Şərqşünaslıq fakültəsi İstiqaməti, şifri və adı: hsm- 040000 Dilşünaslıq İxtisası, şifri və adı: hsm- 040009 Ərəb dili


II. İşgüzar sənədlərin tədqiqatına sistemli yanaşma



Yüklə 129,86 Kb.
səhifə5/19
tarix12.12.2023
ölçüsü129,86 Kb.
#148911
1   2   3   4   5   6   7   8   9   ...   19
referat 1842

II. İşgüzar sənədlərin tədqiqatına sistemli yanaşma
İşgüzar sənədlərin dil xüsusiyyətlərinin xarakteristikasını araşdırmaq məqsədilə elmi tədqiqin sitemli yanaşma adı ilə tanınan müasir metodoloji konsepsiyasına müraciət etmək vacibdir. Işgüzar sənədlərin analizi zamanı sistemli yanaşma aşağıdakıları araşdırır:

  1. bu sənədlərin mahiyyətini;

  2. onların elementlərini;

  3. sənədin strukturunu;

  4. mövcud işgüzar sənədlərin funksiyalarını;

  5. onların tarixi aspektini [21,54].

Nitq fəaliyyətinin xüsusi altsistemi olan işgüzar yazışmaların adı çəkilmiş xüsusiyyətlərini ardıcıl aydınlaşdıraq.

  1. İşgüzar yazışmaların mahiyyəti nədən ibarətdir?

Öz təbiətinə görə onlar, insanlar arasında işgüzar sferada fəaliyyət göstərən mətnlərdir.
T.M.Nikolayevanın tərifinə görə, əsas xüsusiyyəti əlaqə və vahidlik olan mətn işarə vahidlərinin məna cəhətdən ardıcıl birləşməsidir [30,56].
Lazımi mənanı ifadə etmək üçün mətnlərdə istifadə olunan dil vahidlərini dilşünaslıq, mətnşünaslıq elmləri tədqiq edir ki, buraya da leksik vahidlər (işarə vasitələri), sintaktik (qrammatik, tektonik, məntiqi vasitələr) vahidlər, linqvistik qrafikanın xüsusi vahidləri (şriftlərin düzgün istifadəsi) və s. aiddir [43,89].
Tədqiqatçı orijinal mətnin əsas forması ilə yanaşı, müxtəlif transformasiyaları ilə də rastlaşa bilər. Bunlara aşağıdakılar aiddir:
-xülasə (mətnin əsas ideyasını özündə toplayan hissə);
-referat (əsas süjet xəttinə və ya tematikaya əsaslanan ixtisar olunmuş mətn);
-annotasiya (biblioqrafik kataloq üçün nəzərdə tutulmuş ixtisar);
-tezis (əsasən şifahi mətn üçün əsas rolu oynayan mətn);
-tərcümə.
İşgüzar sənədlər bir sıra dil xüsusiyyətlərinə malikdirlər ki, bu xüsusiyyətlər də aşağıdakı tələblərə cavab verməlidir: a) ünsiyyət yaratmaq məqsədinə, yəni müəllif və sənədi qəbul edən şəxsin qarşılıqlı anlaşması üçün sosial-mədəni tələblərə; b) müəyyən üslub normalarına; c) mətnin praqmatik tələblərinə (onun məzmununun effektiv olması); d) sintaktik və məntiqi tələblərə; e) işgüzar fəaliyyətin leksik-semantik tələblərinə.


  1. Yüklə 129,86 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə