№-li palata I



Yüklə 452,2 Kb.
Pdf görüntüsü
səhifə11/18
tarix26.03.2018
ölçüsü452,2 Kb.
#34621
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

      Bu  sözlər,  deyəsən,  İvan  Dmitriçə  təsir  etdi.  O,  sakitcə  yatağa 

oturdu. 


      Axşam  saat  beşə  işləyirdi.  Andrey  Yefimıç  adətən  bu  vaxtlar  öz 

otaqlarında gəzinər və Daryuşka, pivə içmək vaxtı deyilmi, deyə ondan 

soruşardı. Hava sakit və aydın idi. 

      Doktor: 

      -  Nahardan  sonra  bir  az  gəzmək  üçün  evdən  çıxmışam  və 

gördüyünüz  kimi,  sizin  yanınıza  gəlmişəm,  -  dedi.  –  Bayırda  bahar 

havası var. 

      İvan Dmitriç soruşdu: 

      - İndi hansı aydır? Martdırmı? 

      - Bəli, martın axırıdır. 

      - Bayır palçıqdır? 

      - Xeyr, bir qədər yox. Bağda artıq cığırlar açılıbdır. 

      İvan Dmitriç yuxudan təzəcə durmuş adam kimi, qızarmış gözlərini 

silərək dedi: 

      -  Belə  gündə  adam  faytona  minib  şəhər  kənarına  seyrə  çıxaydı, 

sonra  da  evə,  ilıq  havalı  rahat  kabinetə  qayıdaydı...  və  başının  ağrısını 

qabiliyyətli  bir  həkimə  müalicə  etdirəydi...  Çoxdan  bəridir  ki,  mən 

insana  layiq  bir  həyat  keçirmirəm.  Bura  isə  çox  murdar  yerdir! 

Dözülməz dərəcədə murdardır! 

      O  dünənki  həyəcanından  sonra  yorğun  və  əzgindi,  həvəssiz 

danışırdı.  Barmaqları  titrəyirdi,  üzündən  başının  bərk  ağrıdığı  bəlli 

olurdu. 


      Andrey Yefimıç dedi: 

      -  İlıq  və  rahat  kabinetlə  bu  palata  arasında  heç  bir  fərq  yoxdur. 

İnsanın rahatlığı və firavanlığı onun xaricində deyil, daxilindədir. 

      - Necə yəni? 

      -  Adi  bir  adam  yaxşı  və  ya  pis  bir  şeyi  xaricdən,  yəni  fayton  və 

kabinetdən gözləyir, zəkalı bir adam isə bunu özündə görür. 

      -  Bu  fəlsəfəni  təbliğ  etmək  üçün  Yunanıstana  getməyiniz 

məsləhətdir, ora ilıqdır və havası narınc qoxusu verir, bu fəlsəfə buranın 

iqliminə  uyğun  gəlməz.  Diogen  haqqında  mən  kiminlə  danışırdım? 

Sizinləmi? 

      - Bəli, dünən mənimlə danışırdınız. 

      -  Diogenin  kabinetə  və  isti  otağa  ehtiyacı  yox  idi;  ora  onsuz  da 

istidir. Çəlləyin içində otur, zeytun və portağal yeyib ləzzət çək! Amma 

Rusiyada  yaşamaq  ona  qismət  olsaydı,  nəinki  dekabrda,  hətta  may 

ayında da evdən bayıra çıxmazdı. Soyuq ona bir toy tutardı ki... 



      -  Xeyr.  Soyuğu  və  ümumiyyətlə,  hər  bir  ağrını  hiss  etməmək  olar. 

Mark  Avreli  deyib  ki,  “ağrı  –  ağrı haqqında  canlı  bir  təsəvvürdür.  Bu 

təsəvvürü dəyişmək üçün iradənə güc ver, onu kənara at, şikayət eləmə 

-  ağrı  öz-özünə  yox  olar”.  Bu,  doğru  fikirdir.  Filosof  və  ya  sadəcə 

təfəkkürlü, zəkalı bir adam məhz bununla fərqlənir ki, iztiraba həqarətlə 

baxır. O, həmişə razıdır və heç bir şeyə heyrət etmir. 

