Mövzu 10 FƏRDİ VƏ TİBBİ FƏRDİ MÜhafiZƏ vasiTƏLƏRİ Fərdi mühafizə vasitələrindən istifadə



Yüklə 2,31 Mb.
səhifə1/5
tarix08.05.2023
ölçüsü2,31 Mb.
#109007
  1   2   3   4   5
referat 6133


MÖVZU 10


FƏRDİ VƏ TİBBİ FƏRDİ MÜHAFİZƏ VASİTƏLƏRİ


Fərdi mühafizə vasitələrindən istifadə

Müasir qırğın silahlarından mühafizə məqsədilə əhalinin mühafizə qurğularında daldalandırılması, təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı, fərdi mühafizə və tibbi fərdi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir. Bu mühafizə vasitələrindən istifadə edilməsi lüzumu onunla izah edilir ki, nüvə, kimyəvi və ya bakterioloji silah işlədilərkən əhali, qoşunların, mülki müdafiə dəstələrinin şəxsi heyəti müəyyən müddət radioaktiv maddələrlə (RM), zəhərləyici maddələrlə (ZM), yaxud bakterial vasitələrlə (BV) zəhərlənmiş sahələrdə və ya atmosferdə qalmaq məcburiyyətində (köçürülərkən, istehsalatda və xilasetmə tədbirlərində işləyərkən) olacaqlar.



Fərdi mühafizə vasitəsi

Fərdi mühafizə vasitələri bunlardan ibarətdir:



  1. tənəffüs orqanlarının mühafizə vasitələri;

  2. dəri səthinin mühafizə vasitələri;

  3. tibbi mühafizə vasitələri.

Tənəffüs orqanlarını mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar və əhalinin özü tərəfindən hazırlanan ən sadə vasitələr aiddir.


Tənəffüs orqanlarını mühafizə edən fərdi mühafizə vasitələri


Əleyhqazlar. Müasir əleyhqazlar adamın tənəffüs orqanlarını və gözlərini havadakı zəhərləyici maddələrin (buxar, duman, qaz, tüstü, ZM damcılarının) radioaktiv maddələrin təsirindən, həmçinin aerozol halındakı yoluxdurucu patogen mikroorqanizmlərdən və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoruyucu xassələrə və istismar göstəricilərinə malikdir. Bu əleyhqazların təcridedici və süzücü növləri vardır. Süzücü əleyhqazlar (mülki əleyhqazlar, uşaq əleyhqazları) daha geniş yayılmışdır; onların quruluşu – içərisində fəallaşdırılmış (katalizator) kömür və aerozol əleyhinə (tüstü əleyhinə) süzgəclər olan süzücü-uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır. Süzücü-uducu qutunun mühafizəedici qatları karbon 2-oksidi (dəm qazını) udub saxlaya bilmir, buna görə də, tənəffüs orqanlarının karbon 2-oksiddən mühafizəsinin təmin edilməsi üçün xüsusi (hopkalit) patrondan istifadə olunur ki, bu patron əleyhqazın birləşdirici borusu (üzlük hissəsi) ilə süzücü-uducu qutusu arasında yerləşdirilir (qutuya burulub birləşdirilir).

Əleyhqaz

Hazırda ölkəmizin MM sistemində yaşlı əhalinin mühafizəsi üçün QP-5. QP-5 m, QP-7 (QP-mülki əleyhqaz) əleyhqazlarından; uşaqların mühafizəsi üçün DP-6 m (uşaq əleyhqazı, 6-cı tipi, kiçik ölçülü), DP-6, PDF-7 (süzücü uşaq əleyhqazı, 7-ci tipi), PDF-D (süzücü uşaq əleyhqazı, məktəbəqədər yaşlılar üçün) və PDF-Ş (süzücü uşaq əleyhqazı, məktəblilər üçün) süzücü əleyhqazlardan istifadə oluna bilər. Bunlardan əlavə, 1.5 yaşadək olan körpələrin mühafizəsi üçün KZD-6 (uşaq mühafizə kamerası, 6-cı tipi) uşağı mühafizə cihazı vardır.


Tabeldən kənar əleyhqazlara sənaye əleyhqazları, xüsusən kimya müəssisələrində işlədilən əleyhqazlar aiddir. Bu əleyhqazların qutuları xüsusiləşdirilmişdir, yəni müəyyən bir zəhərli maddədən mühafizə üçün nəzərdə tutulmuşdur, ona görə də qutunun tərkibində müxtəlif uducular və aerozol süzgəcləri daxil edilir.

Süzücü əleyhqaz

Süzücü əleyhqaz süzücü-uducu qutudan və üzlük hissədən ibarətdir. Əleyhqazın komplektinə (dəstinə) həmçinin onun çantası və tərləməyən plyonkalar olan qutucuq, yaxud əleyhqazın üzlük hissəsindəki gözlüyün şüşələrini tərdən qoruyan xüsusi qələm də daxildir.


QP-5 və QP-5M əleyhqazları kiçik ölçülü (QP-5 tipli) süzücü uducu qutu və şlem-maska tipli üzlük hissə ilə komplektləşdirilir. QP-5m əleyhqazının şlem-maskasında membranlı qutu var (qutuda danışıq tərtibatı yerləşdirilmişdir). QP-5 və QP-5m əleyhqazlarının üzlük hissələrində birləşdirici boru olmur, onlar bilavasitə süzücü-uducu qutuya birləşdirilir. Şlem-maskalar beş ölçüdə (membranlı şlem-maskalar 4 ölçüdə) buraxılır. Şlem-maskanın ölçüləri onun çənəaltı hissəsində rəqəmlərlə göstərilir.

Süzücü əleyhqaz QP-5:
1 - əleyhqaz qutusu; 2- tərləməyən plyonkalar olan qutu; 3 -şlem-maska; 4 - çanta.

QP-5 tipli əleyhqazların üzlük hissəsini seçərkən başı: yanaqlar-çənəaltı hissədən keçən dairəvi xətt üzrə ölçürlər. Alınan nəticəni 0.5 sm-ə qədər yuvarlaqlayırlar.


Alınan kəmiyyət 63 sm-ə (membranlı şlem-maska üçün 61 sm-ə) qədər olarsa – 0 ölçülü; 63.5-dən 65 sm-ə (61.5-dən 64 sm-ə) qədər olarsa - 1-ci; 65.5-dən 68 sm-ə (64.5-dən 67 sm-ə) qədər olarsa – 2-ci, 68,5-dən 70.5 sm-ə (67.5-dən artıq) olarsa - 3-cü; 71 sm –dən artıq olarsa - 4-cü ölçülü şlem-maska hesab edilir.



Süzücü əleyhqaz QP-5-in üzlük hissəsini
seçmək üçün adamın üzünün ölçülməsi

QP-7 tipli əleyhqazlar iki növdə buraxılır: QP-7 və QP-7V, onlar bir-birindən üzlük hissələri ilə fərqlənir. QP-7 əleyhqazı danışıq tərtibatlı və su içmə tərtibatı olmayan MQP tipli üzlük hissə ilə komplektləşdirilir. QP-7V əleyhqazı isə danışıq tərtibatı və ordu su qabından (flyaqa) içmək üçün su içmə tərtibatı olan MQP tipli üzlük hissə ilə komplektləşdirilmişdir ki, bu da zəhərli atmosferdə işləyərkən adamın su içə bilməsinə imkan yaradır.





Süzücü əleyhqaz QP-7

QP-7 (QP-7V) əleyhqazlarının üzlük hissələrini santimetr bölgülü lent vasitəsilə başın üfüqi və şaquli çevrilmələrini ölçüb təyin etməklə seçirlər. Üfüqi çevrənin kəmiyyətini tapmaq üçün başı qabaqda - qaşların üstündən, yanlarda - qulaqların seyvanından 2-3 sm üstdən, arxada isə, kəllənin ən çox çıxımlı hissəsindən keçən qapalı xətt üzrə ölçürlər.


Şaquli çevrə - başı, kəllə-yanaqlar-çənəaltı hissə üzrə keçən dairəvi xətt ilə ölçməklə müəyyən edilir.



Süzücü əleyhqaz QP-7-nin üzlük hissəsinin seçilməsi;
a) üfüqi; b) şaquli

Məsələn, əgər başın şaquli və üfüqi çevrələrini ölçmə nəticələrinin cəmi 118,5-121 sm-ə bərabərdirsə, bu, maskanın 1-ci ölçüsünə, 121,5-126 sm 2-ci; 126,5 sm-dən artıqdırsa 3-cü ölçüsünə müvafiq gəlir.



Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə