Tofiq Huseynzade--seir--kitab 1111. indd



Yüklə 3,04 Mb.

səhifə1/143
tarix04.07.2018
ölçüsü3,04 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   143


X Ə YA L 

C I Ğ I R I

X

Ə

Y

A



C



IR

I

TOFИQ HЦSEYNZADЯ

TO





H

Ц

SE



Y

N

Z



A

D

Я



Toq Məhəmməd oğlu Hüseynzadə – 20 sentyabr 

1946-cı il tarixdə Qərbi Azərbaycanın Göyçə mahalının 

Basarkeçər  rayonunun  Sarıyaqub  kəndində 

doğulmuşdur.  Gənc  yaşlarından  şeirlər  yazmağa 

başlamış, Azərbaycan Dövlət Pedaqoji Universitetində 

ali  təhsil  almış  (1965-1971),  tələbəlik  illərindən 

mətbuatda çoxsaylı şeir və məqalələrlə çıxış etmişdir. 

T.Hüseynzadə 1970-ci ildən müəllimlik fəaliyyətinə 

başlamış,  1979-cu  ilin  noyabr  ayından  Basarkeçər 

rayon qəzeti olan «Vardenis»də ədəbi işçi, 1986-cı ilin 

noyabr  ayından  isə  kənd  təsərrüfatı  şöbəsinin  müdiri 

vəzifələrində  çalışmış,  1987-ci  ildən  keçmiş  SSRİ 

Jurnalistlər Birliyinə üzv qəbul edilmişdir. Onun şeirləri 

Ermənistanda  və Azərbaycanda  nəşr  olunan  nüfuzlu 

kitab, qəzet və jurnallarda dərc olunmuşdur. 1988-ci ilin 

məlum hadisələri ilə əlaqədar Bakı şəhərinə köçdükdən 

sonra, pedaqoji fəaliyyəti ilə yanaşı, «Yeni Azərbaycan» 

və  sair  qəzetlərdə  jurnalist  kimi  çalışmış,  Göyçə 

folkloru,  həmçinin  Səfəvilərin  dövlət  xadimi,  böyük 

mütəfəkkir, öz ulu babası Miskin Abdalın zəngin ədəbi 

irsini toplamış, 2005-ci ildə «Səfəvilərin böyük övliyası – 

Miskin Abdal» kitabını nəşr etdirmişdir. 2003-cü ildən 

Milli  Elmlər  Akademiyasının  Folklor  İnstitutunun 

dissertantı  olaraq  «Aşıq  deyişmələrinin  poetikası» 

mövzusunda  dissertasiya  işini  2005-ci  ildə  başa 

çatdırmışdır. 

Lakin 13.11.2006-cı ildə, 60 yaşında vaxtsız vəfatı 

onu  həmin  dissertasiya  işinin  müdaəsini  başa 

çatdırmağa  imkan  verməmişdir.  Vəfatından  sonra 

2017-ci  ilin  sentyabr  ayında  «Aşıq  deyişmələrinin 

poetikası»  kitabı  monoqraya  qismində  dərc 

olunmuşdur.

T.Hüseynzadənin  hazırkı  –  «Xəyal  cığırı»  adlı  3 

cildlik kitabına onun 750-dən çox şeiri, «Miskin Abdal – 

Qeyb  Ərəni,  Təsəvvüf  Piri»  elmi-tədqiqat  əsəri, 

hekayələri, hikmətli kəlamları daxil edilmişdir.



I cild

I cild

(şeirlər)


Tofiq Məhəmməd oğlu Hüseynzadə

(1946 – 2006)


                                        


TOFИQ MЯЩЯММЯД ОЬЛУ  

HЦSEYNZADЯ

XƏYAL CIĞIRI

3 cilddə

ŞEİRLƏR, HEKAYƏLƏR  



«MİSKİN ABDAL – QEYB ƏRƏNİ,      

TƏSƏVVÜF PİRİ» ELMİ-TƏDQİQAT ƏSƏRİ

I ci̇ld

«EŞQIMIN YOLLARINDA»,

«ÖMÜRDƏN YARPAQLAR»  

və «QURBAN OLARAM»  

dəftərlərindəki şeirlər

Bakı – 2018




TOFİQ MƏHƏMMƏD OĞLU HÜSEYNZADƏ

XƏYAL CIĞIRI (I ci̇ld)

Baki, «Zərdabi LTD» MMC,

 

 2018,  600 səh. 



Toplayan, tərtib edən:      Mehdi Tofiq oğlu Hüseynzadə

Elmi redaktor:                  Hüseyn  Ələsgər oğlu İsmayılov

                                            filologiya elmləri doktoru, professor

Rəyçilər:                            Mahmud Qara oğlu Allahmanlı

                                            filologiya elmləri doktoru, professor 

                                            Qüdrət Umud oğlu Umudov 

                                            filologiya üzrə fəlsəfə doktoru, dosent

                                            Tacir Şaban oğlu Qurbanov

                                            filologiya üzrə fəlsəfə doktoru, dosent

                                       

Xoşqədəm Akif qızı İslam

                                            tarix üzrə fəlsəfə doktoru

Bu kitabda, Səfəvilərin böyük dövlət xadimi, Şah İsmayıl Xətainin mürşidi, 

dövrünün tanınmış diplomatı, sərkərdə, təsəvvüf mütəfəkkiri, sufi şair, Haqq aşiq-

liyi (aşıqlıq) sənətinin əsasını qoymuş, Qeyb Ərəni («Ricalül-qeyb»), Pir, Övliya, 

Allahdan əta edilmiş böyük möcüzələr, kəramətlər, müqəddəs «Ocaq» sahibi, ta-

rixi şəxsiyyət, 1430-1535-ci illərdə yaşamış, bəşəriyyətin beşiyi, tarixi Oğuz yurdu 

– Göyçə mahalından olan Miskin Abdalın (Hüseyn Məhəmməd oğlunun) «Şad-

manlı» oğul nəslinin layiqli nümayəndəsi, 1946-2006-cı illərdə yaşamış istedadlı 

şair, jurnalist, pedaqoq və tədqiqatçı-folklorşünas Tofiq Məhəmməd oğlu Hüseyn-

zadənin böyük və zəngin şeriyyət dünyası – sağlığında nəşr olunmuş, həmçinin 

əlyazma şəklində olan şeirləri, hekayələri, hikmətli kəlamları və ulu babası Hü-

seyn Məhəmməd oğlunun daşıdığı – ən yüksək ilahi-ruhani təsəvvüf məqam və 

dərəcələrini simvolizə edən «Miskin» və «Abdal» anlayışlarının, ədəbiyyatımızda 

ilk dəfə əsaslandırılmış elmi izahına həsr edilmiş çox dəyərli elmi-tədqiqat əsəri 

olan «Miskin Abdal – Qeyb Ərəni, Təsəvvüf Piri» əsəri toplanılmışdır.

Materialların həcmi böyük olduğundan, bu kitab 3 cilddə nəşr olunur. 

© 

T. HÜSEYNZADƏ,



 2018

ISBN 978-9952-476-46-0




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   143


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə