Azərbaycan respublikasinin prezidenti



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə1/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
  1   2   3   4   5   6   7   8   9   ...   36


 
 
   
   GÜNEL   HACIYEVA 
 
 
 
 
AZƏRBAYCANDA  MEMARLIĞIN     
KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI  SİSTEMİ 
 (M O N O Q R A F İ Y A) 
 
 
 
 
 
 
       
 
 
 
Bu nəşr 
Azərbaycan Respublikasının Prezidenti yanında 
Gənclər Fondunun
 maliyyə  yardımı ilə hazırlanmışdır. 
Fond 
nəşrin məzmununa görə məsuliyyət daşımır. 
 
                                          2015 
 
                                                                 


Günel  Nazim  qızı  Hacıyeva 
 
                                                 
UOT   021; 72 
 
Elmi  məsləhətçi
 
AYBƏNİZ ƏLİYEVA-KƏNGƏRLİ
      AMEA M.Füzuli adına 
Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya 
üzrə elmlər doktoru 
Elmi  redaktor :
 
XƏLİL  İSMAYILOV      
BDU-nun “Kitabxana  
resursları və 
informasiya 
axtarış sistemləri” kafedrasının müdiri, Əməkdar 
mədəniyyət işçisi, tarix elmləri doktoru, professor 
 
   
İxtisas  redaktoru : 
NADİR  İSMAYILOV    
BDU-nun 
“Biblioqrafiyaşünaslıq” 
kafedrasının müdiri, pedaqogika  üzrə  fəlsəfə  doktoru, dosent 
 
   Redaktorlar 
QUTİYERA    CƏFƏROVA
   AMEA  M.Füzuli  adına  Əlyazmalar 
İnstitutunun “Kitabxana  və  elmi  informasiya” şöbəsinin  müdiri 
NATİQ    MÜRSƏLOV     
AMEA Hüseyn Cavidin Ev Muzeyinin 
elmi katibi, AMEA M
.Füzuli  adına  Əlyazmalar  İnstitutunun  
d
oktorantı 
 
Monoqrafiyada  tarixi 
inkişaf  yolu  keçmiş,  milli 
xüsusiyyətlərini  qoruyub  saxlamış  memarlıq  sənətinin 
kitabxana-informasi
ya  təminatı  sistemi  kitabxanaşünaslıq 
aspektindən  təhlil  edilmişdir. 
Kitab 
memarlıq  təhsili  alanlar  və  kitabxana  işçiləri 
üçün nəzərdə tutulmuşdur. 
 
               HACIYEVA GÜNEL NAZIM QIZI.
  
Azərbaycanda 
memarlığın  kitabxana-informasiya  təminatı.  -  Sumqayıt:    “Azəri”  
P
oliqrafiya  Mərkəzi, 2015. - 174 s. 
 
    Qrif :                                                           
© Günel Hacıyeva, 2015 
 
        


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 

 
ÖN  SÖZ 
 
          
A
vropa  və  Asiya  mədəniyyətlərinin  qovşağında 
yerləşən  Azərbaycanda dünya  memarlığının  ən 
mükəmməl  ənənələri  ilə  milli  xüsusiyyətlərini 
birləşdirən  özünəməxsus  memarlıq  məktəbi  təşəkkül 
tapmışdır.  Öz  sələflərinin  zəngin  ənənələrini  davam 
etdirən  Azərbaycan  memarları  yeni  axtarışları,  kəşfləri 
və  nailiyyətləri  ilə  bu  gün  də  xalqımıza  fəxr  hissi 
yaşadırlar. 
Zəngin və çoxsahəli intellektual potensiala malik 
Azərbaycan Respublikasında həmin potensialın yaradıcı 
əməyə,  xüsusən  də  memarlıq  fəaliyyətinə  -  innovasiya 
ideyalarının real tətbiq sahələrinə çevrilməsi üçün zəruri 
olan elmi 
mühit  hələ  də  müasir  dövrün  tələblərinə  tam 
cavab  vermir. 
Kitabxanaşünaslıqda    informasiya    cəmiyyəti, 
onun  əsasını  təşkil  edən  biliklər  sistemi,  bu  sahədə 
innovativ  fəaliyyət,  ayrı-ayrı  elm  sahələrinin  kitabxana-
informasiya təminatı sisteminin öyrənilməsi istiqamətində 
son  dövrlərdə  Azərbaycanda  müxtəlif  tədqiqatlar 
aparılmış  və  elmi  məruzələr  hazırlanmışdır.  Müxtəlif 
elml
ərin,  o  cümlədən  memarlığın  kitabxana-informasiya  
təminatı  sisteminin  öyrənilməsi  prosesi  Azərbaycan 
kitabxanaşünaslıq elmi ictimaiyyəti üçün yeni bir cığırdır. 
Öyrənilən  bu yeni istiqamətdə Azərbaycan Milli Elmlər 


Günel  Nazim  qızı  Hacıyeva 
 

Akademiyasının  Məhəmməd  Füzuli  adına  Əlyazmalar 
İnstitutunun “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və 
kitabşünaslıq” ixtisası  üzrə  doktorantı Günel Nazim qızı 
Hacıyevanın  “Azərbaycanda  memarlıq  və  inşaat  üzrə 
kitabxana-
informasiya  resursları”  adlı  dissertasiya  işi 
mühüm aktuallıq kəsb edir.  
Gənc  tədqiqatçının  Azərbaycan  Respublikası 
Prezidenti yanında  Gənclər Fondunun maliyyə dəstəyi ilə 
“Gənc  memarların  elmi  fəaliyyətinin  sənəd-informasiya 
təminatı”  adlı    layihəyə  və  apardığı  elmi-tədqiqat  işinə 
uyğun hazırladığı “Azərbaycanda memarlığın kitabxana-
informasiya 
təminatı 
sistemi” 
mövzusundakı  
monoqrafiyasında  irəli  sürdüyü  dəyərli  elmi  mülahizələr 
və  təkliflər  kitabxanaşünas  alimlər  tərəfindən  birmənalı 
qarşılanmasa  da,  Azərbaycanda  memarlığın  kitabxana-
informasiya  təminatı  sisteminin  innovativ  inkişafında 
əhəmiyyətli rol oynayacaqdır. 
 
Monoqrafiya 
Azərbaycanda tarixi milli-memarlıq 
məktəblərinin 
öyrənilməsi, 
müasir 
memarlıq 
məktəblərinin 
fəaliyyətinin 
tədqiqi, 
memarlıq 
abidələrinin  bərpası  sahəsində  tədqiqat  aparan  peşəkar 
gənc  mütəxəssis  memarların  elmi  fəaliyyətinin 
kitabxana-
informasiya  təminatı  istiqamətində    aparılan  
ilk  elmi-
tədqiqat  əsəridir.  
            
Tədqiqat əsəri  gənc memarların  elmi-mədəni və 
təhsil  sahələrində  daha  fəal  iştirakını və onların elmi-


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə