Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə13/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   ...   9   10   11   12   13   14   15   16   ...   45

2014v4 

18 


 

etibarnamәnin tәsdiq edilmәsi barәdә  mәlumatı  dәrhal müvafıq icra hakimiyyәti orqanına göndәrir. Müvafiq icra 

hakimiyyәti orqanı texniki vasitәlәrdәn istifadә etmәklә hәmin mәlumatı üç gün müddәtindә müvafiq icra hakimiyyәti 

orqanına göndәrir. Daxil olmuş  mәlumat  әsasında müvafiq icra hakimiyyәti orqanı üç gün müddәtindә  nәqliyyat 

vasitәsinin tәkrar dövlәt qeydiyyatını hәyata keçirir vә müvafiq mәlumatı daşınar әmlakın rәsmi reyestrinә daxil edir. 

Nәqliyyat vasitәsinin icarәyә verilmәsinә dair müqavilәnin notarial qaydada tәsdiq edilmәsi qanunla tәlәb 

olunmadıqda notarial qaydada tәsdiq edilmәmiş icarә müqavilәsinә  әsasәn nәqliyyat vasitәsinin tәkrar dövlәt 

qeydiyyatı bu maddәnin IV-I, V vә VI hissәlәrindә nәzәrdә tutulmuş qaydada hәyata keçirilir. 

XIII-II. Bu Qanunun 27-ci maddәsinin II hissәsinin 1-ci bәndindә  nәzәrdә tutulmuş  nәqliyyat vasitәsini başqa 

regionda tәkrar dövlәt qeydiyyatından keçirmәk üçün müraciәt edildikdә, nәqliyyat vasitәsinin yeni regionda 

qeydiyyata alınması әvvәlki region üzrә dövlәt qeydiyyatını lәğv edir.  

XIV. Tәqdim edilәn sәnәdlәrdә, dövlәt qeydiyyat nişanlarında saxtakarlıq  әlamәtlәri aşkar edildikdә, nәqliyyat 

vasitәlәrinin mühәrrik, ban vә  şassi nömrәlәri dәyişdirildikdә, aqreqat nömrәlәrinin vә qeydiyyat mәlumatlarının 

tәqdim edilәn sәnәdlәrә uyğunsuzluğu, habelә  nәqliyyat vasitәlәrinin vә ya tәqdim edilәn sәnәdlәrin axtarışda 

olmaları barәdә mәlumatlar mövcud olduqda hәmin sәnәdlәr vә nәqliyyat vasitәlәri saxlanılır vә müvafiq yoxlamalar 

aparılır. 

XV. Nәqliyyat vasitәsinin dövlәt qeydiyyatının aparılması, onun qeydiyyat üzrә daimi vә ya müvәqqәti uçota alınması, 

nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsinin vә ya dövlәt qeydiyyat nişanının verilmәsi üçün nәqliyyat 

vasitәsinin sahibindәn bu Qanunla nәzәrdә tutulmuş sәnәdlәrdәn başqa digәr sәnәdlәr tәlәb etmәk qadağandır. 

XVI. Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı  nәqliyyat vasitәsini qeydiyyata almaqdan imtina 

etdikdә, onun sahibinә imtinanın sәbәblәri barәdә yazılı mәlumat vermәlidir. 

XVII. Azәrbaycan Respublikasının әrazisindә: 

1) dövlәt qeydiyyatından keçmәyәn vә yaxud nәqliyyat vasitәsinin geri qaytarılması barәdә öhdәçiliyә  әmәl 

etmәyәn; 

2) dövlәt qeydiyyat nişanı  vә ya onlardan biri yerindә olmayan, elәcә  dә saxta vә ya başqa nәqliyyat 

vasitәlәrinә verilmiş vә ya dövlәt standartına uyğun olmayan dövlәt qeydiyyat nişanları ilә nәqliyyat vasitәlәrini idarә 

edәn şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. 

XVIII. Nәqliyyat vasitәsinin dövlәt qeydiyyatının aparılması, nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsinin vә ya 

dövlәt qeydiyyat nişanının verilmәsi üçün nәqliyyat vasitәsinin sahibindәn bu Qanunla müәyyәn olunmayan sәnәdlәri 

tәlәb edәn, nәqliyyat vasitәsinin qeydiyyata alınmasında vә ya qeydiyyatdan çıxarılmasında süründürmәçiliyә yol 

verәn vә ya onların hәllindәn qanunsuz olaraq imtina edәn bu maddәnin ikinci vә üçüncü hissәlәrindә  nәzәrdә 

tutulmuş orqanların vәzifәli  şәxslәri Azәrbaycan Respublikasının qanunvericiliyi ilә  nәzәrdә tutulmuş qaydada 

mәsuliyyәt daşıyırlar. 

XIX. Nәqliyyat vasitәsinin sahibi nәqliyyat vasitәsinin qeydiyyata alınması  vә ya qeydiyyatdan çıxarılması zamanı 

süründürmәçiliyә yol verilmәsindәn vә yaxud onlardan imtina olunmasından inzibati qaydada vә (vә ya) mәhkәmәyә 

şikayәt edә bilәr. 

 

Maddә 28. Nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsi 

I. Nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsi Azәrbaycan Respublikasının  әrazisindә  vә onun hüdudlarından 

kәnarda yol hәrәkәtindә olan nәqliyyat vasitәsi vә onun sahibi haqqında mәlumatları  tәsdiq edәn vahid sәnәddir. 

Nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsindә ellips işarәsi daxilindә Azәrbaycan Respublikasının beynәlxalq yol 

hәrәkәtindә  fәrqlәnmә nişanı — “AZ”, bu sәnәdi verәn orqanın adı, onun verilmә tarixi vә  aşağıdakı  mәlumatlar 

göstәrilir: 

1) nәqliyyat vasitәsinin qeydiyyat nömrәsi — “A”; 

2) nәqliyyat vasitәsinin buraxılış ili vә ya ilk qeydiyyatının tarixi — “B”; 

3) nәqliyyat vasitәsi sahibinin soyadı, adı, atasının adı vә yaşayış yeri — “C”; 

4) nәqliyyat vasitәsi istehsalçısının adı vә ya markası — “D”; 

5) nәqliyyat vasitәsinin mühәrrik, ban vә şassi nömrәlәri, rәngi — “E”; 

6) nәqliyyat vasitәsinin icazә verilmiş maksimum kütlәsi (yalnız yük daşıyan nәqliyyat vasitәsi üçün) — “F”; 

7) nәqliyyat vasitәsinin yüksüz kütlәsi (yalnız yük daşıyan nәqliyyat vasitәsi üçün) — “G”; 

8) nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsinin etibarlılıq müddәti (bu müddәt Azәrbaycan 

Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada mәhdudlaşdırılırsa) — “H”. 

II. Nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsinin adı Azәrbaycan Respublikasının dövlәt dilindә vә fransız dilindә 

(“Certificat dimmatriculation”), bu maddәnin birinci hissәsinin 1-ci—8-ci bәndlәrindә göstәrilәn mәlumatların adı 

Azәrbaycan vә ingilis dillәrindә, başqa mәlumatlar isә Azәrbaycan dilindә yazılırlar. 

III. Nәqliyyat vasitәsi qeydiyyat üzrә uçota alındıqda, bu Qanunun 27-ci maddәsinin ikinci hissәsindә  nәzәrdә 

tutulmuş orqan tәrәfindәn nәqliyyat vasitәsinin sahibinә  nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsi verilir. 

Nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsinin verilmәsi üçün Azәrbaycan Respublikasının qanunvericiliyi ilә 

müәyyәn edilmiş mәblәğdә dövlәt rüsumu ödәnilir. 

IV. Nәqliyyat vasitәsi sahibinin soyadı, adı, atasının adı dәyişdirildikdә, ona verilmiş nәqliyyat vasitәsinin qeydiyyat 

şәhadәtnamәsi itdikdә  vә ya yararsız hala düşdükdә, bu maddәnin üçüncü hissәsindә  nәzәrdә tutulmuş qaydada 




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə