|
ÜZÜM, ŞİRƏ VƏ ŞƏrabin mikroflorasi
|
səhifə | 1/6 | tarix | 04.10.2023 | ölçüsü | 37,77 Kb. | | #125292 |
| ŞəRAB MÜHAZİRƏ
ÜZÜM, ŞİRƏ VƏ ŞƏRABIN MİKROFLORASI
3.1. Mayalar
Təsnifatı. Mayalar, birhüceyrəli, xlorofilsiz, mitsel yaratmayan göbələklər olub, kisəli göbələklər (Ascomycetes-askomisetlər) sinfinin, sadə kisəlilər (Protoascales-protoaskov) yarımsinfinə aiddirlər.
Mayaların başlıca təsnifat göstəricisi, onların spor əmələ gətirmə xassəsidir. Onlar bu əlamətə görə iki qrupa bölünürlər: 1)Sporogen mayalar-spor yaratmaq xüsusiyyətinə malik olanlar; 2)Asporogen mayalar-spor əmələ gətirmək, başqa sözlə, cinsi çoxalma xüsusiyyətinə malik olmayanlar. Sporogen mayalar, vegetativ çoxalma əlamətlərinə görə üç ailəyə bölünür.
1.Saccharomycetaceae (Saxaromitsetace) ailəsi, tumurcuqlama ilə çoxalır. Bu proseslərini təmin edir. Digər cinslər Pichia (pixiya), Hansenila (hanzenula), Zygosacchoromyces (Ziqosaxaromitses) zəhərli mikrofloraya daxil edilir.
2.Schizosaccharomycetaceae (Şizosaxaromitsease) ailəsi, bölünməklə çoxalır. Bu ailəyə iki cins daxildir: Schizosaccharomyces (Şizosaxaromitses) və Ortosroromyces (oktosporomitses).
3.Saccharomycodaceae (Saxaromikodatse) ailəsi, çoxalmağa tumurcuqlama ilə başlayıb, bölünmə ilə qurtarır. Bu ailənin əsas cinsləri Saccharomycodes (Saxaromikodes) və Hanseniasrora (hanzeniaspora) olub, şərabçılıq üçün zərərlidirlər.
Asporogen mayalar. Bunlara mayayabənzər (natamam) göbələklər də deyirlər. Onların təsnifatının əsasında yalançı mitsel yaratmaları və qıcqırtma xüsusiyyəti durur. Bu qrupun başlıca cinsləri Candida (kandida), Torilopsis (torulopsis) və Brettanomyces (breettanomitses) olub, şərabçılıq üçün zərərlidirlər.
Hüceyrənin quruluşu. Maya hüceyrəsi mürəkkəb tərkib və quruluşa malikdir. O, bir hüceyrəli mikroskopik quruluşlu orqanizm olmaqla, bitki və heyvan hüceyrələri ilə eyni quruluşludur. Hüceyrədaxili komponentlər ayrı-ayrı orqanoidlərə daxildir. Orqanoidlərə-hüceyrə qılafı, sitoplazmatik membran, sitoplazma, mtoxondri, vakuollar, holci kompleksi, nüvə aiddir. Bundan başqa hüceyrədə müxtəlif ehtiyat qida maddələri: qlikogen, treqaloza, yağ, metaxromatin və b. olur. Qılaf - sıx, zərif və elastiki olmaqla, sitoplazmanı xaricdən örtür, ona xarakterik forma verir və sitoplazmanı mühitin zərərli təsirindən qoruyur. Qılaf, hüceyrədaxili osmotik təzyiqi nizamlamaqla, hüceyrəyə məsamələrdən düzların və başqa kiçik molekulu maddələrin keçməsini tənzim edir. Qılafın kimyəvi tərkibinə zülal-polisaxarid kompleksi, fosfatlar və lipidlər daxildir
Dostları ilə paylaş: |
|
|