Müasir qloballaşan dünyada informasi yanın yüksək sürətlə istehsalı, emalı, yayılması



Yüklə 386,11 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix11.04.2018
ölçüsü386,11 Kb.
#37133
  1   2   3   4   5   6   7   8   9   ...   15


GİRİŞ 

 

Müasir  qloballaşan  dünyada    informasi-

yanın  yüksək  sürətlə  istehsalı,  emalı,  yayılması, 

informasiya  texnologiyaları  və  kommunikasiya  

vasitələrinin,    elektron    kitabxanaların  yüksək 

sürətlə   həcminin  artması,  faktoqrafik və  biblio-

qrafik  məlumat  bazalarının  inkişafı  və  təkmill-

əşdirilməsi  kimi    xarakterizə  olunan  yeni  infor-

masiya mərhələsinə daxil olur. 

Texnoloji  vasitələrin  əsasında  informa-

siyalaşdırılmış  dünya  informasiya sistemi durur.  

İnsan  həyatında  informasiyanın  rolunun  artması 

sahəsindəki  dəyişikliklər  özünü  “informasiya 

cəmiyyəti”  termininin    yüksək    sürətlə  yayılma-

sında göstərir. Bu gün informasiya - əsas sərvət-

lərdən  biri  kimi  qəbul  edilir.    Belə  bir  təşəbbüs 

meydana çıxır ki, informasiya istehsalının səmə-

rəli informasiya  mexanizmini,  informasiya xao-

su  ilə  əvəz  etmək  olar.  İlk  dəfə  olaraq  belə  bir 

təsvir  1973-cü ildə Almaniyada  “Dünya  2000-

ci    ildə”    adı  altında  söylənmişdir.  Qeyd  etmək 

lazımdır ki, müasir  informasiya sistemləri təkcə 

informasiya  axınının  öhdəsindən  gəlmir,  kifayət 

qədər onu hərtərəfli özündə əks etdirə bilmir.  

 

İnformasiya cəmiyyətində informasiya seli 



ilə  keyfiyyətli  işləməyi  bacaran,  informasiya  

quruculuğunu    uğrla    istiqamətləndirməyi  ba-




caran  vasitələr  seçilməlidir.  İnformasiya  və  ko-

mmunikasiya texnologiyalarının  cəmiyyətin  in-

formasiya  quruculuğuna  əsaslı  təsir  göstərməsi 

müasir  dövrdə  daha  da  intensivləşmişdir. 

Cəmiyyətin  informasiyalaşdırılmasında  digər 

sosial qurumlarla yanaşı, kitabxanalarda yeni kit-

abxana-informasiya  texnologiyalarının  tətbiqi, 

kitabxana-biblioqrafiya  proseslərinin  avtomat-

laşdırılması, ənənəvi kataloq və kartoçkaların  el-

ektron  formaya  keçirilməsi  zərurətini  yar-

atmışdır.  Müasir  Azərbaycan  kitabxanalarında 

artıq  bu  proseslər  başlamış,  kitabxanaların  bib-

lioqrafik  fəaliyyət  prosesləri  ənənəvi  formalara 

yanaşı, avtomatlaşdırılmış idarəetmə sistemlərinə 

də malikdirlər. 

 

Kurs üzrə ümumi göstəriş 



 

Müasir  Azərbaycan  cəmiyyətində  gedən 

bu  əsaslı  dəyişiklərlə  əlaqədar  olaraq  Bakı 

Dövlət  Universitetinin  Kitabxanaçılıq-infor-

masiya  fakültəısində  son  illərdə  həyata  keçirilən 

islahatlarla,  yeniliklərlə  əlaqədar,  müasir  dövrün 

tələblərinə  cavab  verən,  informasiya-kommu-

nikasiya  texnologiyalarının  tətbiqinə  əsaslanan  

yeni-yeni  elmi  fənnlərin  tədrisi  qərara  alın-

mışdır.“Kitabxanaçılıq-informasiya” fakültəsində 

tədris  edilən  “Ümumi  biblioqrafiyaşünaslıq” 



ixtisas  fənninin  nəzəri  müddəalarına  əsaslanan 

“Biblioqrafik  evristika”  kursunun  müstəqil  fənn  

kimi  tədris  edilməsi  məqsədəuyğun  hesab 

edilmişdir. 

Biblioqrafik  fəaliyyətin    ilkin  əsası 

informasiya  axtarışı  ilə  başlayır.  Biblioqrafik 

fəaliyyət,  onun  nəzəri  və  təcrübi  problemləri 

Kitabxanaçılıq-informasiya fakültəsinin bakalavr 

pilləsində    “Ümumi  biblioqrafiyaşünaslıq”  fənni 

vasitəsilə  tələbələrə  öyrədilir.  Müasir  Biblio-

qrafiyaşünaslıq  elminin  vacib  və  aktual  sahə-

lərindən  biri  olan    “Biblioqrafik  evristika”  fənni 

Kitabxanaçılıq-informasiya    fakültəsində  baka-

lavr  hazırlığında  tədris  ediləcəkdir.  Biblio-

qrafiyaşünaslığın nəzəri məsələlərində bir bölmə 

olan  “Biblioqrafik  axtarış”  informasiya  proses-

lərinin  müasir  sürətli  və  mürəkkəb  şəraitində 

cəmiyyətin  informasiyalaşdırılmasında  mühüm 

rol oynayır. 

“Biblioqrafik evristika” fənnini öyrənmək-

lə  tələbələr “evristika” anlayışının hərfi mənası, 

fənnin tədrisinin məqsəd və vəzifələri, məzmunu, 

digər  elmlərlə  qarşılıqlı  əlaqəsi,  biblioqrafik 

evristikanın  nəzəri  məsələləri,  informasiya  ax-

tarışının  məqsəd  və  növləri,  informasiya  ax-

tarışının  metodları,  informasiya  axtarışı  prosesi-

nə  qoyulan  ümumi  tələblər    haqqında  ətraflı 

təsəvvür əldə edə  bilərlər. Tələbələr eyni zaman-




da  fənni  öyrənərkən  biblioqrafik  axtarışda  əsas 

olan kitabxana-biblioqrafiya biliklərinin əhəmiy-

yəti, informasiya axtarışında ilkin mənbələrlə ya-

naşı,  ikinci  dərəcəli  biblioqrafik  informasiya 

mənbələri – xüsusilə, dövlət biblioqrafiya orqanı 

nəşrləri,  biblioqrafiyanın  biblioqrafiyası  kimi 

biblioqrafik  informasiya  vəsaitləri  ilə  daha  ya-

xından və ətraflı tanış olaçaqlar. 

Bakı  Dövlət  Universitetinin  Kitabxana-

çılıq-informasiya  fakültəsinin  bakalavr  hazır-

lığında  tədris  olunan  “Biblioqrafik  evristika” 

fənni  - mühazirə və seminar məşğələləri forma-

sında tədris olunur və imtahanla nəticələnir. 

Kursun ümumi həcmi  60 saatdır. O, cüm-

lədən    mühazirə    30  saat,  seminar  məşğələsi  30 

saat  tədris  olunur.  Fənn    fakültənin  əyani  şöbə-

sində tədris edilir. 

 

“Biblioqrafik evristika”  fənnini tələbələrin 



müstəqil  mənimsəməsi  üçün  metodik  vəsaitdə 

kurs  üzrə  tövsiyə  olunan  əsas  və  əlavə  ədəbi-

yyatın  siyahısı  verilmişdir.  Kurs  üzrə  dərslik  və 

dərs  vəsaiti  olmadığından,  fənnin  öyrənilməsi  

zamanı  təqdim  edilən  ədəbiyyatdan  istifadə  ol-

unması məsləhətdir. 

 

 

 

 



Yüklə 386,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə