SURA SEYİDOVA
TƏBABƏT
və
HƏQİQƏT
2
Bismillahir rəhmanir rəhim
3
İnsanların sağlamlığına xidmət edə
biləcək bilik və sirləri onlardan gizlət-
məyib hamıya çatdırmağa çalışan bütün
insanlara, o cümlədən, oxuduğum kitab-
ların müəlliflərinə dərin minnətdarlıq
hissi ilə.
4
ELM, TƏBABƏT VƏ HƏQİQƏT
Min yalan bir doğruya dəyməz.
Q.Təbrizi
Bir elm öyrənmək istədikdə sən,
Çalış ki hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
N. Gəncəvi
Hər şeyin bundan – təkcə bildiklərimizdən ibarət olmadığını
hiss edirdim. Mənə elə gəlirdi ki, bu cür parəkəndəlik, xaos hər şey
ola bilməz, nəsə bir qanunauyğunluq, özül olmalıdır, hər şeyi həll
etməyə qadir olan bir sirr olmalıdır. Və bir gün bu sirr mənə az-çox
açılanda təbabət haqqında təsəvvürlərim dəyişdi, daha doğrusu,
gizli təsəvvürlərin üzə çıxdı.
Bir gün tibb elminin müvəffəqiyyətləri və nəticələri
haqqında, verdiyi fayda və səmərələr haqqında düşünməyə
başladım. Elə bir hadisə xatırlaya bilmədim ki , tibb əsl
sağlamlığa səbəb olsun, ya heç olmasa, bircə xəstəliyin tamamilə
aradan qaldırsın, onun geri qayıtma yollarını bağlamış olsun.
Həqiqət belədirsə, o zaman ağıllı adam tibb elminə etibar edib,
onu şəfaverici hesab edə bilərmi?
Bu sözlər « Kəlilə və Dimnə»dən təbib Bərzuyənin dedikləridir.
Onları, çoxdan yazmış olduğum yazıları safçürük etdiyim bir vaxta
təsadüfən oxudum. Çox təəccübləndim. Həm təsadüfən qəribəliyi
5
kimi, həm də orada yazılanların fikirlərimlə eyniliyindən. Mən də
bu cür düşündüyüm vaxtlar olub. Lakin tibb elminə etibar edib,
danılmaz uğurlar qazanan ağıllı insanları xatırlayıb düşünmüşəm ki,
bu peşəni elə adamlar seçə bilərlər ki, onlar oxuduqları, gördükləri,
öyrəndikləri hər şeyi analiz etməsinlər və təqdir edilən hər şeyi
olduğu kimi qəbul etsinlər. Doğrudur, o vaxtdan indiyə kimi keçən
yüz illər ərzində səhiyyə xeyli inkişaf etmiş, zəngin təcrübə və
nəzəri bilik toplanmışdır. Bunları danmaq haqsızlıq olardı. Xüsusilə,
reanimasiya sahəsində və cərrahlıqda əldə edilən nailiyyətləri ancaq
alqışlamaq olar. Lakin o da bir həqiqətdir ki, təbabət bir çox
xəstəliklərin qarşısında aciz qalmaqda davam edir, xəstəni
sağaltmağa qadir deyil, yalnız onun vəziyyətini müvəqqəti
yaxşılaşdıra bilir. Özü də bu ondan irəli gəlmir ki, hansısa xəstəliyin
müalicəsi hələ tapılmayıb. Belə bir “tapıntı’’ olsa belə, bu da
özündən əvvəlkilər kimi yanlış olacaq. Çünki təbabət, ümumiyyətlə,
düzgün yolda deyil.
Bunu tələbə ikən anlamağa başlamışdım. Tibb dərsliklərindəki
məntiqsiz fikirlər, əsaslandırmalar, bir–birinə uyğun gəlməyən
nəzəriyyələr, ayrı–ayrı alimlərin fikirlərindəki uyğunsuzluqlar, hətta
ziddiyyətlər nəzərimdən qaçmırdı. Lakin onlar haqqında indiki kimi
konkret düşünmürdüm, analiz etmirdim, necə deyərlər, “alimlik
etmək’’ xəyalında deyildim. Sadəcə olaraq, bunları görür və qəbul
edə bilmirdim. Mən heç də özümü bunları yazan alimlərdən ağıllı
hesab etmirdim. Elə bu məni təəccübləndirirdi ki, bu qədər elmlə
məşğul olan və əslində heç də az əhəmiyyəti olmayan nəticələr əldə
edən bu adamlar bu qədər aydın həqiqətləri dərk etmək yox, sadəcə,
görmürlər. Və bu düşüncələrin nəticəsi olaraq, belə qənaətə gəldim
ki, hər kəs öz işini görməklə məşğuldur. Baş o qədər qarışıb ki,
dayanıb kənardan baxmaq, hər şeyi bütov görmək, əlindəki işin
nəyə yarayıb – yaramayacağını, onun qarşıya qoyulan məqsədə,
tələbə cavab verməyəcəyini, onun üçün bu qədər çalışmaq lazım
olub – olmadığını düşünmək heç kəsin yadına düşmür. Kobud
6
müqayisə də olsa, tibb elmi mənə sanki xarab olmuş maşını
düzəltmək üçün onun iş mexanizmini, iş prinsipini öyrənmək
əvəzinə, hissə–hissə sökərək, bu hissələrin quruluşunu, hansı
metaldan hazırlandığını belə öyrənmək cəhdi kimi təsir bağışlayırdı.
Bunu bütövlükdə elmə şamil edirdim.
Hər bir elm sahəsi qol – budaq ata bilər və atmalıdır. Amma bu
qol–budaq əsas kökdən ayrılmamalıdır, belə halda o, onsuz da,
yetişə bilməyəcək, bar verə bilməyəcək. Köksüz qol – budaq isə
yarımçıqdır, bütöv deyil, onun nə qədər dərindən (öyrənib qutarsa )
belə, biliyimiz yarımçıq olacaqdır. (Bütövə də əlac var, yarıya da, dad
yarımçıq əlindən.) Əlbəttə, mən heç də elmin sona qədər inkişafını
nəzərdə tutmuram. Heç bir elm sahəsi sona qədər inkişaf edə bilməz.
Lakin söhbət elmin yarı yolda olmasından yox, yarımçılıqlığından
gedir.
Elə bu yarımçılığın, təbiətə zidd getməyimizin nəticəsidir
ki,insan əli ilə yaradılan nə varsa, son nəticədə onun özünə qarşı
çevrilir. «İlic lampası»nıdan tutmuş kompüterə, qoca qarıların
dediyi kimi «göyü deşən» kosmik raketlərə qədər nə varsa, hamısı
insanın düşmənidir və bu «düşmənçilik» bizim hesab etdiyimiz
qədər cüzi deyil. Elmin başqa «təntənələrinin» atom
bombasından fərqi onların dağıdıcılığının gizli, ləng olmasıdır.
Geniş istifadə etdiyimiz elektrik cihazlarının elektromaqnit
şüalarını «vecimizə almırıq» .Lakin onların şüalandırdığı enerji
insanın biosahəsinə dağıdıcı təsir göstərir. Əlamətləri demək olar
ki, hamıda müşahidə edilən «radiodalğa xəstəliyi» yayılmaqda
davam edir (ümumi əzginlik, yuxunun pozulması, daimi baş
ağrıları və s. əlamətlər). Lakin təkcə texnikanın yox, həm də
məişət kimyasının inkişafı insanın sağlamlığına zərbədir.
Məsələn, «hər cür ləkəni yuyub aparan» tozlar ləkə ilə bərabər
sağlamlığıda yuyub aparır.
Hansı elm sahələri mövcud deyil? Təbabətdə olduğu kimi
bütün başqa elm sahələrində də hərə «öz işi » ilə məşğuldur. Təbiət,
Dostları ilə paylaş: |