Şərqşünaslıq fakültəsi İstiqaməti, şifri və adı: hsm- 040000 Dilşünaslıq İxtisası, şifri və adı: hsm- 040009 Ərəb dili



Yüklə 129,86 Kb.
səhifə9/19
tarix12.12.2023
ölçüsü129,86 Kb.
#148911
1   ...   5   6   7   8   9   10   11   12   ...   19
referat 1842

Feili isimlər (məsdərlər). Feildən düzələn isimlərin bəzi xüsusiyyətləri onların işgüzar üslubda istifadəsini vacib edir. Onlar rəsmi iş yazışmasının xarakterik vasitələrinin əlamətlərini daşıyırlar. Ilk növbədə, bu vəziyyət həmin məsdərlərin konkret hərəkəti deyil, ümumi təsəvvürü ifadə etmək xüsusiyyəti ilə bağlıdır. Müqayisə edək: xəbər vermək-اخبر,أعلم ,أبلغ ,أفا د və xəbər- إخبار,إعلام ,إبلاغ ,إفاد ة
Feillər hərəkəti dar mənada, konkret bildirdikləri halda, məsdərlər isə əksinə, geniş, ümumi mənada istifadə olunurlar. Onlar feilin hal, şəxs, zaman, cins kimi kateqoriyalarına malik olmadıqları üçün, işgüzar üslubda şəxslərə görə ayrılmalara rast gəlmək mümkün deyil. Məsdərlərdə bu kateqoriyaların olmaması sənədə yığcamlıq, rəsmilik verir. Buna görə də bəzi tədqiqat əsərlərində məsdərlərə qrammatikanın tərkib hissəsi kimi deyil, sırf epistolyar üslubun tərkib hissəsi kimi baxılır [26,53].
İxtisarlar. Ümumilikdə, dil vahidi kimi ixtisarlar yazılı mətnlərə aiddirlər və işgüzar sferada geniş tətbiq olunmurlar (abreviaturlara daha çox elm və texnikanın ayrı-ayrı sahələrində, xüsusən də hərbi texnologiyada rast gəlmək olar[45,56;23,36] ). Lakin işgüzar yazışmalarda da müəyyən sayda ixtisarlar mövcuddur və onların sayı durmadan artır. Yazılı işgüzar nitqdə aşağıdakı ixtisarlara rast gəlmək olar: a) il adları: ميلادية- م;هجرة –هـ b) ay adları: رمضان- ن; c) ölçü vahidləri: كيلوغرام- ك.غ. ; d) pul vahidləri; e) coğrafi adlar; f) poçt-teleqraf terminləri:ب.ص -صندوق بريد; g) digər söz və söz birləşmələri.
Yuxarıda qeyd olunduğu kimi, sənəd özündə işgüzar münasibətləri əks edir. Qeyri-rəsmi, nizamlanmayan mətnlərdən fərqli olaraq (müxtəlif qeyri-rəsmi məktublar, şəxsi məktublar, qeydlər və s.) sənədlər rəsmiliyin yüksək dərəcəsi ilə, mütləq stereotiplərin istifadəsi ilə fərqlənirlər.
Sənədlərin linqvopraqmatik cizgiləri onların cəmiyyətdəki linqvistik xüsusiyyətləri ilə şərtlənir. Onlar həm məktubu tərtib edənin, həm də məktubun ünvanlandığı şəxsin milli, sosial, peşəkar, mədəni və digər xüsusiyyətləri haqqında məlumat verirlər.
A. A. Leontyevin rəyinə görə, hətta dilin ümumi, ötəri təsvirlərində də dilin altsistemlərinin xüsusiyyətləri haqqında sistemli məlumat tapmaq mümkündür [26,65]. Belə altsistemlərdən birini də müxtəlif işgüzar sənədlərin tərtibi zamanı istifadə olunan dil vasitləri təşkil edirlər.
Sibeokun tədqiqatlarında mətnin ayrı-ayrı massivlərinin müəyyən xüsusiyyətləri qeyd olunub ki, bunlar da aşağıdakılardır: ənənəvi obraz və müqayisələr, rənglərin ifadəsi, xüsusi adların ifadəsi və s. Lakin bu tədqiqatlar sistemli xarakter daşımır və bir qayda olaraq, tədqiq olunan materialın sosial-psixoloji funksiyalarını ifadə etmək bacarığına malik olmurlar. A.A.Leontevin fikrinə görə, ünsiyyətin milli-mədəni xüsusiyyəti özündə bir sıra faktorları toplayır. Bu faktorlara aiddir: a) ünsiyyətin sosial-simvolik xüsusiyyətləri; b) ünsiyyətin stereotip vəziyyətləri; c) bir etnosun daxilində mövcud olan ayrı-ayrı qruplara xas şablon kəlimələr; d) nitqin etik xarakteri; e) denotasiyanın xüsusiyyətləri və s.
Şifahi ərəb dilinin istifadəsi yazılı ədəbi dillə şifahi nitq arasında tarixən mövcud olan diqlossiya nəticəsində də çətinləşir.
Bütün ərəb arealında dil xüsusiyyəti-bütünlükdə hər bir ərəb ölkəsinin dil xüsusiyyətlərinin məcmusudur. O, təkcə ərəb ədəbi dilinin istifadəsi zamanı meydana gələn fərqlərlə deyil, digər faktorlarla da, məsələn, alınma sözlərin və yerli dialektlərin mövcudluğu ilə də şərtlənir.
Ərəb dilinin rəsmi statusunu, digər dillərlə müqayisədə istifadə dərəcəsini nəzərə alaraq, ərəb ölkələrini belə qruplaşdırmaq olar:

    1. ərəb dilinin bütün səviyyələrdə və sferalarda üstün olduğu, əcnəbi dillərin yalnız ali məktəblərdə ikinci dil kimi öyrənildiyi ərəb dilli ölkələr. Buraya Ərəb Şərqi ölkələri (Suriya, İordaniya, İraq, Küveyt, Livan, Səudiyyə Ərəbistanı, Yəmən və s.), həmçinin, Misir və Liviya aiddir.

    2. ərəb dili ilə yanaşı, əcnəbi dilin də bərabər səviyyədə mövcud olduğu ərəb ölkələri: eyni anda dövlət dili olan ərəb dilinin və əcnəbi dillərdən birinin təhsil, təsərrüfat, inzibati həyatda istifadə olunması bu ölkələrin xarakterik cəhətidir. Bu qrupa ilk növbədə, ərəblərlə yanaşı, qeyri-ərəb etnoslarının yaşadığı ölkələr (məsələn, bərbərlərin yaşadığı Əlcəzair və Mərakeş) və monoetnik Tunis və Livan aiddir.

    3. polilinqvistik ölkə və regionlar. Burada rəsmi ərəb dili ilə yanaşı, bir sıra yerli dialekt və əcnəbi dillər də əhəmiyyətli rola malikdirlər. Buraya Mavritaniya, Sudanın qərb əyalətləri aiddir [26,58].

Dilin vəziyyəti problemi hər zaman mövcud olsa da, son onilliklərdə daha da gündəmdədir. Ərəbləşmə hərəkatı və onun əsas qayəsi olan ərəb dilinin dirçəlməsi və cəmiyyətin həyatında yüksək rol oynaması məsələsi həmişə aktual olub, bugün də olmaqdadır.
Xarakterik cəhəti diqlossiya və bilinqvizm olan ümumərəb dil situasiyasında dilçilər bir sıra sistem və altsistemləri ayırırlar [26,60]. Ərəb dünyasına aid edilən bu misalı belə konkretləşdirmək olar: bir sıra ölkələrin ana dili hesab olunan dil, onlar arasında ünsiyyətin universal vasitəsi rolunda çıxış edərək, yüksək distribusiyaya məruz qalır: onun mahiyyəti universal aspektlərin düzgün seçilib istifadə edilməsinə gətirib çıxarır, istifadəsinin intensivliyi isə ümumi areala daxil olan ölkələr arasındakı əlaqələrin məcmusundan asılıdır [26,60].
Bu tip problemlərin həlli hər zaman bir çox çətinliklərlə qarşılanır. Belə ki, bu zaman subyektiv fikirlər, görüşlər ortaya çıxır. Məhz buna görə də ərəb ədəbi dilində regional fərqlərin dəyərləndirilməsi zamanı tədqiqatçılar ehtiyatlı davranırlar. Belə ki, onlar dilçilik problemlərinə siyasi faktorun təsirini azaltmağa və ya neytrallaşdırmağa səy göstərirlər. Digər tərəfdən isə, həll edilməsi çətin olan belə bir ziddiyyət yaranır-ərəb dilinin formal normalarının müasir dövrdə istifadəsini asanlaşdırmaqla yanaşı, minillik tarixi olan arxaik dili də qoruyub saxlamaq [26,60].
Avropa mədəni arealı üçün E.Rizel, L.M.Dzekirevski və E.F.Tarasov tərəfindən hazırlanan ünsiyyətin tonallığının məşhur şakalasını istifadə edərək, əmin olmaq olar ki, ərəb işgüzar sənədlərinin dili neytral tonallıqdan yüksəyə doğru məhz qədim yazılı abidələrin sayəsində inkişaf etmişdir [26,60].
Ünsiyyətin janr xüsusiyyətlərinin linqvopraqmatik problemlərinin mahiyyətini araşdırarkən bir neçə səviyyəni ayırmaq olar. Həqiqətdə, onlardan hər biri tədqiq olunan materialların xarakterik dil xüsusiyyətlərinin tipləri ilə şərtlənir. Bu materiallardan aşağıdakıları ayırmaq olar: 1) etnik dil xüsusiyyətlərini; 2) onun sosial vəziyyətini; 3) müəllifin mədəni səviyyəsini; 4) onun peşəkar səviyyəsini
və s. [26,65]
Ərəb dilində olan işgüzar yazışmaların dil xüsusiyyətləri başqa janrlarda olmayan, özünəməxsus xaarkterik cəhətlərin məcmusudur. Bu xarakterik cəhətlər sənədlərin praqmatik tərkibini müxtəlif aspektlərdən izah etmək üçün lazım olan dil vasitələrini özündə birləşdirir. Buraya işgüzar sənədlərin dilinə təsir edən ümumetnik, sosioloji, mədəni, professional, fərdi və toplu aspektləri aiddir.

Yüklə 129,86 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə