Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə4/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   2   3   4   5   6   7   8   9   ...   45

2014v4 

 



7) yolun hәrәkәt hissәsi — yolun nәqliyyat vasitәlәrinin hәrәkәti üçün istifadә edilәn hissәsidir (yolun ayırıcı zolaq 

vasitәsilә dürüst müәyyәn edilәn vә ya müxtәlif sәviyyәlәrdә olan bir neçә hәrәkәt hissәsi ola bilәr); 

8)  yol çiyini — yolun hәrәkәt hissәsindә  hәrәkәtin kәnar zolağı  vә ya kәnar zolaqları, yaxud velosiped zolaqları 

müәyyәn nәqliyyat vasitәlәrinin hәrәkәti üçün nәzәrdә tutulduqda, “yol çiyini” digәr yol istifadәçilәri üçün yolun 

qalan hissәsinin kәnarıdır; 

9)  baş yol — kәsişәn (bitişәn) yola nisbәtәn müvafiq nişanlarla işarәlәnmiş yol vә ya torpaq yola nisbәtәn bәrk 

örtüyü olan (asfalt vә ya sement-beton, daş materialları vә s.) yol, yaxud bitişik әrazilәrdәn çıxışlara nisbәtәn hәr 

hansı yoldur (ikinci dәrәcәli yolda yolayrıcı qarşısında örtüklü sahәnin olması, onu әhәmiyyәtcә kәsişdiyi yola bәrabәr 

etmir); 

10)  piyada keçidi — yolun hәrәkәt hissәsindә piyadaların yolu keçmәsi üçün nәzәrdә tutulan sahә, yaxud 

mühәndis qurğusudur; 

11) yolayrıcı — yolların bir sәviyyәdә hәr hansı kәsişmәsi, birlәşmәsi vә ya şaxәlәnmәsi, o cümlәdәn bunların әmәlә 

gәtirdiyi әrazidir; 

12)  nizamlanan yolayrıcı — hәrәkәt növbәliliyi svetoforun vә ya nizamlayıcının siqnalları ilә müәyyәnlәşdirilәn 

yolayrıcıdır; 

13)  nizamlanmayan yolayrıcı  — nizamlayıcının olmadığı, svetoforun qurulmadığı  vә ya söndürüldüyü, yaxud 

yanıb-sönәn sarı rәngli işıq siqnalının işlәdiyi yolayrıcıdır; 

14)  ayırıcı zolaq — yolun ayrılmış elementi olub, yanaşı yerlәşәn hәrәkәt hissәlәrini bir-birindәn ayıran, lakin 

nәqliyyat vasitәlәrinin hәrәkәti vә ya dayanması, elәcә dә piyadaların hәrәkәti üçün nәzәrdә tutulmayan hissәsidir

15)  hәrәkәt zolağı — yolun hәrәkәt hissәsinin nişanlama xәtti vasitәsilә bölünmüş, eni avtomobillәrin bir sırada 

hәrәkәti üçün kifayәt edәn hәr hansı uzununa zolağıdır; 

16)  sәki — yolun hәrәkәt hissәsinә bitişik olan vә ya qazon vasitәsilә ondan ayrılmış, piyadaların hәrәkәti üçün 

nәzәrdә tutulan hissәsidir; 

17) nәqliyyat vasitәsi — yolda hәrәkәt üçün konstruksiya imkanları olan vә insan tәrәfindәn idarә edilәn qurğu

habelә onun qoşqusudur (nәqliyyat vasitәlәri mexaniki vә insanın, yaxud heyvanın әzәlә enerjisi ilә hәrәkәtә gәtirilәn 

nәqliyyat vasitәlәrinә bölünür); 

18) mexaniki nәqliyyat vasitәsi — asma mühәrrikli velosipedlәr vә relsli nәqliyyat vasitәlәri istisna olmaqla, hәr 

hansı özügedәn nәqliyyat vasitәsidir; 

19) avtomobil — yollarda adamların vә ya yüklәrin daşınması, yaxud adam vә ya yük daşıyan nәqliyyat vasitәlәrinin 

yedәyә alınması üçün istifadә edilәn mexaniki nәqliyyat vasitәsidir (bu anlayış trolleybusları, yәni elektrik naqili ilә 

birlәşdirilmiş relssiz nәqliyyat vasitәlәrini dә  әhatә edir. Lakin yollarda adamların vә yüklәrin daşınması  vә ya bu 

mәqsәdlә istifadә edilәn nәqliyyat vasitәlәrinin yedәyә alınması üçün istifadә edilәn vә yalnız yardımçı funksiya 

daşıyan kәnd tәsәrrüfatı traktorları kimi nәqliyyat vasitәlәrini әhatә etmir); 

20) operativ nәqliyyat vasitәlәri — yanğından mühafizә, polis, tәcili tibbi yardım, qәza-xilasetmә bölmәlәrinin , 

hәrbi avtomobil müfәttişliyinin funksional tapşırıqlarının yerinә yetirilmәsi, pul mәdaxilinin inkassasiyası vә qiymәtli 

yüklәrin daşınması, Azәrbaycan Respublikasının ali vәzifәli  şәxslәrinin mühafizәsi vәzifәlәrinin icrası üçün nәzәrdә 

tutulan, Milli operatora mәxsus olan vә poçtun daşınmasında istifadә edilәn, üstündә xüsusi qrafikalı rәngli sxemlәr, 

yazılar vә tanınma nişanları olan, xüsusi işıq vә sәs siqnalları ilә tәchiz edilmiş avtomobillәrdir;  

21) qoşqu — mexaniki nәqliyyat vasitәsi ilә yedәyә alınmaq üçün nәzәrdә tutulan hәr hansı nәqliyyat vasitәsidir; 

22) yarımqoşqu — avtomobillәrә birlәşdirilmәk üçün nәzәrdә tutulan, bir hissәsi avtomobilә söykәnәrәk özünün vә 

yükün kütlәsinin xeyli hissәsini onun üstünә salan hәr hansı qoşqudur; 

23) uzun ölçülü nәqliyyat vasitәsi — uzunluğu 24 metrdәn çox olan nәqliyyat vasitәsidir

24) özügedәn maşınlar — tırtıllı traktorlar da daxil olmaqla tikintidә, meşә vә kәnd tәsәrrüfatında, başqa işlәrdә 

istifadә üçün nәzәrdә tutulan nәqliyyat vasitәsidir; 

25)  tәkәrli traktor — yollarda qoşquları yedәyә almaq üçün istifadә edilәn vә konstruksiyasına görә maksimum 

sürәti saatda 30 kilometrdәn yüksәk olmayan nәqliyyat vasitәsidir; 

26)  motosiklet — mühәrriki olan ikitәkәrli, arabalı  vә ya arabasız mexaniki nәqliyyat vasitәsidir (tam lәvazimatlı 

vәziyyәtdә kütlәsi 400 kiloqramdan çox olmayan üç vә dördtәkәrli mexaniki nәqliyyat vasitәlәri dә motosikletlәrә 

bәrabәr tutulur); 

27) moped — iş hәcmi 50 kub santimetrdәn çox olmayan mühәrriklә hәrәkәtә gәtirilәn vә maksimum konstruksiya 

sürәti saatda 50 kilometrdәn yüksәk olmayan iki vә ya üç tәkәrli nәqliyyat vasitәsidir (asma mühәrrikli velosipedlәr 

vә oxşar xüsusiyyәtli digәr nәqliyyat vasitәlәri dә mopedlәrә bәrabәr tutulur);  

28)  velosiped — әlil arabaları istisna olmaqla, idarә edәn  şәxsin  әzәlә enerjisi ilә, xüsusәn pedalların vә ya 

dәstәklәrin kömәyi ilә hәrәkәtә gәtirilәn hәr hansı nәqliyyat vasitәsidir; 

29)  nәqliyyat vasitәsinin dayanması — adamların minmәsi vә ya düşmәsi, yaxud yüklәrin yığılması  vә ya 

boşaldılması üçün zәruri olan vaxt әrzindә nәqliyyat vasitәsinin hәrәkәtsiz vәziyyәtә gәtirilmәsidir; 

30)  mәcburi dayanma — texniki nasazlıq vә ya aparılan yükün, sürücünün (sәrnişinin) vәziyyәtinin vә ya yolda 

maneә yaranmasının doğurduğu tәhlükә üzündәn nәqliyyat vasitәsinin hәrәkәtinin dayandırılmasıdır; 

31)  nәqliyyat vasitәsinin durması — әgәr nәqliyyat vasitәsi digәr yol istifadәçisi vә ya hәr hansı maneә ilә 

toqquşmanın qarşısını almaq vә ya hәrәkәt qaydalarının göstәrişlәrini yerinә yetirmәk sәbәblәrindәn başqa digәr 




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə