Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə10/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   ...   6   7   8   9   10   11   12   13   ...   45

2014v4 

13 


 

1) yol-nәqliyyat hadisәlәrindәn sürücünün sığortalanmasını tәşkil etmәlidir;  

2) sürücülәrin işini Azәrbaycan Respublikasının qanunvericiliyinә, әmәk vә istirahәt rejiminә uyğun olaraq tәşkil 

etmәlidir; 

3) sürücülәrin  әmәk gәrginliyinin vә yorğunluğunun sәviyyәsini azaltmağa yönәldilmiş lazımi tәdbirlәr 

görmәlidir. 

II. Sürücülәrinin sayı 100 nәfәr vә daha çox olan nәqliyyat vasitәlәrinin sahiblәri ixtisaslaşdırılmış tibbi idarә  vә 

sağlamlaşdırma mәntәqәlәri, tibbi-sanitariya hissәlәri, poliklinika bölmәlәri vә  sәhiyyә müәssisәlәri yaradırlar. 

Sürücülәrinin sayı 100-dәn az olan nәqliyyat vasitәlәrinin sahiblәri isә, onlara tibbi xidmәt göstәrilmәsi üçün әrazi 

tibb müәssisәlәri ilә müqavilәlәr bağlayırlar. 

 

Maddә 18. Yollarda tәhlükәsiz davranma qaydalarının vәtәndaşlara öyrәdilmәsi 

I. Yollarda tәhlükәsiz davranma qaydaları vәtәndaşlara mәktәbәqәdәr, ümumtәhsil vә xüsusi tәhsil müәssisәlәrindә, 

habelә Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada razılıq almış digәr müәssisәlәrdә 

öyrәdilir. 

II. Yollarda tәhlükәsiz davranma qaydaları  vәtәndaşlara Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti 

orqanları tәrәfindәn hazırlanmış vә tәsdiq edilmiş nümunәvi proqramlar vә metodik tövsiyyәlәr әsasında öyrәdilir. 

III. Yollarda tәhlükәsiz davranma qaydalarının vәtәndaşlara öyrәdilmәsi barәdә müddәa müvafiq dövlәt tәhsil 

standartlarına daxil edilir. 

IV. Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanları, bu maddәnin birinci hissәsindә nәzәrdә tutulmuş 

müәssisәlәr tәrәfindәn, yollarda tәhlükәsiz davranma qaydalarının vәtәndaşlara öyrәdilmәsi işinә kömәklik 

göstәrmәlidirlәr. 

V. Yollarda tәhlükәsiz davranma qaydalarının vәtәndaşlara öyrәdilmәsi üçün kütlәvi informasiya vasitәlәrindәn dә 

istifadә oluna bilәr. 

 

Maddә 19. Yol hәrәkәti tәhlükәsizliyinin tibbi tәminatı 

I. Yol hәrәkәti tәhlükәsizliyinin tibbi tәminatı sürücülüyә namizәdlәrin vә  nәqliyyat vasitәlәri sürücülәrinin mәcburi 

qaydada tibbi müayinәdәn vә  tәkrar müayinәdәn keçmәsindәn, nәqliyyat vasitәlәri sürücülәrinin reys qabağı, 

reysdәn sonra cari tibbi müayinәdәn keçmәsindәn, yol-nәqliyyat hadisәlәri zamanı zәrәr çәkmiş şәxslәrә tibbi yardım 

göstәrilmәsindәn, yol-nәqliyyat hadisәlәri zamanı zәrәr çәkmiş şәxslәrә, ixtisaslı hәkim kömәyinәdәk ilk tibbi yardım 

göstәrilmәsi üsullarının yol hәrәkәti iştirakçılarına, Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanının vә 

ixtisaslaşdırılmış bölmәlәrin vәzifәli şәxslәrinә, habelә әhaliyә öyrәdilmәsindәn ibarәtdir. 

II. Mәcburi tibbi müayinәnin vә  tәkrar müayinәnin mәqsәdi sürücülüyә namizәdlәrin vә  nәqliyyat vasitәlәri 

sürücülәrinin sağlamlığının sürücülük fәaliyyәtinә zidd göstәricilәrinin vә ya digәr mәhdudiyyәtlәrin müәyyәn 

edilmәsindәn ibarәtdir. 

III. Yol-nәqliyyat hadisәlәri zamanı zәrәr çәkmiş şәxslәrә göstәrilәn tibbi yardım aşağıdakılardan ibarәtdir: 

1) yol-nәqliyyat hadisәlәrinin baş verdiyi yerdә ilk tibbi yardımın göstәrilmәsindәn; 

2) yol-nәqliyyat hadisәlәrinin baş verdiyi yerdә, tibb müәssisәsinә gedәrkәn vә tibb müәssisәsindә tibbi 

yardımın göstәrilmәsindәn. 

IV. Mәcburi tibbi müayinәnin dövriliyi, onun keçirilmәsi qaydası, Azәrbaycan Respublikası  vәtәndaşları  tәrәfindәn 

nәqliyyat vasitәlәrinin idarә olunmasını qeyri-mümkün edәn tibbi göstәricilәrin siyahısı, habelә yol-nәqliyyat 

hadisәlәri zamanı  zәrәr çәkmiş  şәxslәrә tibbi yardımın tәşkili qaydaları Azәrbaycan Respublikasının müvafiq icra 

hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir. 

 

Maddә 20. Yol-nәqliyyat hadisәlәrindә zәrәr çәkәnlәrә tibbi yardım göstәrilmәsinin tәşkili 

I. Azәrbaycan Respublikasının sәhiyyә müәssisәlәri yol-nәqliyyat hadisәlәri nәticәsindә  zәrәr çәkәnlәrә yardım 

göstәrilmәsini tәmin edir, nәqliyyat vasitәsini idarә edәn  şәxslәrin alkoqoldan, narkotik vasitәlәr, psixotrop 

maddәlәrdәn vә güclü tәsir göstәrәn digәr maddәlәrdәn istifadә  nәticәsindә  sәrxoş  vәziyyәtdә olub-olmadıqlarını 

müәyyәn edir, onların uçotunu aparır, nәqliyyat vasitәlәrini idarә etmәyә yararlılıq haqqında arayış verirlәr.  

II. Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanları mütәxәssislәrlә,  şöbә  vә palatalarla tәchiz 

olunmuş, müayinә  vә müalicә etmәk imkanına, Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanının 

stasionar postları ilә rabitә  әlaqәsinә malik olan müalicәxanaları yolların konkret sahәlәrinә  tәhkim edirlәr. Bu 

müalicәxanalar yol-nәqliyyat hadisәsi yerinә dәrhal getmәk vә zәrәr çәkәnlәrә zәruri tibbi yardım göstәrmәk üçün 

lazımi tәdbirlәr görmәlidirlәr. 

III. Yolların yaxınlığında olan tibb müәssisәlәri (xәstәxanalar vә müalicә-profilaktika müәssisәlәri) rabitә vasitәlәri ilә 

tәchiz edilmәli vә tibbi yardım çağırışlarına cavab vermәlidirlәr. Yollara tәhkim edilmiş xәstәxanalar vә tәcili yardım 

stansiyaları da müvafiq rabitә cihazları ilә tәmin olunur. Mәlumatı qәbul etmәmәyә, elәcә dә yol-nәqliyyat hadisәsi 

yerinә vaxtında getmәmәyә vә ya ixtisaslı tibbi yardım göstәrmәmәyә görә, tibbi heyәtin mәsul şәxslәri Azәrbaycan 

Respublikası qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada mәsuliyyәt daşıyırlar. 

IV. Sürücülәr idarә etdiklәri nәqliyyat vasitәlәrindә xüsusi dәrman qutularının olmasını, onların komplektlәşdirilmәsini 

tәmin etmәlidirlәr. 




2014v4 

14 


 

 

Maddә 21.  Әtraf mühitin mühafizәsi 

I. Mexaniki nәqliyyat vasitәlәrini layihәlәşdirәn, istehsal vә istismar edәn fiziki vә hüquqi şәxslәr göstәrilәn nәqliyyat 

vasitәlәrinin әtraf mühitә çirklәndirici maddәlәr buraxmasının, elәcә dә sәs-küyün vә vibrasiyanın qarşısını almaq vә 

onları azaltmaq üçün tәdbirlәr görmәlidirlәr. Tullantılarında müәyyәn edilmiş normadan artıq çirklәndirici maddәlәr 

olan nәqliyyat vasitәlәrinin istehsalı, idxalı vә istismarı qadağandır. 

II. Bütün hüquqi vә fiziki şәxslәr müvafiq nәqliyyat tipinin әtraf mühitә tullantılarında çirklәndirici maddәlәrin yol 

verilәn hәdlәrini vә fiziki tәsir göstәrilmәsinin yol verilәn sәviyyәlәrini müәyyәn edәn normativlәrә әmәl edilmәmәsi 

üçün mәsuliyyәt daşıyırlar. 

 

Maddә 22. Yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi proqramları 

I. Yol hәrәkәti tәhlükәsizliyinin tәmin edilmәsi sahәsindә dövlәt siyasәtinin hәyata keçirilmәsi mәqsәdilә  vә yol-

nәqliyyat hadisәlәrinin sayının, bu hadisәlәr nәticәsindә  dәyәn zәrәrin azaldılmasına yönәldilmiş dövlәt vә yerli 

әhәmiyyәtli proqramlar işlәnib hazırlanır. 

II. Bu proqramlar әrazi vә sahә planlaşdırılmasının sәmәrәli әlaqәlәndirilmәsi, bir-birinә bağlı olan balanslaşdırılmış 

göstәricilәrin formalaşdırılması  әsasında, konkret regionun sosial-iqtisadi vә ekoloji şәraiti, yol şәbәkәsinin inkişaf 

sәviyyәsi, qәza vәziyyәti vә yol hәrәkәtinin vahid uçotu sisteminin digәr göstәricilәri nәzәrә alınmaqla hazırlanır. 

III. Yol hәrәkәti tәhlükәsizliyinin tәmin olunması proqramına aşağıdakılar daxil edilmәlidir: 

1) yolların inkişafı vә genişlәndirilmәsi; 

2) yol hәrәkәtinin tәşkilinin tәkmillәşdirilmәsi; 

3) yol hәrәkәtinin tәhlükәsizliyi vәziyyәtinin tәhlili vә yol-nәqliyyat hadisәlәrinin, onların nәticәlәrinin 

azaldılması üzrә tәdbirlәr; 

4) müәyyәn dövr üçün proqnozlar

5) әsaslandırılmış konkret mәqsәdlәr; 

6) hәyata keçirilmәsi nәzәrdә tutulan mәqsәdlәrә çatmağa imkan verәcәk tәdbirlәr; 

7) proqramın dәyәri vә onun maliyyәlәşdirilmә mәnbәlәri, yol fondlarının yaradılması; 

8) proqramın yerinә yetirilmәsinә nәzarәtin formaları vә mütәmadiliyi. 

 

Maddә 23. Yol hәrәkәti tәhlükәsizliyini tәmin etmәk tәdbirlәrinin maliyyәlәşdirilmәsi 

I. Proqramlarda nәzәrdә tutulmuş tәdbirlәr, habelә yol hәrәkәti tәhlükәsizliyini tәmin etmәk sahәsindә digәr tәdbirlәr 

Azәrbaycan Respublikası büdcәsinin, yerli büdcәlәrin, büdcәdәnkәnar vәsaitlәrin vә Azәrbaycan Respublikasının 

müvafiq icra hakimiyyәti orqanlarının vәsaiti hesabına maliyyәlәşdirilir. 

II. Yol hәrәkәti tәhlükәsizliyini tәmin etmәk tәdbirlәri bu Qanunun müddәalarını pozmağa görә Azәrbaycan 

Respublikasının qanunvericiliyi ilә müәyyәn edilәn cәrimәlәrin ödәnilmәsi, nәqliyyat vasitәlәrinin sığortası, nәqliyyat 

vasitәlәrinin müşayiәt olunması  vә haqqı ödәnilәn digәr  әlavә xidmәtlәr nәticәsindә Azәrbaycan Respublikasının 

müvafiq icra hakimiyyәti orqanına daxil olan vәsait hesabına maliyyәlәşdirilir. 

III. Bu Qanunun müddәalarını pozmağa görә fiziki vә hüquqi şәxslәr tәrәfindәn ödәnilәn cәrimәlәrdәn daxil olan 

vәsait Azәrbaycan Respublikası müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi qaydada vә subyektlәr tәrәfindәn 

tәyinatı üzrә istifadә olunmalıdır. 

 

Maddә 24. Yol hәrәkәti tәhlükәsizliyi vәziyyәtinin әsas göstәricilәrinin dövlәt uçotunun tәşkili 

I. Azәrbaycan Respublikası  әrazisindә yol hәrәkәtinin tәhlükәsizliyi vәziyyәtinin  әsas göstәricilәrinin dövlәt uçotu 

aparılır. Bu göstәricilәr aşağıdakılardır: 

1) yol-nәqliyyat hadisәlәrinin; 

2) yol-nәqliyyat hadisәlәrindә zәrәr çәkmiş şәxslәrin; 

3) nәqliyyat vasitәlәri sürücülәrinin

4) yol hәrәkәti qaydalarını pozmuş şәxslәrin; 

5) yol hәrәkәti sahәsindә inzibati xәtaların vә cinayәtlәrin sayı;  

6) yol hәrәkәti tәhlükәsizliyi vәziyyәtini  әks etdirәn göstәricilәr vә yol hәrәkәti tәhlükәsizliyinin tәmin 

edilmәsinә dair fәaliyyәtin nәticәlәrinin göstәricilәri. 

II. Azәrbaycan Respublikası әrazisindә yol hәrәkәti tәhlükәsizliyi vәziyyәtinin dövlәt uçotu aparılarkәn yol-nәqliyyat 

hadisәlәrindә zәrәr çәkmiş şәxslәr aşağıdakılar sayılır: 

1) yaralılar — yol-nәqliyyat hadisәsi nәticәsindә sәhhәtinin müәyyәn müddәtә pozulmasına sәbәb olan 

şәxslәr; 

2) hәlak olanlar — yol-nәqliyyat hadisәsi yerindә hәlak olmuş vә ya bu cür hadisә nәticәsindә sonrakı 7 gün 

әrzindә ölmüş şәxslәr. 

III. Dövlәt uçotunun sistemi Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanları tәrәfindәn yol hәrәkәti 

tәhlükәsizliyinin tәmin edilmәsi sahәsindә dövlәt siyasәtinin formalaşdırılması vә hәyata keçirilmәsi işinin tәşkilini vә 

tәtbiqini tәmin edir.  




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə