Aqressivliyin diaqnostikasi.
Bass-Darki sorğusu
1. Hərdən məndə başqalarına ziyan vurmaq istəyi baş qaldırır. (hə, yox); 2. Bəzən
sevmədiyim adamlar haqqında dedi-qodu yaymağı xoşlayıram. (hə, yox);
3.
Mən tez hövsələdən çıxsam da, çox keçmədən sakitləşirəm. (hə, yox);
4.
Öz xoşu ilə məni bağışlamasalar, mən heç kimdən üzr istəmirəm. (hə, yox);
5.
Mən heç də həmişə təklif olunanla qane olmuram. (hə, yox);
6.
Bilirəm ki, adamlar həmişə mənim arxamca danışırlar. (hə, yox);
7.
Mən dostlarımın hərəkətlərini bəyənmədikdə, bunu onlara başa salıram.
(hə, yox);
8.
Kimi isə nə vaxtsa aldatdıqda, sonradan üzücü vicdan əzabı çəkirəm. (hə, yox);
9.
Mənə elə gəlir ki, kimi isə vurmağı bacarmaram. (hə, yox);
10.
Mən heç vaxt o qədər əsəbləşmirəm ki, əşyaları ora-bura atım. (hə, yox);
11.
Mən həmişə başqalarının nöqsanlarını bağışlamağı bacarıram. (hə, yox);
12.
Qoyulmuş qayda məni qane etmirsə, onu pozmaqdan çəkinmirən. (hə, yox);
13.
Məncə, başqa adamlar həmişə əlverişli vəziyyətdən istifadə etməyi bacarırlar. (hə,
yox);
14.
Gözlədiyimdən də artıq səviyyədə mənə dost münasibəti ilə yanaşan adamlarla
ehtiyatlı davranıram. (hə, yox); 15. Mən tez-tez adamlarla razılaşmıram. (hə, yox);
16.
Hərdən ağlıma mənə utancaqlıq gətirən fikirlər gəlir. (hə, yox);
17.
Əgər kimsə mənə birinci zərbə endirsə, mən ona cavab vermərəm. (hə, yox)
18.
Mən əsəbləşəndə qapıları çırpıram. (hə, yox);
19.
Mən göründüyündən də daha artıq əsəbiyəm. (hə, yox);
20.
Kim isə özünü rəisə oxşatmağa çalışırsa, mən həmişə onun ziddinə gedirəm. (hə,
yox);
21.
Gələcək taleyim məni bir qədər məyus edir. (hə, yox);
22.
Belə hesab edirəm ki, adamların çoxu məni sevmirlər. (hə, yox);,
23.
Adamlar mənim mövqeyimlə razılaşmadıqda özümü ələ ala bilmirəm.
(hə, yox);
24.
İşdən boyun qaçıran adamlar işlətdikləri günahı boyunlarına almalıdırlar.
(hə, yox);
25.
Məni və ailəmi təhqir edən hər kəs məni davaya məcbur etdiyini bilməlidir.
(hə, yox);
26.
Mənim kobud zarafatlarla aram yoxdur. (hə, yox);
27.
Kimsə arxamca gülərsə, mən bundan bərk qəzəblənərəm. (hə, yox);
28.
Özlərini rəis kimi aparmaq istəyən adamların lovğalığının qarşısını almaq üçün mən
lazım gələn hər şeyi edərəm. (hə, yox);
29.
Demək olar ki, hər həftə xoşlamadığım adamlarla rastlaşıram. (hə, yox);
30.
Mənim paxıllığımı çəkən adamlar olduqca çoxdur. (hə, yox);.
31.
Mən tələb edirəm ki, adamlar mənə hörmət etsin. (hə, yox);
32.
Valideynlərimə lazımi qayğı göstərə bilməməyim mənə əzab verir.
(hə, yox);.
33.
Sizi məhv etmək istəyən adamların mühakimə olunmasını istəyirdinizmi?
(hə, yox);
34.
Qəddar hərəkətlərimə görə heç vaxt qəmgin olmuram. (hə, yox);
35.
Kim isə mənə layiq olduğumdan pis münasibət göstərərsə, bundan heç vaxt pərt
olmaram. (hə, yox);
36.
Kim isə məni özümdən çıxarmağa çalışsa da, buna əhəmiyyət vermirəm. (hə, yox);
37.
Bunu gizlətməyə çalışsam da, hərdən məni qibtə hissi bürüyür. (hə, yox);
38.
Bəzən elə gəlir ki, mənim hərəkətlərim gülməlidir. (hə, yox);
39.
Hətta əsəbləşdikdə belə, kobud ifadələr işlətməkdən qaçıram. (hə, yox);
40.
İstərdim ki, mənim günahlarım bağışlanaydı. (hə, yox);
41.
Kim isə məni döysə də, nadir hallarda buna cavab verərdim. (hə, yox);
42.
İstədiyimə nail olmadıqda, bəzən bundan inciyirəm. (hə, yox);
43.
Bəzən insanlar öz adi gəlişləri ilə məni qıcıqlandırırlar. (hə, yox);
44.
Mənim nifrət etdiyim hər hansı bir adam yoxdur. (hə, yox);
45.
Mənim həyat prinsipim belədir: “Tanımadığım adamlara heç vaxt etibar etməməli”.
(hə, yox); 46. Kim isə məni əsəbiləşdirdikdə, onun haqqında fikirləşdiyim hər şeyi üzünə
deyərdim. (hə, yox);
47.
Axırda təəssüf hissi keçirməyim deyə, əvvəlcədən hər şeyi götür-qoy edirəm. (hə,
yox);
48.
Bərk əsəbləşdikdə kimə isə zərbə vura bilərəm. (hə, yox);
49.
Uşaqlıqdan bəri mən heç vaxt hirslənməmişəm. (hə, yox);
50.
Mən tez-tez özümü partlamağa hazırlaşan “barıt çəlləyi” kimi hiss edirəm. (hə, yox);
51.
Mənim hiss etdiklərimi başqaları bilsəydi, onda məni inadkar adam hesab edərdilər.
(hə, yox);
52.
Mən həmişə düşünürəm ki, hansısa sirli səbəblər adamları mənim xoşuma gələn
işlər görməyə vadar edir. (hə, yox);
53.
Kim isə mənim üstümə qışqırarsa, cavabında mən də onun üstünə qışqıraram. (hə,
yox);
54.
Uğursuzluqlarım məni bərk məyus edir. (hə, yox);
55.
Mən başqalarından fərqli olaraq ya tez-tez, ya da hərdənbir dava edirəm.
(hə, yox);
56.
Elə halları xatırlaya bilərəm ki, qəzəbli olduğum vaxtlar əlimə keçən əşyaları sındırırdım.
(hə, yox);
57.
Bəzən hiss edirəm ki, birinci olaraq davaya başlamağa hazıram. (hə, yox);
58.
Bəzən hiss edirəm ki, həyat mənə qarşı ədalətsizliklə doludur. (hə, yox);
59.
Əvvəlllər belə hesab edirdim ki, adamların çoxu doğru danışırlar, ancaq indi buna
inanmıram. (hə, yox);
60.
Mən ancaq acıqlı olanda söyüş söyürəm. (hə, yox);
61.
Yanlış hərəkətlər etdikdə vicdanım mənə əzab verir. (hə, yox);
62.
Öz hüquqlarımı müdafiə edərkən fiziki qüvvə lazım gəldikdə, mən bu addımı
atmaqdan uzaq olmağa çalışıram. (hə, yox);
63.
Bəzən günahımı yada salarkən yumruğumla stolu döyəcləyirəm. (hə, yox);
64.
Xoşuma
gəlməyən
adamlara
qarşı münasibətdə kobudluqdan
çəkinmirəm.
(hə, yox);
65.
Mənə zərər vurmağa çalışan düşmənlərim yoxdur. (hə, yox);
66.
Mənə pislik etmiş adamlara qarşı eyni cür hərəkət etməyi bacarmıram.
(hə, yox);
67.
Tez-tez fikirləşirəm ki, həyatımın ötən illərini düzgün yaşamamışam. (hə, yox);
68.
Elə adamlar tanıyıram ki, onlar məni davakarlıq etməyə sövq edə bilərlər.
(hə, yox);
69.
Mən hər xırda şeyə görə məyus olmuram. (hə, yox);
70.
Adamların məni hirsləndirmək və ya təhqir etmək cəhdləri haqqında fikirlər nadir
hallarda ağlıma gəlir. (hə, yox);
71.
Tez-tez adamları hədələsəm də, heç vaxt dediklərimi etməyə cəhd göstərmirəm.
(hə, yox);
72.
Son vaxtlar mən təkəbbürlü olmuşam (hə, yox);
73.
Mübahisə vaxtı mən səsimi tez-tez qaldırıram. (hə, yox);
74.
Adətən mən adamlara qarşı olan pis münasibətimi gizlətməyə çalışıram. (hə, yox);
75.
Məncə uzun-uzadı mübahisə etməkdənsə, nə isə bir razılığa gəlmək daha yaxşıdır.
(hə. yox).
Sınanılan şəxslərdə aqressivlik Bass-Darki sorğusu əsasında aşağıdakı reaksiyalar üzrə belə
qiymətləndirilir:
Dostları ilə paylaş: |