Vergi qanunvericiliyinə (inzibatçılığına) edilmiş dəyişikliklər haqqında Hörmətli vergi ödəyicisi!



Yüklə 27,73 Kb.
səhifə1/6
tarix16.02.2023
ölçüsü27,73 Kb.
#100871
  1   2   3   4   5   6
2310020005132700-Bildiris


Vergi qanunvericiliyinə (inzibatçılığına) edilmiş dəyişikliklər haqqında


Hörmətli vergi ödəyicisi!
Məlum olduğu kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09.12.2022-ci il tarixli Qanunu (bu Qanunla https://president.az/az/articles/view/58491 linki vasitəsilə tanış ola bilərsiniz) ilə Vergi Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edilmişdir.
Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə edilmiş əlavəyə əsasən “Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəəti həmin qeyri-rezidentə köçürüldükdə (verildikdə)” güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən bu cür ödənişlər vergitutma məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilməyəcəkdir.
Dəyişiklikdən əvvəl qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəəti həmin qeyri-rezidentə köçürüldükdə (verildikdə) Azərbaycan mənbəyindən gəlirə aid edilirdi.
Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əlavə edilmiş 14.3.6-cı altmaddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə və ya bu cür sənədlər mövcud olmadıqda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçiriləcəkdir.
Dəyişiklikdən əvvəl vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə və ya bu cür sənədlər mövcud olmadıqda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilməsi nəzərdə tutulmamışdır.
Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə edilmiş dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumatlar İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən formada malların idxal olunacağı tarixədək deyil, malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların gömrük nəzarətindən çıxdığı vaxtdan 1 (bir) iş günü müddətində) vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim ediləcəkdir.
Bununla yanaşı bu maddəyə edilmiş digər əlavəyə əsasən vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda nəzərdə tutulan məlumat formasının vergi orqanına təqdim edilməsi tələb olunmur və bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) boşaldılmış hesab olunacaqdır.

Yüklə 27,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə