-xilasetmә  işlәri görülәn vә kütlәvi tәdbirlәr keçirilәn 

yerlәrdә nәqliyyat vasitәlәrinin vә piyadaların hәrәkәtinin tәhlükәsizliyini tәmin etmәk

6) avtomobil yollarının tikintisinә, yenidәn qurulmasına, tәmirinә, saxlanılmasına vә mühafizәsinә dair, habelә 

Azәrbaycan Respublikasında istehsal olunan nәqliyyat vasitәlәrinin konstruksiyasına vә texniki vәziyyәtinә dair vahid 

tәlәblәri müәyyәn etmәk vә onlara әmәl olunmasına nәzarәt etmәk; 

7) avtomobil yollarının tәmiri vә saxlanılması ilә bağlı fәaliyyәtin, yol hәrәkәtinin tәhlükәsizliyinә tәsir göstәrәn digәr 

növ fәaliyyәtin hәyata keçirilmәsi, nәqliyyat vasitәlәrinin tәmiri vә istismarı, daxili vә beynәlxalq sәrnişin vә yük 

daşımaları, tәhlükәli yüklәrin daşınması qaydasını müәyyәn etmәk; 

8) nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsinin, dövlәt qeydiyyat nişanının vә sürücülük vәsiqәsinin 

nümunәlәrini müәyyәn etmәk; 

9) ekoloji tәhlükәsiz tәlәblәrinә  әmәl etmәklә, yol hәrәkәti iştirakçılarının ehtiyaclarının tәmin olunması  mәqsәdilә 

avtomobil yollarının saxlanılmasını, tәmirini, yenidәn qurulmasını  vә tikintisini tәşkil etmәk vә onların hәyata 

keçirilmәsinә nәzarәt etmәk, yolların qәza tәhlükәli sahәlәrini aradan qaldırmaq; 

10) yol hәrәkәti tәhlükәsizliyinin tәlәblәrinә uyğun olaraq dövlәt yollarında texniki xidmәt sahәlәri tәşkil etmәk

11) yol hәrәkәti iştirakçılarının tibbi tәminatını, o cümlәdәn yol-nәqliyyat hadisәlәrindә zәrәr çәkәnlәrә tibbi yardımın 

göstәrilmәsini tәşkil etmәk; 

12) sürücülәrin hazırlanmasını vә onların ixtisasının artırılmasını hәyata keçirәn mәktәb vә kursların açılmasına razılıq 

vermәk, onların fәaliyyәtinә  nәzarәt etmәk, nәzәri vә  tәcrübi imtahanlar qәbul etmәk, imtahanlardan 

müvәffәqiyyәtlә keçәnlәrә sürücülük vәsiqәsi vermәk, onların uçotunu aparmaq; 

13)  әhaliyә yol hәrәkәti qaydalarının öyrәdilmәsini vә yol hәrәkәti tәhlükәsizliyinin tәbliği işini tәşkil etmәk, yol 

hәrәkәti tәhlükәsizliyi sahәsindә bu Qanunla müәyyәn olunmuş  tәlәblәrә hüquqi vә fiziki şәxslәr tәrәfindәn  әmәl 

olunmasını tәmin etmәk; 

14) yaşayış  mәntәqәlәrinin baş planlarına, müfәssәl planlaşdırılması  vә tikintisi layihәlәrinә, kompleks nәqliyyat 

sxemlәrinә  vә yol hәrәkәtinin tәşkili sxemlәrinә uyğun olaraq rayon (şәhәr)  әrazilәrindә yol hәrәkәtinin 

avtomatlaşdırılmış idarәetmә sistemlәrini tәşkil etmәk; 

15) pullu duracaqlarda, qarajlarda nәqliyyat vasitәlәrinin saxlanılması qaydasını müәyyәn etmәk; 

16) yol hәrәkәti tәhlükәsizliyi mәsәlәlәri üzrә elmi-tәdqiqat işlәrinin aparılmasını tәşkil etmәk; 

17) yol hәrәkәt tәhlükәsizliyini tәmin etmәk vә ya hәrәkәt şәraitini yaxşılaşdırmaq mәqsәdilә, yollarda tәmir-tikinti 

işlәri aparılarkәn, zәruri olduqda, nәqliyyat vasitәlәrinin hәrәkәtini mәhdudlaşdırmaq vә ya qadağan etmәk, ümumi 

istifadәdә olan nәqliyyatın müntәzәm hәrәkәti marşrutlarının açılması qaydasını müәyyәn etmәk vә onun hәyata 

keçirilmәsini tәşkil etmәk; 

18) nәqliyyat vasitәlәrinin texniki vәziyyәtinә  nәzarәt etmәk, qanunla müәyyәn edilmiş hallarda texniki baxışları 

hәyata keçirmәk, konstruksiyası  vә ya texniki vәziyyәti müәyyәn olunmuş standartlara, habelә mühәrrik, ban vә 

şassi nömrәlәri qeydiyyat sәnәdlәrindә göstәrilmiş nömrәlәrә uyğun gәlmәyәn nәqliyyat vasitәlәrinin istismarını 

qadağan etmәk; 

19) nәqliyyat vasitәlәrinin konstruksiyalarının hazırlanmasına vә yenidәn quraşdırılmasına, aqreqat, ban vә ban 

hissәlәrinin dәyişdirilmәsinә icazә vermәk vә yol hәrәkәti tәhlükәsizliyinin tәlәblәrinә uyğun olmasına nәzarәt etmәk; 

20) Azәrbaycan Respublikasında istehsal olunan nәqliyyat vasitәlәrinin hәrәkәt tәhlükәsizliyi,  әtraf mühitin 

mühafizәsi ilә bağlı  tәlәblәrә uyğunluğu baxımından onların texniki layihә  sәnәdlәrinә  vә texniki vәziyyәtinә dair 

müvafiq rәylәr vermәk, onların sınaqlarında iştirak etmәk, bu tәlәblәrә cavab vermәyәn nümunәlәrin (mәmulatın) 

istehsalını dayandırmaq barәdә müvafiq orqanlara tәqdimatlar vermәk; 

21) nәqliyyat vasitәlәrinin qeydiyyatını, özgәninkilәşdirilmәsinin sәnәdlәşdirilmәsini vә onların uçotunu aparmaq, 

ipoteka müqavilәsinin qeydiyyata alınması ilә әlaqәdar daşınar әmlakın müvafiq rәsmi reyestrindәn çıxarışı, nәqliyyat 

vasitәsinin qeydiyyat şәhadәtnamәsini vә dövlәt qeydiyyat nişanlarını vermәk; 




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə