1
Məhəmməd Əmin Rəsulzadə
PANTURANĠZM.
QAFQAZ SORUNU
Bakı-Təknur-2012
2
Rus dilindən Türk dilinə çevirən Yadigar Türkel
fəlsəfə elmləri doktoru
Məhəmməd Əmin Rəsulzadə: PANTURANĠZM.
QAFQAZ SORUNU. Bakı – «Təknur» – 2012. 68 s.
ĠSBN: 978-9952-445-02-3
© Məhəmməd Əmin Rəsulzadə
3
MƏHƏMMƏD ƏMĠN
RƏSULZADƏ
(31 yanvar 1884 - 6 mart 1955)
Məhəmməd Əmin Rəsulzadə
31 yanvar 1884-cü ildə Bakıda
ruhani ailəsində doğulub. Atası
Axund Hacı Molla Ələkbər Rəsul-
zadə, anası Zal qızı Zinyətdir.
İlk oxuma, eləcə də ulusal
eyitimini ailəsində alan Məhəmməd Əmin Bakı Texniki
okuluna girsə də çağın siyasi olaylarına qatıldığından oxumağı
buraxıb basına atılmış, 1903-cü ildə Tiflisdə çıxan «Şərqi-Rus»
qəzetində ilk yazısını yayımlamışdır.
1903-cü ildən çeşidli sosial-siyasi dərnəklərdə çalışan Mə-
həmməd Əmin bəy qurduğu gizli gənclik qurumu ilə çarizmə
qarşı çıxmış, izləndiyindən 1908-ci ildə İrana [Qacarlar
dövlətinə] getmişdir. İranda Anayasa axınına qatılıb, «İrane-
nov» (Yeni İran) adlı gündəlik qəzet çıxaran Məhəmməd Əmin
bəy rus elçisinin istəyilə 1911-ci ildə İrandan çıxarılmışdır.
İstanbula gələn Məhəmməd Əmin bəy orada «Türk
ocaqları»nın çalışmalarına qatılmış, «Türk yurdu» dərgisinə
yazılar yazmışdır.
1913-cü ildə Romanovların 300 illiyilə bağlı bağışlanan-
dan sonra Bakıya dönən Məhəmməd Əmin Rəsulzadə çeşidli
kültür, siyasət qurumlarında çalışmış, 1915-1917-ci illərdə
«Açıq söz» adlı gündəlik qəzet buraxmışdır.
Məhəmməd Əmin Rəsulzadə 1917-ci ildə ««Türk Fede-
4
ralist Müsavat Xalq Partiyası»nın başçısı kimi Bakıda toplanan
Qafqaz Müsəlmanları Qurultayında Rusiyanın yerli yö-
nətimlərə bölünməsinə, Güney Qafqaz Seymində isə Müsəl-
man Fraksiyasının başçısıtək Qafqazın Rusiyadan ayrılmasına,
sonra da Azərbaycan Cümhuriyyətinin qurulmasına ça-
lışmışdır.
1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətinin yara-
dıldığı bildirilmiş, Azərbaycan Milli Şurasının sədri Məhəm-
məd Əmin Rəsulzadə qabaqcadan danışıldığı kimi, iyunun 4-də
Cümhuriyyətin Dış İşləri bakanı Məhəmməd Həsən Hacınskilə
birlikdə Batum Konfransında Osmanlı dövlətilə anlaşaraq bu
dövlətdən ordu yardımı istəmişdir.
Azərbaycan Cümhuriyyətinin 23 aylıq dönəmində ulus
üçün çox böyük işlər görülmüşdür.
1920-ci il aprelin 27-də rus-sovet-mason gücləri Bakını tu-
tub Azərbaycan Cümhuriyyətini devirmişlər. Bundan sonra
tutulub Moskvaya aparılan Məhəmməd Əmin Rəsulzadə Fin-
landiyaya qaçmış, oradan İstanbula gəlmiş «Azərbaycan
Cümhuriyyəti. Keyfiyəti, təşəkkülü və indiki vəziyəti» adlı
kitabını yayımlamışdır.
1923-cü ildən bütün türklər üçün yayımladığı «Yeni Qaf-
qaz»dan (1923-1928) sonra «Azəri türk» (1928-1929), «Odlu
yurd» (1929-1931) dərgilərini çap etdirmişdir.
Sovet ağalığının Türkiyə Cümhuriyyətinə basqısı üzündən
1931-ci ildə arxadaşları ilə birlikdə İstanbuldan Avropaya
gedən Məhəmməd Əmin Rəsulzadə 1932-ci ildən Varşavada
yaşamışdır.
1939-cu ildə alman faşistləri Polşanı tutandan sonra Ru-
mıniyanın baş kəndi Buxarestə keçən Məhəmməd Əmin bəy
1942-ci
ildə Almaniyanın başçıları ilə Azərbaycan
5
Cümhuriyyətinin gələcəyini danışmağa çalışmış, istədiyi alın-
madığından yenidən Buxarestə dönmüşdür.
1944-cü ildə Sovet ordusunun Buxarestə yaxınlaşmasından
sonra Almaniyaya gedən Məhəmməd Əmin bəy 1945-ci il
aprelin 24-də amerikalıların tutduğu bölgəyə keçmişdir.
1947-ci ilin sentyabrında Türkiyəyə gələn Məhəmməd
Əmin Rəsulzadə ömrünün sonuna kimi Ankarada yaşamış,
böyük elmi, siyasi-ideoloji işlər görmüşdür.
1952-ci ildə Avropaya gedən Məhəmməd Əmin bəy orada
«Qafqaz Bağımsızlıq Komitəsi»ni qurmuşdur.
Ayrı-ayrı çağlarda Azad Avropa Radiosundan sevgili
Azərbaycana səslənən Məhəmməd Əmin Rəsulzadə 1955-ci il
martın 6-da Ankarada ölmüşdür.
Məhəmməd Əmin Rəsulzadə «Qaranlıqda işıqlar»-
«Nagəhan bəla», «Jamaat idarəsi», «Bizə hankı idarə fayda-
lıdır», «Azərbaycanın təşəkkülündə Müsavat», «Azərbaycan
Cümhuriyyəti», «Əsrimizin Səyavuşu», «İstiqlal məfkurəsi və
gənclik», «Rusiyada siyasi vəziyət», «İnqilabçı sosializmin
iflası və demokratiyanın gələcəyi», «Milliyət və bolşevizm»,
«Qafqaz türkləri», «İran türkləri», «Azərbaycanın kültür
gələnəkləri», «Çağdaş Azərbaycan ədəbiyatı», «Çağdaş
Azərbaycan tarixi», «Milli birlik», «Azərbaycan şairi Nizami»,
«Qafqaz türkləri» kimi çox dəyərli əsərlər yazmışdır.
YADĠGAR TÜRKEL
Dostları ilə paylaş: |