      -  Demək,  mən  əzab  çəkdiyim,  narazı  olduğum  və  insan  rəzalətinə 

heyrət etdiyim üçün axmağam. 

      -  Siz  nahaq  belə  danışırsınız.  Əgər  siz  dərindən  düşünsəniz,  bizi 

həyəcana  gətirən  bütün  xarici  aləmin  nə  qədər  boş,  əhəmiyyətsiz 

olduğunu  duyarsınız.  Həyatı  dərk  etməyə  çalışmaq  lazımdır.  Həqiqi 

nemət də məhz bu dərk etməkdir. 

      İvan Dmitriç üz-gözünü turşudub dedi: 

      -  Dərk  etmək...  Xarici,  daxili...  Bağışlayın,  mən  bunları  başa 

düşmürəm. – O, ayağa qalxaraq acıqla doktora baxdı və: - Mən ancaq 

onu  bilirəm  ki,  Allah  məni  isti  qandan  və  əsəblərdən  ibarət  olaraq 

yaratmışdır!  –  dedi.  –  Üzvi  toxuma  isə,  yaşamaq  qabiliyyətinə  malik 

olduqda,  hər  bir  qıcıqlanmadan  hərəkətə  gəlməlidir.  Mən  özüm  də 

hərəkətə  gəlirəm!  Ağrıya  çığırtı  ilə  və  göz  yaşı  tökməklə,  alçaqlığa  – 

qəzəblə, rəzilliyə - nifrətlə cavab verirəm. Məncə, bunun özü elə həyat 

deməkdir.  Orqanizm  nə  qədər  alçaq  olursa,  o  qədər  az  həssas  olur  və 

qıcıqlanmaya daha zəif cavab verir; əksinə, orqanizm nə qədər yüksək 

olursa, o qədər də həssas olur və həyata, mühitə qarşı münasibətini daha 

qəti göstərir. Bunu bilməmək olarmı? Özünüz doktorsunuz, amma belə 

boş şeylərdən xəbəriniz yoxdur! Əzab və əziyyətə nifrət etmək, həmişə 

razı  qalmaq  və  heç  bir  şeyə  təəccüb  etməmək  üçün,  bax,  bu  dərəcəyə 

çatmaq lazımdır, - deyə İvan Dmitriç piy bağlamış kök mujikə işarə etdi, 

- və ya gərək şiddətli iztirablara dözərək özünü elə möhkəmlədəsən ki, 

hər  cür  həssaslığı  itirəsən,  yəni  başqa  sözlə,  yaşamaqdan  əl  çəkəsən. 

Bağışlayın, mən nə aliməm, nə filosof, - deyə İvan Dmitriç əsəbi halda 

sözünə davam etdi, - və bunlardan heç başım çıxmır. Mühakimə etməyə 

halım yoxdur. 

      - Əksinə, çox gözəl mühakimə edirsiniz. 

      -  Özünüzü  bənzətdiyiniz  stoistlər  çox  gözəl  adamlardır,  ancaq 

onların nəzəriyyəsi hələ iki min il bundan qabaq donub qaldı, bir qarış 

belə  irəliləmədi  və  irəliləməyəcəkdir  də,  çünki  bu  nəzəriyyə  əməli  və 

həyati  deyildir.  Bu,  yalnız  öz  həyatını  hər  cür  nəzəriyyələri  təhlil  və 

təshih  etməklə  keçirən  azlıq  arasında  müvəffəqiyyət  qazana  bildi, 

əksəriyyət  isə  bunu  anlamırdı.  Sərvətə  və  həyat  rahatlığına  laqeydlik, 



iztirablara  və  ölümə  nifrət  təbliğ  edən  nəzəriyyə  isə  böyük  əksəriyyət 

üçün  tamamilə  anlaşılmazdır,  çünki  bu  əksəriyyət  heç  vaxt  var-dövlət, 

həyat  rahatlığı  görməmişdir;  bu  əksəriyyət  üçün  iztiraba  nifrət  etmək, 

həyatın özünə nifrət etmək deməkdir, çünki insanın bütün varlığı aclığı, 

soyuğu,  həqarəti,  itkini  və  ölüm  qarşısında  Hamlet  qorxusunu  hiss 

etməkdən ibarətdir. Bütün həyat da bu hadisələr üzərində qurulmuşdur: 

həyatdan  usanmaq  olar,  ona  nifrət  etmək  olar,  lakin  ona  həqarətlə 

baxmaq  yaramaz.  Bəli,  təkrar  edirəm  ki,  stoist  təliminin  heç  vaxt 

gələcəyi  ola  bilməz,  halbuki,  gördüyünüz  kimi,  mübarizə,  ağrıya  qarşı 

həssaslıq  və  qıcıqlanmaya  cavab  vermək  qabiliyyəti  əzəl  vaxtdan 

indiyədək tərəqqi etməkdədir. 

      İvan Dmitriç birdən fikrinin izini itirib dayandı və təəssüflə alnının 

tərini sildi. Sonra: 

      -  Mühüm  bir  şey  deyəcəkdim,  heyif  ki,  unutdum,  -  dedi.  –  Nə 

deyəcəkdim?  Aha,  yadıma  düşdü:  stoistlərdən  biri  yaxın  bir  dostunu 

azad  etdirmək  üçün,  özünü  bir  qul  kimi  satmışdı.  Görürsünüzmü, 

demək,  stoist  də  qıcıqlanmaya  cavab  verirmiş,  çünki  yaxın  dostunun 

yolunda canından keçmək kimi alicənab bir hərəkət üçün qəzəblənmiş 

rəhmli bir qəlb lazımdır. Mən öyrəndiklərimin hamısını bu həbsxanada 

unutmuşam, yoxsa yenə də bir şey xatırlardım. Həzrət İsanı götürək. İsa 

həqiqi  varlığa  ağlamaq,  gülümsəmək,  kədərlənmək,  acıqlanmaq,  hətta 

qüssələnməklə  cavab  verirdi;  o,  iztirabları  təbəssümlə  qarşılamır  və 

ölümə nifrət bəsləmir, o, bu fəlakətdən yaxa qurtarmaq üçün Gefsiman 

bağında ibadət eləyirdi. 

      İvan Dmitriç gülüb oturdu. 

      -  Tutaq  ki,  insanın  rahatlığı  və  firavan  dolanması  xarici  mühitdən 

deyil,  onun  daxilindən  asılıdır,  -  dedi.  –  Tutaq  ki,  iztiraba  nifrət 

bəsləmək və heç bir şeyə heyrət etməmək lazımdır. Lakin siz bunu nəyə 

əsasən təbliğ edirsiniz? Siz alimsiniz? Filosofsunuz? 

      - Xeyr, mən filosof deyiləm, lakin bunu ağıllı fikir olduğu üçün hər 

kəs təbliğ etməlidir. 

      - Yox, mən bilmək istəyirəm ki, niyə siz dərk etmək, iztiraba nifrət 

bəsləmək  və  sairədə  özünüzü  səlahiyyətli  hesab  edirsiniz?  Məgər  siz 

ömrünüzdə  iztirab  çəkməmisiniz?  İztirabın  nə  olduğunu  bilirsiniz? 

Bağışlayın, sizi heç uşaqlıqda qamçı ilə döyüblər? 

      - Xeyr, mənim ata-anam fiziki cəzaya nifrət edirdilər. 

      - Məni isə atam rəhmsizcəsinə döyərdi. Atam yorğun, əzgin və sərt 

xasiyyətli  bir  məmur  idi,  burnu  uzun,  boynu  sarı  idi.  Lakin  gəlin  sizin 

barənizdə  danışaq.  Bütün  ömrümüz  boyu  sizə  heç  kəs  barmağının  ucu 



Yüklə 452,2 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə