Şərqşünaslıq fakültəsi İstiqaməti, şifri və adı: hsm- 040000 Dilşünaslıq İxtisası, şifri və adı: hsm- 040009 Ərəb dili



Yüklə 129,86 Kb.
səhifə8/19
tarix12.12.2023
ölçüsü129,86 Kb.
#148911
1   ...   4   5   6   7   8   9   10   11   ...   19
referat 1842

Əvəzlik. Bir çox başqa dillərdə, o cümlədən, Azərbaycan dilində sənədlər I şəxsin cəm formasının adından (Xahiş edirik, Xəbərdar edirik) tərtib olunur; eyni zamanda, şəxs əvəzliyi “biz” özü burada iştirak etmir ki, bu da sənədə neytral xarakter verir [23,64]. Ərəb sənədləri isə həm ayrıca şəxsin, həm də bütöv bir kollektivin adından tərtib oluna bilər [48,38;40,75]. Adətən, ərəb dilində əvəzlik yazılmır, belə ki, feil özündə subyektin də əlamətlərini toplamaq xüsusiyyətinə malikdir. Paralel olaraq, III şəxsin tək forması da (şirkət göndərir, rəhbərlik xəbər verir) istifadə olunur ki, bu da sənədə neytrallıq və rəsmi şəkil verir.
Qoşma. İşgüzar sənədlərdə ön qoşmaların seçimi maksimal dəqiqlik tələb edir. Məlumdur ki, sənədlərdə istifadə olunan feil və məsdərlərin özünəməxsus ön qoşmaları var ki, onlar da digər cümlə üzvünün feil və məsdərdən sintaktik asılılığını bildirir. Qoşmaların düzgün istifadə olunmaması çoxmənalığa gətirib çıxarır [19,54].
Həmçinin nəzərə almaq lazımdır ki, bir sıra feillər müxtəlif qoşmalarla işləndikdə öz mənalarını dəyişirlər. Buraya أخذ, قام ,وضع və s. ərəb dilində geniş istifadə olunan feillər daxildir. Məsələn, أخذ felinin denotativ mənası götürmək olsa da, konkret qoşma ilə işləndikdə onun mənaları da dəyişir: أخذ عن- kimdənsə borc götürmək; أخذ على- nəyəsə görə qınamaq; أخذ من- nədənsə istifadə etmək və s. Hər bir qoşma felin əsas, denotativ mənasını aydınlaşdırmağa, konkretləşdirməyə, bununla da onun mənasına yeni semantik çalar verməyə xidmət edir.
Feil- ərəb dilində bütün sənədlərdə, o cümlədən də işgüzar sənədlərdə daha çox ağırlığa malik dil vahidi olduğu üçün mətnin əsas məzmunu da məhz onun xarakterindən asılıdır. İşgüzar sənədlərdə feilin keçmiş, indiki-gələcək, gələcək və qəti gələcək zaman, həmçinin, analitik formalarından istifadə olunur. Feilin ən çox yayılmış forması olan indiki-gələcək zaman hərəkətin davamlılığını və sərbəstliyini ifadə etmək üçün isifadə olunur. İşgüzar mətnlərdə qayıdış feilləri, həmçinin, şəxssiz, qeyri-müəyyən şəxsli feillər geniş yayılmışdır ki, onlar da mətnə rəsmi, neytral ton ifadəsi verirlər. Sənədlərin əvvəlində bu cür konstruksiyalardan daha çox aşağıdakılardan istifadə olunur: يسرني أن...-...çox şadam ki; Sizə xəbər verməyə şadam ki,... -...يطيب لي أن أخبركم
Adətən, məchul növdə olan feil mənanın başa düşülməsinin çətinləşməsinə səbəb olur. Belə ki, hərəkətin subyekti, yəni cavab vermək üçün ünvan məchul, qeyri-müəyyən olur. Çox vaxt feil subyektə işarə etmədikdə جار,تمّ köməkçi feillərinin əsas feilin məsdəri ilə birləşməsindən istifadə olunur. Məsələn:
Müqavilənin imzalanması təxirə salındı.-تم ّتأجيل توقيع العقد
.... haqqında sazişin imzalanması baş tutdu.-تمّ التوقيع على معاهدة
Məsdərin adı çəkilmiş feillərlə birləşməsi əsasən, məchul formalı mətnlər üçün xarakterikdir. Belə ki, bəzi ərəb feilləri təsirlik hala malik deyillər. Bu feillərə توصّل ,إنتهى ,وافق və s. aiddir. Əsas feilin məsdəri جرى ,تمّ feilləri ilə yanaşı, أصبح, زال, لقي , حظى ,كان və s. köməkçi feilləri ilə də birləşə bilir.

Yüklə 129,86 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə