Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə6/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   2   3   4   5   6   7   8   9   ...   45

2014v4 

 



22) yollarda nәqliyyatın vә piyadaların tәhlükәsiz, sәmәrәli vә rahat hәrәkәtini tәşkil etmәk, Azәrbaycan 

Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada müqavilәlәr әsasında nәqliyyat vasitәlәrinin müşayiәtini 

tәşkil etmәk; 

23) yol hәrәkәtinә  nәzarәt funksiyalarını yerinә yetirmәk mәqsәdilә stasionar postların siyahısını  vә dislokasiyasını 

müәyyәnlәşdirmәk vә tәşkil etmәk, bu postları texniki vasitәlәrlә, habelә binalarla, nәqliyyat vә rabitә vasitәlәri ilә, 

yol-nәqliyyat hadisәlәrindә  zәrәr çәkәnlәrә ilk tibbi yardım göstәrilmәsi üçün tibbi lәvazimatla vә dava-dәrmanla 

tәmin etmәk, insanın adi hәyati ehtiyaclarının ödәnilmәsi üçün lazımi şәraitlә tәmin etmәk; 

24) yol nişanlarının vә göstәricilәrinin quraşdırılmasını, yol hәrәkәtini nizamlayan vә ona nәzarәt edәn nәqliyyat vә 

texniki vasitәlәrin, yol-nәqliyyat hadisәlәrinin nәticәlәrini yüngüllәşdirmәk üçün hadisә yerindә  tәtbiq olunan qәza-

xilasetmә avadanlığının, habelә yol hәrәkәtinin tәhlükәsizliyini artırmağa kömәk edәn digәr texniki vasitәlәrin vә 

cihazların, yol hәrәkәtinin tәhlükәsizliyinin tәbliğinә xidmәt edәn tәşviqat vasitәlәrinin; xüsusi mәhsulların (sürücülük 

vәsiqәlәrinin blanklarının, nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәlәrinin, dövlәt qeydiyyat nişanlarının vә 

tanınma nişanlarının) sifarişçisi vә istehsalçısı funksiyalarını hәyata keçirmәk vә Azәrbaycan Respublikasının müvafiq 

icra hakimiyyәti orqanının struktur bölmәlәrini bunlarla tәmin etmәk; 

25) hüquqi vә fiziki şәxslәr tәrәfindәn bu Qanunun tәlәblәrinin yerinә yetirilmәsinә  nәzarәt etmәk, yol-nәqliyyat 

hadisәlәri ilә bağlı Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada cinayәt işlәri üzrә 

tәhqiqatın aparılmasını vә inzibati işlәr üzrә icraatın hәyata keçirmәsini tәşkil etmәk; 

26) zәdәlәnmiş nәqliyyat vasitәlәrinin müәyyәn edilmiş yerlәrә aparılmasını vә sahibsiz qalmış әmlakın mühafizәsini, 

habelә qaçırılmış, oğurlanmış nәqliyyat vasitәlәrinin, yol-nәqliyyat hadisәsi yerlәrindәn qaçıb gizlәnmiş yol hәrәkәti 

iştirakçılarının axtarılmasını tәşkil vә tәmin etmәk; 

27) yol-nәqliyyat hadisәlәrinin, nәqliyyat vasitәsini idarә etmәk hüququndan mәhrum olunmuş  vәtәndaşların, yol 

hәrәkәti qaydaları pozuntularının, bununla әlaqәdar görülmüş  tәdbirlәrin uçotunu aparmaq, şәxslәrin yol hәrәkәti 

qaydalarının pozuntusu ilә әlaqәdar barәlәrindә tәtbiq edilәn inzibati tәnbeh haqqında qәrarlarla vә onların nәcilәrәi 

(cәrimәlәr vә onların ödәnilmәsi, balların sayı  vә ya silinmәsi) ilә bağlı  rәsmi internet informasiya ehtiyatlarından 

mәlumat almasını tәmin etmәk; 

28) hәrәkәt üçün ayrılmış yollara nәzarәt etmәk, hәrәkәt sürәtinin mәhdudlaşdırıldığı zonaları müәyyәnlәşdirmәk, 

orada müvafiq yol nişanları qurmaq, habelә tәhlükәli yüklәrin daşınmasını vә nәqliyyat dәstәlәrinin şәhәrlәrdәn vә 

digәr yaşayış mәntәqәlәrindәn keçmәsini tәşkil vә tәmin etmәk

29) bu Qanunla müәyyәn olunmuş digәr tәlәblәri yerinә yetirmәk. 

 

Maddә 5. Yol hәrәkәti sahәsindә hüquqi şәxslәrin vәzifәlәri 

I. Yol hәrәkәti sahәsindә mülkiyyәt formasından asılı olmayaraq hüquqi şәxslәrin aşağıdakı vәzifәlәri vardır: 

1) yol hәrәkәtinin tәşkili, onun tәhlükәsizliyini tәmin etmәk,  әtraf mühitin mühafizәsi vә yol hәrәkәti 

qaydalarının tәlәblәrinә riayәt etmәk; 

2) yol hәrәkәti qanunvericiliyinin tәlәblәrinә әmәl olunması üzrә әmәk kollektivlәrindә profilaktik iş aparmaq; 

3) hәmkarlar ittifaqı tәşkilatları ilә razılaşdırmaqla sürücülәrin sağlamlıq vәziyyәtinә, sürücülәr tәrәfindәn әmәk 

vә istirahәt rejiminә әmәl olunmasına nәzarәt etmәk; 

4) daşıma fәaliyyәti ilә mәşğul olduqda daşımaların xüsusiyyәtlәrini nәzәrә alaraq, Azәrbaycan Respublikasının 

müvafiq icra hakimiyyәti orqanı ilә razılaşdırmaqla, yol hәrәkәti sahәsindә qüvvәdә olan qaydalar, normativlәr vә 

standartlar әsasında xüsusi qaydalar qәbul etmәk; 

5) yol-nәqliyyat hadisәlәrinin profilaktikası ilә bağlı  tәdbirlәrin tәşkili vә maliyyәlәşdirilmәsi, nәqliyyatın 

fövqәladә hallarda istismarı mәsәlәlәrini hәll etmәk; 

6) bu Qanunla müәyyәn olunmuş digәr tәlәblәri yerinә yetirmәk. 

II. Hüquqi şәxslәrin sürücülәri yol hәrәkәtinin tәhlükәsizliyi tәlәblәrini pozmağa hәr hansı fomada sövq etmәsi 

qadağandır. 

 

Maddә 6. Yol hәrәkәti sahәsindә fiziki şәxslәrin hüquq vә vәzifәlәri 

I. Yol hәrәkәti sahәsindә fiziki şәxslәrin aşağıdakı hüquqları vardır: 

1) müәyyәn edilmiş qaydalara müvafiq olaraq avtomobil yollarında sәrbәst vә maneәsiz hәrәkәt etmәk, 

müvafiq icra hakimiyyәti orqanlarından yol hәrәkәti şәraiti haqqında mәlumat almaq

2) avtomobil yollarında hәrәkәtin mәhdudlaşdırılmasının vә ya qadağan edilmәsinin sәbәblәri barәdә 

Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanlarından mәlumat almaq; 

3) yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi ilә bağlı  mәmulatların vә xidmәtlәrin keyfiyyәti haqqında 

mәlumat almaq; 

4) yol-nәqliyyat hadisәlәri zamanı Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada 

pulsuz tibbi yardım vә digәr tәcili kömәk almaq; 

5) yolların hәrәkәt tәhlükәsizliyi tәlәblәrinә uyğunsuzluğu nәticәsindә baş vermiş yol-nәqliyyat hadisәlәri 

zamanı  sәhhәtinә, elәcә  dә  nәqliyyat vasitәsinә  dәymiş  zәrәrin ödәnilmәsini Azәrbaycan Respublikasının 

qanunvericiliyinә müvafiq qaydada tәlәb etmәk; 



2014v4 

 



6) yol hәrәkәti tәhlükәsizliyinә nәzarәti hәyata keçirәn müvafiq icra hakimiyyәti orqanının vәzifәli şәxslәrinin 

hәrәkәtlәrindәn mәhkәmәyә şikayәt etmәk; 

6-1) barәlәrindә yol hәrәkәti qaydalarının pozuntusu ilә  әlaqәdar tәtbiq edilәn inzibati tәnbeh haqqında 

qәrarlarla vә onların nәticәlәri (cәrimәlәr vә onların ödәnilmәsi, balların sayı vә ya silinmәsi) ilә bağlı rәsmi internet 

informasiya ehtiyatlarından mәlumat almaq; 

7) bu Qanunla müәyyәn olunmuş digәr hüquqlardan istifadә etmәk. 

II. Yol hәrәkәti sahәsindә fiziki şәxslәrin aşağıdakı vәzifәlәri vardır: 

1) yol hәrәkәtinin tәşkili, onun tәhlükәsizliyini tәmin etmәk, әtraf mühitin mühafizәsi ilә bağlı tәlәblәrә vә yol 

hәrәkәti qaydalarına әmәl etmәk; 

2) yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsindә  iştirak etmәk vә bunun üçün keçirilәn tәdbirlәrdә 

Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanlarına kömәklik göstәrmәk; 

3) onlara mәxsus olan nәqliyyat vasitәlәrinin saz vәziyyәtdә saxlanılması vә istismarı üçün tәdbirlәr görmәk; 

4) yol hәrәkәti tәhlükәsizliyinin tibbi tәminatı  vә  әtraf mühitin nәqliyyatın zәrәrli tәsirindәn qorunması üçün 

tәdbirlәri hәyata keçirmәk; 

5) bu Qanunla müәyyәn olunmuş digәr tәlәblәri yerinә yetirmәk. 

2 FӘSİL 

Yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi 

 

Maddә 7. Yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsinin başlıca prinsiplәri vә әsas istiqamәtlәri 

I. Yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsinin başlıca prinsiplәri aşağıdakılardır: 

1) yol hәrәkәtindә  iştirak edәn insanların hәyatının vә sağlamlığının tәsәrrüfat fәaliyyәtinin iqtisadi 

nәticәlәrindәn üstünlüyü; 

2) yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsinә görә dövlәtin mәsuliyyәtinin yol hәrәkәtindә  iştirak edәn 

insanların mәsuliyyәtindәn üstünlüyü; 

3) yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi zamanı insanların, cәmiyyәtin vә dövlәtin mәnafelәrinә  әmәl 

olunması; 

4) yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi ilә bağlı fәaliyyәtә mәqsәdyönlü vә kompleks yanaşma. 

II. Yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi aşağıdakı әsas istiqamәtlәr üzrә hәyata keçirilir: 

1) yol hәrәkәtinin tәşkilindә yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi; 

2) yol hәrәkәti tәhlükәsizliyi sahәsindә Azәrbaycan Respublikası müvafiq icra hakimiyyәti orqanlarının 

sәlahiyyәtlәrinin vә mәsuliyyәtlәrinin müәyyәn edilmәsi; 

3) yol hәrәkәti tәhlükәsizliyinә dair qaydaların, standartların, texniki normaların vә digәr normativ sәnәdlәrin 

Azәrbaycan Respublikasının qanunvericiliyi ilә  nәzәrdә tutulmuş qaydada işlәnib hazırlanması  vә onların tәsdiq 

edilmәsi; 

4) avtomobil yollarında yol hәrәkәti üçün sәrfәli vә rahat şәraitin yaradılması; 

5) avtomobil, şәhәr yerüstü elektrik nәqliyyatının vә yol tәsәrrüfatı fәaliyyәtinin nizama salınması; 

6) nәqliyyat vasitәlәrinin yol hәrәkәtinә buraxılması; 

7) yol hәrәkәtinin nizama salınması; 

8) nәqliyyat vasitәlәri sürücülәrinin hazırlanmasının vә ixtisasının artırılmasının tәşkili; 

9) yollarda tәhlükәsiz davranma qaydalarının vәtәndaşlara öyrәdilmәsi; 

10) yol hәrәkәti tәhlükәsizliyinin tibbi tәminatı ilә bağlı kompleks tәdbirlәrin hәyata keçirilmәsi; 

11) әtraf mühitin mühafizәsi; 

12) yol hәrәkәti tәhlükәsizliyi tәdbirlәrinin maddi vә maliyyә tәminatı; 

13) yol-nәqliyyat hadisәlәrinin qarşısının alınması  vә onların nәticәlәrinin ağırlığını azaltmaq mәqsәdilә 

Azәrbaycan Respublikası müvafiq icra hakimiyyәti orqanlarının fәaliyyәtinin әlaqәlәndirilmәsi; 

14) yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi sahәsindә Azәrbaycan Respublikası qanunvericiliyinin vә 

müvafiq qaydaların, standartların, texniki normaların vә digәr normativ sәnәdlәrin tәlәblәrinin yerinә yetirilmәsinә 

dövlәt nәzarәtinin hәyata keçirilmәsi. 

 

Maddә 8. Yol hәrәkәtinin tәşkili zamanı yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi 

I. Yol hәrәkәti tәhlükәsizliyi Azәrbaycan Respublikasında qüvvәdә olan standartlarda vә yol hәrәkәtinin tәşkili ilә 

bağlı layihә vә sxemlәrdә nәzәrdә tutulan texniki vasitәlәrdәn, konstruksiyalardan kompleks şәkildә istifadә olunması 

әsasında tәşkil edilmәlidir. 

II. Yol hәrәkәti tәhlükәsizliyi sәviyyәsinin azaldılması hesabına yolların buraxılış qabiliyyәtinin artırılması mәqsәdi ilә 

vә ya digәr mәqsәdlәrlә yol hәrәkәtinin tәşkilindә dәyişikliklәrin edilmәsi qadağandır. 

III. Yol hәrәkәtinin tәhlükәsizliyi üçün real qorxu mövcud olan tәcili hallarda nәqliyyat vasitәlәrinin vә piyadaların 

hәrәkәtinin tәşkilindә  dәyişikliklәr Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı  tәrәfindәn hәyata 

keçirilir. Azәrbaycan Respublikası müvafiq icra hakimiyyәti orqanının göstәrişlәrinin icrası yol hәrәkәtinin bütün 

iştirakçıları üçün mәcburidir. 




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə