Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə15/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   ...   11   12   13   14   15   16   17   18   ...   45

2014v4 

20 


 

3) texniki vәziyyәti dövlәt standartlarının, yol hәrәkәti qaydalarının tәlәblәrinә uyğun gәlmәyәn, habelә 

müәyyәnlәşdirilmiş qaydada qeydә alınmamış, normativ tәlәblәr pozulmaqla avadanlıq quraşdırılmış vә ya avadanlığı 

dәyişdirilmiş vә ya qanunla müәyyәn edilmiş hallarda texniki baxışdan keçmәmiş nәqliyyat vasitәlәrinin istismarına 

yol vermәmәlidirlәr. 

III. Nәqliyyat vasitәlәrinә texniki xidmәt yalnız nәqliyyat vasitәlәrinin sahiblәri, xüsusi texniki biliyә vә ixtisasa malik 

olan  şәxslәr vә yaxud Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi qaydada 

texniki-tәmir stansiyaları tәrәfindәn hәyata keçirilir. Nәqliyyat vasitәlәrinin sayı 10 vә daha artıq olan hüquqi şәxslәr 

nәqliyyat vasitәlәrinә tәminatlı texniki xidmәti bu mәqsәdlә tәşkil etdiklәri texniki-tәmir sahәlәrindә hәyata keçirirlәr. 

IV. Nәqliyyat vasitәsinә  tәminatlı texniki xidmәt göstәrilmәsi qaydası Azәrbaycan Respublikasının müvafiq icra 

hakimiyyәti orqanı  tәrәfindәn qәbul edilәn “Nәqliyyat vasitәlәrinә  vә onların qoşqularına dövlәt texniki baxışının 

keçirilmәsi qaydaları haqqında”, “Nәqliyyat vasitәlәrinә  tәminatlı texniki xidmәt göstәrilmәsi haqqında”, “Nәqliyyat 

vasitәlәrinә  tәminatlı texniki xidmәt göstәrәn texniki-tәmir sahәlәri haqqında” vә “Nәqliyyat vasitәlәrinә  tәminatlı 

texniki xidmәt göstәrәn texniki-tәmir stansiyaları haqqında” nümunәvi әsasnamәlәrlә müәyyәn edilir. 

V.  İstismarda olan nәqliyyat vasitәsinә  hәmin modelin normativ-texniki sәnәdlәrindә  nәzәrdә tutulmayan hissәlәr 

quraşdırmaq yolu ilә onun konstruksiyasının parametrlәrinin dәyişdirilmәsi beynәlxalq normativlәrә  vә standartlara 

uyğun gәlmәlidir. Nәqliyyat vasitәsinin tam kütlәsinin vә bu kütlәnin oxlar üzrә paylanmasının, ağırlıq mәrkәzinin, 

tәkәr bazasının vә ya tәkәr düsturunun pozulmasına, habelә tormoz vә sükan idarә sisteminin әvәz olunmasına 

sәbәb olan dәyişikliklәr edilmәsi qadağandır. 

VI. Nәqliyyat vasitәlәrinә bu Qanunun 27-ci maddәsinin ikinci vә üçüncü hissәlәrindә nәzәrdә tutulmuş orqanlarda 

aşağıdakı müddәtlәrdә texniki baxış keçirilir: 

1) bu Qanunun 27-ci maddәsinin ikinci hissәsinin 2-5-ci bәndlәrindә vә üçüncü hissәsindә nәzәrdә tutulmuş 

nәqliyyat vasitәlәrinә, hәmçinin avtobuslara, icazә verilәn maksimum kütlәsi 3,5 tondan artıq olan yük avtonәqliyyat 

vasitәlәrinә, tәhlükәli yüklәrin daşınması üçün xüsusi tәyinatlı texniki tәhlükәsizlik üzrә uyğunluq sertifikatı olan 

nәqliyyat vasitәlәrinә - ildә bir dәfә

2) bu Qanunun 27-ci maddәsinin ikinci hissәsinin 1-ci bәndindә nәzәrdә tutulmuş nәqliyyat vasitәlәrinә (bu 

maddәnin VI hissәsinin 1-ci bәndindә göstәrilәnlәr istisna olmaqla): 

istehsal olunduqları vaxtdan dörd il keçdikdә - iki ildә bir dәfә; 

istehsal olunduqları vaxtdan on il keçdikdә - ildә bir dәfә. 

VI-I. Nәqliyyat vasitәsinә texniki baxışın keçirilmәsi zamanı aşağıdakılar tәmin olunmalıdır: 

1) texniki baxışın keçirilmәsi üçün internet vasitәsilә elektron formada müraciәt etmә 

vә münasib vaxtı seçmәk imkanının yaradılması, habelә nәqliyyat vasitәsinin texniki baxışın keçirilmәsi barәdә vaxtı 

vә tarixi göstәrilmәklә müraciәt edәn şәxsә mәlumatın verilmәsi; 

2) texniki baxışın fasilәsiz olaraq keçirilmәsi; 

3) texniki baxışın növbәlәrin yaranmasını istisna edәn şәraitdә xüsusi avadanlıqlarla tәchiz olunmuş yerlәrdә 

keçirilmәsi; 

4) dövlәt rüsumunun, verginin yalnız bank, poçt, plastik kart, elektron ödәmә sistemlәri vә ya İnternet vasitәsi 

ilә ödәnilmәsi; 

5) növbәlәrin yaranmasını istisna edәn, sәnәdlәrin qәbulu vә verilmәsinin elektron idarәetmә sistemi. 

VI-II. Aşağıdakı müddәtdә nәqliyyat vasitәlәri texniki baxışa cәlb olunmur: 

1) bu Qanunun 27-ci maddәsinin ikinci hissәsinin 2-5-ci bәndlәrindә vә üçüncü hissәsindә nәzәrdә tutulmuş 

nәqliyyat vasitәlәri, hәmçinin avtobuslar, icazә verilәn maksimum kütlәsi 3,5 tondan artıq olan yük avtonәqliyyat 

vasitәlәri, tәhlükәli yüklәrin daşınması üçün xüsusi tәyinatlı texniki tәhlükәsizlik üzrә uyğunluq sertifikatı olan 

nәqliyyat vasitәlәri - istehsal olunduğu vaxtdan bir il müddәtindә; 

2) bu Qanunun 27-ci maddәsinin ikinci hissәsinin 1-ci bәndindә  nәzәrdә tutulmuş  nәqliyyat vasitәlәri (bu 

maddәnin VI-II hissәsinin 1-ci bәndindә göstәrilәnlәr istisna olmaqla) - istehsal olunduğu vaxtdan dörd il 

müddәtindә. 

VII. Texniki baxış keçirilmәsi üçün nәqliyyat vasitәsinin sahibi vә ya sәrәncam vermәk hüququ olan digәr  şәxs 

müvafiq orqana nәqliyyat vasitәsini vә aşağıdakı sәnәdlәri tәqdim etmәlidir: 

1) nәqliyyat vasitәsini idarә etmәyә hüquq verәn sәnәdi; 

2) nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsini; 

3) nәqliyyat vasitәsinin istismarının qadağan edilmәsinә  sәbәb olan nasazlıqların aradan qaldırılması barәdә 

tәminatlı texniki xidmәt göstәrәn texniki-tәmir sahәsinin vә ya stansiyasının sәnәdini (әgәr belә xidmәt hәmin 

stansiya vә ya sahә tәrәfindәn göstәrilmişdirsә); 

4) “Dövlәt rüsumu haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә müәyyәn edilmiş  mәblәğdә dövlәt 

rüsumunun vә Azәrbaycan Respublikasının Vergi Mәcәllәsi ilә müәyyәn edilmiş mәblәğdә yol vergisinin ödәnilmәsi 

barәdә sәnәdi;  

5) Nәqliyyat vasitәsinin sahibinin mülki mәsuliyyәtinin icbari sığortası müqavilәsinin Azәrbaycan 

Respublikasının qanunvericiliyinә uyğun olaraq bağlanması faktının tәstiq edәn sığorta şәhadәtnamәsini. 

VIII. Nәqliyyat vasitәsinin sahibi vә ya sәrәncam vermәk hüququ olan digәr  şәxs tәrәfindәn müvafiq sәnәdlәr vә 

nәqliyyat vasitәsi bu Qanunun 27-ci maddәsinin ikinci vә üçüncü hissәlәrindә  nәzәrdә tutulmuş orqanlara tәqdim 



2014v4 

21 


 

edildikdә, hәmin orqanlar tәxirәsalınmadan nәqliyyat vasitәsinin texniki vәziyyәtini yoxlayır, mühәrrik, ban vә şassi 

nömrәlәri, habelә rәngini tutuşdurmaq mәqsәdilә müayinә edir vә saz nәqliyyat vasitәsinә texniki baxış talonu verir. 

IX. Bu Qanuna 1 saylı Әlavә ilә istismarı qadağan edilәn nәqliyyat vasitәlәrini idarә etmәyә vә onu vaxtında texniki 

baxışdan keçirmәmәyә görә  nәqliyyat vasitәsinin sahiblәri nәqliyyat vasitәsinin texniki vәziyyәtinә cavabdeh olan 

şәxslәr vә ya sürücülәri Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada mәsuliyyәt 

daşıyırlar.  

X. Nәqliyyat vasitәsinin sahibindәn vә ya sәrәncam vermәk hüququ olan digәr  şәxslәrdәn bu Qanunla nәzәrdә 

tutulmayan sәnәdlәri tәlәb etmәyә, nәqliyyat vasitәlәrinә texniki baxışın keçirilmәsindә süründürmәçiliyә yol 

vermәyә vә ya onların hәllindәn qanunsuz olaraq imtina etmәyә görә bu Qanunun 27-ci maddәsinin ikinci vә üçüncü 

hissәlәrindә nәzәrdә tutulmuş orqanların vәzifәli şәxslәri, nәqliyyat vasitәsinin sazlığı haqqında sәnәdin verilmәsindә 

süründürmәçiliyә yol vermәyә, onların verilmәsindәn qanunsuz olaraq imtina etmәyә, hәmin sәnәdin vә sәnәddәki 

mәlumatların hәqiqәtә uyğun olmamasına görә  nәqliyyat vasitәsinә  tәminatlı texniki xidmәt göstәrәn tәminatlı 

texniki-tәmir sahәsinin vә ya stansiyasının müvәkkil edilmiş  şәxslәri Azәrbaycan Respublikasının qanunvericiliyi ilә 

müәyyәn edilmiş qaydada mәsuliyyәt daşıyırlar. 

 

Maddә 31. Nәqliyyat vasitәlәrinin saxlanılması 

I. Nәqliyyat vasitәlәrinin sahiblәri vә ya sürücülәri nәqliyyat vasitәlәrini duracaqlarda vә qarajlarda, habelә yol 

hәrәkәti tәhlükәsizliyi,  әtraf mühitin mühafizәsi vә ictimai tәhlükәsizliyin tәlәblәrinә cavab verәn yerlәrdә 

saxlamalıdırlar. “Nәqliyyat vasitәlәrinin duracaqları  vә qarajlar haqqında” nümunәvi  Әsasnamәni Azәrbaycan 

Respublikasının müvafiq icra hakimiyyәti orqanı qәbul edir. 

II. Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanları: 

1) yaşayış  mәntәqәlәrinin layihәlәşdirilmәsi zamanı  nәqliyyat vasitәlәri duracaqlarının, habelә qarajlarının 

yollara bitişik әrazilәrdә yerlәşdirilmәsini planlaşdırmalıdırlar; 

2) qarajların vә ya duracaqların tikintisi üçün torpaq sahәlәrini bu barәdә müraciәt etmiş  şәxslәrin olduqları 

әrazinin vә ya onların yaşadığı binaların yaxınlığında ayırmalıdırlar. 

III. Nәqliyyat vasitәlәri duracaqlarının, qarajlarının sahiblәri nәqliyyat vasitәlәrinin toxunulmaz vә tәhlükәsiz şәraitdә 

saxlanılmasını tәmin edirlәr. Nәqliyyat vasitәlәri saxlanca qәbul edildikdәn sonra onların müәyyәn edilmiş qaydalara 

uyğun saxlanılmamasına görә duracaqların vә dayanacaqların sahiblәri Azәrbaycan Respublikasının qanunvericiliyi ilә 

nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. 

IV. Nәqliyyat vasitәlәri duracaqlarının, qarajlarının sahiblәri: 

1) nәqliyyat vasitәsinin sahibindәn vә ya sürücülәrindәn nәqliyyat vasitәsinin saxlanılma qaydasına  әmәl 

olunmasını tәlәb etmәlidirlәr; 

2) saxlanılması üçün tәqdim olunan nәqliyyat vasitәsinin xarici görünüşünü vә komplektliyini, zәrurәt olduqda 

isә nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsini, onu idarә edәnin sürücülük vәsiqәsini yoxlamalıdırlar vә onları 

hökmәn qeydә almalıdırlar; 

3) nәqliyyat vasitәsinin sahibinә vә ya sürücüsünә nәqliyyat vasitәsinin saxlanca qәbul edilmәsi barәdә xüsusi 

sәnәd vermәlidirlәr; 

4) yol-nәqliyyat hadisәsinә dair arayışın tәqdim edildiyi hallardan başqa, banın hissәlәri zәdәlәnmiş nәqliyyat 

vasitәsini saxlanca qәbul etmәmәlidirlәr; 

5) nәqliyyat vasitәsi oğurlandıqda vә ya qaçırıldıqda, müvafiq icra hakimiyyәti orqanlarına tәcili mәlumat 

vermәlidirlәr. 

V. Nәqliyyat vasitәlәrinin icazә verilmәyәn yerlәrdә saxlanılması üçün sürücülәr Azәrbaycan Respublikasının 

qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada mәsuliyyәt daşıyırlar. 

 

Maddә 32. Nәqliyyat vasitәlәrinin özgәninkilәşdirilmәsi qaydası 

I. Bu Qanunun 27-ci maddәsinin ikinci hissәsinin 1-ci bәndindә  nәzәrdә tutulan nәqliyyat vasitәlәrinin 

özgәninkilәşdirilmәsindә  vә girov qoyulmasında maraqlı olan şәxs, müvafiq әqd bağlamazdan  әvvәl, nәqliyyat 

vasitәsini müayinәdәn keçirilmәsi üçün Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanına tәqdim 

etmәlidir. Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı  nәqliyyat vasitәsinin qeydiyyat sәnәdlәrini, 

onun mühәrrik, ban vә  şassi nömrәlәrini, rәngini informasiya-axtarış bazasının mәlumatları  әsasında yoxlayır vә 

yoxlamanın nәticәsi barәdә nәqliyyat vasitәsini tәqdim etmiş şәxsә müvafiq arayış verir. 

II. Nәqliyyat vasitәsinin özgәninkilәşdirilmәsi, girov qoyulması yalnız nәqliyyat vasitәsinin müayinәdәn keçirilmәsi 

haqqında arayış  tәqdim edildikdәn sonra, Azәrbaycan Respublikası qanunvericiliyinә müvafiq olaraq, Azәrbaycan 

Respublikasının müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi qaydada aparılır. 

4 FӘSİL 

Nәqliyyat vasitәlәrini idarәetmә hüququ 

 

Maddә 33. Nәqliyyat vasitәlәrini idarәetmә hüququ 



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə