Şərqşünaslıq fakültəsi İstiqaməti, şifri və adı: hsm- 040000 Dilşünaslıq İxtisası, şifri və adı: hsm- 040009 Ərəb dili



Yüklə 129,86 Kb.
səhifə1/19
tarix12.12.2023
ölçüsü129,86 Kb.
#148911
  1   2   3   4   5   6   7   8   9   ...   19
referat 1842


AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ


Şərqşünaslıq fakültəsi
İstiqaməti, şifri və adı: HSM- 040000 Dilşünaslıq
İxtisası, şifri və adı: HSM- 040009 Ərəb dili


Ərəb filologiyası kafedrasının magistrantı
Əhmədova Günel Mehman qızının


Magistr dərəcəsi almaq üçün

ƏRƏB DİLİNDƏ İŞGÜZAR YAZIŞMALARIN DİL XÜSUSİYYƏTLƏRİ”


mövzusunda


DİSSERTASİYA İŞİ


Elmi rəhbər: filologiya elmləri
namizədi Məmmədov Nəsrulla
Ərəb filologiyası kafedrasının
müdiri:
akademik V.M.MƏMMƏDƏLİYEV
BAKI-2011
MÜNDƏRİCAT


GİRİŞ 3
I FƏSİL.
Sənədlərin linqvopraqmatik xüsusiyyətləri 19
II FƏSİL.
Ərəb dilində işgüzar yazışmaların dil xüsusiyyətləri 40
NƏTİCƏ 76
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 78
GİRİŞ
Mövzunun aktuallığı. Bildiyimiz kimi, müasir dövrdə beynəlxalq iqtisadi əlaqələrin artdığı bir şəraitdə bu əlaqələri tənzimləmək üçün işgüzar yazışmalara, korrespondensiyaya ehtiyac duyulur. Bu onunla əlaqədardır ki, istənilən işgüzar danışıq öz yazılı təsdiqini tapmalıdır. İş sferası insan fəaliyyətinin vacib sahələrindən biridir. Məhz iş sənədlərinin, yazışmaların köməyilə rəsmi, xidməti əlaqələr, əməkdaşlıq əlaqələri yaranır, müəssisələr, təşkilatlar, dövlətlər arasında münasibətlər tənzimlənir, həmçinin insanlar arasında şəxsi əlaqələr qaydaya salınır.
Fəaliyyətin siyasi, sahibkarlıq, işgüzar və digər sferalarında danışıqlar mühüm rol oynayır. Danışıq prosesinin etika və psixologiyasının tədqiqi ilə təkcə ayrı-ayrı tədqiqatçılar deyil, eyni zamanda xüsusi mərkəzlər də məşğul olur. Danışıqlar verbal formada həyata keçirilir. Bu isə onun iştirakçılarından təkcə savad deyil, həm də nitq mədəniyyəti etikasına riayət olunmasını tələb edir. Bundan başqa, bizim nitqlə yanaşı, istifadə etdiyimiz jestlər, mimikalar da (qeyri-verbal nitq) mühüm rol oynayır. Nitqin qeyri-verbal aspektlərindən istifadə xüsusən digər din və mədəniyyətləri təmsil edən xarici tərəfdaşlarla əlaqə zamanı özünü göstərir. Danışıqlar siyasi, sosial-iqtisadi, mədəni əlaqələrin yaranmasında, inkişaf edib tənzimlənməsində mühüm rol oynayır. Lakin işgüzar danışıqların reallaşması, uğur qazanması, nailiyyət əldə etməsi üçün bu danışıqlar yazılı təsdiq olunmalıdır. Bu yazılı təsdiq isə işgüzar yazışmalar vasitəsilə həyata keçirilir.

Yüklə 129,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə