Kamran qəDİRLİ ulduzlar dəNİZİ



Yüklə 320,02 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix30.12.2017
ölçüsü320,02 Kb.
#18684
1   2   3   4   5   6   7   8   9   10   11

 

57

250-dən artıq başqa  əsərləri dövrümüzə  qədər gəlib 



çatmışdır. 1037-ci ildə Həmədanda vəfat etmişdir.

 

 



 

 

Bəhmənyar 

 

Bəhmənyar 



İbn 

Mərzban (-1066) Azərbay-

can filosofu, Şərqdə Aristo-

tel məktəbinin nümayəndə-

si,  İbn Sinanın  şagirdi və 

davamçısıdır.  

Bəhmənyar hərəkət, mə-

kan və zaman kateqoriyala-

rının şərhini vermiş, onların 

vəhdətinin bir-birindən ay-

rılmazlığını göstərmişdir. 

Bəhmənyarın fikrincə, nəticənin dərk olunması ilk səbəbin 

dərk olunmasına aparıb çıxarır. Bəhmənyar bir sıra elmi 

əsərlərin müəllifidir. “Təhsil kitabı” (Tehran, 1971, ərəb 

dilində), “Məntiqə dair zinət kitabı”, “Gözəllik və səadət 

kitabı”, “Metafizika elminin mövzusuna dair traktat” 

(Leyspiq,1851, ərəb və fars dilində), “Mövcudatın mərtə-

bələri” (Qahirə, 1911, ərəb dilində) nəşr olunmuşdur. Orta 

əsrlərdə müsəlman şərqində fəlsəfi firkin inkişafında Bəh-

mənyarın böyük rolu olmuşdur.

 

 

58



Nəsrəddin Tusi 

 

 Dövrünün  böyük  alimi 



və astronomu olmuş 

Nəsrəddin Tusi 1201-ci 

ildə Azərbaycanın Hə-

mədan  şəhərində dün-

yaya göz açmışdır. 

Nəsrəddin Tusi ilk təh-

silini atasından, sonra 

isə dövrünün ən şöhrət-

li müəllimi olan Fəri-

dəddin Damaddan almışdur. Fəridəddin Damadın 

müəllimi Sədrəddin Sərəxsi, onun müəl-limi Gila-

ni, Gilaninin müəllimi isə dövrünün adlı-sanlı filo-

sof və münəccimi  Əbu  Əbbas Logərin olmuşdur. 

Sonuncu tanınmış Azərbaycan filosofu Bəhmən-

yardan, Bəhmənyar isə Şərqin Aristoteli hesab edi-

lən İbn Sinadan təhsil almışdır.

 

 

Tusi Təbriz yaxınlığında, Marağada öz dövrü 



üçün ən böyük rəsədxananın bünövrəsini qoy-muş-

dur. Tusinin müşahidələri əsasında ulduzların kata-

loqu, Günəşin, Ayın və planetlərin cədvəlləri – 

“Elxan cədvəlləri” tərtib olunmuşdur. Tusi Yerin 

fırlanma oxunun illik presessiyasının dəqiq qiymə-

tini tapmışdır. Tusinin ədəd anlayışı müasir təsəv-




 

59

vürə uyğun gəlir və o, bu sahədə Avropa riyaziy-



yatçılarını 400 il qabaqlamışdır. 

Tusi Ayın və Günəşin tutulmasını, işığın 

sınmasını izah etmişdir. 

Nəsrəddin Tusi hesaba aid əsərində riyaziyyat 

tarixində ilk dəfə olaraq tam ədəddən ixtiyari dərə-

cədən kökalma əməlini 

244140626

4

kökünün nü-



munəsi kimi izah etmiş, ədəd üçbucağını əmələ gə-

tirən binomial əmsalları və onlar arasında qanuna-

uyğunluqları göstərmiş, Nyuton binomunu sözlə 

ifadə etmişdir. 

 

Nəsrəddin Tusi fizikaya dair əsərlərində təbi-



ətdə maddənin saxlanması  və çevrilməsi haqqında 

ilk fikri M.V.Lomonosovdan 500 il əvvəl söylə-

mişdir. 

 Tusi 


“Elxan 

cədvəlləri” əsərində riyaziy-yata, 

astronomiyaya və coğrafi koordinatlara aid çox-

saylı cədvəllər vermişdir. Bunlardan ən mü-hümlə-

ri sinus və tangensin altmışlıq say sistemində üçrə-

qəmli triqonometriya cədvəlləri, XIII əsrdə məşhur 

olan 256 şəhərin coğrafi koordinatları  cədvəl-

ləridir. X.Kolumbun müəllimi Toskanelli bu cəd-

vəldən istifadə etmişdir. Cədvəl 1652-ci ildə Lon-

donda və Oksfordda ərəb və latın dillərində çap 

edilmişdir. 

 



60

Nəsrəddin Tusi astronomiya üçün mühüm 

lemma isbat etmişdir. Əgər diametri d olan çevrə, 

diametri 2d olan çevrənin daxilinə toxunaraq diyir-

lənirsə, onda bu çevrənin hər bir nöqtəsinin hərəkə-

ti böyük çevrənin diametri üzrə düzxətli irəliləmə-

geriləmə  hərəkətində olacaqdır. Tusi “Astronomi-

yaya aid yaddaş kitabçası” traktatında bu lemma-

nın köməyilə Ayın hərəkət modelini qurmuşdur. 

 Maraqlıdır ki, 300 il sonra N.Kopernik də 

belə lemmadan istifadə edərək Merkurinin və Ayın 

hərəkət modelini qurmuşdur. Orta əsrlər Avro-pa-

sına Nəsrəddin Tusi riyaziyyata aid əsərlərin müəl-

lifi kimi bəlli idi. XIX əsrdə yaşamış alman riya-

ziyyatçısı M.Paş (1843-1930) üçbucağın tərəflərini 

kəsən düz xəttə aid aksiom vermişdir. Amma Nəs-

rəddin Tusinin əsərləri araşdırılarkən məlum ol-

muşdur ki, o, bu aksiomu Paşdan təxminən 650 il 

qabaq demişdir. 

Nəsrəddin Tusinin əsərlərinə Rusiya, İran, 

Türkiyə, Misir, Hindistan və b. ölkələrin kitab-xa-

nalarında rast gəlinir. Onun əsərləri İngiltərə, Fran-

sa,  İtaliya və digər Avropa ölkələrində  dəfələrlə 

çap olunmuşdur. 

 

 



 

61

 Uluqbəy 



 

Dahi türk-özbək 

astronomu, riyaziyyatçı 

Uluqbəy Məhəmməd 

Tarağay 22 mart 1394-

cü ildə Sultaniyyədə 

anadan olmuşdur. O, da-

hi türk sərkərdəsi və fa-

tehi Əmir Teymurun nə-

vəsi idi. Uluqbəy 15 ya-

şında Səmərqəndin haki-

mi təyin olunur. 1417-1420-ci illərdə o, Səmər-

qənddə böyük bir mədrəsə tikdirir və bura islam 

dünyasından çoxsaylı astronom və riyaziyyatçıları 

dəvət edir. 

Uluqbəyin  əsas marağı astronomiya, fəza ci-

simlərinin hərəkəti və vəziyyətinin öyrənilməsi idi. 

Onu məşhur edən də 1424-1428-ci illərdə  Səmər-

qənddə Kuxak təpəliyində tikdirdiyi rəsədxana ol-

du. Bu rəsədxana diametri 46 m, hündürlüyü 30 m-

dən artıq olan silindr formasında idi. Bu tikilinin 

daxilində  mərmərdən nəhəng bucaq ölçən – seks-

tant qurulmuşdu. Onun köməyi ilə Günəşin, Ayın, 

digər planetlərin və ulduzların koordinatları  təyin 

edilirdi. 

 

62



 

Uluqbəy rəsədxanasının qalıqları arasından 

tapılmış mərmər bucaqölçən - sekstant 

 

1437-ci ildə Uluqbəy “Sultani cədvəlləri” 



əsərini yazır. Bu, özündə 1000-dən artıq ulduzun 

koordinatını  əks etdirən ulduzlu göyün kataloqu 

idi. Bu cədvəllərdə ulduzların koordinatları o qədər 

dəqiqliklə  təyin edilmişdir ki, teleskop ixtira edil-

məmişdən 250 il əvvəl belə dəqiqliyin mümkünlü-

yünə inanmaq olmurdu. Böyük bir zaman ərzində 

“Sultani cədvəlləri” dünyada ən dəqiq kataloq kimi 

istifadə edilmiş, 1665-ci ildə Oksfordda, eləcə  də 

Avropanın bir çox şəhərlərində dəfələrlə nəşr olun-

muşdur. 


1437-ci ildə Uluqbəy astronomik ilin uzunlu-

ğunu 365 gün, 6 saat, 10 dəqiqə, 8 saniyə kimi mü-




Yüklə 320,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə