1
AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI
A.A.BAKIXANOV ADINA TARĠX ĠNSTĠTUTU
ĠKRAM AĞASĠYEV
XVIII ƏSRĠN SONU —
XX ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ
ALMANLARIN QAFQAZDA
MƏSKUNLAġMASI
BAKI – 2009
2
Azərbaycan Milli Elmlər Akademiyası AA.Bakıxanov adına Tarix İnstitutu
Elmi Şurasının 05 iyun 2009-cu il tarixli qərarı ilə çap edilir (pr. № 04).
Elmi redaktor: Ġ.S.Bağırova,
tarix elmləri doktoru
Rəyçilər: H.Y.Verdiyeva,
tarix elmləri doktoru
S.Ġ.Əliyeva,
tarix elmləri namizədi
Ġkram Ağasiyev
A 29 XVIII əsrin sonu — XX əsrin əvvəllərində almanların Qafqazda
məskunlaşması, Bakı, «Təhsil», 2009, 304 səh.
Monoqrafiyada XVIII əsrin sonlarından Qafqazda məskunlaşmağa başlamış
alman əhalisinin sosial-iqtisadi, siyasi, mədəni və dini həyatının aktual məsələləri
işıqlandırılır.
Müəllif geniş arxiv materialları və sair yazılı mənbələr əsasında XVIII əsrin
sonundan XX əsrin əvvəllərinə qədərki dövrdə Şimali və Cənubi Qafqazda mövcud
olmuş 250-yə yaxın alman koloniyasının fəaliyyət xüsusiyyətlərini göstərmiş,
regionun inkişafında onların roluna obyektiv qiymət vermişdir.
Üç fəsildən ibarət olan tədqiqat işi mütəxəssislər, aspirantlar, magistrlar,
tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
M 4306020600 2009
053
«Təhsil», 2009
3
GĠRĠġ
Müasir xalqlararası, dövlətlərarası münasibətlər insan nəslinin kütləvi
şəkildə məhv edildiyi İki Dünya müharibəsi ilə yanaşı, etnik, dini münaqişələrin də
dünyanın ictimai-siyasi həyatında oynadığı mənfur rola dair acı təcrübə ilə
zəngindir.
Milli-etnik zəmində yaranan münaqişələrin müasir dünya qaydası üçün necə
böyük təhlükə törətdiyini keçmiş SSRİ və digər sosialist respublikalarının yaşadığı
tale əyani şəkildə sübut edir. Müasir dövrdə dünyada mövcud olan əsas etnik
münaqişələrin əksəriyyəti Qafqaz regionunun payına düşür. Etnik xəritəsinə görə
dünyanın ən spesifik regionlarından biri olan Qafqazda onlarla xalqın, etnik
qrupların, müxtəlif konfliktfessiyaların nümayəndələri yüzillərlə yan-yana yaşamış,
əməkdaşlıq etmişlər. SSRİ kimi nəhəng bir dövlət dağıldıqdan sonra dünyanın
etnoqrafik muzeyi sayılan Qafqaz təəssüflər olsun ki, etnik və dini münaqişələr
meydanına çevrilmişdir. Bölgədə mövcud olan ekstremist qüvvələr Qafqaz xalqları
arasında düşmənçilik toxumu səpir, öz xalqları haqqında uydurulmuş müsbət
avtostereotipin formalaşması istiqamətində geniş təbliğat və təşviqat fəaliyyəti
göstərirlər ki, bu da regionda etnik və konfessional qarşıdurmanın daha da
güclənməsinə gətirib çıxara bilər. Qloballaşma dövründə bu problem Qafqaz
hüdudlarından kənara çıxaraq, təkcə bölgə dövlətləri üçün deyil, dünyanın aparıcı
dövlətləri, onların Qafqazda işbirliyi yaratmaq siyasəti üçün müəyyən narahatlıq
yaradır. Məhz buna görə də Qafqazın etnik tarixinin öyrənilməsinə kompleks
yanaşılmalı, sivilizasiyaya böyük fəlakətlər gətirən etnik, dini münaqişələrin
yaranma səbəbləri, kökləri, inkişaf dinamikası, habelə bu münaqişələrdən çıxma
yolları elmi cəhətdən ciddi təhlil edilməli, əldə olunmuş nəticələr əsasında etnik
münaqişələrin həllinə dair konkret təkliflər verilməlidir.
Bu baxımdan XVIII əsrin sonlarından başlayaraq Qafqaza köçürülmüş
alman əhalisinin yeni etnik, konfessional, siyasi, iqtisadi şəraitə uyğunlaşması,
onun Qafqazın yerli əhalisi və bu regiona miqrant kimi gəlmiş başqa etnoslarla
qarşılıqlı münasibətləri məsələləri böyük maraq doğurur.
Qafqazda yaşamış alman əhalisinin tarixinin öyrənilməsinin aktuallığını
artıran başqa bir amil bugünkü qloballaşan dünyada Qərb-Şərq qarşıdurmasının
yaranma təhlükəsidir. Avropa mədəniyyətində Şərqin Qərbə qarşı qoyulmasının iki
min ildən artıq tarixi var. Müxtəlif amillərin təsiri ilə Qərb və Şərq xalqları
arasında, dünyanın bu iki hissəsi haqqında müxtəlif obrazlar formalaşmışdır: Şərq
aləmi Qərb dünyasını mənəvi dəyərlərdən uzaq, özünəməxsusluğunu itirmiş, yalnız
maddi rifah marağı ilə yaşayan bir toplum kimi təsəvvür edirdisə, Qərb Şərqə
«Özgə mədəniyyətin, adət və ənənələrin, psixologiyanın daşıyıcısı kimi baxmışdır.
Avropa ictimai şüurunda Şərq dünyasına münasibət, bəzən «sivil», yüksək
mədəniyyətli dünyanın «barbar» dünyasına münasibəti formasını almışdı və
təəssüflər olsun ki, bu cür stereotiplər bu gün də qalmaqdadır. Qərb-Şərq
4
qarşıdurmasının yaranması onun gələcəkdə daha təhlükəli qarşıdurmaya — dünya
dinlərinin əsasında formalaşan sivilizasiyalararası qarşıdurmanın meydana
gəlməsinə zəmin yarada bilər. Bu nöqteyi-nəzərdən müasir dövrdə bəşər
sivilizasiyalarının zaman və məkanda əlaqəliliyinin bərpasına, müxtəlif
konfessiyalara aid xalqlar arasında qarşılıqlı inamın yaranmasına, qarşılıqlı
anlaşmaya, birliyə, razılığa xidmət edən, Qərb və Şərq mədəniyyətlərini birləşdirən
ümumi cəhətlərin üzə çıxarılmasına və təbliğ edilməsinə böyük ehtiyac var. Qərblə
Şərqin qovşağında yerləşən Qafqazın etnik tarixi və ilk növbədə Avropanın xristian
xalqlarının, o cümlədən almanların bu regionda məskunlaşması, təsərrüfat həyatı
qurması, yerli xalqlarla sosial-iqtisadi, mədəni inteqrasiya məsələlərinin
öyrənilməsi bu məqsədə çatmaqda əhəmiyyətli rol oynaya bilər.
Qafqaz almanlarının tarixinin öyrənilməsi region dövlətləri və ilk növbədə
Azərbaycan üçün vacib olan bir sıra məsələlərə aydınlıq gətirilməsinə köməklik
edə bilər. Belə ki, çarizmin XVIII əsrin II yarısından başlayaraq apardığı
məskunlaşdırma siyasətinin əsas obyektlərindən biri də Qafqaz regionu idi. Bu
siyasət Qafqazdan türksoylu və digər müsəlman xalqların sıxışdırılmasına, bu
bölgənin xristianlaşdırılmasına, onun daha çox Avropa mədəniyyətinə — xristian
dininə aid xalqlarla məskunlaşdırılmasına xidmət edirdi. Bu mənfur siyasətin
həyata keçirilməsində çar hökumətinin əlində alətə çevrilən alman əhalisinin
tarixinin tədqiqi Rusiyanın Qafqaz siyasətinin əsas məzmununu, istiqamətlərini
aydınlaşdırmağa imkan verər, müasir dövrdə Azərbaycan cəmiyyəti üçün aktual
olan bəzi məsələlərin və ilk növbədə Qafqazda slavyan, erməni elementlərinin
sayının artması, türk mənşəli, islam dininə aid xalqların öz tarixi torpaqlarından
sıxışdırılması faktlarının bir daha sübut olunmasında yardımçı ola bilər.
XII əsrdən başlayan almanların kütləvi miqrasiyası tarixdə baş verən ən
möhtəşəm, dünyanın siyasi xəritəsinə, onun etnik, konfessional tərkibinə önəmli
təsir etmiş ən güclü əhali miqrasiyalarından biri olmuşdur. XX əsrin ortalarına
qədər, yəni səkkiz əsrə yaxın davam etmiş bu proses geniş coğrafi areala malik
olmuş, Şimali və Cənubi Amerikanı, Afrikanı, Ön Asiyanı, Şərqi Avropadan
tutmuş Uzaq Şərqə qədər, yəni ingilis politoloqu C.Makinderin «yerin ürəyi»
adlandırdığı böyük bir Avrasiya məkanını əhatə etmişdir. Göründüyü kimi,
almanların məskunlaşması müxtəlif istiqamətlərdə getmiş, müxtəlif dövrlərdə,
müxtəlif regionlarda bu prosesin xarakteri, məqsədləri, məzmunu, sosial və siyasi
bazası eyni olmamışdır. Əhalinin bu qlobal yerdəyişməsi prosesində 10 mln. yaxın
alman əhalisi iştirak etmişdir.
Almanların məskunlaşmasının əsas və ilk istiqaməti Şərq istiqaməti
olmuşdur ki, 800 il ərzində alman əhalisi Mərkəzi Avropadan başlayaraq geniş
Avrasiya məkanına — Baltikyanı dövlətlərin, indiki Polşa, Macarıstan, Çexiya,
Slovakiya, Bolqarıstan, Türkiyə, Avstriya, Rumıniya və keçmiş SSRİ ərazilərinə
yayılmağa başlamışdır.
Dostları ilə paylaş: |