KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ
240
TÜRK XALQLARI DÖVLƏTÇİLİK TARİXİNƏ DAİR
(Qədim dövr və erkən orta əsrlər)
ABOUT HISTORY OF STATEMENT OF TURKS PEOPLE
(ANCIENT AND EARLY MIDDLE AGES)
К ИСТОРИИ ГОСУДАРСТВЕННОСТИ
ТЮРКСКИХ НАРОДОВ
Prof. Əsməd MUXTAROVA
*
Özet
Türklerin çok zengin ve eski devlet gelenekleri vardır. Bu geniş bir konu
olduğundan araştırmacıların devamlı ilgisini çekmiştir. Buna rağmen bir çok
Avrupa ve Rus tarihçileri, Türk devlet geleneği tarihini devamlı olumsuz yanlarıyla
ortaya koymuşlardır. Bu yazıda; Azerbaycan topraklarında yaşayan eski etnik
kavimlerin devletçilik tarihi ile Orta Asya ve Kuzeydoğu Avrupa’da yaşayan
kavimlerle de ilgili bilgiler vermektedir.
Anahtar kelimeler: Türkler, Azerbaycan tarihi, Azerbaycan toprakları, Orta
Asya, Kuzeydoğu Avrupa
Abstract
Turks possess very rich and ancient public traditions. Despite of this fact, the
present problem was not object of the investigation in Azerbaijan historical
tradition until the present time in the researches of some Western European and
Russian historians the statehood history of ancient ethnoses that lived in Azerbaijan
territory are also not studied as well.
In this article, individually is followed analyses of the viewpoints about the
researched issue. The information about the ethnoses that lived in Central Asia and
*
Bakı Dövlət Universitetinin «Türk və Qafqaz Xalqları Tarixi» Kafedrasının Müdürü/
AZERBAYCAN
KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ
241
South-Eastern Europe and about their overangements are also mentioned in the
certain article.
Key words: Turks, Azerbaijan historical, Azerbaijan territory, Central Asia,
South-Eastern Europe.
Türk xalqları zəngin dövlətçilik ənənəsinə malikdir (Özdək. 1992:28). Lakin
bu problem Azərbaycan türkşünaslığında indiyədək xüsusi tədqiqat predmeti
olmamışdır. Bir sıra Qərbi Avropa və rus tarixçilərinin əsərlərində ümumiyyətlə
türk xalqlarının dövlətçilik tarixi məsələsində yanlış mövqe nəzərə çarpır. Bunun
iki əsas səbəbi vardır: birinci, indiyədək qədim dövrdə (əsas etibarı ilə e.ə. I
minillikdə və eranın ilk əsrlərində) Mərkəzi Asiyada və Cənub-Şərqi Avropada
antik mənbələrdə adları «Kimmer», «Skif», «Sak», «Sarmat», «Massaqet» və s.
kimi çəkilmiş qədim etnosların İrandilli sayılması (Azərbaycan tarixi,1998:167-
169); ikinci, Azərbaycan ərazisində e.ə. I minillikdə və eranın I minilliyinin I
yarısında mövcud olmuş Manna, Maday, Atropatena və Alban dövlət qurumlarını
yaratmış etnosların hurridilli (mannalar), Dağıstandilli (albanlar) və İrandilli
(madaylar və atropatenalılır) hesab edilməsi. İndi bu etnosların Altay dil ailəsinin
Türk qoluna mənsub olmaları baxışı vardır (Вестник древней истории, № 1) və
bəzi Azərbaycan tədqiqatçıları tərəfindən qızğın müdafiə olunmaqdadır
(Гейбуллаев.1991). Bu məqalədə həmin baxışların ayrı-ayrılıqda təhlilinin
verilməsi məqsədi güdülmür, çünki, Azərbaycan ərazisində e.ə. I minillikdə
türkmənşəli etnosların yaşaması baxışı hələ elmi diskussiya vəziyyətindədir. Ona
görə də, bu məqalədə Azərbaycan ərazisində yaşamış qədim etnosların dövlətçilik
tarixi məsələləri əhatə olunmamışdır. Təkçə bunu deməklə kifayətlənirik ki, bu
baxışın tarixi həqiqəti əks etdirməsi sübut olunsa, onda Ön Asiyanın və Cənubi
Qafqazın qədim tarixinin bir sıra problemlərinin yeni aspektdə araşdırılması
vəzifəsi qarşıda durur. Lakin qeyd edilməlidir ki, e.ə. I minillikdə Orta Asiya və
Qazaxıstan ərazilərində və Cənub-Şərqi Avropada yaşamış kimmerlərin, sakların,
massaqetlərin və sarmatların İrandilli sayılması baxışı arxeoloji qazıntılar
nəticəsində aşkarlanmış maddi-mədəniyyət nümunələrinin elmi təhlili ilə təkzib
olunur. Belə ki, məsələn, Cənub-Şərqi Avropada kimmerlərə, skiflərə, sarmatlara
aid edilən maddi-mədəniyyət və incəsənət nümunələrinin (məsələn, ox ucluqları,
qılınc, xəncər, «skif heyvan stili» və s.). Tunc dövrünə və sonrakı əsrlərə aid olan
Uralətraflı, Altay və Mərkəzi Asiya arxeoloji mədəniyyətləri ilə mənşə birliyi sübut
olunmuşdur (Тереножкин. 1976: 182, 208; Смирнов. 1968:41, 44, 45; Смирнов.
1981: 9, 12, 116)
Mərkəzi Asiya xalqlarının tarixlərinə dair ümumiləşdirilmiş əsərlərdə sakların
həmin ərazilərdə Tunc dövründən yaşadıqları və onların türk mənşəli olmaları
göstərilmişdir (История Казахской ССР. 1957:40). Antropoloq V.V. Qinzburqa
görə e.ə. I minillikdə Qazaxıstan ərazisində yaşamış sakların Dağlıq Altayla
genetik birliyi vardır (Гинзбург. 1956: 245).
KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ
242
Ona görə də biz antik mənbələrdə adları «Kimmer», «Skif», «Sak», «Sarmat»,
«Massaqet» və s. kimi göstərilmiş qədim etnosların türkmənşəli olması baxışının
tərəfində dururuq və deməli, türk xalqlarının dövlətçilik tarixinin e.ə. I minilliyin
əvvələrindən başlandığı fikrini ortaya qoyuruq. Problemin bu aspektdə qoyuluşu ilə
əlaqədar olaraq qədim dövrdə və erkən orta əsrlərdə türkmənşəli xalqların dövlət
qurumlarının iki tipinin mövcud olması ayırd olunur:
1. Skif köçəri maldarlıq təsərrüfatı həyat tərzi əsasında yaranmış dövlət
qurumları (kimmerlərin, skiflərin, sarmatların, massaqetlərin, hunların, avarların,
Altay türklərinin, oğuzların və b. dövlətləri). Bu etnosların ictimai qurumları əsas
etibarı ilə hərbi demokratiya (kimmerlər, skiflər, saklar, massaqetlər, hunlar və
avarlar) və erkən feodalizm (Türk xaqanlığı, Cucan və Tele xaqanlığı, Oğuz
dövləti və b.) idi (Smirnov:14; Антонов. 1984:20; Гумилев 1967; Бернштам
.1951: 3-6.).
2. Oturaq (əkinçilik) həyat tərzi ilə köçəri maldarlığın birgə mövcud olması
əsasında yaranmış türk dövlət qurumları (Kuşan, Ağhun (yaxud Eftallar),
Qaraxanlar, Xarəzmşahlıq, Xəzər və Bolqar dövlətləri və b). İctimai quruluşça bu
dövlətlər quldar və erkən feodalizm qurumları kimi səciyyələndirilir. Oturaq əhalisi
olan müəyyən bir ərazidə köçəri maldar tayfa ittifaqının yaratdığı dövlət qurumu
forması Mərkəzi Asiyada erkən orta əsrlər dövrü üçün səciyyəvidir. V.V. Bartold
bu dövlət qurumlarından danışarkən yazır ki, belə dövlətlərdə köçəri maldarlıq
qaydaları yerli mədəni qaydalarla qarışır və nəticədə köçəri hakimiyyət ilə yerli
oturaq əhali arasında özünəməxsus münasibətlər təşəkkül tapır (Бартольд . 1964:
28). Lakin hər iki halda dövlət qurumlarının funksiyası eynidir: dövlət idarəçiliyi
müəyyən ərazi daxilində cəmiyyətin idarə sisteminin tənzimlənməsidir və buna
uyğun olaraq dövlət qurumunun xarici və daxili vəzifələri ön plana çıxır: birinci
daxildə tayfaların vahid hakimiyyətdə birləşdirilməsi və ikinci, dövlətin ərazisinin
xarici basqından qorunması ilə yanaşı həmin ərazinin qonşu ölkələr hesabına
genişləndirilməsi.
Tədqiqatçılara görə Tunc dövrünün başlanması ilə köçəri maldarlıq təsərrüfat
sahəsi təşəkkül tapır. Təsərrüfatın ən intensiv istehsal sahəsi hesab olunan
maldarlığın sürətlə inkişafı atçılığın inkişafı ilə müşayiət olunurdu. Metaldan döyüş
alətlərinin yaranması ilə bir vaxta düşən atçılıq çoxlu mal-qara sürülərinin geniş
otlaqlarla təmin olunması zərurəti ilə əlaqədar olaraq qonşu və uzaq etnosların
ərazilərinin zəbt olunması üçün şərait yaradır ki, bu da öz növbəsində tayfa
ittifaqlarının yaranmasını və onların miqrasiyasını şərtləndirmişdir (Смирнов.
1981:9-10). Müəyyən edilmişdir ki, maldar ellərdə icma quruluşundan sinfi
quruluşa keçid yalnız hərbi demokratiya ola bilər. Bu quruluşun səciyyəvi cəhəti
tayfanın üzvlərinin yığıncağı formasında hakimiyyətin tayfa ittifaqına daxil olan
tayfalara məxsus olmasıdır. Etnosun siyasi quruluşunu təmsil edən başçılar da
yalnız yığıncaqlarda seçilirdilər. Deməli, hərbi demokratiya ibtidai icma
quruluşunun davamıdır, lakin icma quruluşundan fərqli olaraq hərbi demokratiya
quruluşu dövründə müharibə maldar etnosun həyatını və yaşayışını tənzim edən
funksiyaya, başqa sözlə, mal-qara üçün yeni ərazilərə malik olma peşəyə çevrilir.
KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ
243
Hərbi demokratiya etnosun həyatında iki mühüm zərurətlə bağlı olur: yeni
otlaqların ələ keçirilməsi və qarət. Qul əməyi oturaq və əkinci xalqların dövlət
qurumları üçün səciyyəvi olmuşdur.
Yuxarıda adlarını sadaladığımız qədim türk mənşəli etnosların sırf köçəri
maldarlıqla məşğul olmuş hissəsinin hərbi demokratiya quruluşlu dövlət
qurumlarına qısaca nəzər salaq.
Qara dənizin şimal çöllərində və Krımda yaşamış kimmerlərin haqqında
Herodot (e.ə. V əsr) yazır ki, onların başçıları basilevs («çar») adlanır (Herodot,
IV: 11.). Onun məlumatlarından («başçılar» ifadəsini işlətməsində) belə çıxır ki, bu
etnos tayfa ittifaqından ibarət idi və hər tayfanın da öz başçısı vardı. Təəssüf ki,
antik mənbələrdə türkdilli xalqlarda dövlət qurumunun necə adlandırıldığı
göstərilməmişdir. Rəfiq Özdəkə görə ümumiyyətlə qədim türklərdə dövlət qurumu
«El» («İl») adlanmışdır (Rəfiq Özdək.1992; 29). Kimmerlərin siyasi quruluşu
haqqında Herodot yazır ki, bütün məsələlər yığıncaqlarda həll olunurdu. Məsələn,
sakların Orta Asiyadan kimmerlərin ölkəsinə basqını ilə əlaqədar olaraq vəziyyət
yığıncaqlarda müzakirə edildikdə tayfa üzvləri başqa ölkəyə çıxıb getməyi təklif
etdiyi halda, başçılar buna etiraz edərək ölənə qədər qalmağı təklif etmişdilər.
Lakin xalqın qərarını poza bilmədiklərinə görə başçılar bir-birini öldürməyi qərara
almışdılar. Bundan sonra yığıncaqlarda yeni başçılar seçilmiş və onların başçılığı
ilə kimmerlər Cənubi Qafqaza, buradan Ön Asiyaya köçmüşdülər. ( Дьяконов.
1956; 123)
Qədim şərq mənbələrində Ön Asiyada kimmerlərə başçılıq etmiş üç başçının
adı çəkilmişdir: Teuşpa, Tuqdame və Sandakuru ( Дьяконов. 1956; 123).
E.ə. VII əsrdən başlayaraq Qara dənizin şimal çöllərində yaşayanlar antik
mənbələrdə skit (skif) adlandırılır (17). Antik mənbələrdə onların bir sıra çarlarının
adları qeyd olunmuşdur: Aspak (e.ə. VII əsr), Sparqapit (e.ə. VII əsr), Taksak (e.ə.
513-cü il), Atey (e.ə. IV əsr) və b. Bundan başqa Herodot bir sıra skif
hökmdarlarının adlarını çəkir: Savli, İdantirs, Aryapit, İskil, Tur, Pollak,
Oktamasad, Skopas, Tarqitay, Kolaksay, Arpaksay və b ( Herodot, IV: 5, 76, 78,
80, 120; Qeybullayev: 140-147.)
Herodot və ondan sonrakı antik müəlliflər skiflərdə başçıların xalq
yıxıncaqlarında seçildiklərini yazırlar ki, bu da məhz yuxarıda deyildiyi kimi hərbi
demokratiyanın səciyyəvi cəhətidir (Smirnov.1981: 9-10.).
E.ə. VII-IV əsrlərdə skiflərdən şərqdə - Azov dənizi sahillərində yaşayan
tayfalar antik mənbələrdə savromat (Herodot, IV: 21; Smirnov.1981: 9-10.) və e.ə.
IV əsrdən sonra sarmat adlandırılır (Smirnov.1981: 9-10.). Plini (I əsr)
sarmatlardan danışarkən onların çoxlu tayfalardan ibarət olduğunu qeyd etmişdir
(Plini IV, 15, 19.). Avropa və Rus tədqiqatçıları sarmatları irandilli sayırlar. Lakin
K.F. Smirnov arxeoloji qazıntıların nəticələri əsasında sarmatların Cənubi Uraldan
gəldiklərini və Cənub-Şərqi Avropada sarmatlara aid olan maddi-mədəniyyət
nümunələrinin Sibirdə və Qazaxıstanda Andronovo arxeoloji mədəniyyəti ilə
mənşə birliyinə malik olduğunu müəyyən etmişdir (Smirnov.1981: 10, 12, 18,
KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ
244
116). E.ə. IV əsrdə skiflərin çarı, 90 yaşlı Atey Makedoniya çarı II Filippə məğlub
olduqdan sonra Qara dənizin şimal çöllərində skiflərin ağalığı sarmatlara keçir.
Mənbələrdə sarmatlarda qadın başçılar barədə də məlumatlar vardır. Həqiqətdə
də K.F. Smirnov sarmatlara aid olan bir kurqanda dəfn edilmiş qadının yanında 73
sm. uzunluğunda qılınc aşkar etmişdir. Sarmatların dövlət qurumu barədə
mənbələrdə məlumatlar yoxdur, lakin onlarda təsərrüfatın əsasını köçəri maldarlıq
təşkil etməsi və ona görə də hərbi demokratiya şəraitində yaşadıqları şübhəsizdir.
E.ə. I minillikdə Orta Asiya və Qazaxıstan çöllərində Sak və Massaqet tayfa
ittifaqları məlumdur. Saklar maldarlıqla məşğul olurdular. Lakin onların
hökmdarları var idi. Antik müəllif Ktesiy Orta Asiya saklarının Maday (Midiya) ilə
müharibə etdiklərini yazmışdır ki, bu da saklarda dövlət qurumunun olduğunu
göstərir. E.ə. VI əsrdə İran Əhəmənilər dövlətinin başçısı Kirin saklara qarşı
müharibəsi ilə əlaqədar olaraq mənbələrdə Sak ordusunun başında Sakestar, Amorq
və Omir adlı üç sərkərdənin durması göstərilir (История, 1955; 41). Deməli,
saklar üç tayfa ittifaqından ibarət edirlər. Orta Asiya və Qazaxıstan xalqlarının
tarixlərinə dair ümumiləşdirilmiş əsərlərdə Sakların və Massaqetlərin hərbi
demokratiya şəraitində yaşadıqları göstərilmişdir (История, 1955:.58;
История,1957: 35; Акишев, 1963:4)
E.ə. V əsrdən sonra Qazaxıstan ərazisində Sak tayfa ittifaqında siyasi
hegemonluq Usun adlı tayfalara keçmişdir. Massagetlər Xəzər dənizindən şərqdə
yaşayırdılar. Onların ictimai və iqtisadi quruşları barədə məlumat yoxdur. Lakin
antik mənbələrdən aydın olur ki, e.ə. I minilliyin ortalarında Massaqet tayfa qadın
ittifaqına başçılıq edirdi ki, bu məhz hərbi demokratiyanın səciyyəvi xüsusiyyətidir
(Кузьмина.1977: 88).
Qədim dövrdə hərbi demokratiya tipli dövlət qurumu hunlara aiddir. E.ə. III
əsrdə Mərkəzi Asiyada hunların ilk dövlət qurumu tədqiqatçılar tərəfindən hərbi
demokratiya səciyyəli dövlət sayılır. Dövlətin ərazisində tayfaların hər birinin öz
ərazisi varidi və dövlət məsələləri də yığıncaqlarda həll olunurdu ( Акишев,
1963:10). Hökmdar Metenin dövləti 24 tayfadan ibarət olduğuna görə ərazi 24
əyalətə bölünmüş və hər əyalətin başına sərkərdələr təyin edilmişdir. Belə idarə
sistemi hərbi demokratiyanın məhsulu idi. Bu xüsusiyyət eranın ilk əsrlərində
Cənubi-Şərqi Avropada yaranmış Hun dövlətinə də aiddir. Burada hunların antik
mənbələrdə adları Akadsir, Altziyagir, Alpildzur, Ankizqir, Bittiqur, Kutriqur,
Onaqur, Saraqur, Tunqur, Utiqur və başqa kimi yazılmış tayfalardan ibarət olması
məlumdur (Джафаров.1993;4). Mənbələrdə hunların maldarlıqla məşğul olmaları
barədə məlumatlar çoxdur və ona görə də doğru olaraq onların hərbi demokratiya
şəraitində yaşamaları göstərilir.
Hərbi demokratiya qurumunun idarə olunması aşağıdan yuxarıyadək
yığıncaqların qərarlarına əsaslanırdı.
Şərqi Avropada Hun xaqanlığı və Avar xaqanlığı ilə türk xalqlarının tarixində
hərbi demokratiya quruluşu sona yetir və bundan sonra köçəri maldarlıqda erkən
feodal türk dövlətləri yaranır. Qeyd edilməlidir ki, türk xalqlarının erkən feodalizm
dövründə ictimai-siyasi strukturları lazımi dərəcədə öyrənilməmişdir.
KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ
245
Ümumiyyətlə, hərbi demokratiya və erkən feodalizm quruluşlarının iqtisadi və
siyasi məqamları (siniflərin yaranması, torpaq və malqara üzərində mülkiyyət
formaları və s.) aydın deyil. İbtidai icmanın inkişafının hansı mərhələsində və hansı
formasında erkən feodalizm quruluşu yaranır - sualına hələ cavab tapılmamışdır.
Feodalizmin genezisi və mahiyyəti haqqında diskussiyalar yaxınlara qədər davam
edirdi (Данилова. 1968;27-66). Digər tərəfdən, qədim türk xalqlarında
sinifyaranma etnosların tez-tez dəyişkənliyi ilə müşaiyət olunurdu
(Новосельцев;1972). Xüsusilə Orta Asiyada əkinçi (oturaq) sosial strukturları ilə
köçəri maldarların sosial strukturlar arasında bütün erkən orta əsrlər boyu sintez
prosesi ilə yeniləşirdi və ona görə də feodal aslılığının çoxlu formaları varidi.
Eranın ilk əsrlərində Altaydan başlamış Dunaya qədər nəhəng ərazini əhatə edən
böyük Bozqırda (çöldə) yaşamış köçəri türk tayfalarının qurumları idi. Bu
qurumları VI əsrdə Altayda yaranmış Türk xaqanlığı əvəz edir. Türk xalqlarının
tarixində bu dövlət ilk erkən feodal dövləti hesab olunur. Bu dövlətdə başçı
«kaqan» idi, lakin o, monarx deyildi. Ölkə əyalətlərə bölünmüşdü, onların başçıları
(şad) kaqanın nəslindən təyin olunurdu. Deməli, nə xan, nə də yerli hakimlər artıq
xalq yığıncaqlarında seçilmirdilər. Hakimiyyət nəsli idi. Paytaxt yox idi, kaqan
hərbi düşərgədə, alaçıqda yaşayırdı, lakin qızıl taxta otururdu (Sümer. 1992).
Sıravi əhali «kara budun» (budun «xalqı mənasında idi») adlanırdı. «Kara» dedikdə
tayfaların üzvləri nəzərdə tutulurdu, tayfalar isə tayfa ittifaqlarında birləşmiş
xalqda idilər. Tayfa ittifaqlarının adamı isə «Oğuz» adlanırdı. Məsələn, uyğurlar
«toğuz-oğuz», «karluklar iç oğuz» adlanırdılar. Bu, könüllü tayfa birləşmələri idi.
Lakin kaqanın fərmanı ilə yaradılmış tayfa birləşmələri «budun» adlanırdı.
Məsələn, türk rum yazılarında Dulu və Nuşibi tayfa birləşmələri müvafiq surətdə
«Budun» və «on ok budun» kimi qeyd olunmuşdur ( Sümer. 1992).
Türk xaqanlığından sonra Mərkəzi Asiya ilk erkən feodal dövləti Qırğız
xaqanlığı idi. Arxeoloji qazıntılar nəticəsində bu dövlətin mərkəzi ərazisi olmuş
Minusin çökəkliyində çoxlu miqdarda varlı adamlara məxsus qəbirlər və onlarda
əşyalar göstərir ki, qırğızlarda sinfi təbəqələşmə baş vermişdir. Ölkə 6 feodal
malikənasindən ibarət olan əyalətə bölünmüşdü. Əyalət «baq», «baq»ın əhalisi isə
«kara» («qara camaat» mənasında) adlanırdı (История ;124-125)
Oturaq həyat tərzinə malik erkən feodal tipinə Volqaboyu Bulqar dövləti misal
göstərilə bilər. Bu dövlət əvvəlcə Cənubi-Şərqi Avropada köçəri həyat keçirmiş
bolqarların bir hissəsinin IX əsrdə Volqaboyuna köçəri oturaq həyata keçməsi
nəticəsində yaranmışdı. Qeyd edilməlidir ki, köçəriləri oturaq həyata keçirən dövlət
yaratmaları ilk dəfə bu bolqarlara aiddir. Bu dövlətin Bolqar, Suvar, Oşel,
Kermençuk və b. şəhərləri vardı. X əsrdə Bolqarlarda feodal münasibətləri
formalaşmaşdı (Очерки, 1958; 683)
Köçəri maldarlıq həyat tərzi ilə məşğul olan türk tayfalarının erkən feodalizm
quruluşu şəraitində yaşamış böyük qurumlardan biri Oğuz dövlətidir. Mənşə etibarı
ilə hunlara aid edilən və VI-VII əsrlərdə Türk xaqanlığında yaşamış oğuzlar VIII-
IX əsrlərdə Sır-Dərya çayının sahillərində məskun idilər. Onların 15-20 min
nəfərlik suvari ordusu olan bir hissəsi 1035-ci ildə Xorasana köçmüş, Qəznəvi
KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ
246
dövləti ilə qanlı döyüşlərdən sonra işğalçılıq müharibələrinə keçərək qısa tarixi
müddət ərzində Bizansa qədər böyük ərazini işğal etmişdilər. Oğuzlar da hunlarda
olduğu kimi 24 tayfadan (boydan) ibarət idilər. Boyun başında duran hakim «beg»
adlanırdı. Hər bəyin 40 nəfərlik süvari hərbi silahdaşı vardı. Bu silahdaşlar «yol-
daş» adlanırdı ( Sümer. 1992;117).
Oğuzlarda sinfi təbəqələşmə vardı və onlar yüksək, orta və aşağı təbəqələrə
bölünürdülər. Azad tayfa üzvlərini birləşdirən icma «el» adlanırdı ( Sümer.
1992;117). Doğrudur, hələ Sırdərya hövzələrində olarkən oğuzların az qismi oturaq
həyata keçmişdi, lakin köçər oğuzlar onlara istehza ilə «yantuq» (tənbəl) deyirdilər,
çünki onlar köçərilik etmirdilər ( Sümer. 1992;117).
Köçəri həyat tərzində feodal münasibətlərinin xüsusiyyətləri vardır. Feodala
müəyyən ərazi adamlarla birlikdə təhkim olunmur, ərazidəki adamlar təhkim edilir,
çünki ərazi hər bir tayfaya məxsus olub mal-qaranın otarılması üçün xüsusi
mülkiyyətdir, deməli, feodalın torpaqdan icma formasında istifadəsinə əsaslanırdı
(Гумилев Л.Н.1967;45).
Türk xalqlarının dövlətçilik tarixində maldarlıqla yanaşı oturaqəkinçilik həyat
tərzi keçirmiş xalqlara məxsus dövlət qurumları da olmuşdur. Kuşan, Kanq, Xəzər,
Ağhun (Eftal), Uyğur, Qaraxanlar, Xarəzm, Qəznəvilər və b. dövlətlər məhz
əvvəlcə qismən quldar (Kuşan, Kanq, Ağhun və b.) və erkən feodal dövlətlər idilər.
Yuxarıda deyilənlərdən göründüyü kimi, qədim dövrdə türk xalqlarının iki tip
dövlət qurumu olmuşdur: 1. Sırf köçəri maldar tayfaların hərbi demokratiya
qurumları (kimmer, skif, sak, massaqet, hun siyasi qurumları). 2. Maldar ellərin
oturaq əhalisi olan ölkələrdə hərbi demokratik qurumları (Xarəzm (e.ə. III - b.e. I
əsr), Kanq(e.ə. III - b.e. I əsr) və Kuşan dövlətləri.
Erkən orta əsrlərdə də türk dövlət qurumlarının iki tipi vardır: 1. Sırf köçəri
maldar tayfaların erkən feodal dövlətləri (Qərbi hun dövləti və Avar xaqanlıqları və
b.). 2. Maldarların oturaq əhalisi olan ölkələrdə erkən feodal dövlətləri (Türk
xaqanlığı, Cucan və Tele xaqanlıqları, Eftallar, Xəzər, Qaraxanlar, Xarəzmşahlıq,
Bulqar və b.)
ƏDƏBİYYAT
1 Rəfiq Özdək. 1992. Türkün qızıl kitabı. Bakı.
2. Azərbaycan tarixi, 1998, I c. Bakı, 331 s.
3. Юсифов Ю.Б. 1987. Ранние контакты Месопотамии с северо-
восточными (Приурмийская зона). Вестник древней истории, № 1; Топонимы
и этнтческая история древнего Азербайджана. «Материалы конференции о
проблемах Азербайджанской ономастики». Баку, 1986; К значению древних
топонимов в изучении этнической истории Азербайджана. «Известия АН
Азерб.ССР». Серия литературы, языка и искусства. 1987, №2.
4. Гейбуллаев Г.А. 1991. К этногенезу азербайджанцев. Баку;
KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ
247
5. Тереножкин А.И. Киммерийцы. Киев. 1976, с. 182, 208; Смирнов
А.П.1968 Скифы. М.; Смирнов К.Ф.1981 Сарматы и утверждение их
политического господства в Скифии. М.
6. История Казахской ССР. 1957, Т.1. Алма-Ата.
7. Гинзбург В.В. 1956. Древнее население восточных и центральных
районов Казахской ССР по антропологическим данным. Труды Института
Этнографии АН СССР. Новая серия, т. 33, М.
8. Антонов Н.К. 1984.Лесика по тюркологии. Якутск. Гумилев Л.Н. 1967.
Древние тюрки. М.; Бернштам А.Н. 1951. Очерки истории гуннов. Л.
9. Бартольд В.В.1964. Соч. том II, часть. 2, М.,.
10. Дьяконов И.М. 1956, История Мидии. М-Л.
11. Степи Европейской части СССР в Скифо-сарматское время. М. 1989.
12. Herodot, IV; Qeybullayev Q.Ə.1994. Azərbaycan türklərinin təşəkkülü
tarixindən. Bakı.
13. Plini IV.
14. История Узбекской ССР.1955. Т.1. кн. 1, Ташкент,.
15. История Туркменской СССР. Т.1; История Казахской ССР. Т.1. Алма-
Ата, 1957; Акишев К.А., Кушаев Г.А. 1963 . Древняя культура саков и усуней
долины реки Или. Алма-Ата,.
16. Кузьмина Е.Е. 1977. В стране Кавата и Афрасиаба. Москва.
17. Джафаров Ю. 1993, Гунны и Азербайджан. Баку.
18.
Данилова
Л.В. 1968, Дискуссионные
проблемы
теории
докапиталистических обществ. «Проблемы истории докапиталистических
обществ». Москва.
19. Новосельцев А.П., Пошуто В.Т., Черепнин Л.В.1972. Пути развития
феодализма. М.
20. Faruq Sümer. 1992. Oğuzlar. Bakı.
21. История Киргизской СССР, с. 124-125.
22. Очерки истории СССР.1958. III-IХ вв. Москва.
Dostları ilə paylaş: |