Kamran qəDİRLİ ulduzlar dəNİZİ



Yüklə 320,02 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix30.12.2017
ölçüsü320,02 Kb.
#18684
1   2   3   4   5   6   7   8   9   10   11

 

17

Qoşa ulduzlardan biri də “Qu-61” adlandırı-



lan ulduzdur. Astronomlar bu ulduzların fəzada hə-

rəkətində  qərıbəliklər müşahidə etmişlər. Bu da, 

həmin ulduzlar sistemində 3-cü ulduzun olmasını 

göstərdi. Lakin bu ulduz həddindən artıq kiçik ol-

duğundan onu teleskopla belə görmək mümkün de-

yil. Gözə görünməyən obyekt – ulduz bu qoşa ul-

duzların birinin ətrafına 450 milyon km məsafədə 5 

ilə tam dövrə vurur. 

Ulduzlar parlaqlığına görə  də müxtəlif olur. 

Məsələn, Arabaçı bürcündəki “Epsilon A” ulduzu 

40 min Günəşin verdiyi qədər işıq verir. “Dzeta” 

ulduzu isə 100 min Günəşə  bərabər işıq saçır. 

Habbl teleskopu ilə tapılmış Pistol ulduzu Günəş-

dən 10 mln dəfə böyük olub, ondan 25000 işıq ili 

məsafəsində yerləşmişdir. Günəşin 1 ildə itirdiyi 

kütləni Pistol 6 saniyədə itirir. Pistol ulduzu Gü-

nəşdən 5 mlrd dəfə çox işıq verir. Bu ulduz cavan 

ulduzdur, onun yaşı təxminən 1-3 mlrd ildir.  

Günəşdən 2700 dəfə böyük olan “Epsilon B” 

ulduzu isə Günəşdən 1000 dəfələrlə az işıq verir. 

Sentavr bürcündəki “Alfa” ulduzu da zəif ulduzlar-

dan biridir. “Laland 212558 B” adlandırılan ulduz 

Günəşdən 32 min dəfədən də az işıq saçır. Bu 

ulduzları Günəşin Yerinə qoymuş olsaydıq Yer kü-

 

18

rəsində gündüz də gecə kimi qaranlıq olardı, Yerdə 



həyat sönərdi.  

 Sıxlığına görə  də ulduzlar bir-birindən çox 

fərqlənir. Məsələn, “Epsilon B” ulduzunun sıxlığı 

havanın sıxlığından 100 min dəfələrlə azdır. Bu ul-

duzun 1 kq maddəsini 600 min m

3

-lik həcmdə əldə 



etmək olar. 

  

 



 

Neytron ulduzu- RXJ 1856.5-3754 

(

Neytron ulduzun yeri oxla göstərilmişdir.) 



  


 

19

 “Volf 457” cırtdan ulduzunun sıxlığı isə o 



qədər böyükdür ki, onun 1 sm

3

-nin çəkisi bir neçə 



min tona çatır. 

Neytron ulduzların sıxlığı isə daha böyükdür. 

Həmin ulduzun maddəsindən 1 oymaq götürmüş 

olsaydıq, Yerdə onun çəkisi milyon tonlarla ölçülə 

bilərdi. Neytron ulduzlar adi ulduzların yanıb qur-

tardıqdan sonra sıxılması  nəticəsində  əmələ  gəlir. 

Belə ulduzlarda sıxlıq atom nüvəsinin sıxlığına ya-

xınlaşır. 

Bizə  ən yaxın olan neytron ulduzlardan biri 

180 işıq ili məsafəsində yerləşən RXJ1856.5-3754 

işarəli ulduzdur. Onun kütləsi Günəşinkindən bö-

yük olsa da, diametri cəmi 20 km-dir. Səthindəki 

temperatur isə 700000 

°C-ə çatır. Ona görə də – bu 

neytron ulduzu rentgen teleskopunda müşahidə et-

mək daha əlverişlidir. 

 

 

 



ULDUZLAR NİYƏ İŞIQ SAÇIR 



 

Bir cizgi filmində bala böcək Günəşi göstərə-

rək anasından soruşur: 

- Göydə işıq saçan nədir? 

 

20

- Orada böyük bir böcək şam yandırıb ki, bi-



zə işıqlı olsun - deyə ana cavab verir. 

Sonra bala dovşan: “Ana, göydə yanan o odlu 

şey nədir?”- deyə soruşur. Anası cavab verir ki

orada böyük bir dovşan oturub ətrafı işıqlandırmaq 

üçün lampa yandırıb. 

Balaca oğlan da göydə işıq saçan kürəni gös-

tərərək soruşur: 

- O nədir, ana can? 

- O Günəşdir, oğlum. - deyə anası cavab verir.  

Cizgi filmlərində, nağıllarda Günəşin işıq 

verməsi barəsində gülməli, məzəli fikirlərin şahi-di 

oluruq. Bəs həqiqətdə Günəş və ulduzlar niyə işıq 

saçır? 

Hələ qədim zamanlarda Günəşin yanaraq işıq 



və istilik verməsini izah etməyə cəhd göstərirdilər. 

Elmi  əsaslandırmalar isə daha sonralar meydana 

gəldi. 

 XIX əsrdə ingilis alimi U.Kelvin və başqala-



rı düşünürdülər ki, Günəşin yanmasının səbəbi 

onun kütləsinin cazibə nəticəsində sıxılmasındadır. 

Belə olan halda Günəş cəmi 30 mln il işıq saça bi-

lər. Bu məlumat ilk növbədə bioloqları təəccüblən-

dirdi. Onların araşdırmalarına görə Yerdə canlı 

aləm daha əvvəl yaranmışdır. 




 

21

XX əsrin 20-ci illərində alimlər A.Eynşteynin 



kütlə və enerji arasında əlaqəni göstərən (E=m·c

2



nisbilik nəzəriyyəsinə əsas-lanaraq, Günəşin və ul-

duzların yanmasını nüvə çevrilmələri ilə izah etmə-

yə başladılar. Belə çevrilmələr Günəşin və ulduzla-

rın yanmasını 150 milyon il təmin edərdi. Bizə ən 

yaxın ulduz –Günəş isə 5,4 milyard ilə yaxındır ki, 

yanır, qurtarmır. Bəs onda, Günəşin və ulduzların 

uzun zaman ərzində yanmasına səbəb nədir? 

 

  



XX əsrin 30-cu illərindən başlayaraq alimlər 

ulduzların yanmasını istilik nüvə reaksiyalarının 

getməsi ilə izah edirdilər. Bu reaksiya zamanı 4 

hidrogen atomundan 1 helium atomu alınır və külli 

miqdarda istilik enerjisi ayrılır. Bunun hesabına ul-

duzlar yüksək temperatur əldə edərək alışıb yanır.  

 

22

ULDUZLAR NİYƏ TOQQUŞMUR



?

 

  

Bir dəfə məktəbdə tənəffüs zamanı uşaq-larla 

sinif otağında qaçışırdıq. Birdən uşaqlardan biri bi-

zi pəncərənin qarşısına çağırdı və Günəş şüaları al-

tında oynaşan toz zərrəciklərini göstərdi. Biz hava-

da uçuşan toz zərrəciklərini maraqla seyr etməyə 

başladıq. Sonra mən toz zərrəciklərini üfürdüm və 

onlar burula-burula daha sürətlə  hərəkət etdilər. 

Zərrəciklər bir-birinin yanından keçir, lakin nə qə-

dər diqqətlə baxırdımsa da onlar toqquşmurdular. 

Çünki onlar həddindən artıq kiçik idilər.  

Kainatda gördüyümüz ulduzları da bu zər-rə-

ciklərə  bənzətmək olar. Aralarındakı  məsafə ilə 

müqayisədə  nəhəng bildiyimiz ulduzların ölçüləri 

çox kiçikmiş. Onların diametrini və aralarındakı 

məsafəni təsəvvür etmək üçün kiçik bir hesablama 

aparaq. 

Günəşlə Sentavr bürcündəki bizə ən yaxın al-

fa - Proksima ulduzu arasındakı məsafə 4.3 işıq ili 

və ya 4·10

13 

km, Günəşin diametri isə 1391600 km-



dır. Göründüyü kimi, Günəşlə Proksima arasındakı 

məsafə Günəşin diametrindən təxminən 30 mln də-

fə böyükdür. Bu ulduzları diametri 37 mm olan 

tennis topu qədər kiçiltsək, onların arasındakı mə-

safə 1100 km-dən artıq olacaqdır. Bu, Bakı ilə 



Yüklə 320,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə