2014v4
10
televiziya vasitәlәrindәn istifadә olunmalı, әlverişsiz hava şәraitindә yol hәrәkәti iştirakçılarının tәhlükәli yol sahәlәrini
qәzasız keçmәlәri tәmin edilmәlidir;
6) avtomobil yollarında işlәrin görüldüyü, yol tikintisindә istifadә olunan mexaniki nәqliyyat vasitәlәrinin, tikinti
materiallarının vә s. qoyulduğu yerlәr, yol örtüyünün hәrәkәt üçün tәhlükә törәdә bilәcәk zәdәlәri (kәlә-kötür vә
çökәk yerlәr, çuxurlar vә s.) qәza tәhlükәli sahәlәr vә yol-nәqliyyat hadisәlәrinin tez-tez baş verdiyi yerlәr vaxtında
aşkar edilmәli vә tәxirәsalınmadan aradan qaldırılmalıdır, bu mümkün olmadıqda isә müvafiq yol nişanları ilә,
çәpәrlәyici vә yönәldici vasitәlәrlә bu Qanunla nәzәrdә tutulmuş xәbәrdarlıq nişanları ilә işarәlәnmәlidir;
7) avtomobil yollarının hәrәkәt hissәsinin palçıqdan, su, qum vә ya qar yığınından, buzdan vә yaxud daş
düşmәsindәn tәcili olaraq tәmizlәnmәsi üçün tәdbirlәr görülmәlidir;
8) tırtıllı, uzun ölçülü, iri qabaritli, tәhlükәli vә yükdaşıyan digәr ağır çәkili nәqliyyat vasitәlәrinin avtomobil
yollarının üst örtüyünü, yol qurğularını, dәmir yolunu vә ya dәmiryol keçidinin avadanlığını zәdәlәyә bilәcәyi hallarda,
onların hәrәkәti qadağan olunmalı vә ya yolun tәhlükәli olan sahәlәrini qәzasız keçmәlәri tәmin edilmәli, xüsusilә
tәhlükәli hallarda isә, başqa yol hәrәkәti iştirakçılarının hәrәkәti mәhdudlaşdırılmalıdır;
9) şәhәrlәrarası avtomobil yollarında tәcili yardım çağırış sistemlәri qurulmalıdır, nәqliyyat vasitәlәrinin
dayanacaqları, duracaqları, tәşkil edilmәli vә yol hәrәkәti iştirakçılarının ilk tibbi yardım almaq, dincәlmәk,
qidalanmaq, insanın adi hәyati vә mәişәt ehtiyaclarının ödәnilmәsinin tәmini mәqsәdi ilә müvafiq yerlәr
düzәldilmәlidir;
10) avtomobil yollarından yol nişanlarının, svetoforların, hәrәkәtin tәşkilinin digәr texniki vasitәlәrinin
çıxarılmasına, görünüşünün müxtәlif maneәlәrlә mәhdudlaşdırılmasına, zәdәlәnmәsinә, özbaşına qurulmasına, görmә
şәraitini pislәşdirәn reklam lövhәlәrinin vә transparantların qurulmasına yol verilmәmәlidir.
II. Yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi üçün avtomobil yollarının bu maddәnin birinci hissәsinin tәlәblәrinә
uyğun olaraq saxlanılmamasına vә abadlaşdırılmamasına, habelә avtomobil yollarında tәhlükәsiz hәrәkәt şәraitinin
yaradılmamasına görә:
1) dövlәt әhәmiyyәtli avtomobil yolları üzrә Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı;
2) yerli әhәmiyyәtli avtomobil yolları, küçәlәr vә meydanlar üzrә müvafiq icra hakimiyyәti orqanları;
3) özәl avtomobil yolları üzrә bu yolların sahiblәri;
4) dәmiryol keçidlәri üzrә dәmiryol tәşkilatları Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş
qaydada mәsuliyyәt daşıyırlar.
III. Bu maddәnin birinci hissәsindә göstәrilmiş tәlәblәrin hüquqi vә ya fiziki şәxslәr tәrәfindәn yerinә yetirmәsinә
nәzarәt Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn hәyata keçirilir.
IV. Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanının Azәrbaycan Respublikasının qanunvericiliyi ilә
müәyyәn edilmiş qaydada vә hәddә bu maddәnin birinci hissәsindә göstәrilmiş tәlәblәri pozan hüquqi vә ya fiziki
şәxslәri mәsuliyyәtә cәlb vә tәnbeh etmәk ixtiyarı vardır.
V. Bu maddәnin ikinci hissәsindә göstәrilmiş hüquqi vә fiziki şәxslәr avtomobil yollarının lazımi vәziyyәtdә
saxlanılmaması, onların abadlaşdırılmaması vә ya avtomobil yollarında tәhlükәsiz hәrәkәt şәraitinin yaradılmaması
nәticәsindә baş vermiş yol-nәqliyyat hadisәlәri zamanı yol hәrәkәti iştirakçılarına dәymiş maddi zәrәri ödәmәyә
borcludurlar.
Maddә 11. Avtomobil yollarından istifadә olunması zamanı yol hәrәkәti tәhlükәsizliyinin tәmin
edilmәsi
I. Azәrbaycan Respublikasının әrazisindә olan bütün hüquqi vә fiziki şәxslәr bu maddәnin tәlәblәrinә riayәt etmәklә
avtomobil yollarından istifadә edә bilәrlәr. Avtomobil yollarında yalnız dövlәt qeydiyyatından keçmiş, texniki cәhәtdәn
saz vәziyyәtdә olan nәqliyyat vasitәlәrinin hәrәkәtinә yol verilir.
II. Nәqliyyat vasitәlәri yol hәrәkәti qaydalarına uyğun olaraq, ancaq yolun hәrәkәt hissәsindә hәrәkәt edә bilәrlәr.
Nәqliyyat vasitәsinin yol çiyini ilә hәrәkәtinә yalnız dar yollarda başqa nәqliyyat vasitәsi ilә toqquşmamaq, habelә
qısamüddәtә dayanmaq üçün icazә verilir.
III. Nasaz nәqliyyat vasitәlәrinin, yüklәrin, materialların sahiblәri onları ümumi istifadәdә olan yolun tәhkim zolağı
(yolların tikintisi vә ya çәkilmiş yol üçün ayrılan zolaq) hüdudlarından kәnara çıxarmadıqda, avtomobil yollarına
xidmәt edәn yol tәsәrrüfatı müәssisәlәri özlәri bu nәqliyyat vasitәlәrini, yüklәri, materialları tәhkim zolağının
hüdudlarından kәnara çıxarmaq hüququna malikdirlәr. Bu zaman avtomobil yollarına xidmәt edәn yol tәsәrrüfatı
müәssisәlәri nәqliyyat vasitәlәrinin, yüklәrin vә materialların salamatlığı üçün mәsuliyyәt daşımırlar.
IV. Avtomobil yollarında vә tәhkim zolağında aşağıdakılar qadağandır:
1) örtüyü tәkmillәşdirilmiş yollarda tırtıllı, yaxud metal tikanlı şinlәri olan nәqliyyat vasitәlәrinin hәrәkәti (dolayı
yollar olmadıqda, onların körpülәrdәn, bәndlәrdәn, bataqlıq yerlәrdәn keçәn yol sahәlәrindәn hәrәkәti, yol
örtüklәrinin zәdәlәnmәmәsi şәrti ilә, yollara xidmәt edәn yol tәsәrrüfatı müәssisәlәrinin yazılı icazәsi ilә hәyata
keçirilә bilәr);
2) yolların vә ya yol qurğularının kәnar predmetlәrlә zibillәnmәsi, yaxud tutulması, yolda kәnd tәsәrrüfatı
mәhsullarının qurudulması, zibil vә qar yığınlarının yaradılması;
3) yolların hәrәkәt hissәsindә yanacaq-sürtkü materiallarının, kimyәvi maddәlәrin, bitumun axmasının
mümkünlüyü ilә bağlı işlәrin görülmәsi, habelә yük vurulub-boşaldılması;