№-li palata I



Yüklə 452,2 Kb.
Pdf görüntüsü
səhifə10/18
tarix26.03.2018
ölçüsü452,2 Kb.
#34621
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

      İvan  Dmitriçin  gözləri  fərəhlə  parladı,  o  ayağa  qalxdı  və  əlini 

pəncərəyə doğru uzadaraq həyəcanlı səsi ilə sözünə davam etdi: 

      -  Bu  barmaqlıqlar  arxasından  sizə  xeyir-dua  verirəm!  Yaşasın 

həqiqət! Mən sevinirəm! 

      İvan Dmitriçin hərəkəti doktora bir qədər suni göründüsə də, yenə 

xoşuna gəldi. O: 

      -  Burada  sevinməyə  bir  səbəb  görmürəm,  -  dedi.  –  Həbsxana  və 

dəlixanalar  olmayacaq,  siz  buyurduğunuz  kimi,  həqiqət  qalib  gələcək, 

lakin  şeylərin  mahiyyəti  dəyişməyəcək  ,  təbiət  qanunları  olduğu  kimi 

qalacaqdır.  Adamlar  indiki  kimi  xəstələnəcək,  qocalacaq  və  öləcəklər. 

Həyatınızı  nə  qədər  gözəl  bir  şəfəq  işıqlandırsa  da,  yenə  axırda  sizi 

tabuta qoyub torpağa basdıracaqlar. 

      - Bəs ölməzlik, bəs əbədiyyət necə? 

      - Bəsdir, canım! 

      -  Siz  inanmırsınız,  amma  mən  inanıram.  Dostoyevskinin  və  ya 

Volterin  əsərlərində  birisi  deyir  ki,  əgər  Allah  olmasaydı,  onu 

insanlar  özü  uydurub  yaradardılar.  Mən  qəti  surətdə  əminəm  ki, 

ölməzlik - əbədiyyət yoxdursa, böyük insan zəkası buna gec-tez nail 

olacaqdır. 

      Andrey Yefimıç sevincindən gülümsəyərək dedi: 

      -Yaxşı  sözdür.  Sizin  bu  cür  etiqadlı  olmağınız  yaxşıdır.  Nelə  bir 

etiqadla, adamı lap divar arasına hörsələr belə, adam firavan yaşayar. 

Siz bir yerdə təhsil almısınızmı? 

      - Bəli, universitetdə oxumuşam, ancaq qurtarmamışam. 

      -  Siz  düşüncəli  və  dərrakəli  adamsınız.  Siz  hər  bir  şəraitdə  öz-

özünüzdən təsəlli tapa bilərsiniz. Həyatı dərk etməyə çalışan azad və 

dərin  təfəkkür  və  dünyanın  mənasız  qayğılarına  tam  bir  həqarətlə 

baxmaq – insan bu iki nemətdən ən yüksək bir şey görməmişdir. Siz 

üç qat barmaqlıq arxasında yaşamalı olsanız belə, bu nemətlərə nail 

ola  bilərsiniz.  Diogen  çəllək  içində  yaşadığı  halda,  bütün  dünyadakı 

padşahlardan xoşbəxt imiş. 

      İvan Dmitriç qaşqabağını töküb: 

          -  Sizin  bu  Diogeniniz  sarsağın  biri  imiş,  -  dedi  və  birdən-birə 

acıqlanaraq yerindən sıçradı, uca səslə danışmağa başladı, - Diogen və 

ya  nə  bilim  dərk  etmək  barəsində  danışmaqdan  nə  çıxar!  Mən  həyatı 

sevirəm,  həm  də  ehtirasla  sevirəm!  Məndə  təqib  olunma  xəstəliyi, 

əzabverici  daimi  qorxu  var,  amma  elə  dəqiqələr  də  olur  ki,  yaşamaq 

arzusu  mənim  bütün  vücudumu  qapayır,  belə  anlarda  qorxuram  dəli 

olam. Ehtirasla, ağlagəlməz bir həvəslə yaşamaq istəyirəm! 



      O, həyəcan içində otaqda gəzindi və alçaq səslə dedi: 

      -  Xəyala  dalanda  məni  kabuslar  narahat  edir.  Yanıma  bir  cür 

adamlar  gəlir,  cürbəcür  səslər,  musiqilər  eşidirəm,  mənə  elə  gəlir  ki, 

meşələrdə, dəniz sahilində gəzirəm... İstəyirəm, yana-yana istəyirəm ki, 

mənim də işim-gücüm, qayğılarım olsun... Bir deyin, görüm, orada yeni 

bir şey varmı? – deyə İvan Dmitriç soruşdu. – Orada nə var? 

      - Siz şəhər barəsində bilmək istəyirsiniz, yoxsa ümumiyyətlə? 

      - Əvvəlcə mənə şəhər haqqında danışın, sonra ümumiyyətlə. 

      -  Nə  olar,  deyim  də.  Şəhərdə  qüssədən  bərk  darıxırsan.  Bir  adam 

tapmırsan  ki,  dərdini  ona  açıb  deyəsən,  ya  da  birini  dinləyəsən.  Təzə 

adam  yoxdur.  Amma  bu  yaxında  şəhərə  Xobotov  adlı  gənc  bir  həkim 

gəlibdir. 

      - O hələ mənim vaxtımda gəlib. Yoxsa qanmazdır? 

      -  Bəli,  tərbiyəsiz  adamdır.  Qəribə  işdir...  Hər  şeydən  görünür  ki, 

bizim  paytaxtımızda  zehni  durğunluq  yoxdur,  hərəkət  var.  Demək, 

orada həqiqi adamlar da olmalıdır, amma nədənsə hər dəfə oradan bizə 

sarsaq adamlar göndərirlər. Şəhərimiz nə bədbəxtdir” 

      İvan Dmitriç ah çəkdi və: 

      - Hə, bədbəxt şəhərdir! – deyə güldü. – Yaxşı, indi də ümumiyyətlə 

danışın. Qəzetlərdə və jurnallarda nə yazırlar? 

      Palata  artıq  qaranlıqdır.  Doktor  ayağa  qalxıb,  xarici  ölkələrdə  və 

Rusiya  mətbuatında  nələr  yazıldığını  və  ictimai  fikrin  hansı  istiqamətə 

doğru yönəldiyini nağıl etməyə başladı. İvan Dmitriç diqqətlə qulaq asır 

və  suallar  verirdi,  lakin  birdən  dəhşətli  bir  şey  xatırlayan  adam  kimi 

əlləri ilə başını qucaqladı və arxası doktora olaraq yatağa uzandı. 

      Andrey Yefimıç soruşdu: 

      - Sizə nə oldu? 

      - Bundan sonra siz məndən bir söz də eşitməyəcəksiniz! – deyə İvan 

Dmitriç kobud cavab verdi: - Məni tək buraxın! 

      - Axı nə üçün? 

      Andrey  Yefimıç  çiyinlərini  dartdı,  köksünü  ötürüb  bayıra  çıxdı. 

Dəhlizdən keçərkən dedi: 

      -  Nikita,  buranı  sil-süpür  eləsəydin,  nə  yaxşı  olardı...  Havası  çox 

ağırdır! 

      - Baş üstə, zati-aliləri. 

      Andrey  Yefimıç  öz  mənzilinə  gedərkən  düşünürdü:  “Nə  xoş 

gəncdir!  Burada  yaşadığım  müddət  ərzində  bu,  gərək  ki,  söhbət 

eləməyə layiq olan birinci adamdır. O, mühakimə yürütməyi bacarır və 

məhz lazımlı şeylərlə maraqlanır”. 



      O,  mütaliə edərkən və  yatağında  uzandığı zaman hey  İvan Dmitriç 

haqqında düşünürdü, səhər tezdən yuxudan oyandıqda isə dünən ağıllı 

və  maraqlı  bir  adamla  tanış  olduğunu  xatırladı  və  mümkün  olan  kimi 

onun yanına getməyi qərara aldı. 

 

                                                    X 



 

      İvan  Dmitriç  dünənki  vəziyyətdə  uzanmış,  başını  əlləri  arasına 

almış və qıçlarını altına yığmışdı. Üzü görünmürdü. 

      - Xoş gördük, dostum, - deyə Andrey Yefimıç onunla salamlaşdı. – 

Yatmayıbsınız ki?.. 

      İvan Dmitriç üzünü yastıqdan ayırmayaraq dedi: 

      -  Əvvələn,  mən  sizə  dost  deyiləm,  ikincisi,  nahaq  yerə  zəhmət 

çəkirsiniz: məndən bir kəlmə də söz ala bilməyəcəksiniz. 

      Andrey Yefimıç pərt olub mızıldandı: 

      - Qəribə işdir... Dünən sizinlə mehribancasına söhbət edirdik, amma 

nədənsə  birdən-birə  inciyib  söhbəti  qırdınız...  Bəlkə  mən  söhbətimdə 

kobud  bir  söz  işlətmişəm,  ya  da  bəlkə,  sizin  əqidənizə  zidd  bir  fikir 

söyləmişəm... 

      İvan  Dmitriç  yerində  dikələrək  istehza  və  təşvişlə  doktora  baxdı. 

Gözləri qızarmışdı. 

      -  Hə,  siz  dediniz;  mən  də  inandım!  –  dedi.  –  Casusluq  etmək  və 

işgəncə vermək üçün başqa yerə getməniz məsləhətdir, buradan sizə bir 

iş  çıxmaz.  Mən  sizin  buraya  nə  üçün  gəldiyinizi  hələ  dünən 

duymuşdum. 

      Doktor gülümsəyib dedi: 

      - Qəribə bir fantaziya! Demək, sizin zənninizcə, mən casusam? 

      -  Bəli,  mən  belə  güman  edirəm...  Yanına  sınanmaq  üçün 

qoyulduğum  adam  casusdur,  yoxsa  doktor  bunun  məndən  ötrü  fərqi 

yoxdur. 


      - Amma, məni bağışlayın... Siz qəribə adamsınız! 

      Doktor,  yatağın  yanındakı  kürsüdə  əyləşib  başını  məzəmmətlə 

yırğaladı. 

      -  Yaxşı,  tutaq  ki,  siz  haqlısınız,  -  dedi.  –  Fərz  edək  ki,  mən  sizi 

polisin  əlinə  vermək  üçün  sizdən  söz  alıram.  Bunun  nəticəsində  sizi 

həbs  edib  məhkəməyə  verirlər.  Lakin  məhkəmədə  və  ya  həbsxanada 

gününüz  buradakından  pismi  keçəcək?  Sizi  sürgün  etsələr  və  hətta 

katorqaya göndərsələr, bu fligeldə oturmaqdan pismi olar? Zənnimizcə, 

pis olmaz... Bəs nədən qorxursunuz? 



Yüklə 452,2 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə