Mühazirə Neft-qaz mədən geologiyasının müasir problemləri (2saat)



Yüklə 1,84 Mb.
səhifə1/26
tarix19.12.2023
ölçüsü1,84 Mb.
#150851
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   26
Mədən geologiyası Mühazirələr toplusu




Mühazirə 1. Neft-qaz mədən geologiyasının müasir problemləri (2saat).

Neft-qaz mədən geologiyası elmi xalq təsərrüfatın inkişafında önəmli rol oynayır. Belə ki, neft və qaz yataqlarının işlənilməsi məhz bu elmin müddəaları əsasında aparılır.


Neft-qaz mədən geologiyası elminin tədqiqat üsulları kəşf edilmiş və işlənilmədə olan yataqların müfəssəl öyrənilməsinə istiqamətləndirilmişdir ki, bu da son nəticədə onların laylarında toplanmış neftin, qazın və kondensatın maksimal hasilatını təmin edir. Göstərilən tələbatı yerinə yetirmək üçün bu elm, yataqların formasının və daxili quruluşunun aşkar edilməsini, onun çöküntü kompleksinin litoloji-fasial analizini, geoloji kəsilişin müfəssəl korrelyasiyasını, lay flüidlərinin fiziki-kimyəvi səciyyəsini və yatma şəraitini, ehtiyatların hesablanılmasını və onların realizə imkanlarını öyrənir.
Göstərilən məlumatların əldə edilməsi yataqların işlənilmə proseslərini tənzimli aparılma yollarının əsaslandırılmasında istifadə edilir.
Qeyd etmək lazımdır ki, bu tədqiqatlar yataqların işlənilməsinin bütün dövrlərində fasiləsiz aparılmalıdır. Bu onunla əlaqədardır ki, məhsuldar layların işlənilmə prosesində onların geoloji-texnoloji parametrləri müxtəlif dəyişmələrə məruz qalır: lay təzyiqi aşağı düşür, su-neft və qaz-neft konturlarının yerdəyişməsi baş verir, kollektorların fiziki xassələrində, neftin, qazın və suyun fiziki-kimyəvi tərkibində müxtəlif dəyişmələr qeydə alınır. Təbii ki, bu vaxt neft və qaz ehtiyatları da tədricən azalır. Odur ki, yataqların neft-qaz çıxarma prosesini tənzimli idarə etmək üçün fasiləsiz məlumatlar əldə edilməlidir. Alınan nəticələr yataqların işlənilməsinin geoloji əsaslarında əks etdirilməlidir.
Yataqların işlənilməsinin müxtəlif dövrləri üçün tərtib olunmuş məlumatların müqayisəli təhlili tətbiq olunan prosesin gələcək inkişafı haqqında proqnoz qiymətləri də əsaslandırmağa imkan verir.
Nəzərə almaq lazımdır ki, müasir işlənilmə proseslərində laylara müxtəlif təsir üsulları tətbiq olunur ki, bu da kollektorlarda yerləşən neftlərin quyudibi zonaya axımını sürətləndirir. Lakin layların neftverimini artıran üsulların, eləcə də proqressiv qazıma üsulu sayılan üfüqi (horizontal) quyuların istismarı universal xarakterli deyil: onlar məhsuldar layın yalnız müəyyən geoloji-texnoloji şəraitlərində tətbiq edilərkən yüksək nəticə verə bilər. Odur ki, işlənilmədə olan yatağın cari geoloji-texnoloji vəziyyətini aşkar etmək üçün ənənəvi üsullarla bərabər riyazi üsulların imkanlarından da maksimum istifadə olunmalıdır. Alınan xəritə, qrafik, xüsusilə yatağın üçölçülü (həcmi) modelləri hazırda geoloji tədqiqatların tərkib hissəsini təşkil edir.

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə