Yəhya 1 Allah K



Yüklə 442,82 Kb.

səhifə1/14
tarix23.08.2018
ölçüsü442,82 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   14


Yəhya 1 

Allah Kəlamı 

1

Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi.  



2

O, başlanğıcda 

Allahla birlikdə idi.  

3

Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri 



Onsuz yaranmadı.  

4

Həyat Onda idi və bu həyat insanların nuru idi.  



5

Nur qaranlıqda 

parlayır, qaranlıq isə onu bürüyə bilmədi.  

6

 Allahın göndərdiyi bir adam ortaya çıxdı, 



onun adı Yəhya idi.  

7

O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun 



vasitəsilə iman etsin.  

8

O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi. 



 

9

Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı.  



10

O, dünyada idi, 

dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı.  

11

Öz diyarına gəldi, amma 



soydaşları Onu qəbul etmədi.  

12

Lakin Onu qəbul edənlərin hamısına, adına iman 



edənlərə Allahın övladları olmaq ixtiyarını verdi.  

13

Onlar nə qandan, nə bəşər 



arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu.  

14

Kəlam bəşər olub, 



lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan 

gələn vahid Oğulun ehtişamını gördük.  

15

Yəhya Onun barəsində şəhadət etdi və nida 



edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi” deyib 

haqqında danışdığım Şəxs budur».  

16

Hamımız Onun bütövlüyündən lütf üstünə lütf 



aldıq.  

17

Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. 



 

18

Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid 



Oğul Onu tanıtdı.  

Yəhyanın şəhadəti 

(Mat. 3:1-12; Mark 1:1-8; Luka 3:1-18) 

 

19



Yəhudi başçıları Yəhyadan «Sən kimsən?» deyə soruşmaq üçün Yerusəlimdən 

kahinlərlə Levililəri onun yanına göndərdilər. O zaman Yəhya belə şəhadət etdi:  

20

o, 


düzünü deyib inkar etmədi və «mən Məsih deyiləm» deyə bəyan etdi.  

21

 Onlar Yəhyadan 



soruşdular: «Bəs sən kimsən? Bəlkə İlyassan?» Yəhya «xeyr, o deyiləm» dedi. 

Soruşdular: «Bəlkə gəlməli olan peyğəmbərsən?» Yəhya «xeyr» söylədi.  

22

Sonra ona 



dedilər: «Bəs sən kimsən? Bizi göndərənlərə nə cavab verək? Özün barədə nə deyirsən?» 

 

23



Yəhya dedi: «Mən Yeşaya peyğəmbərin söylədiyi kimi “Rəbbin yolunu düz edin” 

 

deyə səhrada nida edənin səsiyəm».  



24

Göndərilən bəzi fariseylər  

25

Yəhyadan soruşdular: 



«Bəs sən Məsih, İlyas yaxud gəlməli olan peyğəmbər deyilsənsə, nə üçün vəftiz 

edirsən?»  

26

Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda 



məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını 

açmağa da layiq deyiləm».  

27

Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma 



aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının 

bağını açmağa da layiq deyiləm».  

28

Bu hadisələr İordan çayının o tayında olan Bet-



Anyada, Yəhyanın vəftiz etdiyi yerdə baş verdi.  

29

Ertəsi gün Yəhya İsanın ona tərəf 



gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur! 

 

30



“Məndən sonra bir Şəxs gəlir ki, məndən üstündür, çünki məndən əvvəl var idi” deyib 

haqqında danışdığım Kəs budur.  

31

Özüm Onu tanımırdım, amma Onun İsrailə zahir 




olması üçün mən su ilə vəftiz edərək gəldim».  

32

Yəhya şəhadət edib dedi: «Gördüm ki, 



Ruh göydən göyərçin kimi endi və Onun üzərində qaldı.  

33

Özüm Onu tanımırdım, lakin 



su ilə vəftiz etmək üçün məni göndərənin Özü mənə dedi: “Ruhun kimin üzərinə enib 

qaldığını görsən, bil ki, Müqəddəs Ruhla vəftiz edən Odur”.  

34

Mən də görüb “Allahın 



Oğlu budur” deyə şəhadət etmişəm».  

İsanın ilk şagirdləri 

 

35

Ertəsi gün yenə Yəhya orada idi. Şagirdlərinin ikisi onun yanında idi.  



36

İsa yoldan 

keçərkən Yəhya Ona baxıb dedi: «Allah Quzusu budur!»  

37

Həmin iki şagird onun 



sözlərini eşidib İsanın ardınca getdi.  

38

İsa dönüb ardınca gəldiklərini görərək onlara 



«Sizə nə lazımdır?» dedi. Onlar İsaya dedi: «Rabbi, Sən harada qalırsan?» «Rabbi» 

«Müəllim» deməkdir.  

39

İsa onlara dedi: «Mənimlə gəlin, görərsiniz». Onlar gedib İsanın 



harada qaldığını gördülər və həmin gün Onunla qaldılar. Onuncu saat radələri idi. 

 

40



Yəhyadan eşidib İsanın ardınca gedən iki nəfərdən biri Şimon Peterin qardaşı Andrey 

idi.  


41

Sonra o, ilk öncə qardaşı Şimonu tapıb ona «biz Məsihi tapdıq» dedi. «Məsih» 

«Məsh olunmuş» deməkdir.  

42

Onu İsanın yanına apardı. İsa Şimona baxıb dedi: «Sən 



Yəhya oğlu Şimonsan, amma Kefa adlanacaqsan». Kefa isə Peter deməkdir.  

43

Ertəsi gün 



İsa Qalileyaya getmək istədi. O, Filipi tapıb ona «ardımca gəl» dedi.  

44

Filip də Andrey 



və Peter kimi Bet-Sayda şəhərindən idi.  

45

Filip Natanaeli tapıb ona dedi: «Musanın 



Qanunda yazdığı, peyğəmbərlərin də bəhs etdiyi Şəxsi – Yusif Oğlu Nazaretli İsanı 

tapdıq».  

46

Natanael ona dedi: «Nazaretdən yaxşı bir şey çıxarmı?» Filip isə ona «gəl 



özün bax» dedi.  

47

İsa Natanaelin Ona tərəf gəldiyini görüb haqqında belə dedi: «Bu, 



həqiqətən, ürəyində hiylə olmayan bir İsraillidir».  

48

Natanael «Sən məni haradan 



tanıyırsan?» deyə Ondan soruşdu. İsa ona cavab verdi: «Filip səni çağırmazdan əvvəl səni 

əncir ağacının altında gördüm».  

49

Natanael Ona dedi: «Rabbi, Sən Allahın Oğlusan, 



İsrailin Padşahısan!»  

50

İsa ona cavab verib dedi: «Səni əncir ağacının altında gördüyümü 



söylədiyim üçünmü Mənə iman edirsən? Sən bunlardan daha böyük şeylər görəcəksən». 

 

51



 Yenə ona dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: göyün yarıldığını və Allahın 

mələklərinin Bəşər Oğlu üzərinə enib-qalxdığını görəcəksiniz».  



Yəhya 2   

İsa suyu şəraba döndərir 

1

Bunun üçüncü günü Qalileyanın Qana kəndində toy oldu. İsanın anası orada idi.  



2

İsa ilə 


şagirdləri də toya çağırılmışdı.  

3

Şərab qurtaranda anası İsaya dedi: «Şərabları qalmadı». 



 

4

İsa dedi: «Ana, məndən nə istəyirsən? Mənim vaxtım hələ çatmayıb».  



5

Anası 


xidmətçilərə dedi: «Sizə nə desə, edin».  

6

Yəhudilərin paklanma mərasimi üçün orada hər 



biri iki-üç ölçü su tuta bilən altı daş küp var idi.  

7

İsa xidmətçilərə dedi: «Küpləri su ilə 



doldurun». Onları ağzına qədər doldurdular.  

8

O, xidmətçilərə dedi: «İndi bir az götürüb 



toyağasına aparın». Onlar da apardı.  

9

Toyağası şəraba çevrilmiş suyun dadına baxdı. O 



bunun haradan gətirildiyini bilmirdi, bunu yalnız suyu götürən xidmətçilər bilirdi. 

Toyağası bəyi çağırıb ona dedi:  

10

«Hər kəs əvvəlcə əla şərabı, çox içiləndən sonra isə adi 



şərabı təqdim edir. Amma sən əla şərabı indiyə saxlamısan».  

11

İsa Qalileyanın Qana 



kəndində bu ilk əlamətini göstərdi və izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi.  

12

 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə