Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə16/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   ...   12   13   14   15   16   17   18   19   ...   45

2014v4 

22 


 

I. Bu maddәnin ikinci hissәsindә  nәzәrdә tutulan yaş  hәddinә çatmış, sağlamlıq cәhәtdәn sürücülüyә yararlı, yol 

hәrәkәti qaydalarını bilәn, sürmә  vәrdişi vә sürücülük vәsiqәsi olan hәr bir fiziki şәxs Azәrbaycan Respublikasının 

әrazisindә nәqliyyat vasitәlәrini idarәetmә hüququna malikdir. 

II. Azәrbaycan Respublikası әrazisindәki yollarda nәqliyyat vasitәlәrini idarә etmәk hüququ aşağıdakı yaşlardan 

yaranır:  

1) velosipedi vә ya arabanı idarәetmә hüququ - 14 yaşdan;  

2) asma mühәrrikli velosipedi, mopedi vә “A1” kateqoriyasına daxil olan nәqliyyat vasitәlәrini idarәetmә 

hüququ - 16 yaşdan;  

3) “A”, “B” vә “C” kateqoriyasına daxil olan nәqliyyat vasitәlәrini idarәetmә hüququ - 18 yaşdan;  

4) “BE” - kateqoriyasına daxil olan nәqliyyat vasitәlәrini idarәetmә hüququ - 19 yaşdan;  

5) tramvayları, trolleybusları, “CE” vә “D” kateqoriyasına daxil olan nәqliyyat vasitәlәrini idarәetmә hüququ - 

21 yaşdan;  

6) “DE” - kateqoriyasına daxil olan nәqliyyat vasitәlәrini idarәetmә hüququ - 24 yaşdan.  

“B” kateqoriyasına daxil olan nәqliyyat vasitәlәrini әn azı bir il idarәetmә tәcrübәsinә malik olan şәxslәr “BE” 

kateqoriyasına, “C” vә ya “D” kateqoriyasına daxil olan nәqliyyat vasitәlәrini әn azı üç il idarәetmә tәcrübәsinә malik 

olan şәxslәr isә müvafiq olaraq “CE” vә ya “DE” kateqoriyasına daxil olan nәqliyyat vasitәlәrini idarә etmәk 

hüququna malikdirlәr.  

Hәrbi qulluqçular “CE”, “D” vә “DE” kateqoriyasına daxil olan nәqliyyat vasitәlәrini idarәetmә hüququnu 

qanunvericiliklә müәyyәn edilmiş qaydada 19 yaşdan әldә edә bilәrlәr.  

III. Hәr hansı şәxsin sağlamlıq cәhәtdәn sürücülüyә yararlı hesab edilmәsinin әsaslarını, habelә nәqliyyat vasitәlәrini 

idarә etmәsinә mane olan xәstәliklәrin vә ya fiziki qüsurların siyahısını Azәrbaycan Respublikasının müvafiq icra 

hakimiyyәti orqanı müәyyәn edir vә sürücülüyә yararsız hesab edilәn  şәxslәr barәdә  mәlumatları müvafiq icra 

hakimiyyәti orqanlarına göndәrir. 

IV. Velosiped, araba, asma mühәrrikli velosiped vә moped istisna olmaqla, Azәrbaycan Respublikasının әrazisindәki 

yollarda nәqliyyat vasitәlәrini idarәetmә hüququ sürücülük vәsiqәsi әsasında hәyata keçirilir. 

V. Azәrbaycan Respublikasının  әrazisindәki yollarda hәr hansı fiziki şәxsin nәqliyyat vasitәlәrini idarәetmә hüququ 

yalnız aşağıdakı hallarda müvәqqәti mәhdudlaşdırıla bilәr: 

1) şәxsin sürücülük vәsiqәsinin etibarlıq müddәti qurtarıbsa — sürücülük vәsiqәsi dәyişdirilәnәdәk; 

2)  şәxs tәrәfindәn yol hәrәkәtinin qaydaları bu Qanunla müәyyәn edilmiş hallarda kobud surәtdә 

pozulmuşdursa — Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn olunmuş qaydada beş ildәn artıq olmayan 

müddәtin qurtarmasınadәk; 

3) şәxsdә bu maddәnin üçüncü hissәsindә nәzәrdә tutulmuş xәstәliklәr vә ya fiziki qüsurlar müәyyәn edilәrsә 

— xәstәlik müalicә olunanadәk vә ya fiziki qüsur aradan qaldırılanadәk. 

VI. Azәrbaycan Respublikası müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi siyahıda nәzәrdә tutulmuş 

xәstәliklәrlә  әlaqәdar psixiatriya vә ya narkoloji dispanserlәrin uçotunda olan, yaxud nәqliyyat vasitәlәrini idarә 

etmәk sahәsindә üç ildәn az tәcrübәsi olan, yaxud axırıncı iki il әrzindә insanlara xәsarәt yetirilmәsi vә ya onların 

ölümü ilә nәticәlәnmiş yol-nәqliyyat hadisәsi törәtmәyә, habelә nәqliyyat vasitәsini sәrxoş vәziyyәtdә idarә etmәyә 

görә sürücülük hüququndan mәhrum olunmuş  şәxslәr avtobusları, tramvayları  vә trolleybusları idarә etmәyә 

buraxılmırlar.  



 

Maddә 34. Sürücülük vәsiqәsi 

I. Sürücülük vәsiqәsi hәr hansı şәxsin nәqliyyat vasitәlәrini idarә etmәk hüququnu tәsdiq edәn sәnәddir. 

II. Mexaniki nәqliyyat vasitәlәrinin tiplәrindәn asılı olaraq, Azәrbaycan Respublikasında verilәn sürücülük vәsiqәsinin 

aşağıdakı növlәri vardır: 

1) motosikletlәri, avtomobillәri, tramvayları vә trolleybusları idarә etmәk üçün

2) traktorları vә digәr mexaniki nәqliyyat vasitәlәrini idarә etmәk üçün. 

III. Növündәn asılı olmayaraq hәr bir sürücülük vәsiqәsindә ellips işarәsi daxilindә Azәrbaycan Respublikasının 

beynәlxalq yol hәrәkәtindә fәrqlәnmә nişanı — “AZ” vә rәqәmlәrlә nömrәlәnmiş aşağıdakı mәlumatlar göstәrilir: 

1) sahibinin soyadı; 

2) sahibinin adı vә atasının adı; 

3) sahibinin doğum tarixi vә yeri; 

4) sahibinin yaşayış yeri; 

5) vәsiqәni vermiş orqanın adı; 

6) vәsiqәnin verilmә tarixi vә yeri; 

7) vәsiqәnin qüvvәdә olma müddәtinin qurtardığı tarix; 

8) vәsiqәnin nömrәsi; 

9) vәzifәli şәxsin imzası, vәsiqәni vermiş orqanın ştampı vә ya möhürü; 

10) sahibinin qan qrupu vә imzası; 

11) xüsusi qeydlәr. 



2014v4 

23 


 

IV. Avtomobillәri vә motosikletlәri idarә etmәk üçün verilәn sürücülük vәsiqәlәrindә, bu maddәnin üçüncü hissәsindә 

nәzәrdә tutulmuş mәlumatlardan başqa, idarә etmә hüququnun qüvvәsinin şamil edildiyi nәqliyyat vasitәlәrinin 

aşağıdakı kateqoriyaları göstәrilir: 

1) “A1” - mühәrrikinin işçi hәcmi 125 kub/sm-dәn vә mühәrrikinin gücü 11 kVt-dan çox olmayan motosikletlәri 

idarә etmәk üçün;  

2) “A” - bütün növ motosikletlәri idarә etmәk üçün;  

3) “B” - aşağıdakı nәqliyyat vasitәlәrini idarә etmәk üçün:  

“A” kateqoriyasına aid edilmәyәn, icazә verilәn maksimum kütlәsi 3.500 kq-dan, oturacaq yerlәrinin sayı 

sürücü oturacağından әlavә 8-dәn artıq olmayan avtomobillәri;  

qoşqusunun icazә verilәn maksimum kütlәsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobillәri;  

qoşqusunun icazә verilәn maksimal kütlәsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütlәsindәn çox olmayan 

vә bütövlükdә belә  tәrkibin icazә verilәn maksimum kütlәsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan 

avtomobillәri;  

5) “C” - “D” kateqoriyasına aid edilmәyәn, icazә verilәn maksimum kütlәsi 3.500 kq-dan artıq olan 

avtomobillәri, habelә qoşqusunun icazә verilәn maksimum kütlәsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından 

olan avtomobillәri idarә etmәk üçün;  

6) “D” - sәrnişin daşınması üçün nәzәrdә tutulan vә oturacaq yerlәrinin sayı, sürücü oturacağından әlavә, 8-

dәn artıq olan avtomobillәri, habelә qoşqusunun icazә verilәn maksimum kütlәsi 750 kq-dan artıq olmayan “D” 

kateqoriyasından olan avtomobillәri idarә etmәk üçün;  

7) “BE” - qoşqusunun icazә verilәn maksimum kütlәsi 750 kq-dan artıq vә avtomobilin yüksüz kütlәsindәn çox 

olan “B” kateqoriyasından olan avtomobillәri, habelә qoşqusunun icazә verilәn maksimum kütlәsi 750 kq-dan artıq 

olan vә bütövlükdә belә tәrkibin icazә verilәn maksimum kütlәsi 3500 kq-dan artıq olan “B” kateqoriyasından olan 

avtomobillәri idarә etmәk üçün;  

8) “CE” - qoşqusunun icazә verilәn maksimum kütlәsi 750 kq-dan artıq olan “C” kateqoriyasından olan 

avtomobillәri idarә etmәk üçün;  

9) “DE” - qoşqusunun icazә verilәn maksimum kütlәsi 750 kq-dan artıq olan “D” kateqoriyasından olan 

avtomobillәri idarә etmәk üçün;  

10) “Tramvay” - tramvayları idarә etmәk üçün;  

11) “Trolleybus” - trolleybusları idarә etmәk üçün.  

V. Sürücülük vәsiqәsinin etibarlıq müddәti aşağıdakı kimidir: 

1) 60 yaşına çatmamış şәxslәr üçün — 10 il; 

2) 60 vә daha çox yaşı olan şәxslәr üçün — onların 70 yaşı tamam olanadәk qalan müddәt

3) 70 vә daha çox yaşı olan şәxslәr üçün — 2 il; 

4) siyahısı Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilәn xәstәliklәri 

olan şәxslәr üçün — tәqdim etdiklәri tibbi arayışda göstәrilәn, lakin 2 ildәn artıq olmayan müddәt. 

VI. Sürücülük vәsiqәsinin adı Azәrbaycan Respublikasının dövlәt dilindә vә fransız dilindә (“Permis de conduire”), bu 

maddәnin üçüncü hissәsinin 1-ci—11-ci bәndlәrindә göstәrilәn mәlumatların adı Azәrbaycan vә ingilis dillәrindә, 

başqa mәlumatlar isә Azәrbaycan dilindә yazılırlar. 

VII. Sürücülük vәsiqәsinin sahibi ona verilmiş sürücülük vәsiqәsini möhkәm saxlamağa borcludur. 

VIII. Xarici dövlәtlәrin sәlahiyyәtli orqanları tәrәfindәn beynәlxalq standartlara uyğun verilmiş vә etibarlıq müddәti 

qurtarmamış sürücülük vәsiqәlәri dә Azәrbaycan Respublikasının әrazisindә qüvvәdәdir. 

 

Maddә 35. Sürücülük vәsiqәlәrinin verilmәsi, dәyişdirilmәsi vә qaytarılması 

I. Bu Qanunun 33-cü maddәsinin birinci hissәsindә  nәzәrdә tutulmuş sürücülük vәsiqәsini almaq istәyәn hәr bir 

şәxs: 

2) yol hәrәkәtinin qaydaları üzrә nәzәri vә nәqliyyat vasitәlәrini idarәetmә vәrdişlәri üzrә tәcrübi imtahanları 



vermәli; 

3) Azәrbaycan Respublikası qanunvericiliyi ilә müәyyәn edilmiş mәblәğdә dövlәt rüsumu ödәmәlidir. 

I-I. Sürücülük vәsiqәsini almaq istәyәn hәr bir şәxs yol hәrәkәti qaydaları üzrә  nәzәri vә  nәqliyyat vasitәlәrini 

idarәetmә  vәrdişlәri üzrә  tәcrübi imtahanlara müstәqil hazırlaşa bilәr vә ya nәqliyyat vasitәlәri sürücülәrinin 

hazırlanması kursunda hazırlıq keçә bilәr. "A1", "A" vә "B" kateqoriyalarına aid nәqliyyat vasitәlәri istisna olmaqla, 

digәr kateqoriyalara aid nәqliyyat vasitәlәrinin idarә edilmәsi üçün sürücülük vәsiqәsini almaq istәyәn hәr bir şәxs 

nәqliyyat vasitәlәri sürücülәrinin hazırlanması vә onların ixtisasının artırılması kursunda hazırlıq keçmәlidir. 

II. Sürücülük vәsiqәsi almaq istәyәn  şәxs Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanına aşağıdakı 

sәnәdlәri tәqdim etmәlidir: 

1) Azәrbaycan Respublikası  vәtәndaşının  şәxsiyyәt vәsiqәsi (müvafiq olaraq Azәrbaycan Respublikasının 

әrazisindә әcnәbinin şәxsiyyәtini tәsdiq edәn sәnәd vә ya Azәrbaycan Respublikasının hüdudlarında istifadә edilmәsi 

üçün vәtәndaşlığı olmayan şәxsin şәxsiyyәt vәsiqәsi); 




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə