2014v4
24
2) müstәqil hazırlıq keçәn şәxslәr istisna olmaqla, digәr şәxslәr üçün müvafiq kateqoriyalı nәqliyyat vasitәlәri
sürücülәrinin hazırlanması üzrә tәdris planlarında vә proqramlarında nәzәrdә tutulan hәcmdә hazırlıq keçmәlәri
barәdә tәhsil müәssisәsinin sәnәdi;
3) Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn tәsdiq olunmuş formada tibbi arayış;
4) sürücülük vәsiqәsi verilmәsi üçün dövlәt rüsumunun ödәnilmәsi sәnәdi.
III. Sürücülük vәsiqәsi almaq istәyәn şәxs Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanına sәnәdlәri
bilavasitә vә ya internet vasitәsilә tәqdim edir (göndәrir). Sәnәdlәr bu Qanunun 33-cü vә 35-ci maddәlәrindә
göstәrilәn tәlәblәrә uyğun olduqda şәxsә yol hәrәkәti qaydaları üzrә nәzәri vә nәqliyyat vasitәlәrini idarәetmә
vәrdişlәri üzrә tәcrübi imtahan verәcәyi tarix vә vaxt barәdә bilavasitә vә ya internet vasitәsilә mәlumat verilir.
Sәnәdlәr göstәrilәn tәlәblәrә uyğun olmadıqda şәxsә uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Şәxs
yaşadığı vә ya olduğu әrazi üzrә imtahan-qeydiyyat mәntәqәsindә imtahan vermәk hüququna malikdir.
IV. Bu Qanunla müәyyәn edilmiş yaş vә sağlamlıq vәziyyәti tәlәblәrinә cavab verәn:
1) sürücülәrin hazırlanması vә onların ixtisasının artırılması kurslarının mәzunları;
2) avtomobil nәqliyyatı vasitәlәri ixtisası üzrә kadrların hazırlanması nәzәrdә tutulmuş ali vә orta ixtisas tәdris
ocaqlarının mәzunları;
3) yol hәrәkәtinin qaydaları üzrә nәzәri vә nәqliyyat vasitәlәrini idarәetmә vәrdişlәri üzrә tәcrübi imtahanlara
müstәqil hazırlaşmış şәxslәr Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanına müraciәt etdikdәn sonra,
üç gün müddәtindә yol hәrәkәti qaydaları üzrә nәzәri vә nәqliyyat vasitәlәrini idarәetmә vәrdişlәri üzrә tәcrübi
imtahanlara buraxılırlar.
IV-I. İmtahanların qәbulu vә sürücülük vәsiqәsinin verilmәsi zamanı aşağıdakılar tәmin olunmalıdır:
1) dövlәt rüsumunun yalnız bank, poçt, plastik kart, elektron ödәmә sistemlәri vә ya İnternet vasitәsi ilә
ödәnilmәsi;
2) növbәlәrin yaranmasını istisna edәn sәnәdlәrin qәbulu vә verilmәsinin elektron idarәetmә sistemi;
3) sәnәdlәrin qәbulu vә verilmәsi, hәmçinin imtahan prosesini interaktiv şәkildә әks etdirәn monitorlar, o
cümlәdәn imtahan zalında videokamera;
4) nәzәri imtahanın informasiya-kommunikasiya texnologiyaları vasitәsilә verilmәsi;
5) nәqliyyat vasitәlәrini idarәetmә vәrdişlәri üzrә tәcrübi imtahanların qәbulunda növbәlәri istisna edәcәk
sayda vә imtahan verilәn gün istehsal tarixi beş ildәn artıq olmayan nәqliyyat vasitәlәrindәn istifadә.
V. Sürücülük vәsiqәsi Azәrbaycan Respublikası müvafiq icra hakimiyyәti orqanının imtahan-qeydiyyat mәntәqәlәrindә
yol hәrәkәtinin qaydaları üzrә nәzәri vә nәqliyyat vasitәlәrini idarәetmә vәrdişlәri üzrә tәcrübi imtahanları
müvәffәqiyyәtlә vermiş şәxslәrә hәmin orqan tәrәfindәn 30 dәqiqә әrzindә verilir. Sürücülük vәsiqәlәrinin verilmәsi
Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilmiş “Nәqliyyat vasitәsini idarә
etmәk hüququ verәn sürücülük vәsiqәsi almaq istәyәn şәxslәrdәn imtahanların qәbul edilmәsi vә onlara sürücülük
vәsiqәsinin verilmәsi qaydaları haqqında” Әsasnamәyә uyğun olaraq hәyata keçirilir.
VI. Sürücülük vәsiqәsinin dәyişdirilmәsi üçün әsaslar aşağıdakılardır:
1) onun etibarlıq müddәtinin qurtarması;
2) sahibinin soyadı, adı vә ya atasının adının dәyişdirilmәsi;
3) onun yazılarında dәqiqsizlik müәyyәn edilmәsi;
4) onun yararsız hala düşmәsi;
5) onun itirilmәsi;
6) yeni nümunәsinin bu Qanunla müәyyәn edilmiş qaydada tәsdiqi nәticәsindә ölkәdә sürücülük vәsiqәlәrinin
dәyişdirilmәsi.
VII. Sürücülük vәsiqәsinin dәyişdirilmәsi sahibinin әrizәsi әsasında әvvәllәr malik olduğu bütün kateqoriyalar
saxlanılmaqla, imtahansız Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn 30 dәqiqә әrzindә
hәyata keçirilir.
VIII. Sürücülük vәsiqәsinin dәyişdirilmәsi üçün aşağıdakı sәnәdlәr tәqdim edilir:
1) Azәrbaycan Respublikası vәtәndaşının şәxsiyyәt vәsiqәsi (müvafiq olaraq Azәrbaycan Respublikasının
әrazisindә әcnәbinin şәxsiyyәtini tәsdiq edәn sәnәd vә ya Azәrbaycan Respublikasının hüdudlarında istifadә edilmәsi
üçün vәtәndaşlığı olmayan şәxsin şәxsiyyәt vәsiqәsi);
2) sürücülük vәsiqәsi (sürücülük vәsiqәsinin itirilmәsinә görә onun dәyişdirilmәsi halı istisna olmaqla);
3) qanunla müәyyәn edilmiş dövlәt rüsumunun ödәnilmәsi barәdә sәnәd;
4) bu Qanunun 34-cü maddәsinin V hissәsinin 2-4-cü bәndlәrindә nәzәrdә tutulduğu hallarda tibbi arayış.
Sürücülük vәsiqәsinin dәyişdirilmәsinә sәbәb onun yazılarında dәqiqsizlik müәyyәn edilmәsi ilә bağlı olduqda dövlәt
rüsumu ödәnilmir.
IX. Sürücülük vәsiqәsindә göstәrilmiş kateqoriyaların dәyişdirilmәsi mәqsәdi ilә sürücülük vәsiqәsinin dәyişdirilmәsi
bu maddәnin birinci-dördüncü hissәlәrindә nәzәrdә tutulmuş qaydada hәyata keçirilir.
X. Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn verilmiş sürücülük vәsiqәlәrindәki
mәlumatların mәrkәzlәşdirilmiş uçotunu aparmalıdır.
XI. Hәr hansı şәxs bu Qanunla müәyyәn edilmiş qaydada ona sürücülük vәsiqәsinin verilmәsi vә ya dәyişdirilmәsi
haqqında әrizәyә baxılmamasından vә yaxud belә әrizәnin süründürülmәsindәn, habelә yol hәrәkәtinin qaydaları
2014v4
25
üzrә nәzәri vә nәqliyyat vasitәlәrini idarәetmә vәrdişlәri üzrә tәcrübi imtahanlara onun buraxılmasından imtina
edilmәsindәn inzibati qaydada vә (vә ya) mәhkәmәyә şikayәt edә bilәr.
XII. Bu Qanunun tәlәblәrinә zidd olaraq, sürücülük vәsiqәsinin verilmәsi vә ya dәyişdirilmәsi haqqında әrizәyә
baxılmamasında vә ya süründürmәçilik edilmәsindә, yol hәrәkәtinin qaydaları üzrә nәzәri vә nәqliyyat vasitәlәrini
idarәetmә vәrdişlәri üzrә tәcrübi imtahanlara buraxılmasından әsassız imtina edilmәsindә, habelә sürücülük
vәsiqәsinin oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında vә ya ondan qanunsuz
istifadә olunmasında tәqsirli şәxslәr Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada
mәsuliyyәt daşıyırlar.
XIII. Nәqliyyat vasitәsini idarә etmә hüququnun mәhdudlaşdırılması müddәti qurtardıqda sürücülük vәsiqәsi
aşağıdakı qaydada qaytarılır:
1) nәqliyyat vasitәsini idarә etmә hüququ bir ildәn çox müddәtә mәhdudlaşdırılmış şәxslәrә nәqliyyat
vasitәsini idarәetmә vәrdişlәri üzrә tәcrübi imtahanı müvәffәqiyyәtlә verdiyi gün;
2) nәqliyyat vasitәsini idarә etmә hüququ bir il vә daha az müddәtә mәhdudlaşdırılmış şәxslәrә imtahansız,
hәmin müddәt bitdiyi gün.
5 FӘSİL
Yol hәrәkәti qaydaları
Maddә 36. Yol hәrәkәti iştirakçılarının әsas vәzifәlәri vә hüquqları
I. Yol hәrәkәtinin iştirakçıları:
1) yol hәrәkәti Qaydalarına riayәt etmәli, bu Qanunun yol hәrәkәtinin tәhlükәsizliyi mәsәlәlәrinә dair tәlәblәrini
bilmәli vә yerinә yetirmәlidirlәr;
2) yol hәrәkәtinin nizama salınmasında istifadә olunan nizamlayıcının vә svetoforların siqnallarına, yol
nişanlarına, yolun nişanlanmasına, yol işlәrindә istifadә olunan sәs vә işıq siqnallarına, bәzi nәqliyyat vasitәlәrinin
fәrqlәndirici nişanlarına vә nәqliyyat vasitәsi sürücülәrinin siqnallarına tabe olmalıdırlar;
3) yol hәrәkәti üçün tәhlükәsiz şәrait yaratmalı, öz hәrәkәtlәri vә ya hәrәkәtsizliyi ilә digәr hәrәkәt
iştirakçılarına, onların nәqliyyat vasitәlәrinә vә başqa әmlaka zәrәr vurmamalıdırlar;
4) yol örtüyünü zәdәlәmәmәli vә ya çirklәndirmәmәli, yol nişanlarını çıxarmamalı, qarşısını kәsmәmәli,
zәdәlәmәmәli, özbaşına yol nişanları, svetoforlar vә hәrәkәtin tәşkilinin digәr texniki vasitәlәrini
quraşdırmamalıdırlar;
5) hәrәkәtә maneçilik törәdәn әşyaları vә ya materialları ataraq, boşaldaraq vә ya yolda qoyaraq yol hәrәkәtini
çәtinlәşdirmәmәli vә ya onun tәhlükәsizliyi üçün qorxu törәtmәmәlidirlәr (bu cür maneәnin vә ya tәhlükәnin
yaranmasına yol vermәmәk mümkün olmadıqda, onların mümkün qәdәr tez aradan qaldırılması üçün lazımi tәdbirlәr
görmәli, bunu dәrhal etmәk mümkün olmadıqda isә, әl altında olan vasitәlәrlә digәr hәrәkәt iştirakçılarının xәbәrdar
edilmәsini vә Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanına mәlumat verilmәsini tәmin etmәlidirlәr);
6) yol hәrәkәti qanunvericiliyinә riayәt olunması barәdә Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti
orqanlarının sәrәncamlarını yerinә yetirmәlidirlәr;
7) nәqliyyat, yol, kommunal vә digәr müәssisә vә tәşkilatların vәzifәli şәxslәri, yolda hәr hansı bir iş aparan
fәhlәlәr, elәcә dә digәr şәxslәr müәyyәn edilmiş yol hәrәkәti qaydalarına tәsir göstәrә bilәcәk maneәlәr
yaratmaqdan vә başqa hәrәkәtlәrdәn çәkinmәlidirlәr.
II. Yol hәrәkәti qaydalarına riayәt edәn yol hәrәkәtinin hәr bir iştirakçısı digәr şәxslәrdәn hәmin qaydaların tәlәblәrini
gözlәmәyi tәlәb edә bilәr.
III. Yol hәrәkәti iştirakçılarının:
1) tәhlükәsiz vә rahat yol hәrәkәti şәraitinә malik olmaq, yolların, küçәlәrin, meydanların vә dәmiryol
keçidlәrinin hәrәkәtin tәhlükәsizliyi tәlәblәrinә uyğunsuzluğu nәticәsindә dәymiş zәrәrin ödәnilmәsini tәlәb etmәk;
2) Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanları vә yol sahiblәri qüvvәdә olan qanunvericiliyi
pozduqda, onların hәrәkәtlәrindәn mәhkәmәyә şikayәt etmәk;
3) hidrometeorologiya, yol, kommunal vә başqa tәşkilatlardan yol hәrәkәt şәraiti haqqında mәlumat almaq
hüquqları vardır.
Maddә 37. Mexaniki nәqliyyat vasitәsi sürücüsünün vәzifәlәri
I. Mexaniki nәqliyyat vasitәsinin sürücüsü:
1) sürücülük vәsiqәsini (fәrdi nәqliyyat vasitәsinin sahibi olmadıqda, sürücünün nәqliyyat vasitәsini idarә
etmәk hüququna dair müәyyәn edilmiş qaydada tәsdiqlәnmiş etibarnamәsini vә ya nәqliyyat vasitәsinә ümumi
mülkiyyәt hüququna dair şәhadәtnamәsini), sürücülük vәsiqәsi müәyyәn edilmiş qaydada Azәrbaycan
Respublikasının müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn alınmış olduqda isә onu әvәz edәn xüsusi arayışı,
nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsini, nәqliyyat vasitәsinin sahibinin mülki mәsuliyyәtinin icbari sığortası
müqavilәsinin Azәrbaycan Respublikasının qanunvericiliyinә uyğun olaraq bağlanması faktını tәsdiq edәn sığorta
şәhadәtnamәsini, nәqliyyat vasitәlәrindәn kommersiya mәqsәdlәri üçün istifadә edildikdә xüsusi razılıq vә ya yol
(marşrut) vәrәqәsini vә daşınan yüklәrә dair sәnәdlәri özündә saxlamalıdır;