Kamran qəDİRLİ ulduzlar dəNİZİ



Yüklə 320,02 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix30.12.2017
ölçüsü320,02 Kb.
#18684
  1   2   3   4   5   6   7   8   9   10   11


KAMRAN QƏDİRLİ 

 

 



 

 

  



 

 

 



ULDUZLAR DƏNİZİ

 

 

 



 

 

 



 

 

 



 

BAKI -2007 

 

2

Az2 



 

Redaktor: 

Texnika elmləri doktoru, professor Ə.Ə.Əliyev 

 

Rəyçilər: 

Geologiya-mineralogiya elmləri 

doktoru, professor R.R.Rəhmanov 

Texnika elmləri namizədi V.Ş.Feyziyev 

 

 

 



 Kamran Qədirli. Ulduzlar dənizi. 

 Kitabda kainata aid çox maraqlı məlumatlar verilir. 

Ulduzların, qalaktikaların müxtəlifliyi, rəngarəngliyi, ni-

zamlı  hərəkəti haqqında söhbət açılır. Son dövrlərdə kai-

nata aid bir çox elmi faktların 1400 il əvvəl müqəddəs 

“Qurani-Kərim”də böyük dəqiqliklə verildiyi göstərilir. 

Kainatın öyrənilməsində türk alimlərinin elmə verdiyi töh-

fələr barədə məlumat verilir. 

Kitab məktəblilər və geniş oxucu kütlələri üçün nə-

zərdə tutulur. 

 

 



1500005104

sifarişli-07 

AB 022051 

            Az2 

© QANUN, 2007 

© Ş.C.Həsənova

 

 



 

3

 



 

 

  



KAMRAN QƏDİRLİ 

 

 



 

 

 



4

 

Qədirli Kamran Vaqif oğlu 1991-ci ildə Bakı 



şəhərində anadan olmuşdur. O, hazırda Bakı şəhəri, 

Nəsimi rayonu 211 saylı orta məktəbin 10-cu 

sinfində oxuyur. Dəqiq elmlərə, o cümlədən astro-

nomiyaya, kainat haqqında elmi məlumatlara bö-

yük həvəs göstərir.

 

K.V.Qədirli 2007-ci ildə Bakı şəhəri 20 saylı 



musiqi məktəbini skripka ixtisası üzrə bitirmişdir. 

O, 10-dan artıq mahnı bəstələmiş, müxtəlif tədbir-

lərdə öz mahnıları ilə çıxış etmişdir. 

O, özündən lətifələr düzəltməyi də xoşlayır. 

1998-ci ildə, hələ 1-ci sinifdə oxuyarkən ANS tele-

kanalında “Uşaqlar var, şərait yoxdur” verilişində 

bir neçə lətifəsi ilə çıxış etmişdir. 

Onun maraq dairəsi çox genişdir. Texniki 

qurğular, uçan aparatlar, kainat haqqında məlumat-

lar, Quran möcüzələri, fantastik əsərlər, musiqi, id-

man, kompyuter və s. onu çox cəlb edir. Cizgi 

filmlərinə böyük həvəslə baxır. Optimistdir. Gələ-

cəkdə özünə layiqli yer tapacağına inanır. 



 

5

ÖN SÖZ 

 

 

Mənə “Ulduzlar dənizi” kitabına redaktor ol-



mağı təklif edəndə doğrusu tərəddüd etdim. Çünki 

kitab onuncu sinif şagirdi tərəfindən yazılmışdı. 

Ona görə də “yox” demək istədim. Lakin fikirləş-

dim ki, kitabı vərəqləyim, görüm onuncu sinif şa-

girdi nə haqda yazıb, necə yazıb. Kitabı oxumağa 

başlayanda isə o, məni öz ağuşuna necə alıb ma-

raqlandırdısa, vaxtın necə keçməsini hiss etmədən 

onu birnəfəsə oxudum. Çox təəccüb etdim və çox 

da iftixar hissi keçirdim ki, Azərbaycanda belə 

istedadlı uşaqlar var.  

Kitabın müəllifi, 1991-ci il təvəllüdlü Kam-

ran çox maraqlı  və lazımlı bir əsər yazmışdır. Bu 

əsərdə kainat haqqında dəyərli məlumatlar, faktlar 

toplanmışdır. Gənc müəllif ulduzlar, qalaktikalar, 

planetlər, Günəş və kainat haqqında maraqlı söhbət 

açır, topladığı məlumatları analiz edir, bir çox elmi 

suallara cavab axtarır və müxtəlif fikirləri izah et-

mək üçün öz müşahidə-lərindən bacarıqla istifadə 

edir. Müəllif kainata aid müasir elmi məlumatların, 

demək olar ki, hamısının islam dünyasının müqəd-

dəs kitabı olan “Qurani Kərim”də hələ 1400 il bun-

dan əvvəl ya-zılmasını, astronomiyaya, riyaziyyata 

 

6

aid bir çox elmi araşdırmaların ilk dəfə məhz türk 



alimləri tərəfindən aparılmasını və tədqiq edilməsi-

ni göstərmişdir. 

Kitab çox sadə və oxunaqlı dildə yazılmışdır. 

Hesab edirəm ki, bu kitab həm məktəblilər, həm də 

kainat haqqında ümumi məlumat almaq istəyənlər 

üçün maraqlı olar.  

Sonda Kamrana həyatda uğurlar, gələcəkdə 

isə bu sahədə böyük, tanınmış alim olmağı arzula-

yıram.  

 

 



Texnika elmləri doktoru,  

professor 

Ə.Ə.Əliyev 

 



 

7

KİTABIN YAZILMA SƏBƏBİ 



 

Lap kiçik yaşlarımdan qaranlıq gecədə səma-

dakı parlaq ulduzlar həmişə diqqətimi cəlb edib. 

Atamla səmaya baxarkən o, mənə göydəki bürcləri 

göstərir, onların necə yerləşməsini izah edirdi. Bir 

gün o, mənə “W-dabulyu” şəklində olan bürcü gös-

tərib, “Kassiopeya”dır - deyə bildirdi. Mən isə ki-

tabdan oxuduğum Böyük Ayı və Kiçik Ayı bürcü-

nün harda yerləşdiyini soruşdum. Atam mənə başı-

mızın üstündəki həmin bürcləri və əlavə olaraq on-

ların arasından keçən Əjdaha bürcünü də göstərdi. 

Adətən yay aylarında ailəmizlə birlikdə kən-

də gedirəm. Hava qaralan kimi atamla bağın içinə 

çəkilib, göydə parlayan ulduzları həvəslə seyr edi-

rik. Orada ətraf çox qaranlıq olduğundan göydəki 

ulduzların sayı  və parıltısı sanki dəfələrlə artmış 

olur. Kənddə ulduzlu səma daha cazibədar, daha 

gözəl və sehirli görünür. 

 Bir  neçə il bundan əvvəl biz şəhərə qayıt-

dıqda atam mənə ulduzlar xəritəsini göstərdi. Ora-

da biz tanıdığımız bürclərin yerlərini axtarıb tap-

dıq. Həmin günün axşamı isə  xəritədə gördüyü-

müz bürcləri səmada axtarmağa başladıq. Bu za-

man atam mənə kainata bu qədər həvəs göstərdi-

yim üçün kitab yazmaq təklifini verdi.  

 

8



O gündən dərslərimlə yanaşı ulduzlara, qa-

laktikalara, kainata aid materiallar toplamağa baş-

ladım. Əvvəlcə məktəbimizin kitabxanasından kai-

natla bağlı kitablar, jurnallar əldə edib onları oxu-

mağa başladım. Bir gün isə atamla oturub bu kitab-

da nələrdən yazacağımın sxemini qurdum. Sonra 

atam mənə Ay, Günəş, ulduzlar, bir sözlə kainatla 

bağlı çox maraqlı elmi kitablar verdi. Mən isə öz 

növbəmdə bu kitabları oxuyub, lazımi mə-lumatla-

rı əldə edirdim. Daha sonra internet səhifələrindən 

astronomiyaya, kainata, nücum elmi ilə  məşğul 

olmuş alimlərə aid çox dəyərli məlumatlar və gözəl 

şəkillər topladım. Zaman ötdükcə  nəzərdə tutdu-

ğum kitabın səhifələri yavaş-yavaş yaranmağa baş-

ladı. 

 

 



 

 

 



 

 



Yüklə 320,02 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə