Mühazirənin Planı: Giriş. Əmək müfazisəsi fənninin məzmunu və sosial-iqtisadi



Yüklə 0,77 Mb.
səhifə1/7
tarix26.04.2018
ölçüsü0,77 Mb.
#40202
növüMühazirə
  1   2   3   4   5   6   7


Aпрямоугольник 2ZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

AQRAR MÜHƏNDİSLİK FAKULTƏSİ


HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ
Kafedrası
MÜHAZİRƏÇİ: DOSENT ƏVƏZİ ƏLİYEV OSMAN RƏHİM OĞLU
Muhazirə 1
Mövzu:
Giriş. Əmək mühafizəsinin məzmunu, başqa fənlərlə əlaqəsi.

Əmək mühafizəsinin nəzəri əsasları.

Mühazirənin Planı:
1.Giriş. Əmək müfazisəsi fənninin məzmunu və sosial-iqtisadi

əhəmiyyəti. Əmək mühafizəsi kursu onun yüksək ixtisaslı

mütəxəssislərin hazırlanmasında qarşısında duran vəzifələr.

2.Əmək mühafizəsi məsələləri sahəsində dövlət və həmkarlar ittifaqı

konfederasiyasının qərarları. Bu sahədə vətən alimlərinin işi. Elmi-

texniki tərəqqi. Əmək mühafizəsi səhəsindəki nailiyyətlər.

3.ƏTSS-nin DÜİST 12.0.002-80-ə uyğun olaraq əmək mühafizəsi

sahəsindəki əsas terminlər və onların məzmunu.


ƏDƏBİYYAT SİYAHISI

1. Həsənov B.A” Əmək mühafizəsi” Bakı Maarif. 1986-cı il

2. Tağızadə T.H. “ Melorasiya təsərrüfatında əməyinmühafizəsi” Bakı

Maarif 1990-cı il.


Gəncə 2017

Zəhmətkeşlərin sağlamlığını qorumaq, işçilərin təhlükəsiz əmək şəraitini təmin etmək, habelə istehsalat zərərçəkmələrinin qarşısını almaq məsələləri Dövlətin başlıca qayğılarından biri olmuş və olmalıdır.

Əmək mühafizəsinin qarşısında duran əsas məsələlər müstəqil Azərbaycan dövlətinin qüvvədə olan konstitusiyasına uyğun, qanunvericilik əsasları, Əmək Məcəlləsi xüsusi qayda və normalar əsasında tənzimlənir.

Ali təhsil məktəb tələbələrinin əldə etdikləri biliklər sistemində “Əmək mühafizəsi” fənninin elmi əsasları xüsusi yer tutur.

“Əmək mühafizəsi” kursunun məqsədi: Ali təhsil sistemində tələbələrə nəzəri, təcrübi biliklər aşılamaqla sənaye və kənd təsərrüfatının bütün sahələrində təhlükəsiz və sağlam əmək şəraiti yaratmaqdır.

Keçmiş Sovetlər ailəsində 1929-cu ildən ali məktəblərdə “Əmək mühafizəsi və təhlükəsizlik texnikası” fənni tədris edilməyə başlanmış, 1966-cı ildən isə bu fənn “Əmək mühafizəsi” adlandırılaraq tədris edilmişdir. 1990-cı ilin aprel ayından Sovetlər məkanının dağılmağa başladığı bir zamandan isə “Mülki müdafiə” fənnində birləşdirilməklə birlikdə iki hissədən ibarət olan fənn “Həyat fəaliyyətinin təhlükəsizliyi” adlandırılaraq tədris olunmağa, başlanmışdır. (Kənd təsərrüfatı mütəxəsissləri hazırlanan ali məktəblərdə 100 saatdan az olmayaraq tədris olunması qərara alınmışdır).

Əmək mühafizəsinin elmi inkişaf tarixi mədəniyyətimizin inkişafı ilə sıx əlaqədardır. İnsanlar öz fəaliyyət dairələrini inkişaf etdirdikcə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına tələbatda artmağa başlayır.

Rusiyada ilk dəfə əmək mühafizəsi sahəsində elmi-tədqiqat işləri M.V.Lomonosov tərəfindən yerinə yetirilmişdir. O, 1742-ci ildə “Metallurgiya və mədən işlərində təhlükəsizlik tələbləri və “Xüsusi geyimlərə tələbat” adlı dəyərli məqalələr yazmışdır. O, daha sonra 1752-ci ildə ilk dəfə olaraq indidə geniş tətbiq olunan ildırım ötürücünün konstruktiv qruluşunu vermişdir.

Ümumilikdə “Əmək mühafizəsi” məsələləri ilə məşğul olan alimlərdən akademik C.V.Vavilov “lyumenset lampalar”, akademiklər V.V.Petrov, A.A. Skançiniskiy professor M.E.Jukovski, V.L.Kirpiçov. Fizioloq İ.M.Seçenov, böyük alim fizioloq İ.P.Pavlov insanların ali sinir sistemi ilə ətraf mühitin arasındakı əlaqə, son dövürlərin görkəmli alimlərindən F.M.Kanaryov, A.V.Lukovnikov və s. göstərmək olar. Azərbaycan alimlərindən professor Həbib Ocaqov və dosentlər T.H.Tağızadə, F.Ə.Şıxaliyev, B.A.Həsənov və başqalarını qeyd etmək olar.

“Əmək mühafizəsi” fənninin metodiki əsasını əmək proseslərində istifadə olunan maşınların, alətlərin, avadanlıqların, materialların və başqa texniki və canlı obyektlərin elmi təhlili nəticəsində təhlükə və zərərlərin aşkara çıxarılması təşkil edir. Bunun nəticəsində istehsalın təhlükəli sahələri, təhlükəli vəziyyətlər aşkar edilərək onların aradan qaldırılması üçün elmi əsaslarla tədbirlər hazırlanır.

Əmək mühafizəsi məsələlərinin düzgün həllində həmkarlar təşkilatları mühüm rol oynayır, təsərüffat rəhbərləri onlarla birlikdə əmək şəraitinin yaxşılaşdırılması sahəsində böyük tədbirlər həyata keçirirlər.



Əmək mühafizəsi” kursunun əsas məqsədi:- nəzəri biliklər və təcrübi vərdişlərlə müxtəlif istehsalat proseslərində sağlam və təhlükəsiz iş şəratinin yaradılmasını təmin etməkdən ibarətdir.

Bu fənni öyrənən hər bir gələcək mütəxəssis aşağıdakıları bilməlidir:

1. Əmək mühafizəsi məsələrinin təşkilini, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında vəzifəli şəxslərin hüquq və vəzifələrini.

2. Travmaların və xəstələnmələrin müəyyən etmə üsullarını.

3. Təhlükəli və zərərli istehsalat faktorlarının yaranmasını xəbərdar etməyi.

4. Fərdi və kollektiv mühafizə vasitələri ilə zərərsiz iş şəraitini təmin etmək üsullarını.

5. Maşın traktor parkında texniki qulluq heyvanlara xidmətin, təmir və elektrik cihazlarının istismarı zamanı təhlükəsizlik texnikası qaydalarını.

6. Yanğının baş vermə səbəbləri onun profilaktikası və söndürülmə qaydaları.

Kursun qısa məzmunu: - “Əmək mühafizəsi” məsələlərini dəqiqliklə öyrənmək üçün əmək proseslərində insanın təhlükəsizliyinə təsir edən elementləri öyrənmək lazımdır.

Bura daxildir: - İşi verən, (sahibkar, rəhbər) işləyənlər (fəhlə, kəndli, ziyalı) iş və əmək alətləri, istehsalat mühüti, kollektivdə psixoloji mühit, eyni zamanda passiv elementlər (bina və qurğular).

Hər bir vətəndaş işləmək hüququna malikdir.

Müəssisənin formasından asılı olmayaraq hər bir işçinin əməyi mühafizə olunmalıdır.

Dövlət eyni zamanda sahibkar əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi, onun elmi təşkili, xalq təsərrüfatının bütün sahələrində istehsal proseslərinin kompleks mexanikləşdirmək və avtomatlaşdırmaq əsasında ağır fiziki əməyin azaldılmasına sonra isə tamamilə aradan qaldırılmasına nail olmalıdır.



ƏMƏYİN TƏHLÜKƏSİZLİYİNİN STANDARTLAR SİSTEMİNƏ (ƏTSS)

UYĞUN OLARAQ “ƏMƏK MÜHAFİZƏSİ” SAHƏSİNDƏ

ƏSAS TERMİNLƏR

DÜİST 12.0.002-95-ə müvafiq əmək təhlükəsizliyi standartlar sisteminə görə əmək mühafizəsi fənninə uyğun aşağıdakı terminlər qəbul edilmişdir.

1. Əmək mühafizəsi: – Bu qanunvericilik aktlarından, təşkilatı, texniki, gigiyenik, müalicə-profilaktiki, sosial-iqtisadi tədbirlər sistemindən ibarət olub, insanların əmək prosesində sağlamlığını və işləmə qabiliyyətini qorumaqla təhlükəsizliyi təmin edilir.

2. Təhlükəsizlik texnikası: – İstehsalat prosesində yaranan təhlükəli istehsalat amillərinin işçilərə təsirini azaltmaq və ləğv etmək üçün texniki vasitələr və təşkilatı tədbirlər sistemidir.

3. Əməyin təhlükəsizliyi: – İşçi yerlərində zərərli və təhlükəli istehsalat amilləri, işçilərin sağlamlığına təsir olmayan əmək şəraitinin vəziyyəti nəzərdə tutulur.

4.İstehsalat sanitariyası: - İşçi yerlərində zərərli istehsalat amillərinin işçilərə təsirinin qarşısını almaqdan ötrü texniki, sanitar-gigiyenik və təşkilati tədbirlər sistemindən ibarətdir.

5. Əməyin gigiyenası: - Əmək şəraitinin sağlamlaşdırılmasına görə sanitariya-gigiyena və müalicə-profilaktiki tədbirlər kompleksindən ibarətdir.

6. Təhlükəli istehsalat amilləri: - Müəyyən iş şəraitində istehsalat amillərinin təsiri nəticəsində işçilərin gözlənilmədən zədələnməsi, travma alması başa düşülür.

7. Zərərli istehsalat amilləri: - İş zamanı istehsalat amillərinin işçilərə təsiri (zərərli tozlar, qazlar, səs-küy, titrəyiş və s.) peşə xəstələnmələrinə, yaxud iş qabiliyyətinin azalmasına səbəb olur.

8. Bədbəxt hadisələr: - İşçilərin əmək fəaliyyətində yaxud rəhbərliyin tapşırıq-larını yerinə yetirərkən əmələ gələn zərərçəkmələr.

9. Peşə xəstəlikləri: - İstehsalat prosesində əmələ gələn istehsalat zərərlərinin təsiri nəticəsində yaranan xəstəliklər.

10. Təhlükəsiz əmək tələbləri: - Qüvvədə olan qanunvericilik aktlarının, normativ-texniki sənədlərin və təlimatların tələbini ödəyən işlərdə işçilərin təhlükəsizliyini təmin edən tələbatlardır.

11. Təhlükəsiz istehsalat avadanlıqları: - Normativ-texniki sənədlərə əsasən əməyin təhlükəsizliyi tələbatını ödəyən istehsalat avadanlıqlarıdır.

12. Təhlükəsiz istehsalat prosesləri: - Əməyin təhlükəsizliyi tələbatına uyğun sayılan istehsalat proseslərindən ibarətdir.

13.Texniki estetika: - İstehsalat avadanlıqları və əşyaların layihələndirilməsində və yerləşdirilməsində onların bəzi qanunauyğunluğu və ümumi xüsusiyyətləri öyrənilir.

14. İstehsalat estetikası: - İstehsalat binalarının texnoloji istehsalat avadanlıqları, konstruksiyaları və işçi yerlərinin xoşa gələn səviyyədə gözəl olmasının işçilərin bədii zövqünə uyğun olması kimi əsas vasitələrdən biri hesab edilir.

15. Əmək fiziologiyası: - İşçilərin əmək fəaliyyəti zamanı funksional vəziyyəti öyrənilir və insanın işləmə qabiliyyətini daha yüksək səviyyədə saxlamaqdan ötrü tədbirlər görülür.

16. Əmək psixologiyası: - İşçilərin əmək fəaliyyətində onun yaratdığı və əmək məhsuldarlığının artmasını öyrənməklə peşə xüsusiyyətlərinin daha da formalaşmasına baxır.

Əmək mühafizəsi fənni öz dolğunluğu və genişliyi ilə fərqlənən müstəqilli fənləri təmsil edən aşağıdakı bölmələrdən ibarətdir.



1. əmək mühafizəsinin hüquqi və təşkilati məsələləri.

2. İstehsalat sanitariyasının əsasları və əməyin gigiyenası.

3. Təhlükəsizlik texnikasının əsasları.

4. Yanğın profilaktikasının əsasları.

Belə bölgü əməyin mühafizəsi formalarının müxtəlifliyindən irəli gəlir. Bu o de-məkdir ki, işçilərin əməyi qanunvericilik qaydaları ilə, tibbi və texniki yollarla mühafizə edilir.

Əmək mühafizəsinin sanitariya-gigiyena əsasları istehsalat zərərləri və onun törətdikləri peşə xəstəlikləri ilə məşğuldur.

Aовал 31ZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ


AQRAR MÜHƏNDİSLİK FAKULTƏSİ
HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ
Kafedrası
MÜHAZİRƏÇİ: DOSENT ƏVƏZİ ƏLİYEV OSMAN RƏHİM OĞLU
Mühazirə 2
Mövzu:
İnsan-maşın istehsalat mühiti sistemi. Zərərli və təhlükəli istehsalat amilləri. Təhlükəsizlik səviyyəsinə görə optimallaşdırma.
Mühazirənin Planı:

1.Giriş.Əmək müfazisəsi fənninin məzmunu və sosial-iqtisadi

əhəmiyyəti. Əmək mühafizəsi kursu onun yüksək ixtisaslı

mütəxəssislərin hazırlanmasında qarşısında duran vəzifələr.

2. Əmək mühafizəsi məsələləri sahəsində dövlət və həmkarlar ittifaqı

konfederasiyasının qərarları. Bu sahədə vətən alimlərinin işi. Elmi-

texniki tərəqqi. Əmək mühafizəsi səhəsindəki nailiyyətlər.

3. ƏTSS-nin DÜİST 12.0.002-80-ə uyğun olaraq əmək mühafizəsi

sahəsindəki əsas terminlər və onların məzmunu.
ƏDƏBİYYAT SİYAHISI
1. Tağızadə T.H. “ Melorasiya təsərrüfatında əməyinmühafizəsi” Bakı

Maarif -1990-cı il.

2. Həsənov B.A” Əmək mühafizəsi” Bakı Maarif. 1986-cı il

3. İstehsalatda bədbəxt hadisələrin təhqiqi edilməsi və uçota alınması.

Bakı hüquq ədəbiyyatı. 1998-ci il.
Gəncə-2017

İstehsalat proseslərinin son on illiklərdə yüksək texniki inkişafı işçilərin fiziki yüklənməsini (fiziki işlərini) azaltmaqla yanaşı onların hissiyat orqanlarının (görmə, eşitmə, yüksək diqqətliliyin, tez reaksiya vermənin və s.) psixoloji yüklənməsinin artmasına gərginləşməsinə səbəb olur.

İnsan fiziki işin mühüm hissəsini texnikaya verməklə, özü böyük həcmli mürəkkəb zehni psixoloji fəaliyyəti qəbul edir.

O, bu gün mürəkkəb texniki sistemləri proqramlaşdırır, onlara nəzarət edir, eyni zamanda müxtəlif texnoloji obyektləri müəyyən məsafədən idarə edir.

Maşınların konstruksiyası mürəkkəbləşdikcə insanların psixoloji yükü artır.

Yuxarıda qeyd olunan səbəblərdən son illər insanlarla maşınların qarşılıqlı əlaqəsinə elmi sürətdə yanaşmaq zəruriyyəti ortaya çıxır. Bununla əlaqədar yeni elmlər: əmək gigiyenası, mühəndis psixologiyası, əməyin elmi təşkili (Ə.E.T) və erqonomika (yunan sözü olub: erqon – iş, nomon - işə qanun deməkdir) elmləri meydana çıxmışdır.



Əməyin gigiyenası: - “İnsan-maşın-mühit” sistemində istehsalat mühitinin insan orqanizminin imkanlarına uyğunlaşdırmaq üçün tədbirlər işləyib, hazırlayır ki, beləliklədə müxtəlif istehsalat xəstəliklərinin qarşısının alınmasına nail olunur.

Mühəndis psixologiyası: – “İMM” sistemini öyrənərək müxtəlif cihaz və idarəetmə orqanlarının optimal parametrlərini işləyib, hazırlayır. Hazırlanmış tövsiyələr işçilərin tez yorulmasının qarşısını almaqla, əmək məhsuldarlığının yüksəldilməsinə nail olunur.

Erqonomika: - Əmək qanunları haqqında elmdir. O, texniki elmlərin, psixologiyanın, fizologiyanın və əməyin gigiyenasının öyrəndiyi məsələləri ümumiləşdirir.

Erqonomika İMM sisteminin qarşılıqlı təsirinin qanuna uyğunluqlarını öyrənir. Erqonomikanın məqsədi İMM sistemində elə bir şərait yeradır ki, bu zaman əmək məhsuldarlığı ən yüksək işçinin təhlükəsizliyi minimuma enməklə onun özünü hiss etməsi ən optimal olur.

Erqonomikanın həll etdiyi əsas məsələlər aşağıdakılardır:


  • Əlverşli iş şəraitinin təmin edilməsi;

  • Ən rahat işçi mühiti;

  • İşçinin üzərinə düşən psixoloji yükün azaltması (nəzarət sistemlərinin avtomatlaşdırılması işin təhlükəsizliyi və s);

  • İşçiyə düşən fiziki yükün azalması (ağır işlərin mexanikləşdirilməsi).

Erqonomika elmi haqqında qısa anlayış.Qəzet məlumatı

Texniki estetika: - məqsədi gözəl və eyni zamanda səmərəli formalarda və ölçülərdə avadanlıq yaratmaqdır ki, buda onların rahat istismarını təmin etməkdir. Avadanlıqların rənglərinin düzgün seçilməsi işçilərə sevinc gətirir, onların əhval ruhiyyəsini, iş qabiliyyətini, nəticədə işə əmək məhsuldarlığını artırır.

ZƏRƏRLİ VƏ TƏHLÜKƏLİ İSTEHSALAT AMİLLƏRİNİN XÜSİSİYYƏTLƏRİ VƏ ONLARIN NORMALARI

Əməyin təhlükəsizliyinin standartlar sisteminin (ƏTSS). DÜİST 12.0.003-74 (94)-ə müvafiq olaraq istehsalat proseslərində yaranan zərərli və təhlükəli amillər insan orqanizminə təsirinə görə 4 qrupa bölünürlər:



1. Fiziki amillər: - Bura maşın və mexanizmaların mühafizə olunmayan hərəkət hissələri işçi zonadakı hava, yüksək tozluluq, qazlılıq, yüksək və alçaq temperatur, səs-küy və titrəyiş, ionlaşdırıcı elektromaqnit süaları, müxtəlif xarakterli işıqlanmaların yüksək və aşağı səviyyədə olması və s.

2. Kimyəvi amillər: - Belə zərərli istehsalat amillərinə aşağıdakıları göstərmək olar: ümumi toksikilik, dağıdıcı, mutagen (toxmaların çoxalmasına mənfi təsir edir) və s. kimyəvi qrupdan olan zərərli istehsalat amilləri (tənəfüz yollarına, dəri örtüyünə və s.) təsir göstərir.

3. Bioloji amillər: - Bioloji zərərli istehsalat amillərinə bakteriyalar, viruslar, göbələk törədici bakteriyalar, bitki və heyvanların bəziləri (xəstəliklərinə görə).

4. Psixofizoloji amillər: - Bu qrupa aid olan zərərli istehsalat amilləri fiziki və əsəbi yüklənmədən ibarət olmaqla insan orqanizminə təsir göstərir. İnsanın əsəbi yüklənməsi zehni əmək gərginliyini, əməyin monotonluğunu və s. göstərmək olar. İstehsalat şəraitində təsiredici kimi kompleks zərərli və təhlükəli istehsalat amilləridə mövcuddur. Bunlardan ən çoxu işləyənlərin peşəsinin xüsusiyyəti ilə əlaqədardır. İstehsalat proseslərində yaranan zərərli amillər peşə zərərləri, peşə xəstəlikləri, yaxud peşə zəhərlənmələri yaradır. İstehsalat şəraitində növbə ərzində yaranan peşə zəhərlənməsi əmələ gəlirsə bu kəskin zəhərlənmə sayılır.

İstehsalatın bəzi sahələrində işlədikdə (rənglərlə, lakla, skibidarla və s) sanitariya-gigiyena qaydalarına riayət olunmadıqda dəridə xroniki xəstəliklər əmələ gəlməklə ekzema yaranır.

İnsan orqanizminə ümumi və yerli titrəyişin təsiri nəticəsində müvafiq xəstəliklər, səs tellərinin müntəzəm olaraq gərginləşməsi nəticəsində xroniki laringit boğaz xəstəliyi yaranır (müəllimlər, xanəndələr və s).

İşyerlərində faktiki zərərli və təhlükəli amillərin səviyyəsini müxtəlif cihazların köməyi ilə müəyyən etmək olar. Belə cihazlardan səs ölçən (şumomer), vibroqraf, termometr, anemometr, qazanalizator, lyuksmetr və s. göstərmək olar. Zərərli və təhlükəli istehsalat amillərinin buraxılabilən qiyməti (səviyyəsi) qüvvədə olan SN-245-71 və normativ sənədlərdə göstərilmişdir.

Misal üçün: - Bina daxilində işçilər üçün havanın temperaturu yüngül işlərdə 18-210S ağır işlərdə 14-160S, nisbi nəmlik 40-60%, təbii havanın hərəkət sürəti 0,1-0,3 m/san, hər bir işçiyə ən azı 4,5 m2 iş sahəsi və 15 m3 işçi həcmi olmalıdır.

İstehsalat binalarının hündürlüyü ən azı 3m olmaqla, emalatxanalarda dəzgahlar arası ən azı 1m, dəzgahla divar arası məsafə 0,5m, səs-küyün ton yüksəkliyi ən çox 80-85db, elektrik cihazlarının gövdəsinin müdafiə torpaqlama konturunun müqaviməti 10 Om-dan çox olmamalıdır. İstehsalat binalarında ümumi halda işıqlanma 75-150 lk olmalıdır.

Yuxarıda qeyd olunan sanitariya normalarında buraxılabilən qiymətlərə uyğun təşkil olunmuş iş yerlərində işçilərə zərərli və təhlükəli istehsalat amilləri pis təsir göstərmir, belə iş yerləri insan həyatı üçün normal hesab edilir.

DÜİST 12.3.001-75-ə müvafiq sağlam və təhlükəsiz əmək

şəraitinin yaradılmasının əsas yolları. İstehsalat travmalarının və peşə xəstəliklərinin proqnozlaşdırılması və profilaktikasının əsasları.

Müasir istehsalat sahələri öz mürəkkəbliyinə və genişliyinə görə fərqlənirlər.

Bu təsərrüfatlarda əsas iş aparıcı:-gərgin iş rejiminə malik olan, istehsalat nəzəriyyəsini yaxşı bilən, mürəkkəb vəziyyətlərdən tez baş çıxarmağı və düzgün qərar çıxarmağı bacaran-operatordur (İnsandır).

İnsan və əməyin belə mürəkkəb spesifik qarşılıqlı əlaqəsi sxemdə göstərilmişdir.



полотно 25овал 26прямая соединительная линия 27
Əməyə münasibət, onun əsaslandırılması
прямая соединительная линия 28 прямая соединительная линия 30

/прямая соединительная линия 1

Əmək- İnsan-mühit sistemi.

təhsili, təcrübəsi, əməyə münasibəti, əməyin xüsusiyyətləri, etibarlılığı ilə təyin olunur.

“Əməyə yararlılıq” kriteriyaları (əlamətləri) obyektiv iş şəraiti, əməyə ətraf mühitin əks təsiri, əməyə tələbat və onun mürəkkəbliyi ilə təyin olunur.

İşçilərə təhlükəli və zərəli istehsalat amillərinin təsiri olmayan əmək şəraiti yaradılmasına əmək təhlükəsizliyi deyilir.

İstehsalatda təsir edici faktorlar olduqda insan zədələnir.

Eyni zamanda operatorun iş prosesi mürəkkəb ətraf mühiti şəraitində gedir.

Belə istehsalat mühiti, təşkilatı, texniki, sanitar-gigiyenik, bioloji əlamətlər və mikro-iqlimlə xarakterizə olunur.

Bütün bu əlamətlərin işçilərə təsiri olduqca böyükdür: belə ki, bunların qiymətləri buraxılabilən normalardan az və ya çox olduqda insan orqanizmində müxtəlif əsaslı dəyişikliklər əmələ gətirir ki, buda bədbəxt hadisə və ya xəstələnmələrlə nəticələnir.

Sağlam və təhlükəsiz əmək şəraiti yaratmağın əsas yolları uyğun DÜİST-lərdə, maşınqayırmanın, texnologiyanın, biologiyanın və iqtisadiyyatın ən yeni nailiyyətlərinə əsaslanmışdır.

Travmatizm və peşə xəstəliklərinin profilaktikasının sosial- iqtisadi əhəmiyyəti,(Tağızadə səh 56-62 oxumalı)

İstehsalatda insanın əməyi fiziki və zehni əməyə bölünür. Hər bir fiziki işdə zehni əməyin elementləri, zehni işdə isə fiziki əməyin elementləri iştirak edir.

Əmək məhsuldarlığının artırılması tələb edir ki, işçi az əzələ enerjisini sərf etməklə çox iş görsün-əzələ enerjisindən səmərəli istifadə etmək üçün aşağıdakı qaydaya riayət etmək lazımdır: hər hansı işi gördükdə iştirak edən əzələlərin işi mexaniki işin miqdarı ilə mütənasib olmalıdır; Hərəkətlər həm simetrik olmalı, həmdə hər iki əks səmtə yönəlməlidir; hər iki əl eyni zamanda işə başlamalı və eyni zamanda işi qurtarmalıdır.

Zehni işlə əlaqədar yorulma bir neçə amillərdən, ən əvvəl əsəb sisteminin gərginliyindən əmələ gəlir ki, onun nəticəsində insanın psixoloji vəziyyəti, hafizəsi, müşahidə, görmə, eşitmə, məntiqli mülahizə etmə və düzgün qərar çıxarma qabiliyyəti nizamalnır.

Hər iki növ işin (fiziki və zehni işin) xarakterini bilmək layihələndirici və quraşdırıcı mühəndisə imkan yaradır ki, onlar texnoloji xərtələri layihələndirən zaman və yeni texnika yaradarkən işçi yerlərini işləyib-hazırlamağa elmi sürətdə yanaşsınlar.

Hazır ki, vəziyyətdə istər sənayedə istərsədə kənd təsərüfatının bütün sahələrində kompleks mexanikləşdirmə və istehsalat proseslərini elmi əsaslarla elə təşkil etmək lazımdır ki, bir tərəfdən istehsalatın effektivliyinin artırılmasına nail olunsun, digər tərəfdən isə yorulma vaxtı uzaldılsın (geniş olsun), yüklənmə azaldılsın, insan öz əməyindən müəyyən qədər həzz alsın.

İstehsalat proseslərində insanı əhatə edən bütün material elementləri yığımına istehsalat mühiti deyilir. Bu mühit üç yerə bölünür (üç sferaya):

BİRİNCİ SFERA: - iş yeri adlanır (maşın-traktor aqreqatı, heyvan və quşlara qulluq edilən sahə, dəzgah və onun ətrafı.)

İKİNCİ SFERA: - iş binası.

ÜÇÜNCÜ SFERA: - bütün məişət, köməkçi binalar və müəssisə ərazisi.

Texniki və əmək mədəniyyəti eləmentləri ümumiyyətlə istehsalat mədəniyyətini bütövlükdə yüksəltmək üçün işlər kompleksini təşkil edir. İş yerini təkminləşdirən zaman nəzərə almaq lazımdır ki, işçi bütün günü diqqətini işə cəlb etməlidir, başqa əşyalar (istehsalat funksiyası daşımayan əşyalar) onun iş yerində olmamalıdır. İşçinin ətrafındakı bütün əşyalar onun səmərəli işləməsinə kömək etməlidir.

İcrasına görə daha səmərəli tərkibə malik olan və ardıcıl iş üsulu təyin etmək lazımdır.

Bütün yuxarıda qeyd olunan tədbirlər iş yerində yüksək məhsuldarlıqlı iş prosesinin həyata keçirilməsini təmin etməlidir.

Vaxtlı - vaxtında xəstəliklərin qarşısını almaq üçün işçilər müntəzəm olaraq tibbi müayyinədən keçməlidirlər və xüsusi geyimdən istifadə etməlidirlər.

TRAVMATİZMİN VƏ PEŞƏ XƏSTƏLİKLƏRİNİN PROFİLAKTİKASININ

SOSİAL-İQTİSADİ ƏHƏMİYYƏTİ.

K/t-ı müəssisələrində əmək şəraitinin yaxşılaşdırılması üçün böyük işlər görülür. Əmək mühafizəsi üzrə tədbirlərin tətbiqi nəticəsində hər bir işçinin orta illik məhsuldarlığı artır, sosial sığortalanmaya çəkilən xərclərə qənaət olunur və əmək itgisi azalır.

Təsərrüfatlarda travmalar və xəstəliklərlə əlaqədar itkilərin cəmi aşağıdakı düsturla təyin edilir:

burada Πc – travma və xəstəliklərlə əlaqədar itkilərin cəmi: man.



- travmalarla əlaqədar itkilərin cəmi: man.

- xəstəliklərlə əlaqədar itkilərin cəmi: man.

Hər bir travma nəticəsində itkilərin tam cəmi Π- aşağıdakı düsturla hesablanır.



Пti = Са + Ск + Сзп + Сн + Сб + Срас + Соб + Сп ;

burada


Ca – ambulatoriya müalicəsinin qiyməti, man;

Ск – kliniki müalicənin qiyməti, man;

Сзп – müalicə dövründə qazanılmamış əmək haqqı, man;



Сн – bülleteinlə alınan puldan tutulmayan verginin, miqdarı.

Сб – bülleteinlə işçiyə verilən pul, man;

Срас – bədbəxt hadisənin tədqiq edilməsi xərci, man;



Соб – hadisə nəticəsində xarab olmuş avadanlığın qiyməti və ya onun təmirinə çəkilən xərc, man;

Сп – travma (zərərçəkmə) nəticəsində alınmayan məhsulun ümumi dəyəri, man.

Bir dəfə xəstələnmə nəticəsində (pis iş şəraitinə görə) itgilərin cəmi aşağıdakı kimi hesablanır.



Пxi = Са + Ск + Сзп +...+ Сп : man

Yuxarıda qeyd olunan itgilərin ən böyüyü işçinin travma alması və ya xəstə-lənməsi nəticəsində onun verə bilmədiyi val şəkilində məhsulun qiymətidir: - Cn -dir.

İş şəraitinin pisliyi nəticəsində baş vermiş zədələnmələrdən və xəstələnmələrdən əmələ gələn itgilərin hesabatı aparılır, nəticəsi analiz edildikdən sonra bu analizin nəticəsi nəzərə alınmaqla əmək mühafizəsi üzrə tədbirlər planı işlənib hazırlanır.

Bundan sonra işlənib-hazırlanmış tədbirlər həyata keçirilir, nəhayət ən azı bir il yeni həm yaxşılaşdırılmış, həm də təhlükəsizləşdirilmiş iş şəraitində işlədikdən sonra əmək mühafizəsi üzrə tədbirlərin iqtisadi səmərəliliyinin hesabatı aparılır.

Ümumi qənaət Эо aşağıdakı düsturla təyin edilir.

Эо = Пс1 - Псı ; man.

burada Пс1 tədbirlərdən əvvəl travma və xəstələnmələrdən baş verən itki, man.



Псı - əmək mühafizəsi tədbirləri həyata keçirildikdən sonra travma və xəstələnmələr nəticəsində itgilər; man.

Təhlükəsiz iş şəraitinin tətbiqinin səmərəliliyinin hesabatının nəticələri və travmatizmin, xəstələnmələrin iqtisadi nəticələri hər il mütəxəssislərlə müzakirə olunmalı, nəticədə buraxılan nöqsanlar aradan qaldırılmalı və gələcəkdə əmək mühafizəsi tədbirlərini daha səmərəli planlaşdırmağa zəmin yaradılmalıdır.

Əmək mühafizəsi tədbirlərinin tətbiqi hər işçiyə düşən orta illik məhsul istehsalını artırmaqla bərabər, maddi təminat xərclərinə qənaət edilməsinə və əmək itkilərinin azaldılmasına səbəb olur.

Aпрямоугольник 43ZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ


AQRAR MÜHƏNDİSLİK FAKULTƏSİ
HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ
Kafedrası
MÜHAZİRƏÇİ: DOSENT ƏVƏZİ ƏLİYEV OSMAN RƏHİM OĞLU
Muhazirə 3
Mövzu:
Ümumi normalar, əsas müddəalar: Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar.
Mühazirənin Planı:
1.Əmək mühafizəsi sahəsində normativ hüquqi aktlar

sistemi və qanunvericilik aktlarının əsasları.

2. Konstitusiya, Əmək Məcəlləsi.

3. Əməyin Təhlükəsizliyinin standartlar sistemi. Sahə

standartları və ona müvafiq normativ sənədlər. İş və istirahət

vaxtı.
ƏDƏBİYYAT SİYAHISI

1.Azərbaycan Respublikasının Konstitusiyası “Hüquq

ədəbiyyatı” nəşriyyatı - Bakı - Qanun-2009-ci il.

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi – Bakı- “Hüquq

ədəbiyyatı” nəşriyyatı – 2010-cu il.

3. F.Ə.Əliyev, Ü.C.Orucov – “Əmək mühafizəsinin hüquqi

məsələləri” – Gəncə -2001-ci il.

Gəncə-2017


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə