Maye mexanikasi Maye mexanikasi elmi və onun mexanikada rolu



Yüklə 3,38 Mb.
səhifə1/44
tarix23.06.2023
ölçüsü3,38 Mb.
#118607
  1   2   3   4   5   6   7   8   9   ...   44
Maye mexanikasi


MAYE MEXANİKASİ


Maye mexanikasi elmi və onun mexanikada rolu

Maye mexanikasi mayelərin müvazinət və hərəkət qanunlarından və bu qanunların təcrübəyə tətbiqindən bəhs edir. Hidravlika iki his­sədən ibarətdir: hidrostatikahidrodinamika.


Maye mexanikasi mayelərin müvazinət qanunlarından və bu qa­nun­ların təcrübəyə tədqiqindən, hidrodinamika isə mayelərin hə­rə­kət qanunlarından və bu qanunların təcrübəyə tədqiqindən bəhs edir.
Maye mexanikasi fizika, riyaziyyat, nəzəri mexanika və başqa elmlərlə sıx əlaqədədir. Hidravlika qədim bir elmdir. Ondan ilk elmi əsər Arximed tərəfindən yazılmışdır (Arximed qanunu -"Cismin suda üzməsi", b.e.250il əvvəl).Sonralar XVəsrin axırlarında Leonardo Da Vinçinin "Suyun hərəkəti və ölçü-lməsi" tədqiqatı aparılmışdır. Arxi­med­dən sonra XVII əsrə qədər hidravlikadan hec bir elmi əsər meydana gəlməmişdir. Sonralar Torriçellinin, Paskalın, Nyu­to­nun və başqalarının elmi işləri meydana çıxmişdir. Hidrav­li­kanın bir elm şəklinə düşməsinə səbəb Lomonosovun, Eylerin, Bernullinin elmi işləri olmuşdur. Hidravlikanın inkişafında çox alimlərin boyük rolu olmuşdur. Onlardan Jukovskinin, Petrovun, Ley­benzonun, Pavlovskinin, Şuxovun, Landaunun və başqalarının elmi işlərini göstərmək olar.
Xarici alimlərdən Reynoldsu, Şezini, Veysbaxı, Darsini, Prandtli və başqa­larını göstərmək olar. Azərbaycanda maşınqayırma, metallurgiya, energetika, xüsusi texnika, nəqliyyat və neft hidravlikası sahəsində aparıcı mütəxəssislər böyük rol oynayırlar. Neft hidravlikası sahəsində akademik A.X.Mirzəcanzadənin apardığı tədqiqatlar xüsusi yer tutur.


MAYELƏRIN FIZIKI XASSƏLƏRINDƏN QISA MƏLUMAT

Mayelər bərk çisimlərlə qazlar arasında aralıq bir vəziyyət tutur. Onlar yüksək temperaturda özlərini qazlar kimi aşağı tem­pe­ra­tur­da isə bərk cisimlər aparırlar.


Maye hissəcikləri arasındakı ilişmə qüvvəsi bərk çisimlərə nisbətən az, qazlara nisbətən çoxdur. Mayelər kiçik bir qüvvə təsiri altında hissələrinə parçalanmayaraq hərəkət edirlər. Yəni, maye­lər axma qabiliyyətinə malikdirlər. Bərk cisimlərindən fərqli olaraq mayelər müəyyən bir formaya malik olmurlar, onlar yer­ləşdiyi qabın formasını alırlar. Qazlardan fərqli olaraq mayelər praktiki olaraq sıxılmırlar. Mayelər toxunan qüvvələrinə qarşı müqavimət göstərirlər. Bunun nəticəsində mayenin özlü­lüyü meydana çıxır.
Mayelər əsasən iki yerə bölünürlər:

  1. ağır damcılı mayelər (su, neft, neft məhsulları);

  2. qazvari mayelər (hava və qazlar).

Səs sürətinə qədər olan hərəkətlərdə qazlar hidravlika qa­nun­larına tabe olurlar. Mayelərin bir necə fiziki xassəsini nə­zərdən keçirək.
1) Mayelərin xüsusi çəkisi və ya həcm çəkisi:
Vahid həcmin çəkisinə həcm çəkisi deyilir.
, (1)
- xüsusi çəki; G - çəki; V - həcm.
4C temperaturda saf suyun xüsusi çəkisi
.
2) Mayelərin sıxlığı.
Vahid həcmin kütləsinə sıxlıq deyilir.
, (2)
20 0S temperaturda suyun sıxlığı = 1000 kq/m3.
Xüsusi çəki ilə sıxlıq arasında aşağıdakı kimi əlaqə vardır.
, (3)
(3)-ün hər tərəfini həcmə (V) bölsək,
və ya (4)
- mayelər üçün sabit kəmiyyətdir; g - ölçülən yerdən asılı olaraq dəyişdiyi üçün  - dəyişən kəmiyyətdir. Lakin mühən­disi hesabatlarda -nı da sabit götürmək olar. -nı təcrübə yolu ilə tapırlar. Bunun üçün piknometr və aerometrdən istifadə edilir.
3) Nisbi xüsusi çəki.
Hər hansı bir mayenin həcm çəkisinin suyun həcm çəki­sinə nisbi xüsusi çəki deyilir və aşağıdakı kimi ifadə olunur:
, (5)
su üçün civə üçün benzin üçün
Deməli, nisbi xüsusi çəki mayenin sudan nə qədər ağır və ya yüngül olduğunu göstərmən kəmiyyətdir.
4) Həcmi sıxılma əmsalı
Damcıllı mayelər az sıxılır. Təzyiq 1 atm. artırdıqda mayelərin həcminin kiçilməsi həcmi sıxılma əmsalı ilə xarkterizə edilir.
, (6)
Mənfi işarəsi onu göstərir ki, təzyiq artdıqca həcm azalır.
Təzyiqin ölcü vahidi

Su üçün


Deməli, 1 atm. təzyiq artdıqda, həcm əvvəlki həcmin biri qədər azalır.
Həcmi sıxılma əmsalının tərs qiymətinə, yəni
- mayenin elastiklik modulu adlanır.
5) Həcmi genişlənmə əmsalı.
Temperatur 10S artdıqda mayenin həcminin genişlənməsinə temperaturdan genişlənmə əmsalı deyilir və ilə işarə edilir;
, (1/dər) (7)
Su üçün (1/dər).
-nin -nin qiymətlərindən görünür ki, təzyiq və temperaturun dəyişməsinin mayenin həcminin dəyişməsinə çox az təsir edir. Odur ki, mayeləri sıxılmayan hesab etmək olar.



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə